İrəvan hakimiyyətinə güvənmək olmaz .....                     Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər .....                     “Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” .....                     CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF .....                     Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... .....                     Elşən İbrahimov DANIŞDI .....                     Professor Rəhman Bədəlov vəfat edib .....                     Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı? .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Tələbələrin köçürülməsi prosesinə start verilir .....                     Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib .....                     Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... .....                     "Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq .....                     “Nar” regionlarda təhsilə dəstəyini davam etdirir .....                     İran rəsmisi Pezeşkianı təhqir etdi .....                     2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” .....                     Güney Qafqaz üçün ƏRƏB MASASI... .....                     Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər .....                     "Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR .....                     Bu məktəblər ÖZBAŞINA QALIB... .....                     AzTV-nin 440 minlik tenderi ləğv edildi .....                     “Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” .....                     Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb .....                     Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... .....                     Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” .....                     “Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi .....                     Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi .....                     Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib .....                     Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi .....                     İranda ETİRAZLAR BAŞLADI: .....                     Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır .....                     Sabah bəzi yerlərdə az yağış yağacaq... .....                     Hüquqşünasdan ağır sözlər: .....                     Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? .....                     "OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? .....                     Bakıda falçı evini satan qadının başına OYUN AÇDI .....                     Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... .....                     Afət həmkarlarına MEYDAN OXUDU: .....                     “Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. .....                     "Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" .....                 

Əgər dövlət bir çarə qılmasa... - Pandemiya təhsilimizi bərbad günə qoyub...
Tarix: 17-04-2021, 10:29 | Çap et
Əgər dövlət bir çarə qılmasa...
Təhminə Zeynalova 11-ci sinifi bu il bitirir. Qarşıda onu buraxılış imtahanı gözləyir. Deyir ki, zaman daraldıqca həyəcanı daha da artır. Axı, pandemiyaya görə məktəbə doğru-dürüst gədə bilməyib. Deyir ki, kaş bunu nəzərə alıb, sualları bir az asan edəydilər:

“Əsas riyaziyyatdan sualların asanlaşdırılmasını istəyirdim. Ən çətin mənə riyaziyyat gəlir. Əyani dərslə, onlayn dərslər eyni deyil. Hələ elə uşaqlar vardı ki, internet və ya kompüteri yox idi”.

Ötən ilin martından Azərbaycanda koronavirusa görə xüsusi karantin rejimi elan olunub. Məktəblərdə dərslər onlayn keçirilib.

Məsələ təkcə sualları sadələşdirməkdə deyil

Təhsil Araşdırmaları Mərkəzinin rəhbəri Kamran Əsədov hesab edir ki, imtahanların sadələşdirilməsi ədalət prinsipi baxımından olduqca önəmlidir:

“Azərbaycanda bu il 85 min şagird məktəbə getmədən məzun olacaq. Bu ciddi bir məsələdir. İkincisi təkcə Bakı və Sumqayıtda şagirdlərin 75 faizi onlayn dərslərdə iştirak edib. Bu o deməkdir ki, azı 25 faiz şagird dərslərə qatıla bilməyib və ya keyfiyyətli təhsil ala bilməyib. Məhz bu faktorlar test tapşırıqlarının asanlaşdırılmasını labüd edir. Bilirsiniz, məsələ tək sadələşdirmə deyil, məsələ ədalət prinsipidir. Yəni, kiminsə kompüteri, interneti varsa dərslərə qatıla bilib. Maddi imkanı olmayanlar dərslərdən kənar qalıb. Biz onlar üçün ədalət prinsipini qorumalıyıq”.

Buraxılış imtahanlarını təşkil edən Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, bütün bu məsələlər nəzərə alınıb. Həm 9-cu, həm də 11-ci siniflər üzrə buraxılış imtahanları sadələşdirilib:

“11-ci sinifin birinci yarım ilində keçilən mövzulardan suallar hazırlanacaq. İkinci yarım ildə keçirilən mövzulara dair suallar isə daha aşağı siniflər səviyyəsinə uyğun qaydada soruşulacaq. Yəni, mövzular bir qayda olaraq sadədən mürəkkəbə doğru keçilir. Ona görə, məsələn, 11-ci sinfin ikinci yarısında keçilən hər hansı bir mövzunun sadə forması əslində 10 və ya 9-cu sinifdə öyrədilib. İmtahan zamanı bütün bunlar nəzərə alınacaq və suallar həmin o proqrama əsasən tərtib olunacaq”.

Dünyanın bəzi ölkələrində də imtahan sualları sadələşdirilib, amma bəzilərində hələ də ortaq məxrəcə gələ bilməyiblər.

ABŞ-da orta məktəblər üzrə buraxılış imtahanıları ilə bağlı ciddi fikir ayrılığı var. Bir çox ştatlar bu imtahanların ümumiyyətlə ləğvini təklif etsə də, ABŞ prezidenti Co Bayden administrasiyası qərar verib ki, 2021-ci ildə buraxılış imtahanları əvvəlki illərdə olduğu kimi qalsın. Nyu York ştatı bu qərarın əleyhinə çıxıb və buraxılış imtahanlarında fənlərin çoxunun ləğv ediləcəyini açıqlayıb.

ABŞ-ın Şimalı Korolina ştatında orta məktəb müəlliməsi Rebeka Ril isə deyir ki, onların məktəbində imtahanlarda hər hansı dəyişiklik gözlənilmir:

“Yox, bizim məktəbdə imtahan tələblərində bir dəyişiklik yoxdur. Ötən il pandemiyaya görə məktəblər yeni bağlananda bizim bəzi çətinliklərimiz oldu. Amma sonradan şagirdlərimiz kompüter və internetlə təmin olundu. Müəllimlər də onlayn dərslərin keçirilməsi metodikasını inkişaf etdirdi ki, şagirdlər dərsləri mənimsəyə bilsinlər. Bizim məktəb bu kimi dəyişikliklər apardı, imtahan tələbləri lə bağlı dəyişikliklər etmədi”.

Mehdiabad qəsəbəsindəki 1 saylı orta məktəbin tarix müəllimi Sərvər Rüstəmov deyir ki, onlayn dərslərdə tədris proqramını şagirdlərə tam mənimsədə bilməyib. Deyir ki, burda da əsas əngəl texniki problemlər olub. O da sualların sadələşdirilməsinin tərəfdardır:

“Ucqarlarda və internetə çıxışı olmayan, kompüteri olmayan şagirdlərdə problemlər yarandı. Yəni, təhsilin əlçatanlığı prinsipinə əsas sualların aşağı sinif dərsliklərinə salınması daha məqsədəuyğun olardı”.

Azərbaycanda 11-ci siniflərin buraxılış imtahanına dünən, aprelin 15-dən başlanıb. Dünən və bu gün ümumilikdə respublikanın 25 şəhər və rayonunda imtahanlar keçirilib. Növbəti imtahan günü isə 22-23 apreldə olacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İrəvan hakimiyyətinə güvənmək olmaz - ÇÜNKİ...
Bu gün, 06:26
Pensiya alanların nəzərinə: ödənişlər dəyişə bilər – MƏBLƏĞ
Bu gün, 06:23
“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir...” - "Həkimlərdən şikayətçiyəm"
Bu gün, 06:20
CHP liderindən Ərdoğana UNİKAL TƏKLİF - “Bu şansı qaçırmamalıdır”
Dünən, 23:33
Bakıda iş adamının 2 villasından yarım milyonluq oğurluq... - TƏFƏRRÜAT
Dünən, 23:29
Elşən İbrahimov DANIŞDI – Deportasiya ilə bağlı açıqlama
Dünən, 23:27
Professor Rəhman Bədəlov vəfat edib
Dünən, 23:24
Sülh masası Əbu-Dabidə qurulur – Moskva və Brüssel niyə kənarda qaldı?
Dünən, 17:36
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:34
Tələbələrin köçürülməsi prosesinə start verilir
Dünən, 17:21
Rüşvət almaqda təqsirləndirilən sabiq hakim kassasiya şikayəti verib
Dünən, 17:12
Ermənistan hakimiyyəti və cəmiyyəti anlamalıdır ki, Azərbaycanla sülh... - XƏBƏRDARLIQ
Dünən, 17:05
"Bank BTB"nin Müşahidə Şurasının tərkibinə yenidən baxılacaq - Mehdiyevlər GERİ DURUR?
Dünən, 16:41
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir - BUNDAN SONRA...
Dünən, 16:34
İran rəsmisi Pezeşkianı təhqir etdi - BAŞLARINI İTİRİBLƏR...
Dünən, 16:29
2030-da jurnalistika, hüquqşünaslıq, müəllimlik ixtisasları “öləcək?” – ŞOK AÇIQLAMA
Dünən, 16:25
Güney Qafqaz üçün ƏRƏB MASASI... - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:22
Ermənistan və İran müdafiə nazirləri regional təhlükəsizlik məsələlərini müzakirə ediblər - KİV
Dünən, 16:15
"Beşbarmaq”da nəzarət yoxdur, amma paraşütçülər UÇUR - Nuranənin ölümü kimə DƏRS olacaq?
Dünən, 13:03
Bu məktəblər ÖZBAŞINA QALIB... - İTTİHAM VAR...
Dünən, 13:01
AzTV-nin 440 minlik tenderi ləğv edildi
Dünən, 12:57
“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” - DƏLİXANADIR, VALLAH...
Dünən, 12:56
Gəncə Regional İcma Mərkəzinin rəhbərinin həbs müddəti uzadılıb
Dünən, 12:46
Hələ də ötən ayın əməkhaqqı ödənilməyib... - NARAZILIQ VAR...
Dünən, 12:44
Milyonluq mənimsəmə: “Pullar kartıma köçürülürdü” – Məhkəmə
Dünən, 12:38
“Abşeron Hotel Qrup”a daxil olan bu otelin adı dəyişdirildi
Dünən, 12:34
Rubionun Azərbaycan və Ermənistanla bağlı son bəyanatı vacib idi - Dövlət Departamenti
Dünən, 12:30
Məhkəmə "Vətəndaş Hüquqları” İnstitutunun rəhbəri Bəşir Süleymanlı ilə bağlı qərar verib - TƏFƏRRÜAT
Dünən, 12:27
Səhiyyə Nazirliyinin 5.5 milyonluq tenderi ləğv edildi
Dünən, 12:15
İranda ETİRAZLAR BAŞLADI: -Pezeşkian HƏDƏFDƏ
Dünən, 12:12
Ermənistan İstintaq Komitəsi Eçmiədzinə əməliyyat planlaşdırmır
Dünən, 12:10
Sabah bəzi yerlərdə az yağış yağacaq...
Dünən, 12:06
Hüquqşünasdan ağır sözlər: - “Ölkədə geyləşmə prosesi gedir...”
Dünən, 12:00
Bu ixtisaslaşma magistraturadan çıxarıldı: Strateji sahə niyə diqqətdən kənarda qalır? - AKTUAL
Dünən, 11:58
"OKUKLU HOLDİNQ" VƏTANDAŞLARIN PULUNU NECƏ MƏNİMSƏYİR? - İTTİHAM VAR...
Dünən, 11:44
Bakıda falçı evini satan qadının başına OYUN AÇDI - TƏFƏRRÜAT
Dünən, 11:31
Bələdiyyə gözünü yumub HƏR YERİ SATIR... - BU NƏDİ BELƏ?
Dünən, 11:28
Afət həmkarlarına MEYDAN OXUDU: - “Toy bazarında nömrə birəm”
Dünən, 11:17
“Daşnaksütyun”un rəhbərlərindən biri olan deputat Moskvaya qaçdı?.. - “Johovurd”
Dünən, 11:13
"Alqış Musayevin yazdığı dəyərləndirmə yox, məğlubiyyət etirafıdır" - Elçin Alıoğlu yazır...
Dünən, 11:09
Ermənistan ordusunda 8 yaralı - Biri polkovnik-leytenantdır
Dünən, 11:05
Hakimiyyət uğrunda amansız mübarizə: açıq savaşda yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 11:01
İrəvanı qarışdıran iddia: Paşinyanı qorumaq üçün səs yazısını o ölkə verib – Gizli görüş
Dünən, 10:58
Naxçıvanda vətəndaşlara YENİ TƏLƏ: `Cibimizi soyurlar...` - Fuad Nəcəfli ƏNCAM ETMƏLİDİR...
Dünən, 10:55
Gecə əri evə gələn qadın sevgilisini qızının otağında gizlətdi, o isə azyaşlı ilə... - TƏFƏRRÜAT
Dünən, 10:49
Holdinqin aqrar biznesinə yeni rəhbər təyin edilib - BUNDAN SONRA...
Dünən, 10:45
London Azərbaycanın nəqliyyat dəhlizinə qoşulur - AKTUAL
Dünən, 10:41
Tramp Moskva və Pekini bombalamaqla hədələyib - CNN
Dünən, 10:39
Nazirliyin 5 milyonluq tenderi ləğv edildi - SƏBƏB AÇIQLANMADI
Dünən, 10:37
“Ks Baku”da qanun HƏRLƏYƏN YOXDUR...
Dünən, 10:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru