"Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır" .....                     "Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." .....                     Putin Paşinyana məktub göndərdi .....                     “Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir .....                     Kamboca ilə müharibəyə həvəsimiz yoxdur .....                     İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... .....                     Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? .....                     Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub .....                     "Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." .....                     Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu .....                     Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik .....                     Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq .....                     Azərbaycana qarşı yeni təxribat .....                     Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ .....                     «Kurort» QSC-nin qaranlıq üzü .....                     Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı .....                     Turistləri ölkədən qaçıran kimlərdir? .....                     "Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." .....                     Azərbaycanlı vəkilə hücum etdilər .....                     "Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..." .....                     Gələn il elə şeylər olacaq ki... .....                     Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi .....                     Əgər Əfqanıstan bazanı geri verməsə... .....                     ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq .....                     Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib .....                     Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb .....                     İran saytı Orta Dəhlizi .....                     Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub .....                     Qarabağ erməniləri ilə bağlı Paşinyandan .....                     AZCON-a yeni şöbə müdiri təyin olunub .....                     Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: .....                     Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ .....                     Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu .....                     Putinin adamı Paşinyanın reytinqinə çatır .....                     Yapon olmaq lazımdır, yapon... .....                     "Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin" .....                     Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır .....                     Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı .....                     İştirakçı olmadı, dövlət qurumunun tenderi .....                     Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb .....                 

Eldar Mahmudov Londona niyə və necə gedib? - İDDİA
Tarix: 7-10-2019, 09:31 | Çap et
Eldar Mahmudov Londona niyə və necə gedib?
10 gün sonra milli təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılmasının və məlum MTN çetesinin ifşasının 4-cü ili tamamlanır.

2015-ci il oktyabrın 17-si prezidentin sərəncamı ilə işdən çıxarılan Eldar Mahmudovun və dəstəsinin MTN-də hansı cinayətlər törətdiyi məhkəmə yolu ilə sübuta yetirilib.

Ötən müddət ərzində sabiq nazir özünün azadlığını qorumağı bacarıb. “Yeni Müsavat”a daxil olan məlumata görə, Eldar Mahmudov hazırda Londondadır. Onun “Dumanlı Albion”a səfərinin məqsədi haqda məlumatlar yoxdur.

Sabiq nazirin azadlıqda qalması və xaricə səfərlərinin məqsədi haqda ehtimalları gücləndirən fikirlərlə parlamentin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvü, deputat Zahid Oruc “Yeni Müsavat”a 2 il əvvəl verdiyi geniş müsahibədə tanış olmaq mümkündür. Deputat demişdi ki, Eldar Mahmudov və dəstəsinin əməlləri Cinayət Məcəlləsinin onlarla maddəsinin təsiri altına düşür. Deputatın qəzetimizə verdiyi müsahibəsində “Eldar Mahmudov nə üçün həbs olunmur” sualına belə cavab vermişdi.

Sitat: “Ölkə rəhbəri iradəsini və sərt xarakterini göstərib. Yəni ”toxunulmaz şəxs" yoxdur. Ona görə Eldar Mahmudovu “qoruyan daxili və xarici əl” versiyasını tamamilə kənara qoymaq olar. Onun şəxsiyyət probu o ölçüdə deyil. Belələrinin xarakter kimliyi, insan materialı və mənəviyyat əmsalı onu daim hifz etməyə imkan vermir. Lakin şübhə etmirəm ki, xarici agentura mərkəzləri müxtəlif ssenarilərini bizə yeridərək böyük tələlər qurublar və bizim çekist sayılan diletantları idarə ediblər. Azərbaycan təhlükəsizlik orqanları içərisində casus qrupları işləyib. Ona görə də hakimiyyətin həbs qərarı verməməsi ona lütflə bağlı deyil, zənn edirəm, digər daha böyük miqyaslı planlardan irəli gəlir. Çünki dünyanın təhlükəsizliklə bağlı dosyelərini incələyəndə görürsən ki, düşmənlərin hamısına çıxmaq üçün baş günahkarı müəyyən qədər neytral meydanda saxlamalısan. Onda oğurlanan milyardlara və digər böyük “akulalara” çıxmaq asanlaşacaq. Bu sırf əməliyyat taktikası kimi seçilə bilər. Əsas versiyalardan biri budur".

Deputat Eldar Mahmudovu istintaqdan kənar saxlayan başqa səbəblər haqda danışarkən demişdi ki, sabiq nazir faktiki olaraq haram pullarla tikdiyi villasında onsuz da məhbus ömrü yaşamaqdadır: “Ancaq bu orqan vasitəsi ilə külli miqdarda vəsaitlər Beynəlxalq Bankla əlaqəli, həm də talançılıqla və korrupsiya ilə bağlı vəsaitlərin xaricə axını baş verib. Bu, milyardlarla manat vəsait deməkdir. Zənnimcə, dövlət atdığı hər bir addımda baş vermiş fəsadların mümkün geri dönüşünü hesablayır. Lakin baş günahkarın aqibətindən asılı olmayaraq, həyatını və maddi varlığını qorumaq üçün terror qrupları kimi hərəkət edən çekist bandası ilə mübarizədə ziyan çəkən və məhrumiyyətlərə düçar olan hər kəsi ”repressiya qurbanı" kimi tanımaq lazımdır".

Yada salaq ki, artıq ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbərinin vəzifədən azad edilməsindən və bu qurumun yüksək vəzifəli şəxslərinin həbsindən dərhal sonra proses digər nazirliklərə də keçdi. Bəlli oldu ki, MTN-dəki cinayətkar şəbəkə digər nazirlikləri də qanunsuz işlərə cəlb edib. Sahibkarların soyulması, qanunsuz dinləmələrlə bağlı cinayət işi üzrə Rabitə və Yüksək Texnologiyalar Nazirliyində, Vergilər Nazirliyində də əməliyyatlar həyata keçirildi. Ötən müddət ərzində baş verənlər onu deməyə əsas verir ki, Eldar Mahmudov həbs edilməyəcəyinə arxayındır. Onun işdən çıxarılmasından sonra Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi Vidadi Məmmədov istintaqçıların diqqət mərkəzində idi. Vidadi Məmmədovla Eldar Mahmudovun “işgüzar” əlaqələri sabiq nazir “OBXSS”də işlədiyi dövrə təsadüf edirdi. Belə ki, onlar bu qurumda birgə işləmişdilər. Eldar Mahmudov nazir olandan sonra isə kadrlarını müxtəlif strukturlara yerləşdirməyə başlamışdı. 2007-ci ildə Vidadi Məmmədov da Vergilər Nazirliyinə gəldi və 5 il sonra, yəni 2012-ci ildə Eldar Mahmudovun dəstəyi ilə o, artıq vergi generalı oldu. Vidadi Məmmədovun Vergilər Nazirliyində uzun illər MTN şefinin adamı kimi fəaliyyət göstərməsi heç kimə sirr deyildi. Amma onun MTN-də daha bir güclü arxası da vardı: general Sübahir Qurbanov.

MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi general-mayor Sübahir Qurbanovla Vidadi Məmmədovu birləşdirən təkcə 2011-ci ildə rəsmiləşən qohumluq telləri deyildi. Tezliklə məlum oldu ki, MTN çetesi və Vidadi Məmmədovun rəhbərlik etdiyi idarə əlbir işləyirmiş, “qarşılıqlı informasiya mübadiləsi” edərək sahibkarları əvvəl həbs edir, sonra isə külli miqdarda pul alaraq azadlığa buraxırmışlar. Bildirilirdi ki, Vidadi Məmmədov iş adamlarının dosyesını general qudasına verirdi ki, həmin iş adamlarının yalnız bir qismi məhkəmədə bunu etiraf etməli oldular.

Bir çoxu isə külli miqdarda pulunu itirsə də, məhkəməyə üz tutmadı. Maraqlıdır ki, Vidadi Məmmədov Eldar Mahmudov “vurulduq”dan sonra Vergilər Nazirliyində tutduğu vəzifədən uzaqlaşdırılsa da, həbsdən qurtula bildi. V.Məmmədov həbsdən qurtula bilsə də, Sübahir Qurbanov məsuliyyətdən yayına bilmədi. Ötən il Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə Sübahir Qurbanov 14 il müddətinə azadlıqdan məhrum edildi. V.Məmmədov da qudasının məhkəməsində konkret iş üzrə ifadə verdi. Bir müddət əvvəl musavat.com Eldar Mahmudovla bağlı da maraqlı xəbər yaymışdı. Xəbərdə deyilirdi ki, sabiq nazir artıq tam şəkildə sərbəst hərəkət izni alıb. O, daha ölkə sərhədləri çərçivəsində dustaq deyil. “Hərəkət sərbəstliyi sabiq nazirə ölkədən sərbəst çıxıb geri qayıtmağa imkan verir. Gələn məlumatda deyilir ki, Eldar Mahmudov yay tətilini əsasən ölkədən kənarda keçirib. Onun bir müddət Londonda istirahət etməsi haqda da iddia var”, deyə xəbərdə bildirilirdi. Bu, E.Mahmudovun adamlarının reabilitasiyası haqda xəbərlərlə eyni vaxta təsadüf edir. Sabiq nazirin ən yaxın adamlarının bəziləri hələ də axtarışdadır. Onlardan biri “Akula Akif” ləqəbli Akif Mustafayev 10 gün əvvəl Səbayel Rayon Məhkəməsində iddiaçı olduğu bir iş üzrə qalib olub. Bəli, Mahmudovun ən yaxın adamı 2019-cu ilin sentyabrında Səbayel məhkəməsindən qalib çıxıb.

Mahmudovun digər silahdaşı Ayaz Elxan oğlu Kərimovu da Azərbaycanın hüquq-mühafizə orqanları 4 ilə yaxındır ki, axtarırlar. Eldar Mahmudovun həbs ediləcəyi haqda xəbərlərə daha inanan qalmayıb. Özü və yaxın çevrəsinin dirçəlməsi fonunda başqa cür ola da bilməzdi.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Ağlı olmayan özünü ağıllı göstərməyə çalışır"
Bu gün, 14:10
"Tədbirə 5 dəqiqə qalmış əlindən kitab düşdü..." - Şəmistan Nəzirlinin qəfil ölümü...
Bu gün, 14:06
Putin Paşinyana məktub göndərdi
Bu gün, 14:03
“Faciəvi təsadüf”ün xatırlanması: məkrli niyyət göz önündədir - Görünəni odur ki...
Bu gün, 12:25
Kamboca ilə müharibəyə həvəsimiz yoxdur – Poqosyan Trampa reaksiya
Bu gün, 12:22
İşdən çıxarılan 'Azəriqaz' işçisi Prezidentdən kömək istədi... - MÜRACİƏT
Bu gün, 12:18
Ağartı sənayemizdə bəziləri "zəhər" istehsal edir? - FAKT BUDUR!
Bu gün, 11:49
Faiq Ələkbərlinin “Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış” kitabının I cildi yenidən nəşr olunub
Bu gün, 11:41
"Görünən qüsuru mən “İrşad Elektroniks”ə sübut edə bilmirəm.." - NARAZILIQ VAR...
Bu gün, 11:39
Rus general Tatarıstan rəhbərinin köməkçisi oldu
Bu gün, 11:36
Vaşinqton görüşü ilə erməni xalqının sülhün bərqərar olması arzusunu reallığa çevirdik - Paşinyan
Bu gün, 11:34
Ukrayna sərhədlərini onlar üçün açmalı olacaq - Kuleba
Bu gün, 09:51
Azərbaycana qarşı yeni təxribat - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:50
Naxçıvanda bu dövlət qurumuna YOX DEYİLDİ - TENDERİ LƏĞV OLUNDU
Bu gün, 09:48
«Kurort» QSC-nin qaranlıq üzü - Sağlamlığın əvəzinə FIRILDAQ...
Bu gün, 09:40
Britaniya qırıcıları Polşa səmasında patrul uçuşlarına başladı
Bu gün, 09:27
Turistləri ölkədən qaçıran kimlərdir? - ARAŞDIRMA
Bu gün, 09:17
"Ölkəyə daxil olan pul, çıxandan xeyli çoxdur..." - ONA GÖRƏ DƏ...
Bu gün, 09:15
Azərbaycanlı vəkilə hücum etdilər - TƏFƏRRÜAT
Bu gün, 09:05
"Cəmiyyətə özünü göstərmək, pul yığmaq, "mən ərə getdim" desinlər..."
Bu gün, 09:02
Gələn il elə şeylər olacaq ki... - ÖNGÖRÜ
Bu gün, 08:58
Azərbaycanlılar üçün yeni dövr başlayır: tarix verildi – 9 bölgəyə işarə
Bu gün, 08:54
Əgər Əfqanıstan bazanı geri verməsə... - Tramp hədələdi...
Bu gün, 08:49
ABŞ öz ehtiyatlarını artırmaq üçün Avropaya silah satışını dayandıracaq
Bu gün, 00:44
Nikol Paşinyan yenidən “Vətəndaş Müqaviləsi” Partiyasının sədri seçilib - KİV
Bu gün, 00:39
Mingəçevir Dövlət Dram Teatrında Bədii Şura yaradılıb - SİYAHI
Dünən, 12:29
İran saytı Orta Dəhlizi ÜÇ YERƏ “bölüb”
Dünən, 12:26
Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub - FOTO
Dünən, 12:23
Qarabağ erməniləri ilə bağlı Paşinyandan AÇIQLAMA
Dünən, 12:16
AZCON-a yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 12:12
Paşinyan yenidən II Qareginə xəbərdarlıq edib: - Nə qədər tez getsən, bir o qədər yaxşıdır
Dünən, 12:10
Dövlət qurumu 1,5 milyonluq tenderi bu şirkətə HƏVALƏ ETDİ - DETALLAR
Dünən, 12:08
Zərdabda kriminal aləmi təbliğ edən həbs olundu - FOTO
Dünən, 12:01
Putinin adamı Paşinyanın reytinqinə çatır - Ermənistanda çevriliş ssenarisi
Dünən, 11:50
Yapon olmaq lazımdır, yapon... - REPLİKA
Dünən, 11:46
"Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin"
Dünən, 11:38
Dünya süni intellektdən istifadə edir, Əmirullayevin məktəbləri pul yığır - bazar təhsili...
Dünən, 11:25
Azərbaycanda kanal direktoru vəzifəsindən ayrıldı - BUNDAN SONRA...
Dünən, 11:06
İştirakçı olmadı, dövlət qurumunun tenderi - LƏĞV OLUNDU
Dünən, 11:03
Abşeronda antiterror əməliyyatı şəhidləri anılıb - FOTOLAR
Dünən, 11:00
Əhali ilə banklar arasında çəkişmə: 340 min iş məhkəmədə - Borclar silinə bilər
Dünən, 10:55
Bakıda yağan güclü yağışın fəsadı: avtomobilə dəyən ziyanı sığorta şirkəti ödəməlidir - TƏFƏRRÜAT
Dünən, 10:51
Paşinyan İrəvanla Bakı arasında faktiki sülhün bərqərar olduğunu bildirib - "Sülh budur"
Dünən, 10:46
“Oskar”a təqdim olunan filmimiz nüfuzlu mükafatı qazana BİLƏR? – Kino xadimlərindən AÇIQLAMA
Dünən, 10:22
Ermənistanda rusiyapərəst hakimiyyət qurub Qarabağı qaytarmağa çalışan keşişlər zindanda belə istirahət edir... - “Hraparak”
Dünən, 10:19
“Bolmart”da müştəriləri endirimlə belə aldadırlar - NARAZILIQ VAR...
Dünən, 10:07
Paşinyan yeni hücuma hazırlaşır: “Müharibə” anonsu verildi - “Fakt”
Dünən, 10:03
Eyni şirkət Xocalıda yenidənqurma işlərinin qalibi oldu - 7 milyonluq müqavilə bağlanıb
Dünən, 10:01
10 milyonluq Azərbaycan üçün 125 deputat kifayət etmir - ONA GÖRƏ DƏ...
Dünən, 09:56
Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var
Dünən, 09:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru