Dükanı yanan sahibkarın evi də əldən gedir - GİLEY
Tarix: 4-11-2019, 10:01 | Çap et
 Banklarla vətəndaşlar arasındakı problemlər bitib-tükənmək bilmir. Bank kreditlər təklif edir, vətəndaş pulunu götürür, amma ödəmə prosesində hər iki tərəfin narazılıqları çox halda məhkəmə ilə nöqtələnir.
AYNA-nın redaksiyasına üz tutan Sumqayıt sakini Rövşən Dadaşovun sözlərinə görə, Sumqayıtda yerləşən “Karvan” Ticarət Mərkəzi (2013-cü ilin oktyabrında) yanandan sonra, xeyli borca düşüb. Dəymiş zərərlə bağlı hər hansı kompensasiya olmadığından, bankdan pul götürmək məcburiyyətində qalıb.
“2014-cü ildə - yanğın hadisəsindən 7 ay sonra, evimi girov qoyub, “Nikoil Bank”dan 20 min pul götürdüm. Ödəniş şərtlərinə görə, 7 il ərzində ayda 533 manat olmaqla ödəmə etməliydim. İlk 9 ayda, təxminən 5000 manat ödədim, daha sonra gücüm çatmadı. Bank məni məhkəməyə verdi, şəxsi tanışım olan vəkilim işi öz üzərinə götürsə də, məni aldatdı. Heç mənim məsələmlə maraqlanmayıbmış. Banka olan 18441.20 manat borcun üzərinə faiz yığılıb və hazırda ümumi borcum 30 min manata çatıb”, - R.Dadaşov deyib.
İş o yerə çatıb ki, 3 ay bundan əvvəl sahibkarın ünvanına məhkəmə qərarı ilə bağlı məktub gəlib: “Qeyd olunurdu ki, bank borcumun qarşılığında evimi hərraca çıxarıb. Halbuki, vəkilim deyirdi ki, “arxayın ol, evin gedə bilməz”. Bir də ayıldım ki, ev hərraca gəlib. 3 ay əvvəl məktub gəldi ki, hərraca çıxarılıb”.
“Məhkəmə yolu ilə yenidən işimə baxılması mümkün deyil. Bankla da danışmışam, onlar mən dediyim şərtlə razı deyillər, məndən bir dəfəyə ilkin olaraq nəğd 10 min manat istəyirlər. İndi mənim bu məbləğə gücüm çatmır, bank imkan versə, hər ay 300 manat olmaqla borcumu ödəməyə hazıram. Coratda yerləşən həyət evimdə övladlarımın ailəsi ilə birlikdə, 3 ailə olaraq yaşayırıq. Bu ev hərracda satılsa, küçədə qalacağıq”, - Dadaşov bildirib.
“Nikoil Bank”ın PR və KSM şöbəsinin müdiri Nurlana Musayeva AYNA sorğusunu cavab olaraq bildirib ki, sözügedən müştəri ilə dəfələrlə telefon danışığı aparılıb: “Hətta 12.09.2019-da müraciət müəllifi ilə görüşülüb, qərarın icrası ilə bağlı bütün mümkün variantlar müzakirə olunub. Aylar üzrə bölgü aparılıb, hissə-hissə ödəniş etməsi isə, təminatlı kredit olduğundan bank üçün əlverişli deyil. Bankın razılığı ilə evi satıb borcu bağlamağı tövsiyyə olunub və razılaşdırılıb”.
“Bundan əlavə, məhkəmə qətnaməsinin icra üsulunun dəyişdirilməsi məhkəmənin səlahiyyətindədir. Əlavə olaraq bildirirəm ki, 28.10.2019-cu il tarixində sonuncu dəfə müştəri ilə danışılıb və o bildirib ki, evi sata bilmir. Alıcısı yoxdur”, - deyə bank rəsmisi vurğulayıb.
N.Musayeva əlavə edib ki, artıq məsələ ilə bağlı, Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Əli Hacıyev tərəfindən icraata başlanmasına dair qərar qəbul edilib.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tramp Zəngəzur dəhlizini səbirsizliklə gözləyir
Bu gün, 14:50 |
|
|
|
• “Kayrat” “Real”a qalib gəlsə, futbolçulara görün nə hədiyyə edəcək - Biznesmen vəd verdi
Bu gün, 14:48 |
|
|
|
• Pezeşkian ABŞ-a gedir - İSNA
Bu gün, 14:43 |
|
|
|
• Putin sülh yolu ilə həllə açıqdır - Peskov belə deyir...
Bu gün, 14:31 |
|
|
|
• Kərəm Həsənovun kölgəsi altında yetişən oliqarx... - Fərahim Mirzəyev yediklərinin hesabını verəcəkmi?
Bu gün, 14:25 |
|
|
|
• İranda Azərbaycan rəqsini təbliğ edən güneyli fəal həbs edilib
Bu gün, 14:16 |
|
|
|
• "Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Bu gün, 14:10 |
|
|
|
• "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Bu gün, 14:06 |
|
|
|
• Putin Paşinyana məktub göndərdi
Bu gün, 14:03 |
|
|
|
• “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Bu gün, 12:25 |
|
|
|
• Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Bu gün, 12:22 |
|
|
|
• İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Bu gün, 12:18 |
|
|
|
• Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Bu gün, 11:49 |
|
|
|
• Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Bu gün, 11:41 |
|
|
|
• "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Bu gün, 11:39 |
|
|
|
• Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Bu gün, 11:36 |
|
|
|
• Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Bu gün, 11:34 |
|
|
|
• Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Bu gün, 09:51 |
|
|
|
• Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:50 |
|
|
|
• Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 09:48 |
|
|
|
• «Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Bu gün, 09:40 |
|
|
|
• Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Bu gün, 09:27 |
|
|
|
• Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Bu gün, 09:17 |
|
|
|
• "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15 |
|
|
|
• Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Bu gün, 09:05 |
|
|
|
• "Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Bu gün, 09:02 |
|
|
|
• Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Bu gün, 08:58 |
|
|
|
• Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Bu gün, 08:54 |
|
|
|
• Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Bu gün, 08:49 |
|
|
|
• ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Bu gün, 00:44 |
|
|
|
• Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Bu gün, 00:39 |
|
|
|
• Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Dünən, 12:29 |
|
|
|
• İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Dünən, 12:26 |
|
|
|
• Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Dünən, 12:23 |
|
|
|
• Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Dünən, 12:16 |
|
|
|
• AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 12:12 |
|
|
|
• Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Dünən, 12:10 |
|
|
|
• Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Dünən, 12:08 |
|
|
|
• Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Dünən, 12:01 |
|
|
|
• Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Dünən, 11:50 |
|
|
|
• Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Dünən, 11:46 |
|
|
|
• "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Dünən, 11:38 |
|
|
|
• Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Dünən, 11:25 |
|
|
|
• Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 11:06 |
|
|
|
• İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 11:03 |
|
|
|
• Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Dünən, 11:00 |
|
|
|
• Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Dünən, 10:55 |
|
|
|
• Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Dünən, 10:51 |
|
|
|
• Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Dünən, 10:46 |
|
|
|
• “Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Dünən, 10:22 |
|
|
|
|