“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” .....                     Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... .....                     “İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? .....                     “Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” .....                     “Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” .....                     Ərdoğan xalqa müraciət edəcək .....                     İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                 

Sumqayıt Tibb Kollecinin fəaliyyəti ARAŞDIRILARSA... - İLGİNC FAKTLAR
Tarix: 29-12-2023, 09:49 | Çap et
Sumqayıt Tibb Kollecinin fəaliyyəti ARAŞDIRILARSA...
Cari ilin aprelin 24-də Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən “Sumqayıt Tibb Mərkəzi”ndə baş verən qanunsuzluqlarla bağlı cinayət işinin başlanılması barədə məlumat yayılmışdı. Məlumatda bildirilirdi ki, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair qanunvericiliyin pozulması barədə Hesablama Palatasından daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Aparılmış araşdırma ilə qeyd olunan hüquqi şəxsin vəzifəli şəxsləri tərəfindən Sumqayıt şəhəri ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrində cari təmir işlərinin aparılması ilə bağlı dövlət büdcəsindən ayrılmış külli miqdarda pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Sumqayıtda fəaliyyətdə olan daha bir korrupsiya yuvasından da biz bəhs etmək istərdik.

Aktualinfo.org hələ iki-üç il bundan əvvəl Səhiyyə Nazirliyinə tabeli başqa bir qurumda, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecində baş verən bir sıra qanunsuzluqlar barədə geniş, silsilə məlumatlar yaymış, burada tədris ocağında dövlət satınalmalarında yol verilən saxtakarlıqları geniş ictimaiyyətin diqqətinə çatdırmışdı. Qeyd edək ki, hələ 2019-cu ildən Ə.Əliyev adına Sumqayıt Tibb Kolleci tərəfindən əsaslı təmir işləri, cari təmir işləri, abadlaşdırma, dəftərxana və təsərrüfat xərcləri, masın və avadanlıqlar, digər malların alınması, kommunikasiya islərinin satınalması üzrə onlarla kotirovka sorğusu proseduru keçirilmişdir. Bütün bunlar isə bir-iki ünvanda ayrı-ayrı şəxslərin adına qeydiyyata alınmış, amma bir nəfər tərəfindən idarə olunan ayrı-ayrı MMC-lərlə bağlanmış müqavilələrlə həyata keçirilib. Hansı ki, dəfələrlə yazmağımıza baxmayaraq təkzib olunmayıb. Həmin qanunsuzluqlar sözügedən qurumda bu gün də davam etməkdədir.

Belə ki, Sumqayıt Tibb Kolleci tərəfindən tikli və avadanlıqların cari təmiri (büdcə) üzrə 17.11.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 21.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 9.997,5 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 27.12.2023-cü il tarixdə açıqlanmışdır.

Sumqayıt Tibb Kolleci tərəfindən abadlaşdırma xidmətləri (büdcə) üzrə 04.12.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 20.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 24.981,64 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 27.12.2023-cü il tarixdə açıqlanmışdır.

Sumqayıt Tibb Kolleci tərəfindən tikili və avadanlıqların cari təmir işləri (budcədənkənar vəsaitlər) üzrə 20.11.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 08.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 8.003,39 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 25.12.2023-cü il tarixdə açıqlanmışdır.

Sumqayıt Tibb Kolleci tərəfindən dəftərxana və təsərrüfat malları (büdcə) üzrə 16.11.2023-cü il tarixdə başlanılmış kotirovka sorğusu proseduru 08.12.2023-cü il tarixdə tamalanmış və “AVRAN AS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 16.510 manat məbləğində satınalma müqaviləsinin bağlnıldığı 25.12.2023-cü il tarixdə açıqlanmışdır.

Bunları niyə ən xırda detalları ilə diqqətinizə çatdırırıq? Çünki Sumqayıt Tibb Kollecinin satınalma müqaviləsi bağladığı MMC də elə noyabr ayında dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AVRAN AS” (VÖEN 1605321401) Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində 06.11.2023-cü il tarixdə dövlət qeydiyyatına alındığı bildirilir. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ,NİZAMİ RAYONU, E.İSAKZADƏ, ev 63, m. 97, qanuni təmsilçisinin isə Fətaliyev Ağalar Nahid oğlu olduğu göstərilir.

Dövlət Vergi Xidmətinin məlumatlarında da göründüyü kimi MMC Sumqayıt Tibb Kollecinin dəftərxana və təsərrüfat malları (büdcə) üzrə 16.11.2023-cü il tarixdə başladığı kotirovka sorğusundan cəmi 10 gün əvvəl dövlət qeydiyyatına alınıb. Belə olan təqdirdə bir ayın içində yeni yaradılmış bir MMC ilə ayrı-ayrı lotlar üzrə ümumi olaraq 59 491 manat məbləğində 4 satınalma müqaviləsinin bağlanılması nə dərəcədə qanunauyğundur?

Buna İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti necə don geyindirəcək?

Göründüyü kimi Kolleci tərəfindən keçirilmiş kotirovka sorğularında satınalmalar haqqında qanunun tələbləri kobud şəkildə pozulduğu açıq-aydın hiss olunur. Kollecin Tender Komissiyasının ən birinci nəzərə almalı olduğu şərt, iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti, anoloji işlərdə təcrübəsi, iddiaçının potensialı, son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı, texniki və kadr imkanları haqqında rəsmi məlumatlar, vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında bank arayışı, olmalıdır. Lakin kotirovka sorğusu keçirilməzdən 10 gün əvvəl yaradılmış 10 manat nizamnamə kapitalı olan bu MMC -nin nə kimi maddi texniki bazası, kadr potensialı,analoji işlərdə təcrübəsi ola bilər? Hələ bunlar azmış kimi, Sumqayıt Tibb Kollecinin Tender Komissiyası kotirovkaları bir mənbədən satınalma metodu ilə keçirib ki, qanun 10 gün əvvəl yaradılmış bir MMC-nin belə prosedurlarda iştirakına qəti yol vermir.

Qeyd edək ki, Ə.Əliyev adına Sumqayıt Tibb Kollecinə uzun müddətdir Rəfayıl Eyvazov rəhbərlik edir. Məlumatlara görə o, bir tədris ocağının, bir dövlət müəssisəısinin rəhbəri olmaqla yanaşı həm də biznes fəaliyyəti ilə məşğuldur. Bakıda geniş restoranlar şəbəkəsinə sahibdir. Məlumatlara görə Rəfayıl Eyvazova bu işlərdə Azərbaycan Həmkarlar Konfederasıyasının sədri, millət vəkili Səttar Mehbalıyev ilə qohumluq telləri çox kömək edir. Elektron mediada yayılmış bəzi məlumatlarda Rəfayıl Eyvazova vaxtılə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi olmuş Əli Həsənov da himayədarlıq edib.

Sumqayıt Tibb Kollecində tədrisin keyfiyyətinə gəlincə. Burada yüksək bilikli tibbi təhsil almaq üçün heç bir şərait nə tədrisin keyfiyyəti, nə də tələbələrin dərsə davamiyyəti yoxdu. Amma bol-bol rüşvət mexanizmi var. Üstəlik dövlət vəsaitlərinin talan edilməsi halları da var. Gördüyünüz kimi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “Sumqayıt Tibb Mərkəzi”ndə olduğu kimi, Sumqayıt Tibb Kollecində də araşdırmağa aparmağa, cinayət işi başlamağa ciddi əsaslar da çoxdu.

Mənbə: Aktualinfo.org
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Pul xatirinə veriliş aparmaq istəmirəm, teatr yaxşıdır” - ETİRAZ
Bu gün, 06:44
Paşinyanı devirmək və Qarabağ kartını yenidən ortaya atmaq planı var... - FAKT BUDUR!
Bu gün, 06:41
“İncimişlər klubu”nun fiaskosu: BRİKS hansı gözləntiləri doğrultmadı? - GƏLİŞMƏ
Bu gün, 06:38
“Çap mediası yoxa çıxsa, yaddaşımız silinər” - Telli Pənahqızı
Bu gün, 06:36
“Təəssüf ki, indiyədək Rusiyada baş verənlərlə bağlı Dövlət Diaspor Komitəsinin səsini eşitməmişik...” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:34
Ərdoğan xalqa müraciət edəcək - TRT
Bu gün, 06:29
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru