`Azercell` hər kəsi BOĞAZA YIĞIB... .....                     Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                     Tramp Pekinə səfər edəcək: .....                     “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                     “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib .....                     " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." .....                     Amerika ordusu Ukrayna ordusundan geri qalır .....                     Doğrudanmı, Rusiya ilə barışırıq?! .....                     İcra başçısının müavini özünü niyə reklam edir? .....                     Plastik cəlladlar şəbəkəsi kimə güvənir? .....                     "Bəlli oldu ki, aldadılmışıq..." .....                     Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır .....                     Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir .....                     "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" .....                     Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR .....                     Azərbaycan 3 ölkəni “məğlub etdi” .....                     Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır .....                     “Sədərək” YANIR: FHN isə... .....                     Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək .....                     Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu .....                     İrəvan və Bakı bir-birinə güvənsəydi... .....                     Xocavənddə yaşayış evlərinin layihələndirilməsi .....                     Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" .....                     "Level Leasing"in mənfəəti azalıb .....                     İsa Həbibbəylinin qızı vəzifədən azad edildi .....                     SEPAH komandanından "hazırıq" mesajı: .....                     Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır .....                     Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır .....                     Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı .....                     Bakı və İrəvan arasında gizli danışıqlar .....                     Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb .....                     İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” .....                     "Artıq prosesə Donald Tramp vasitəçilik edir... .....                     Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib .....                     İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb .....                 

"”Azəriqaz"da toplaşmış dələduzlar..." - QHT sədrindən SƏRT MÖVQE
Tarix: 9-08-2019, 12:49 | Çap et
"”Azəriqaz"da toplaşmış dələduzlar..."
Son vaxtlar qaz təchizatında fasilələrin sayı çoxalıb. Sosial şəbəkələrdəki müzakirələrdən aydın olur ki, müxtəlif yaşayış məntəqələrində qaz təchizatı demək olar ki, hər həftə bir günlüyə dayandırılır. Bu, səhər saat 9.00 radələrindən axşam saat 18.00-dək davan edir. Təchizat bərpa olunanda isə ilk 15-20 dəqiqə ərzində borulardan təbii qaz deyil, adi hava gəlir. Və qazdan dəfələrlə yüksək təzyiqlə gələn hava sayğacların daha sürətli işləməsinə və istehlakın artmasına səbəb olur.

Onu da qeyd edək ki, vətəndaşların qaz təchizatındakı kəsintilərin say çoxluğu və boruya hava vurulması ilə bağlı narazılıqları illərdir davam edir.

Niyə Azərbaycanın qaz təsərrüfatında təmir-bərpa işləri bu qədər çox həyata keçirilir? Onların sayını azaltmaq, bu işlər görülərkən qaz təchizatını alternativ xətdən təmin etmək mümkündürmü? Nəhayət, kəsintidən sonra borulara vurulan havanın miqdarını azaltmaq, yaxud əhaliyə dəyən zərəri qarşılamaq olarmı?

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyir ki, payız-qış mövsümü ərəfəsində qaz təchizatı şəbəkəsində təmir-sazlama işlərinin aparılması zəruridir: “Əks halda, biz payız-qış mövsümündə əhaliyə keyfiyyətli xidmət təqdim edə bilmərik. Digər tərəfdən, bir çox hallarda təmir-bərpa işləri ”Azəriqaz"ın balansında olmayan magistral xətlərdə aparılır. Məsələn, bugünkü (dünənki -red.) təmir qaz ixrac idarəsinin balansında olan magistral kəmərdə aparılır".

Ceyhun Səfərov: “Payız-qış mövsümünə hazırlaşırıq”
Təmirin uzunmüddətli olmasını isə C.Səfərov işin xüsusiyyəti ilə izah edir: “Yerüstü kəmərlərdə işi qısa müddətə başa çatdırmaq mümkündür. Amma yeraltı kəmərlərdə bu, mümkün deyil, işin həcmi imkan vermir”.

Təmirdən sonra borulara hava vurulmasına gəlincə, xidmət rəhbəri bu prosesin də mövcud normativlər çərçivəsində həyata keçirildiyini bildirdi.

Uzun illər Bakının qaz təsərrüfatında rəhbər vəzifələr tutmuş mütəxəssis Nüsrət Qasımov isə hesab edir ki, on min kilometrlərlə uzunluqda olan qaz təchizatı sistemində təmirin tez-tez aparılması normal haldır: “Bunların hamısı yerüstü və yeraltı kəmərlərdir. Bakının torpağı aşındırıcı xüsusiyyətə malikdir, borular tez korroziyaya uğrayır. Eyni zamanda borular korroziyanı sürətləndirən su, elektrik xətləri ilə eyni ərazidən keçir. Bütün bunlar borularda korroziya nəticəsində sızmalara səbəb olur. Bu isə qazın kanalizasiya, kabel quyuları vasitəsilə gedib evlərin altına yığılması və böyük faciələrə səbəb ola bilər. Digər tərəfdən, Bakıda çoxsaylı böyük binalar tikilir. Bir binanın qaz təchizatı şəbəkəsinə qoşulması böyük vaxt tələb edir. Eyni zamanda bəzən bir binanı qoşmaq üçün bütöv bir qəsəbəyə gedən kəmərdə təchizatı dayandırmaq lazım gəlir”.

Nüsrət Qasımov: “Təmir işləri zəruridir”
N.Qasımov deyir ki, təmirdən sonra boruya hava vurulması mütləqdir: “Borular təmirdən sonra 2-3 dəfə artıq təzyiqli hava ilə yoxlanmalıdır. Təzyiqə davamlılığı, həm də sızmanın olub-olmadığı yoxlanır. Bunsuz mümkün deyil. Bu hava sayğacda elə də böyük pul yazmır. Uzağı, 0,57 kubmetr yazır ki, bu da 5-6 qəpik edir. Camaat buna danışır, amma 2200 kubmetrdən sonra 20 qəpik hesablanmasından danışmır. Həyət evlərində yaşayanlar üçün 2200 kubmetr cəmi 2 aylıq qaz deməkdir”.

Mütəxəssisin sözlərinə görə, qaz təchizatı şəbəkəsi elə qurulub ki, təmir gedən əraziləri alternativ xəttlə təchiz etmək mümkün deyil.

Mirvari Qəhrəmanlı: “Təmir adıyla itkiləri əhalinin canından çıxardırlar”
Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin həmsədri Mirvari Qəhrəmanlının “Yeni Müsavat”a dediyinə görə, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən son illərdə qaz itkilərinin ört-basdır edilməsi üçün təmir-bərpa işləri bəhanə olunaraq, hər gün müxtəlif ərazilərdə qaz təchizatında fasilələrə yol verilir: “Elə bir gün olmur ki, hansısa rayonda, ərazidə qaz kəsilməsin. İnsanlar aktiv olub, təmirin, bərpanın harada olduğunu şəxsən müşahidə etmək istəsələr, görəcəklər ki, əslində heç yerdə təmir-filan getmir. Mən 5 ildir Şərqi Avropaya gedib-gəlirəm, həftələrlə orada qalıram. Çexiyada indiyədək bir dəfə də olsun təmir adıyla 10-12 saat qaz kəsildiyini görməmişəm. Qazı kəsəndə də hər bir binaya ayrıca xəbərdarlıq vurulur və bu kəsinti 2-3 saatdan artıq çəkmir”.

M.Qəhrəmanlı bildirir ki, həqiqətən də sızmanı yoxlamaq üçün qaz borusuna əvvəlcə hava vurulmalıdır: “Amma təmir olubmu? Kim gedib yerində təmir gedən əraziyə baxıb? Biz özümüz də Bakıda yaşayırıq da, öz ərazimizdə qaz borularında təmir aparıldığını ildə neçə dəfə görürük? Mən UPD-də yaşayıram, neçə illərdir öz ərazimizdə qaz işçilərinin hansısa təmir apardığını görməmişəm. Su işçilərini, elektrik işçilərini görmüşəm, amma ”Azəriqaz" işçilərini yox. Digər tərəfdən, bu nə təmirdir ki, istisnasız olaraq 10-12 saat çəkir? Bunun yüngülü, ağırı olmur - elə mütləq bütöv gün ərzində davam edir?

Digər tərəfdən, sızmanı yoxlamaq üçün hava niyə yarım saat müddətində vurulur? Sızmanın olub-olmadığını 5-10 dəqiqəyə müəyyənləşdirmək mümkündür axı? Daha bir məsələ, niyə havanı qazı vurduqları təzyiqlə deyil, onqat artıq təzyiqlə vururlar? Çünki sayğacların sürətlə fırlanaraq əlavə sərfiyyat yazması lazımdır bunlara".

Cəmiyyət sədri xatırladır ki, bir vaxtlar “Azəriqaz” rəsmiləri qəbul olunmuş normaları pozaraq, sayğaca müdaxiləyə görə 6 aylıq sərfiyyat həcmində cərimə yazırdılar: “Prezident bunları cəzalandırandan sonra dayandırdılar. İndi də təmir-bərpa adıyla istixanalara, iri obyektlərə verdikləri artıq qazı əhalinin ayağına yazmaqla məşğuldular. Mən bu çetenin arxasında dayananları da tanıyıram, durmayacaqlar. Bu məsələyə də prezident müdaxilə edib, qulaqlarını burmasa, camaatın cibinə girməyə davam edəcəklər”.

M.Qəhrəmanlı hesab edir ki, qaz təchizatı sistemindəki problemləri aradan qaldırmaq üçün istehsalçı ilə paylayıcının ayrılması gərəkir: “Avropada qazpaylayıcı şəbəkə bir neçə şirkətin əlindədir, bu isə sağlam rəqabət yaradır. Sağlam rəqabətin olduğu yerdə isə keyfiyyətli xidmət mütləq olur. Bizdə də paylayıcı şəbəkə bir neçə ələ verilməlidir ki, rəqabət və keyfiyyətli xidmət olsun. Əks halda, ”Azəriqaz"da toplaşmış dələduzlar əhalini hökumətə qarşı qaldırmağa davam edəcəklər. Onlar olan yerdə bu ölkədə başqa müxalifətə ehtiyac yoxdur - özləri necə lazımdır narazı salırlar vətəndaşları dövlətdən".
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
`Azercell` hər kəsi BOĞAZA YIĞIB... - "Min hoqqadan çıxırlar..."
Bu gün, 08:57
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
"İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21
Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16
Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53
İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48
Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42
"Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38
İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35
SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27
Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03
Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54
Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01
"Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Dünən, 13:39
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Dünən, 13:37
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Dünən, 13:34
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Dünən, 13:32
Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Dünən, 13:22
Mən sovet adamıyam - Lukaşenko
Dünən, 13:14
Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Dünən, 13:08
Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Dünən, 13:05
Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Dünən, 12:59
Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Dünən, 12:55
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru