Oxucumuz Xaçmaz rayonundakı antisanitar şəraitdən giley edir. Belə ki, diaaz.space-ya bu barədə yazan narazı vətəndaş bildirir ki, yaşadığı rayonda küçələr zibillərlə dolub-daşsa da, bu işə cavabdeh olan qurumlar vəzifələrini yerinə yettirmədiyindən bu gün rayonda rəsmən xəsttəlik mənbələri yaranmaqdadır.
Narazı Xaçmaz sakini bu işdə cavabdeh olan məmurların adlarını da çəkib: "Həmişəki kimi zibilliklər içində batıb gedən Xaçmazın məmurları heç bir tədbir görmür.
Ortada 5 ildir ki rayona rəhbərlik edən başçı və onun da ətrafında Vüqar Nağıyev, Fuad Şahbazov kimi məsuliyyəttsiz məmurlar var, amma zibil problemini hell etmək istəyən yoxdur..."