Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? .....                     DİN araşdırma başlatdı .....                     Tramp Pekinə səfər edəcək: .....                     “2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                     “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib .....                     " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." .....                     Amerika ordusu Ukrayna ordusundan geri qalır .....                     Doğrudanmı, Rusiya ilə barışırıq?! .....                     İcra başçısının müavini özünü niyə reklam edir? .....                     Plastik cəlladlar şəbəkəsi kimə güvənir? .....                     "Bəlli oldu ki, aldadılmışıq..." .....                     Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır .....                     Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir .....                     "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" .....                     Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR .....                     Azərbaycan 3 ölkəni “məğlub etdi” .....                     Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır .....                     “Sədərək” YANIR: FHN isə... .....                     Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək .....                     Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu .....                     İrəvan və Bakı bir-birinə güvənsəydi... .....                     Xocavənddə yaşayış evlərinin layihələndirilməsi .....                     Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" .....                     "Level Leasing"in mənfəəti azalıb .....                     İsa Həbibbəylinin qızı vəzifədən azad edildi .....                     SEPAH komandanından "hazırıq" mesajı: .....                     Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır .....                     Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır .....                     Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı .....                     Bakı və İrəvan arasında gizli danışıqlar .....                     Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb .....                     İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” .....                     "Artıq prosesə Donald Tramp vasitəçilik edir... .....                     Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib .....                     İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb .....                     "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır" .....                 

Baş nazirin müavini haqda YENİ ŞOK İTTİHAMLAR - “Biz sağalmadıq, sağalmaq istəyirik”
Tarix: 6-08-2019, 11:27 | Çap et
Baş nazirin müavini haqda YENİ ŞOK İTTİHAMLAR
Xəbər verdiyimiz kimi, baş nazirinin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin 2017-ci ilin avqust ayında Bakıda törətdiyi avtoqəza nəticəsində ağır yaralanan Türkiyə vətəndaşları bugünlərdə Ə.Həsənova qarşı ittihamlarla çıxış ediblər.

Belə ki, Türkiyənin məşhur “Haber Türk” kanalında yayımlanmış reportajda Əli Həsənovun Türkiyə vətəndaşları Mutalib Tekiş və Songül Tekişi aldatdığı iddia olunub. Bu haqda kanala elə Tekişlərin özləri məlumat veriblər. Onlar bildiriblər ki, qəzadan sonra Əli Həsənov onlardan şikayətçi olmamağı xahiş edərək, bunun müqabilində bütün xərcləri ödəyəcəyinə dair vəd versə də, sonradan sözünə əməl etməyib.

Lakin Nail Allahverdiyevin vəkili Muxtar Mustafayev yazılı açıqlama yayaraq qəzada xəsarət alan Tekiş cütlüyünün bütün müalicə xərclərinin qarşılandığını, Türkiyə vətəndaşlarının şantajla məşğul olduğunu iddia etdi.

Vəkilin sözlərinə görə, bütün ödənişlər rəsmi qaydada Azərbaycanda fəaliyyət göstərən banklar vasitəsilə edilib və bunu təsdiq edən müvafiq sənədlər mövcuddur: “Mutalib Tekiş tərəfindən əsassız, qeyri-real tələblər irəli sürüldüyündən qanunvericiliyə müvafiq olaraq mübahisənin məhkəmədə iddia qaldırılmaqla həll edilməsi ona təklif edilib. Ona dəfələrlə bildirilib ki, məhkəmədə zərərlə bağlı sübutlar əsasında ziyanın ödənilməsi ilə bağlı barışıq sazişinin imzalanması təklif ediləcəkdir”.

M. Mustafayevin dediklərinə görə, M.Tekişin Afrikada biznesinin olduğu və məlum qəza nəticəsində həmin biznesinin çətin vəziyyətə düşdüyü barədə deyilənlər həqiqətə uyğun deyil: “Mutalib Tekiş heç bir əsaslandırma, sübut təqdim etmədən qəza nəticəsində böyük maddi ziyan çəkdiyini, guya, Afrikada bir milyondan artıq zərərə uğradığını iddia edir. Lakin çox maraqlıdır ki, 2015-2017-ci illər ərzində, yəni qəzadan əvvəl özünə aid Türkiyədə tibbi sığorta borcunu maddi vəziyyətinin ağırlığına görə ödəmək imkanı olmadığından, həmin sığorta borcu da özünün xahişinə əsasən Elman Allahverdiyev tərəfindən ödənilib. Mutalib Tekişin və Songül Tekişin pul vəsaitlərinin olmaması səbəbindən müalicələrini davam etdirə bilməmələri barədə dəlilləri də inandırıcı deyildir. Belə ki, Türkiyə Respublikasında tibbi sığortası olan şəxslərin bütün müalicə məsrəfləri dövlət tərəfindən qarşılanır”.

“Mən artıq dözə bilmirəm, imkanım qalmadı”

Vəkil M. Mustafayevin iddialarını təkzib edən Mutalib Tekiş “Hürriyyət”ə bunları söylədi: “Öncə də demişəm, mənim müalicəmin xərclərini Əli Həsənovun ailəsi cəmi 3-4 ay ödədi, sonrasını öz vəsaitimlə davam etdirməli olmuşam. Yoldaşımın müalicəsini isə 2018-ci ilin sonunadək davam etdirdilər. 2018-ci ilin dekabır və 2019-cu ilin yanvar ayının fakturasını bunlardan çətinliklə aldım. Son 7 aydır mən müalicə olunuram, hər tərəfə borçlanmış durumdayam. Hətta mənə əməliyyat üçün pul verəcəklərdi, onu da göndərmədilər.

Həsənov ailəsi pulu bizə deyil, xəstəxanaya ödəyirdu. Pulu ödəmədikləri üçün xəstəxana yoldaşımı çıxardı. Baxın, biz nəyin mubarizəsini eləyirik? Bu, çox ayıb bir şeydi. Bu, Əli Həsənova yaraşmır. Biz iddia edirik ki, biz sağalmadıq, sağalmaq istəyirik. Onlara görə hər şeyimizi, işimizi, ailəmizi, sağlığımızı itirdik. Gəlin, hər şeyini yox etdiyiniz bu ailənin əlindən tutun, bu ailə dağılmasın, deyirəm. Mən artıq dözə bilmirəm, imkanım qalmadı, müalicələrimizi elətdirə bilmirəm. Əli Həsənov şəxsən zəng edərək vermiş olduğu sözlərə sahib dursun. Biz o sözə Əli Həsənovun sözü olaraq deyil, böyük Azərbaycan dövlətinin ona vermiş olduğu məqama etibar etdiyimiz için inandıq ve etibar elədik. Eyni zamanda bizlərə yazılı olaraq da verdikləri müqavilələrə əməl etsinlər. Yoldasımın hər gün ağrıdan qışqırıqlarına mən şahidəm. Sizin heçmi vicdanınız, mərhəmətiniz yoxdur? Onlar mətbuata “biz xəstəxana ilə görüşdük, reanimasiya müalicələri başa çatıb” deyərək bütün Azərbaycan xalqına yalan söyləyirlər. Əgər başa çatıbsa, hesabatları göstərsinlər. Mən sizə aldığım həkim heyətinin hesabatını da göndərdim. Həsənov ailəsinin Avropada biznesləri, otelləri, klinikaları var. Bizə inanmırlarsa, öz klinikalarındakı həkimlərə müalicə etdirsinlər, vəziyyətimiz pisdi, yoxsa yaxşıdı cammaat da bilsin, yalanla milləti məşgul etməsinlər.

Əlbəttə ki, bizim xərclərimizi çəkəcəklər, bu, yüz min də, yüz milyon da olur. O yolda yeniyetmə uşağa milyonluq maşın verənlər yol qaydalarını bilməyən bu uşağın elədikləri ziyana da cavabdeh olmalıdırlar”.

“Azərbaycan da heç bir vəkil Əli Həsənovun adını eşidəndə bu davayı qəbul etmir”

“Məhəkəməyə ona görə getmirik ki, birincisi, özəlliklə yoldaşım üçün təcili vəziyyətdə müalicənin davamı gərəkdir. Məhkəmə prosesi uzun çəkəcək və yoldaşım bundan çox böyük xəsarət alacaq. İkincisi də Azərbaycanda heç bir vəkil Əli Həsənovun adını eşidəndə bu davayı qəbul etmir, cəsarət etmir. Bir tanış vasitəsiylə vekalət verdiyim Aslan İsmayılov da Vəkillər Kollegiyasina daxil olmadığından məni məhkəmədə təmsil edə bilmir. Üçüncüsü də bizim vəkil tutmağa pulumuz və imkanımız qalmadı”,-deyə şiakəytçi qeyd etdi.

Şantaj iddiasına gəlincə, M. Tekiş dedi ki, zərər verən tərəf öz günahlarını və suçlarını ört-basdır etmək üçün onları santajçılıqda suçlayır: “Mən və ailəm deyil, Həsənovun ailəsi də heç kimsəyə şantaj edəcək qədər bəsirətsiz deyilik. Ortada şantaj edəcək bir məsələ də yoxdu. Ancaq Elman Allahverdiyev və yanındakı dostları “Algomed” xəstəxanasında yoldaşıma “imza atmazsanız, sizə dəstəyimiz olmaz” deyərək acılar içində qıvrılan yoldaşımı şantaj etmişdir”.

“Afrikada ticarətim olduğunu təsdiq edən sənədlər lazım olan vaxtı təqdim edilər”

“Vəkil sizin Afrikada biznesiniz olmadığını deyir. Siz bunu sənədlərlə təsdiq edə bilərsiniz” sualına M. Tekiş belə cavab verdi: “Mənim 2011-ci ildə Afrikada ticarətə başlamışdım. Öncə orada mağazalar, sonra da inşaat işlərinə daxil olduq. Qəzadan öncəki imzaladığımız milyonluq müqavilə qəza bas vərəndə ləğv edildi. Afrikada ticarətim olduğunu təsdiq edən sənədlər lazım olan vaxtı təqdim edilər, kimlərin yalan dediyi o vaxt ortaya çıxar”.

“Bütün dünyaya bunların zalımlıqlarını hayqıracağam”

M. Tekiş onu da vurğuladı ki, aclıq aksiyası onların son çıxışı olacaq: “Əgər mətbuatdakı bu çıxışlarımızı cənab prezdentimizin eşitməsini əngəlləsələr, aclıq aksiyası ilə eşitməsinə çalışacağam. Çunki açlıq aksiyası ölüm deməkdir. Bu çıxışımla maşınla öldürəmədiklərini hər kəsin gözü önündə öldürəcəklər, bütün dünyaya bunların zalımlıqlarını hayqıracağam”.

“Həsənov ailəsi məni buna məcbur etdi”

“Mən təxminən 17 ildir Azərbaycanın qurulmasının şahidi oldum. Cənab prezdentimizin çox böyük xeyirxahlığına şahid oldum, onu və yoldaşı Mehriban xanımı ailəliklə çox sevirik, onlardan bizə edilən vicdansızlığa “dur” demələrini gözləyirik. Xahiş edirəm bizim problemlərimizi həll edin. Mən inanıram ki, cənab prezdentimiz İlham Əliyev və yoldaşı Mehriban xanım bizim bu sıxıntımızı həll edəcəklər və bizə sahib çıxacaqlar. Azərbaycan mənim öz vətənimdir. Bu hadisəni bu şəkildə açıqlamaq bizə zərər verənlərin ayıbıdır. İstəməzdim ki, Türkiyə mətbuatında da belə bir hadisə yayılsın. Bir millət iki dövlət olan qardaş dövlətlərin bu hadisəni eşitməsindən narahatam, ancaq Həsənov ailəsi məni buna məcbur etdi”,-deyə şikayətçi əlavə etdi.

“Mənim tək inamım Prezdentimiz və Mehriban xanımdır”

M. Tekiş onu da nəzərə çatdırdı ki, həyat yoldaşının şikəstliyinə əlavə olarak ürək çatışmamazlığı, müxtəlif ortopedik problemlər ortaya çıxıb və mütləq əməliyyatlara ehtiyacı var: “Özümun ağciyərimdən əməliyyat olmam lazımdır, ancaq həkimlər “bu çox risqli uyanamazsın, biz bu risqə gedə bilmərik” deyərək əməliyyat etmirlər. Səs tellərimdəki şikəstlik zaman-zaman ciddi problemlər çıxardır, sol dizimdəki platinlər məni iş görmək üçün uzun müddət ayaq üstə qala bilməməyimə səbəb olur. Mən və ailəm bu sıxıntılarla mücadilə edərkən bizim sağaldığımızı soyləyənlərin insanlığından şübhəm var. Bir nazır vəzifəsində oturan kişiyə bu hərəkət yaraşmır. Biz sağalmışıqsa, gəlin, hesabatı alın, bizi də “yalan söyləyir” deyə, ifşa edin. Yox, hesabatı almırsnızsa, bilin ki, siz yalançısınız bizə şər və böhtan atırsınız.

Bilinsin ki, mənim bu son çıxışım olmayacaq. Cənab prezdentimiz və Mehriban xanım eşidənədək bu çıxışlarım olacaqdır. Mənim tək inamım Prezdentimiz və Mehriban xanımdır”.
Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mpvqeyini dərc etməyə hazırıq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kreml başçısı Vaşinqtonda sülh sənədinə imza atan liderlərlə bir masa arxasında əyləşəcəkmi? - gözlənti
Bu gün, 08:47
DİN araşdırma başlatdı
Bu gün, 08:41
Tramp Pekinə səfər edəcək: - İstəsəm Çini məhv edərəm
Bu gün, 07:32
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
"İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21
Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16
Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53
İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48
Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42
"Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38
İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35
SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27
Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03
Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54
Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01
"Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Dünən, 13:39
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Dünən, 13:37
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Dünən, 13:34
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Dünən, 13:32
Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Dünən, 13:22
Mən sovet adamıyam - Lukaşenko
Dünən, 13:14
Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Dünən, 13:08
Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Dünən, 13:05
Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Dünən, 12:59
Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Dünən, 12:55
Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Dünən, 12:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru