Goranboyda kənd məktəbində ölkə qanunları NƏZƏRƏ ALINMIR - İDDİA
Tarix: 9-03-2023, 11:10 |
Çap et
DİA.AZ: - "Goranboy rayon Buzluq kənd orta məktəbində yolsuzluq baş alıb gedir. Elm və Təhsil Nazirliyin qəbul etdiyi əmrlər və qaydalar bu məktəbdə nəzərə alınmır və tanınmır". Bu barədə DİA.AZ-a müəllimlər adından göndərilən müraciətdə deyilir.
Müraciət müəllifi daha sonra bildirir: "Yazıb, bildiririk ki, Elm Və Təhsil Nazirliyinin F 467 nömrəli əmrinin tələbləri Buzluq kənd orta məktəbində bilərəkdən qərəzli şəkildə mənfəət əldə etmək üçün pozulub.
Bu hal ilə Goranboy Rayon Təhsil sektoru yaxından tanışdır. Və belə vəziyyətin marağındadır".
"Təhsil müəssəsində Nazirliyin F 467 əmrinin tələbləri yerimə yetirilməlidir" deyə çağırışda bulunan müraciət müəllifləri daha sonra qeyd edirlər:
"Elm və Təhsil Nazirnin əmrlərinə tanımayan Goranboy Buzluq kənd orta məktəbində 67 yaşlı təqaüdçü müəllim gəlib yenidən "mən də varam" deyərək qanunsuz şəkildə dərs davası edir. Necə eləyək? Nazirlik buna əlavə dərs saatları ayıracaqmı görəsən?.."
diaaz.space bildirir ki, məhz bu faktın kənd məktəbində narazılığa səbəb olduğu məktubda qeyd olunur. İddia olunur ki, bu işdən qazanc götürənlər var və yerli təhsil idarəsində də qanunların pozulmasını gəlirə çevirən işçilər mövcuddur.
İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...