DİA.AZ: - ""Starex.az" logistika şirkətindən şikayətim var! Yanvar ayınin 18 alınan mal 23 yanvar tarixində ABŞ ünvanına çatıb". DİA.AZ bildirir ki, bu barədə "Şikayətim Var" sosial qrupundakı paylaşımda giley olunur.
Daha sonra narazı vətəndaş yazır: "Amma bağlamadan bir xəbər yoxdur. Deyirlər, bağlama çatmayıb. Rəsmi "ebay case" açdım... təsdiqlədilər çatıb. 1 həftə gözlədim Starex "Bir cavab yoxdur" deyir. Deyirlər çatsaydı biz imza atmalıyıq sənədə... onu təqdim edin, bizə araşdıraq.
Deyirəm, nə sənəd? Bu haqda harda yazmısınız, belə prosedur var sizdə? Susurlar..
7 fevralda guya qeyd edirlər yola hazırlanır... amma heç bir xeber yoxdur. Başdan-ayağa fırıldaqdırlar. Nə badə istifadə edəsiniz.
Hal hazırda ABŞ unavınını ləğv ediblər. Araşdırmalarında məlum oldu ki bunların ABŞ ünvanı "dynamex.az" ilə eynidir..."
İddia olunanlarla bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...