Ramanada xırda məmurun `BÖYÜK İŞLƏRİ`... - Bunları görən YOXDURMU?
Tarix: 19-05-2022, 11:57 | Çap et
Sabunçu rayonu ilə bağlı konkret mövzuya keçməzdən öncə onu qeyd edək ki, Bakı şəhərində qanunsuz tikililər neçə illərdir ki, çox ciddi problemə çevrilib. Hətta məsələ o dərəcədə ciddiləşib ki, Beynəlxalq Təşkilatlar Azərbaycandakı 500 mindən artıq olan qanunsuz tikililərin sənədləşdirilməsi üçün lazım olan vəsaiti ayırmağa hazır olduqlarını bəyan ediblər. Bu barədə dəfələrlə cənab Prezident İlham Əliyev də müvafiq dövlət qurumlarına göstəriş verib ki, qanunsuz tikililərin sənədləşdirilməsi üçün bütün lazım olan materiallar toplanılsın. Hətta bir-iki il əvvəl bu məsələyə girişdilər də. Sözümüzün canı odur ki, qanunsuz tikililərin sayı yenə durmadan artır. Bu isə ciddi problemlər deməkdir. Birincisi həmin qanunsuz tikililərdə yaşayan 10 minlərlə vətəndaş uçotdan kənar qalır. Sabah hər hansı cinayət hadisəsi baş verəndə onu operativ həll etmək olmur. Digər problem odur ki, ərazidə yaşayan əhalinin uçotu olmadığı üçün məktəb, xəstəxana, uşaq bağçası və digər obyektlərin kontingentini müəyyən etmək çətin olur. Ən dəhşətlisi odur ki, bu qanunsuz tikililər sabah söküləndə, dövlət büdcəsindən milyonlarla kompensasiya ödənməli olacaq. Axı, nəyə görə, hansısa məmur 5 min alıb qanunsuz tikiliyə icazə versin və əvəzində sabah dövlət 50 min kompensasiya ödəsin. Sözün düzü, bu məsələ ekspertlər tərəfindən dəfələrlə ciddi müzakirə olunduğu üçün üzərində geniş dayanmaq istəmirik. Ancaq onu qeyd edə bilərik ki, bu qanunsuz tikililərə mülkiyyət hüququ verilsə….büdcəyə mülkiyyət vergisi olaraq külli miqdarda pul gələr. Digər tərəfdən vətəndaş öz sənədli mülkiyyətini banka qoyub kredit götürə, iş qura bilər. Yəni bu cox ciddi məsələdir. Amma təəssüf ki, bu problem hələ də öz həllini tapmır. Nəinki tapmır, hətta qanunsuz tikililərin sayı durmadan artır. Belə qanunsuz tikinti poliqonlarından biri də Sabunçu rayonudur. Bəli, paytaxtın mərkəzi rayonlarından fərqli olaraq Sabunçu kənd tipli rayondur, rayonun az qala onlarla kəndi və qəsəbəsi var. Yəni bu rayonda qanunsuz tikinti üçün münbit şərait var. Və biz əminliklə qeyd edə bilərik ki, bu məsələdən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tam məlumatlı deyil, yəni icra başçısının ərazi üzrə nümayəndələri bundan istifadə edərək külli miqdarda pul qazanır və insanların həyatını təhlükəyə atırlar. Belə ki, Sabunçu RİH başçısı Adil Vəliyevin rəhbərlik etdiyi rayonda, Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Osmanov Arif Məlik oğlu olaraq, ərazidə əməlli-başlı tikinti “bazarı” açıb. Arif Osmanov hər yerdə deyir ki, mənim icazəm olmadan kimsə Ramanada daşı-daş üstə qoya bilməz, gəlib məni görməlisiniz, sonra tikintiyə başlamaq olar. Bu adam özünü az qala rayonun sahibi kimi aparır. Olsun, biz heçnə demirik. Bu gün dövlətin adından möhürü, ştampı olan Ramana qəsəbə isra nümayəndəliyi fəaliyyət göstərir. Rəsmi sənəddə olduğu kimi, gərək problemlərin həllində də bu məmur adını daşıyan Arif Osmanov məsuliyyət hiss etsin. Yəni, mən bu qəsəbənin ərazi icra nümayəndəsiyəm, əlimə “tüpürüm” bütün torpaqların üzərində icazəsiz tikinti aparılmasına şərait yaradım, əsla belə olmaz. Tikinti aparmaq üçün arxitektura komitəsinin qarşısında illərlə gözləyib, qanuni sənəd ala bilməyənlər var. Bu haqda sonrakı yazımızda… Nə isə, Ramananın problemləri bitib-tükənən deyil. Bütün bunlar azmış kimi rayonun məşhur neft milyonçusu Murtuza Muxtarovun adını daşıyan qəsəbədə isə vəziyyət dözülməz həddə çatıb. Birincisi, onu qeyd edək ki, qəsəbə zir-zibil içərisində itib batır. Lap rəhmətlik Maksim Qorkinin keçən əsrin əvvəllərində təsvir etdiyi mazutlu ərazini xatırladır. Amma əraziyə məsul şəxslər nəinki kənar ərazini, hətta neft quyularının kənarlarını da tikinti obyektləri üçün satırlar. Yəni bu xırda məmurların gözünü pul o qədər tutub ki, sabah baş verəcək fəlakətləri nəzərə almırlar. Axı, neft quyusunun ətrafında sabah iraq olsun hər cürə yanğın, partlayış və digər qəza halları baş verə bilər. Belə olan halda kim məsuliyyət daşıyacaq..? Biz Sabunçu rayonu ərazisində baş verən qanunsuz tikinti poliqonlarından bir neçəsinin adını çəkdik. Hətta lazım olarsa əlimizdəki samballı və kifayət qədər dəqiq informasiyaları təqdim edə bilərik. Yaxud başqa bir nümayəndəliyə nəzər salaq. Sabunçu rayon İcra hakimiyyətinin başçısı Adil Vəliyevin Bakıxanov qəsəbəsi üzrə təyin etdiyi nümayəndə Orucov Ruhin Eyvaz oğlu, qəsəbənin İvan Anaşkin küçəsini əməlli-başlı tikinti meydançasına çevirib. Küçə başdan-başa 3-4 mərtəbəli villalarla əhatə olunub. İcazəsiz mülklərin tikintisi əlbəttə külli miqdarda rüşvət müqabilində tikilə bilər. Yəni, 1 mərtəbəyə icazəsi olan şəxslər, 3 mərtəbəli mülklər ucaldırlar. Hətta, məktəb ərazisi üçün ayrılan bataqlıq ərazilərin qurudularaq müxtəlif şəxslərə satılması əyani sübutdur. Hətta qəbristanlıqların ətrafı, məktəblərin ərazisi, ərazidəki gölün ətrafı, bataqlıq ərazilər tikinti üçün müxtəlif şəxslərə satılır. Heç kim nəzərə almır ki, Anaşkin küçəsinin bütün hissələri bataqlıq ərazilər olub. Günün birində çökmə baş versə kim məsuliyyət daşıyacaq, dəymiş ziyanı kim ödəyəcək? Suallar çoxdur. Amma bu suallara cavab tapmaq üçün gərəkir ki, əziyyət çəkilsin. Redaksiyamıza müraciət edən Ramana sakinləri bildirirlər ki, qəsəbənin icra nümayəndəsi Arif Osmanov deyir ki, mən icra başçısı Adil Vəliyevin qohumuyam. Biz bir media olaraq bəyan edirik ki, kimin kimlə qohum olması önəmli deyil, önəmli olan dövlətin maraqlarıdır. Adil Vəliyev bizim də dostumuz ola bilər. Və biz Adıl Vəliyevi təsərrüfatcıl, işgüzar icra başçısı kimi tanıyırıq və inanırıq ki, bu qanunsuz tikinti halları barədə onun kifayət qədər məlumatı yoxdur. Ona görə də Adil müəllimdən xahiş edirik ki, zəhmət olmasa kabinetinizdən bayıra çıxasınız, əraziləri, qəsəbələri gəzib-dolaşasınız və təyin etdiyiniz nümayəndələrin qanunsuz əməlləri ilə tanış olasınız. İnanın, bu belədir, onlar sizi aldadırlar. Yoxsa bəzi işbazlar, maklerlər, pulu hər şeydən üstün tutanlar neft quyularının, göllərin, bataqlıqların ərazisini Arif Osmanov kimi məmurlarla birləşib satacaqlar. Əgər icra başçısı hörmətli Adil Vəliyev istəsə biz rayon ərazisində baş verən qanunsuz tikinti ilə bağlı faktları çatdıra bilərik. Həm də, cənab başçı, nəzərə almalısınız ki, qanunsuz tikililərlə bağlı Prezident İlham Əliyev cənabları konkret fikrini bildirib. Buna qarşı getmək sizin nümayəndələr üçün yaxşı heç nə vəd etmir. Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kiyev rus qazını kəsir: Avropa istilik problemi ilə üz-üzə - NƏ BAŞ VERİR?
Bu gün, 03:11 |
|
|
|
• Məktəblərdə istilik problemi varmı? - AKTUAL
Bu gün, 03:09 |
|
|
|
• Suriyanın “açarı” kimdədir? - Türkiyədə, ya da 300 milyard dolları kim versə, onda...
Bu gün, 03:06 |
|
|
|
• MİDA hamını BOĞAZA YIĞIB... - öz qaydaları ilə...
Bu gün, 03:04 |
|
|
|
• "Cəmiyyət və dövlət susur deyə əxlaqsızlığın sayı artır" - - ETİRAZ
Bu gün, 02:59 |
|
|
|
• 'Expargo' karqoları BELƏ GECİKDİRİR - Yolda olan bağlama yenidən çeşidləməyə necə qayıtdı?
Bu gün, 02:55 |
|
|
|
• Elçin Lənbəranski hüquq-mühafizə orqanlarına səsləndi - "Bu binamusları həbs edin..."
Bu gün, 02:51 |
|
|
|
• Azərbaycanda 24 illik şirkət - LƏĞV EDİLİR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda 10 manat nizamnamə kapitalı olan kredit şirkəti yaradılıb
Bu gün, 00:02 |
|
|
|
• ABŞ-da Tərlan Əhmədova yüksək vəzifə verildi
Dünən, 20:30 |
|
|
|
• Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
Dünən, 20:24 |
|
|
|
• Paşinyanın “təkliflər oyunu"
Dünən, 19:00 |
|
|
|
• Bu şirkət Ağdərədə 2,3 milyon manata 90 evi təmir edəcək - TENDER NƏTİCƏSİ
Dünən, 18:58 |
|
|
|
• ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı TƏLƏB: - “İrəvan bunda maraqlı deyil”
Dünən, 18:00 |
|
|
|
• Hesablama Palatası Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətində nöqsanlar AŞKAR EDİB
Dünən, 17:31 |
|
|
|
• İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinə yeni müşavir təyin edilib - ƏMR
Dünən, 17:26 |
|
|
|
• Suriyadan sonra: İran atom bombası əldə etməyə tələsir - “Nezavisimaya qazeta”
Dünən, 17:23 |
|
|
|
• Sülh müqaviləsi şübhə altında - İNCƏLƏMƏ
Dünən, 17:19 |
|
|
|
• Bakıda iranlı narkotik tədarükçüsü ifşa olundu - Polis əməliyyatı
Dünən, 17:17 |
|
|
|
• Fərhad Əhmədovun adı “Böyük Manipulyator”a necə düşdü? - Böyük Manipulyator
Dünən, 17:14 |
|
|
|
• "Öz ölkəsində ölüm hökmü olan Qərb ölkələrinin səfirləri ölkəmizdə "beynəlxalq hüquq"dan danışır"
Dünən, 17:04 |
|
|
|
• Mədəniyyət Nazirliyinin vəzifəli şəxsi işindəki nöqsanlara görə cərimə edildi - TƏFƏRRÜAT
Dünən, 17:00 |
|
|
|
• Zəngəzur dəhlizi olmayacaqsa, Ermənistan dalan ölkəsi olaraq qalacaq
Dünən, 16:58 |
|
|
|
• "Yelo Bank"ın kritik maliyyə hesabatları - Ehtiyatlar azalıb
Dünən, 16:42 |
|
|
|
• Yaşar Əliyev illər uzunu tutduğu vəzifədən alınaraq... - YENİ TƏYİNAT
Dünən, 16:37 |
|
|
|
• Azərbaycan Qətərə yeni səfir TƏYİN EDİB
Dünən, 16:35 |
|
|
|
• Tofiq Musayev Azərbaycanın BMT yanında daimi nümayəndəsi təyin edilidi - SƏRƏNCAM
Dünən, 16:34 |
|
|
|
• Azərbaycanın Niderlanda yeni səfiri təyin edilib - FOTO
Dünən, 16:32 |
|
|
|
• Azərbaycan İndoneziyaya yeni səfir TƏYİN EDİB
Dünən, 16:31 |
|
|
|
• Cəlal Mirzəyev səfir vəzifəsindən geri çağırılıb - SƏRƏNCAM
Dünən, 16:29 |
|
|
|
• “Gədəbəyin dağ kəndlərində də kilsələr tikilsin, biz də qaz üzü görək” - SAKİNLƏR ÇARƏSİZDİR
Dünən, 16:23 |
|
|
|
• Qulu Məhərrəmliyə Prezidentin fərdi təqaüdü verilib - SƏRƏNCAM
Dünən, 16:17 |
|
|
|
• Bakıda həbsxanada MƏHKUM ÖLDÜ
Dünən, 16:13 |
|
|
|
• Prezident İlham Əliyev Mayıl Əhmədovu 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi - SƏRƏNCAM
Dünən, 16:12 |
|
|
|
• Dəməşqdə mitinq – Colani administrasiyasına ETİRAZ
Dünən, 16:06 |
|
|
|
• AYNA bir “texniki" nasazlığın əlində qalıb – Problem niyə həll olunmur?
Dünən, 16:02 |
|
|
|
• Tramp Aİ-ni hədələyir, ABŞ-dan daha çox neft və qaz almağı tələb edir - "Bloomberg”
Dünən, 15:59 |
|
|
|
• “Saf Farma“-nın “əldən satış“ biznesinin gizlinləri - Şirkət vergidən belə yayınır...
Dünən, 15:57 |
|
|
|
• Fuad Nəcəfli ÖZÜNDƏN PADŞAH DÜZƏLDİR? - BU NƏDİ BELƏ?..
Dünən, 15:50 |
|
|
|
• Putin müsahibədə Əliyevdən bu iki cavabı gözləyirdi – Daniyelyan
Dünən, 15:47 |
|
|
|
• Azərbaycanda 3600 manata bayramı qeyd edənlər var - "Tələbat olacaqsa, qiyməti daha da qaldıracaqlar..."
Dünən, 15:41 |
|
|
|
• 32 yaşlı Səmra çılpaq şəkli ilə gündəmdə - FOTO
Dünən, 15:37 |
|
|
|
• Bayramqabağı əfv sərəncamı gözlənilir? - AÇIQLAMA
Dünən, 15:35 |
|
|
|
• İndiyə qədər belə müəllim-şagird gərginliyi olmayıb: - Bu düşmənçilik haradandır?
Dünən, 15:06 |
|
|
|
• Rusiyanın NATO ilə müharibə aparacaq qədər gücü yoxdur - FAKT BUDUR!
Dünən, 15:03 |
|
|
|
• Mingəçevirdə sərxoş kişi qonşu evinə girdi: "Hamamdan təzə çıxmışdım..." – Şok təfərrüat
Dünən, 15:01 |
|
|
|
• Ağalı kənd məktəbinə yeni direktor təyin olunub - ƏMR
Dünən, 14:58 |
|
|
|
• BU NƏDİ BELƏ: Təbii qazın olduğu kəndlərdə məktəbləri odunla qızdırırlar - NAZİRİN NƏZƏRİNƏ!
Dünən, 14:56 |
|
|
|
• Rəşad Məcid: Tənqiddə kor-təbii yanaşma yolverilməzdir: - Bundan bütöv jurnalistika itirir
Dünən, 14:52 |
|
|
|
• Oruc Zalovun polkovnik oğlu Gömrükdəki vəzifəsindən çıxarıldı - ƏMR
Dünən, 14:48 |
|
|
|
|