Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                     Tramp Pekinə səfər edəcək: .....                     “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                     “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib .....                     " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." .....                     Amerika ordusu Ukrayna ordusundan geri qalır .....                     Doğrudanmı, Rusiya ilə barışırıq?! .....                     İcra başçısının müavini özünü niyə reklam edir? .....                     Plastik cəlladlar şəbəkəsi kimə güvənir? .....                     "Bəlli oldu ki, aldadılmışıq..." .....                     Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır .....                     Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir .....                     "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" .....                     Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR .....                     Azərbaycan 3 ölkəni “məğlub etdi” .....                     Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır .....                     “Sədərək” YANIR: FHN isə... .....                     Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək .....                     Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu .....                     İrəvan və Bakı bir-birinə güvənsəydi... .....                     Xocavənddə yaşayış evlərinin layihələndirilməsi .....                     Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" .....                     "Level Leasing"in mənfəəti azalıb .....                     İsa Həbibbəylinin qızı vəzifədən azad edildi .....                     SEPAH komandanından "hazırıq" mesajı: .....                     Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır .....                     Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır .....                     Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı .....                     Bakı və İrəvan arasında gizli danışıqlar .....                     Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb .....                     İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” .....                     "Artıq prosesə Donald Tramp vasitəçilik edir... .....                     Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib .....                     İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb .....                     "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır" .....                 

Cənub bölgəsi: Əlini qatla ki, başçılardan biri işə yarayır... - FAKT BUDUR!
Tarix: 17-10-2023, 11:56 | Çap et
Cənub bölgəsi: Əlini qatla ki, başçılardan biri işə yarayır...
Belə bir el deyimi var, "xalqın mədəniyyəti yoldan başlayır".

Bu məsəldə sürücü və piyadaların hərəkətləri ilə yanaşı, yolların səliqə-sahmanı da nəzərdə tutulur. Təəssüflə bildiririk ki, dünya ölkələrinin ayda su axtardığı 21-ci əsrdə, ölkəmizin bir çox bölgələrinin - xüsusilə cənub bölgəsinin yolları paytaxtın Neftçilər prospekti qədər şanslı deyillər. Belə ki, bu barədə zaman-zaman bir çox yerli mətbuatda tənqidi materiallar yayımlanır.

Hətta, yaxınlarda Cəlilabad rayonundan olan Şəhid Nəcməddin Quliyevin şəhadətindən əvvəl qan pulu ilə yaşadığı kəndin yolunun çəkilməsini vəsiyyət etməsi, onun ömrü boyu yolsuzluqdan əziyyət çəkməsinin göstəricisi idi.

Bundan əlavə, Lənkəran rayonunun Alazəpin kəndindən "DogruXeber.az"a müraciət edən şəhid Raqim Hadıyevin anası Nəzakət xanım Hadıyeva da yolsuzluq problemindən gileylənirdi və bildirirdi ki, Lənkəran rayon İcra Hakimiyyətinin başçısı hələ üç il əvvəl kəndin yollarının çəkiləcəyinə söz verib və bir daha o kəndə getməyib. Elə bu səbəbdəndir ki, Raqim Hadıyevin heçolmasa istər doğum günlərində, istərsə də anım günlərində kimsə gedib onun evini, məzarını ziyarət edə bilmir.

Şəhid anasına söz verən başçıya 3 ildir sözünü tutmağa nə mane olur? - VİDEO

Astara rayonunun Ərçivan qəsəbəsindən Fuad Nuriyev adlı qəsəbə sakini palçıqlı bərbad küçələri lentə alaraq, agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızda yayımlanması üçün redaksiyamıza göndərib.

Görüntülərdə az yağışdan sonra bataqlığa dönüşmüş qəsəbə yolları sakinlərin hansı əziyyətlər çəkdiyini deyir. Görüntüləri qeydə alan Fuad Nuriyev onu da bildirir ki, Ərçivan bələdiyyəsinin sədri su kanalını torpaqla doldurub torpaq sahəsi kimi vətəndaşlara satıb.

Həmçinin Yardımlı rayonunun Separadi kənd sakini Hüseynov Mərahim bir qrup kənd sakinləri adından "DogruXeber.az" informasiya agentliyinə müraciət edərək, kəndin yollarının palçıqlı, keçilməz vəziyyətindən gileylənib. Bildirir ki, şəhid Müdrət Ağayev adına kənd orta məktəbinə gedilən yol azca yağış yağan kimi palçıq və gölməçələr səbəbilə gedilməz hala gəlir.

Cənub bölgəsi: Əlini qatla ki, başçılardan biri işə yarayır...
Cənub bölgəsi: Əlini qatla ki, başçılardan biri işə yarayır...

Məktəblilər və müəllimlər məktəbə "qaloş" və "sapoq" deyilən rezin çəkmələrlə məktəbə getmək məcburiyyətində qalırlar. Susuzluq problemi yaşayan kənd sakinləri uşaqlarının palçığa batmış paltarlarını yumağa su tapmırlar ki, bu da Separadi kəndinin daha bir dərdidir.

Mərahim Hüseynov bildirir ki, onlar illərdir ki, susuzluq problemi yaşayırlar və illərdir ki, aidiyyatı qurumlara müraciət edə-edə qalıblar. Nəhayət, 2017-ci ildə ölkə başçısının tapşırığına əsasən aidiyyatı qurum tərəfindən kəndin yaxınlığına su xətti çəkilib. Lakin, sakinlərin su sevinci yarımçıq qalıb. Kəndin yaxınlığına çəkilən su xətti elə oradaca dayandırılıb və istəyən hər kəsin öz vəsaiti hesabına evinə xətt çəkdirməli olduğu deyilib. Su sarıdan illərin min bir əziyyətini çəkən yerli sakinlər "buna da şükür" deyib, varını-yoxunu xərcləyib, su xətlərini öz vəsaiti hesabına çəkdiriblər, amma ki, bu 6 ildə o, xətlərlə onların evinə bir damcı da su gəlməyib. Çünki, aidiyyatı qurum "Azərsu" ASC-nin Regional nümayəndəsinin yayda onlara verəcək su olmadığı üçün, Separadi sakinlərini suya abunə edə bilmədiklərini deyib.



Qeyd edək ki, Mərahim Hüseynovun sözlərinə görə bu barədə kənd sakinləri aidiyyatı qurumlara dəfələrlə rəsmi müraciət ediblər, həmçinin Yardımlı rayonunu Milli məclisdə güya təmsil edən Millət vəkili Musa Qasımlıya məlumat verib, ondan köməklik istəyiblər.

Elə canlı yayımdaca Millət vəkilinin sözügedən problemlərlə bağlı hansı addımlar atdığını və hər hansı bir nəticənin olub-olmadığını öyrənmək məqsədilə, "DogruXeber.az" informasiya agentliyinin rəhbəri - eyni zamanda, "Kanal14" YouTube kanalında yayımlanan "Kamalın zamanı" proqramının aparıcısı Kamal Əsgərov millət vəkili Musa Qasımlıya zəng etdi. Millət vəkili zəngin haradan gəldiyini eşidən kimi toyda olduğunu bildirdi və məsələyə aidiyyatı olmasa da aid etməyə çalışdığı 3-5 kəlmə ilə sağollaşmağa çalışdı. Rayonun mövcud problemləri ilə bağlı hansı addımları atdığı və nə kimi nəticələrə nail olduğu barəsindəki suala "aidiyyatı üzrə müraciət etmişik, inşallah yaxşı olar" deyə, arzularla sağollaşdı...

Belə olan halda isə cənub bölgəsinə sözün əsl mənasında adamın ürəyi ağrıyır. Yol yox, su yox, hətta Cəlilabad rayonunun Darılıq kəndinin sakini Əli Qurbanovun redaksiyamıza bildirdiyinə görə onların kəndində, eləcə də Lerik rayonunun bəzi kəndlərində məktəb belə yox... Adam özünü lap, 20-ci əsrin əvvəllərində hiss edir...

"Allah səbr versin" desək, cənub bölgəsinin sakinlərinə "bəd dua" etmiş olarıq bəlkə də, görün neçə illərdir ki, onlar səbr edir?! Dəyişən isə sadəcə rayonların rəhbərləridir, rayonlarda heç nə...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
"İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21
Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16
Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53
İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48
Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42
"Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38
İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35
SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27
Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03
Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54
Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01
"Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Dünən, 13:39
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Dünən, 13:37
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Dünən, 13:34
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Dünən, 13:32
Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Dünən, 13:22
Mən sovet adamıyam - Lukaşenko
Dünən, 13:14
Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Dünən, 13:08
Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Dünən, 13:05
Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Dünən, 12:59
Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Dünən, 12:55
Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru