Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? .....                     İlham Əliyev ona işarə etdi ki... .....                     Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? .....                     “ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? .....                     BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... .....                     Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? .....                     23 illik nəqliyyat şirkəti .....                     Azərbaycanda BOKT qızıllarını satışa çıxarır .....                     Qriqoryanın açıqlamasında yenilik yoxdur .....                     Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış .....                     İrəvan Bakının bu tələbindən niyə yayınır? .....                     Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" .....                     Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... .....                     Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR .....                     Texnologiyanın yeni BƏLASI: .....                     20 min manatlıq yerli avtomobili kim alır? .....                     Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir .....                     Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb .....                     Alternativ hərbi xidmət: .....                     Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir .....                     "Müəllimi bu həddə çatdırmaq olmaz" .....                     Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi .....                     Gömrükdə sifarişlərim saxlanılır .....                     Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır .....                     Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir .....                     “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib .....                     Gürcüstan arzusuna çatdımı? .....                     ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir .....                     Sıra Nazilə Səfərliyə gəldi... .....                     İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək .....                     Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı .....                     Suriya-Türkiyə münasibətləri .....                     Ermənistan sülh əvəzinə yeni ərazi istədi .....                     Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Gəncədə məktəbli məktəblini bıçaqlayıb .....                     Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? .....                     Azərbaycanın İnterpola verdiyi şəxs .....                     "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" .....                     Kürdəmir rayon prokuroru müavininin işinə .....                 

Milyonlar yuyulur, klinikalar çökdürülür, insanlar isə… - İTS-ə təcili “müalicə” lazımdır
Tarix: 15-11-2023, 10:24 | Çap et
Milyonlar yuyulur, klinikalar çökdürülür, insanlar isə…
İcbari Tibbi Sığorta (İTS) sisteminin tətbiqini Azərbaycan səhiyyəsinin ən mütərəqqi addımı saymaq olardı... Olardı, əgər bu sistemi idarə edənlərin işi qeyri-peşəkarlıqdan, niyyətləri isə daha çox para qazanmaq, qohum-əqrəbanın, dost-tanışının cibini doldurmaq ehtirasından sığortalansaydı...
Dünya bu sistemə 19-cu əsrin sonlarından keçmişdi, biz 21-ci əsrə güclə çatdırdıq. İndi də bu boyda dünya təcrübəsi, dövlətin dəstəyi gözlənilən nəticəni vermir ki, vermir...
İcbari sığortanın əsas amalı vətəndaşların rifahı, sağlamlığıdır. Əbəs yerə İTS-ə “insan kapitalına qoyulan investisiya” demirlər. O insan kapitalı ki, Prezident İlham Əliyev onu "Azərbaycan dövlətinin əsas strategiyalarından biri" adlandırır. Bu baxımından İTS dövlətin səhiyyə strategiyasının ana xəttidir.
Bəs görəsən, bu ana xəttə niyə xeyli "bala xətlər" qoşulub? Niyə bu qədər qarmaqarışıq, neqativ mənzərə yaranıb?

İTS niyə özünü doğrultmur?
Öncə, İTS-nin əsasında duran başlıca məqsədlərə diqqət yetirək:
1. Səhiyyə xidmətlərinin, səhiyyə infrastrukturunun yaxşılaşdırılması,
2. Xidmətin keyfiyyətinin artırılması,
3. İnsan kapitalının, həyat şəraitinin yaxşılaşdırılmasına sərf olunan xərclərin daha sistemli, ehtiyac üzrə daha səmərəli və sosial təbəqələri ədalətli şəkildə əhatə etməklə təmin edilməsi.
Yəni bu sistem daxil olan ödənişlər əsasında vahid büdcə formalaşdırmalı, əhalinin tibbi xidmətlər üzrə ehtiyaclarını ödəməlidir. Amma real mənzərə tamam başqadır. Sanki əhalinin tibbi xidmətlər üzrə ehtiyacı deyil, səhiyyəni yönəldən şəxslərin öz ehtiyacları, amalları daha prioritet məsələdir.
Bu gün İTS-lə bağlı vətəndaşın üzləşdiyi əsas problem normal müayinə və ya müalicə üçün təyinat almaqla bağlıdır. Sistem elə qurulub ki, pasiyent öz istədiyi yerə deyil, qeydiyyatda olduğu poliklinikanın yönlədirdiyi həkimə getməlidir. O həkim kimdir, öz sahəsində peşəkardırmı, həmin xəstəxanada şərait müalicəyə imkan verirmi? Pasiyent öz sağlamlığı ilə yanaşı, psixoloji gərginlik yaradan suallarla baş-başa buraxılır. Ya sən tövsiyə olunan xəstəxananı (həkimi) seçməlisən, ya da sığorta hüququndan istifadə etməməli, özəl klinikalara üz tutmalısan... Necə deyərlər, yesən də budur, yeməsən də...
Sığorta pulunu ödəyən adam niyə seçim hüququndan məhrum edilməlidir? Hamıya məlumdur ki, dövlət xəstəxanalarındakı vəziyyət ürəkaçan deyil, istər maddi-texniki bazaları, istərsə də xidmət səviyyələri çox aşağıdır. Deməli, insanların məhz həmin xəstəxanalara yönləndirilməsində məqsəd təəssüf ki, heç də onları yüksək səviyyədə müayinə və müalicə ilə təmin etmək deyil... Adama deyərlər ki, heç olmasa, dövlət xəstəxanalarını əvvəlki şinelindən çıxart, inamı bərpa et, insanlarda əminlik yarat, sonra camaatı ora getməyə məcbur elə!

Bu sistemə rəhbərlik edənlər hansı qanun, hansı təcrübə, hansı məntiqlə hesab edirlər ki, hansısa tibbi xidmət dövlət xəstəxanasında varsa, pasiyent özəl klinikaya göndərilə bilməz?
Dövlət xəstəxanalarında real vəziyyətin necə olduğunu anlamaq üçün elə bu yaxınlarda Kliniki Tibbi Mərkəzdə (Semaşko) baş nayihəsi MRT olunan bir xəstənin hekayəsini xatırlatmaq kifayətdir. Dağınıq skleroz şübhəsi olan xəstənin MRT müayinəsinin nəticələrini heç kim oxuya bilmir. Bu səbəbdən də özəl xəstəxana yenidən MRT müayinəsi təyin etməyə məcbur olur. Bəlkə də bunun qəsdən edildiyini düşünmək olardı. Amma ilk MRT-nin nəticələri Türkiyəyə də göndərilir və oradan da eyni cavab alınır: Heç nə görünmür, heç nə anlaşılmır. Xəstə məcbur qalıb eyni müayinədən Sabunçu Xəstəxanasında keçməli olur. Çünki ona dövlət xəstəxanaları içərisində nisbətən daha yeni MRT aparatının burada olduğu deyilir. Ancaq dəhşət burasındadır ki, buranın cavabları da xəstənin həkimini qane etmir... Beynində problem olan epilepsiyalı xəstə üçüncü dəfə özəl xəstəxanada MRT-dən keçmək məcburiyyətində qalır. Niyə İTS-dən faydalanmaq istəyən insanlarımız bu cür məşəqqətlərə qatlanmalıdır? Biz bu sistemi qabaqcıl ölkələrdən götürmüşüksə, niyə onların təcrübəsindən yararlanmırıq? Axı onların təcrübəsində pasiyentə seçim imkanı tanımamaq məsələsi yoxdur. Azərbaycandan başqa dünyanın heç bir yerində xəstəyə demirlər ki, bu xidmət, bu əməliyyat dövlət xəstəxanalarında var, yalnız ora göndəriş veririk. Bu, təkcə insan haqlarının pozulması deyil, həm də ölkədə tibb müəssisələri arasında rəqabət mühitinin yerlə-yeksan edilməsi deməkdir!
Bahalaşma və iqtisadi çöküş bir tərəfdən, İTS digər tərəfdən qısa zamanda özəl klinikaların fəaliyyətinə ciddi zərbə vurub. Bu proses özəl klinikalarda müxtəlif tibbi xidmətlərin bahalaşmasına da səbəb olub. İTS siyahısına az qala ölkədəki bütün özəl klinikaları daxil edib və bunu hər dəfə bəh-bəhlə car çəkir. Halbuki reallıqda vəziyyət tamam fərqlidir. Pasiyentlər yalnız dövlətə və müəyyən insanlara yaxın - əməkdaşlıqları olan (maraqları olan) klinikalara göndərilir. Qəribədir, həmin özəl klinikalar hamsı qaydayla seçilib? Məsələn, ölkənin tanınmış, maddi-texniki imkanları, peşəkar həkimləri ilə məşhur olan klinikaları qala-qala, xəstələri tanınmayan klinikalara göndərməkdə məqsəd nədir? Tanışlıq, tapşırıq, yoxsa yüksək faiz? Belə çıxır, TƏBİB, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ölkənin tibbi sığorta büdcəsini özlərinə yönəltmək üçün xəstə axınını nüfuzlu özəl klinikalara buraxmır.

Məsələn, Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda “anju” olmaması bir ayıb, ağır infarkt xəstəsinin “Kəpəz” və bu kimi klinikalara yönləndirilməsi başqa bir ayıb. Xəstəyə deyilir ki, damarına stent qoyulmalıdır. O da razılaşmayıb başqa həkimə getmək istəyir, amma “anju” diskini vermirlər. “Bizim kardiocərrah var, o edəcək, pulu da sığorta ödəyir” - deyə canının hayında olan şəxsi naəlac qoyur, inandırır, öz istədikləri həkimi seçməyə məcbur edirlər.
İTS və TƏBİB belə klinikalarda “anju” və əməliyyat edən həkimləri necə seçir, necə dəyərləndirir, bütün bunlara kim zəmanət verir? Bütün bunların fonunda isə milyonlarla manatlıq avadanlığı və ən yaxşı kardiocərrahları olan Ürək Mərkəzi (RDM-in nəzdində olan) bomboş qalıb, yalnız pulunu ödəyən xəstələri qəbul edə bilir.
Ürək əməliyyatının 9-10 min manat olduğunu nəzərə alsaq, hər xəstədən yalnız bir klinika, bir neçə həkimin qazanması kimə sərf edir?
Məhz bu anormal ayrı-seçkilik, monopolist sistemin nəticəsidir ki, ölkənin hətta qismən dövlətə bağlı Tədris Cərrahiyyə, Tədris Terapevtik klinikalarının palataları və MRT-ləri də boş qalır. Halbuki digər zəif yerlərdə insanlar aylarla MRT, KT, angioqrafiya növbəsi gözləyir.
Nərimanov Tibb Mərkəzi və Elmi Tədqiqat Cərrahiyyə Mərkəzində xəstələr üst-üstə yığılıb, dezinfeksiya etməyə macal tapılmayan zondlarla endoskopik müayinə olunurlar. Tam bir xəstəlik, yoluxma mənbələridir bu kabinetlər. Hələ həkimlərin canına cin girmiş kimi gözləri bərələ-bərələ xəstələrə çımxırmaqları və deyinə-deyinə xidmət göstərmələrini demirik...
Tualeti həkim otağına, adi palataları VİP (ödənişli) palatalara çevrilən Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Respublika Klinik Xəstəxanası, 3 saylı Şəhər Klinik Xəstəxanası, Əjdər Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında köhnə və yararsız cihazlar, uzun-uzadı növbələr, səhv analiz və müayinə cavabları barədə azmı şikayətlər eşitmişik? Niyə insanlarımız bu yerlərin ümidinə buraxılmalıdır?
Bu inhisarçı yanaşma eyni zamanda peşəkar tibbi xidmət göstərən özəl klinikaları çökdürür. Artıq bir neçə klinikanın satılması, borclanması xəbərlərini yaymışıq - RDM, “Avrasiya” və s. Özəl klinika rəhbərləri, menecerləri az qala İTS-dən xəstə dilənirlər.
Məlumdur ki, ən yaxşı uzman həkimlər bu gün xəstə üzünə həsrət buraxılan özəl klinikalarda çalışırlar. Həmin klinikalar isə pasiyentlərin sayı azaldığına görə yüksək maaş tələb edən mütəxəssisləri saxlamaq üçün qiymətləri qaldırmağa məcbur olur. Bu cür davam etsə, peşəkar həkimlərin çoxu başqa ölkələrə gedəcək. Çünki bu həkimlərin "Semaşko" və "Respublikanski" kimi yerlərdə, xəstəxana bir tərəfə, oradakı direktor və baş həkimlərin rəhbərliyi altında işləmələri real görünmür. Ən azı ona görə ki, sığorta ağır, mürəkkəb cərrahiyyə əməliyyatlarına görə qəpik-quruş verir. Onu almaq üçün də aylarla gözləmək lazım gəlir... İyun ayının pulu sentyabrda ödənilib, sentyabrın ödənişləri isə yanvarda veriləcək.
…Dərdimiz heç də əsasən məmur və oliqarxlara bağlı olan özəl klinikaların bağlanması deyil. Bizi ən çox narahat edən bu vəhşi rəqabətin inasanlarımızın lazımi tibbi xidmət almasına mane olmasıdır. Məsələn, gözündə problem olan, uzun müddət müalicə alan pasiyent öz həkiminin yanına getmək, gözünə həyatı vacib olan iynəni vurdurmaq üçün İTS-ə müraciət etdikdə, mütləq "yox" cavabı alır. Ona deyilir ki, bu xidmət Mərkəzi Neftçilər Xəstaxanasında filan həkim tərəfindən həyata keçirilir. Məlum olur ki, həmin həkim bu müalicə üzrə mütəxəssis deyil. Uşaq göz həkimidir və ya sadəcə yeni müalicələrdən xəbəri olmayan kiminsə tanışı olan oftalmoloqdur.
Və yaxud endoprotez üçün sığortaya müraciət edən pasiyenti Travmatologiya İnstitutuna yönləndirirlər. Xəstə araşdırdıqda görür ki, həmin xəstəxanadakı həkimin bu sahədə demək olar, heç bir təcrübəsi yoxdur.
İnsanlarımız özlərini təcrübə dovşanı kimi hiss edir. Adam illərdi hardasa müalicə olunursa, sən onu hansı haqla başqa yerə, təcrübəsi olmayan həkimə yönləndirə bilərsən? İşin ən təhlükəli tərəfi budur ki, xəstə məcbur olub həkimini dəyişir və yaxşı nəticə əldə edə bilmirsə, pul ödəyib əvvəlki həkiminin yanına getmək şansını da itirir. Çünki dövlətdə və ya qondarma özəl xəstəxanada düzgün olunmayan müalicənin nəticəsində xəstə ağırlaşır, sonra həkim həmin xəstəyə yaxın durmur. Dursa belə, 10 manatlıq iş ona 100 manata başa gəlir. Beləliklə, pasiyentə həm sağlamlıq, həm vaxt, həm də pul sarıdan zərbə dəyir.
Bir balaca araşdırılsa, aydın olar ki, sığorta ilə əməliyyat olunan xəstələrin çoxu özəl xəstəxanalara təkrar, ikinci əməliyyata gedirlər. Bunun bir səbəbi də sığorta ilə olunan əməliyyatlarda ucuz vasitələrdən istifadədir. Məsələn, göz linzaları ucuz Hindistan markaları olur. Endoprotezlər də onun kimi. Həkimlər özləri xəstəyə təklif edir ki, bir az pul ödə, sənə Amerikanın implantını, linzasını qoyaq.
İTS ilə əməliyyat olan neçə xəstənin implantı tutmayıb, gözü uğursuz olub...
Yeri gəlmişkən, onu da qeyd edək ki, doğuş məsələsi daha qəlizdir. Doğuş, qeysəriyyəni pasiyenti təqib edən həkim etməlidir. Təqib edən ginekoloq-cərrah özəldə işləyirsə, o artıq İTS-dən istifadə edə bilməyəcək…

İTS niyə ancaq Bakıdadır?
İTS-də əsas istiqamətlərdən biri də regionlarla bağlıdır. Cəmiyyəti inandırmağa çalışırlar ki, regionlarda tibb müəssisələrinin dünya standartlarına uyğun şəkildə inkişaf etdirilməsi orada yaşayan insanların tibbi xidmət almaq məqsədi ilə böyük şəhərlərə axınını azaldacaq.
İTS yığımlarının “tibbi xidmətlərin keyfiyyətinin artırılması”, “tibb müəssisələrinin infrastrukturunun yaxşılaşdırılması”, “tibbi avadanlıqların yeni texnologiyalara uyğun olaraq yenilənməsi”, “tibbi personalın dünya standartlarına uyğun maarifləndirilməsi” kimi tədbirlərinə xərclənməsinin də vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına səbəb olacağını deyirdilər. Amma nə baş verdi? Düzdür, bu sistemə keçiddən sonra region insanları sürətlə xəstəxanalara axışdılar. Bəlkə ömründə bir dəfə də həkim qəbuluna getməyən insanlar, lazım oldu-olmadı, bütün müayinələrdən keçməyə başladı, hətta MRT, KT olunmaq üçün növbələrə düzüldülər. Amma bu, heç də həmin şəxslərin keyfiyyətli müayinə və müalicə olunması anlamına gəlmir. Çünki regionlardakı dövlət xəstəxanalarında tibbi avadanlıqlar əksərən köhnə, sıradan çıxmış vəziyyətdədir. O avadanlıqların yenilənməsi ilə bağlı addəmlar isə kifayət etmir. Mütəxəssislərə gəlincə, regionlarda həkim çatışmazlığı problemini hər kəs bilir. Qanaxması olan hamilənin cırılmış uşaqlığını tikməyə peşəkar ginekoloq-cərrah yox, infarkt olmuş xəstəni çox tərpətmədən aparıb anju etdirib, tıxanmış damarını açan yox, xəstələri daşımağa ambulans yox. Qanı axan xəstə maşının və ya “Qazel”in arxasında can verə-verə o rayon, bu rayon gəzdirilir, axırda da yaxınlarına “Bakıya aparın, burda qalsa, öləcək” deyilir.
Bütün bunlara görədir ki, Bakıdakı istənilən dövlət xəstəxanasını rayon sakinləri doldurublar, insan əlindən tərpənmək olmur. Bakıda qeydiyyatda olanlar isə günlərlə USM, endoskopist, MRT qapısında gözləyirlər ki, Ucardan, Yevlaxdan… gələn ağır xəstə, bəzi hallarda imtiyazlı şəxs - şəhid ailəsi üzvü, qazi və əlillər müayinə olunub getsinlər, sıra bunlara çatsın. Sən gözlə, canı ağrıyan sıravi vətəndaş!
Regionlarda tibb müəssisələrinin dünya standartlarına çatdırılması üçün hər il dövlət büdcəsindən, indi də İTS fondundan milyardlar xərclənir. Bəs nəticə? 2-3 ildən bir işdən çıxarılan və yeyinti üstündə cəza alan, cinayət işi açılan baş həkimlər və direktorların xəbərlərini oxuyuruq. Sonradan həmin kadrların ölkənin digər xəstəxana və mərkəzlərinə rəhbər təyin olunması da “unikal” çıxış yoludur.

Vəziyyətdən çıxış yolu isə asan deyil.
Çox da mürəkkəb olmayan əməliyyatlar və müayinələr yenə də Bakının ümidinə qalıb. Bakı isə bu eybəcər, girdablarla dolu mənzərəni yaradanların ümidinə...

Müəllif: Elçin Zahiroğlu - Mənbə: BakuPost
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əmək hüquqları sahəsində əlillərim hansı hüquq və dövlət təminatları nəzərdə tutulur? - Ekspert danışır...
Bu gün, 08:03
İlham Əliyev ona işarə etdi ki... - İNCƏLƏMƏ
Bu gün, 08:01
Əliyevin sülh üçün 2+2 tələbi: İrəvan niyə yayınır? - GƏLİŞMƏ
Bu gün, 07:04
“ATEF” in rəhbəri Talıb Əlixanbəyov xaricə valyuta çıxarıb? - TƏFƏRRÜAT
Bu gün, 06:32
BU NƏDİ BELƏ: Bakıda 2 manatlıq sosiskalar satışda... - "Leş Tofiq" yenə iş başındadır?
Bu gün, 06:26
Bakıda ifşa edilən şəbəkə ilə məşhur ailənin gizli əlaqəsi? - Oxlar ora aparır…
Bu gün, 06:22
23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02
Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34
Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28
İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26
Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46
Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02
Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00
Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58
20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56
Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03
Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01
Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00
Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58
"Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48
Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44
Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40
Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37
Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27
“Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23
Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14
ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10
Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05
İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03
Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57
Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53
Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50
Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48
İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46
Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42
Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41
Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34
"Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32
Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30
“Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28
Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23
Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21
Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19
Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17
“Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13
“Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12
Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09
“İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08
“Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru