ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... .....                     "Əlil də bu ölkənin vətəndaşıdır..." .....                     2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir .....                     Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb .....                     Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub .....                     MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək .....                     Kazan aeroportu uçuşları dayandırıb .....                     Guya Bakıya hücum üçün... .....                     Fransa XİN-dən "qəribə" başsağlığı .....                     İcra başçısına ağır itki üz verib .....                     Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? .....                     "İşçiyə maddi ziyan vurulduğu halda..." .....                     GRANDMART da gözünü qəpik-quruşa dikib .....                     KONTAKT HOME yenə öz AMPLUASINDA .....                     Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... .....                     2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? .....                     Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! .....                     Bu, bağışlanası hadisə deyil... .....                     Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır .....                     “Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” .....                     4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… .....                     Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb .....                     Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə .....                     Cəlilabadda qanunsuzluğu başçı himayə edir? .....                     Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb .....                     Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? .....                     "Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" .....                     Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi .....                     Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır .....                     Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək .....                     "Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: .....                     Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu .....                     Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən .....                     İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ .....                     AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək .....                     "AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb" .....                     ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır .....                     Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? .....                     Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? .....                     Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? .....                 

Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda - Monopoliya yaradır...
Tarix: 23-07-2019, 11:23 | Çap et
Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda
Ötən həftə PİA.az saytı konkret sahibkarın şikayəti əsasında “Səfər Mehdiyevin baldızı oğlunun gömrük hökmranlığı – Bazar qiymətlərini müəyyən edir...” adlı yazı dərc etmiş və yazı ictimaiyyətdə geniş rezonans doğurmuşdu.

Yazı dərc edildikdən bir gün sonra isə Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, komitənin sədri Səfər Mehdiyevin baldızı oğlu Rəfail Niftəliyevlə bağlı yayılan ittihamlara qurum rəsmi cavab verib. Və açığı deyək ki, çox tərbiyəsiz üslubda və səriştəsiz hazırlanan cavab biz də təəssüf hissi doğurmaqla yanaşı haqqlı qəzəb də yaratdı. Çünki bu günə qədər ancaq qanunsuzluqları və ölkə büdcəsinə vurduqları ziyan vurub ciblərini doldurmaqla bütün ölkədə və ölkə xaricində ad çıxaran, ö cümlədən Azərbaycanın ticarət tərəfdaşlarını ölkəmizdən incik salmaqla məşğul olan, ən kiçik inspektoru belə qeyri rəsmi milyonerə çevrilən bir qurumun mətbuata və öz qanuni haqqını tələb edən sahibkara qarşı yekəxana davranması və bu zaman təhqiramiz ifadə işlətməkdən belə çəkinməməsi təəccüblü olmasa da hər kəsi qəzəbləndirən bir məsələdir. Yəni öz gözlərində tiri görə bilməyənlərin “kor atın kor nalbəndindən” danışması gülüncdür və biz hesab edirik ki, kimlərsə “kor atın kor nalbəndindən” danışa bilər, amma Gömrük Komitəsi danışa bilməz. Onlar bu haqqa sahib belə deyillər. Hər halda ortaya qoyduqları fəaliyyətlə bunu göstərirlər və onu da qeyd edək ki, bu ölkənin iqtisadi çiçəklənməsinin təməlində duran sahibkarlardan və iş adamlarından fərqli olaraq Gömrük Komitəsində çalışanların qeyri rəsmi milyonluq sərvətləri məhz dövlət büdcəsindən yayındırılan, yəni bu xalqın sosial rifahından oğurlanan milyonların hesabına başa gəlib.

PİA.az olaraq Gömrük Komitəsinin qeyri etik açıqlamasını aşağıda cavablayacağıq. Hələlik isə “Rovel Trading” şirkətinin direktoru İntiqam Həsənovun “əlahərət faktlara” dayanan cavabını Komtənin və şəxsən cənab Səfər Mehdiyevin diqqətinə cəlb edirik:

Rafayıl Niftəliyevin qanunlardan xəbəri var?

“Rovel Trading şirkətinin rəhbəri olaraq mənim mətbuata verdiyim şikayətə cavab verən Dövlət Gömrük komitəsinin rəsmi cavabına qanunlardan çıxış edərək rəsmi cavab verirəm. Bildiririm ki, həqiqətən “Rovel Trading” şirkəti “Mutlu” akkumulyatorlarının Azərbaycanda rəsmi distribyutordur. Mənim əlimdə Türkiyənin DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firması ilə rəsmi müqaviləm var. Ancaq müqavilədə göstərilən qiymətlərlə sövdələşmə qiyməti ilə mal alıram.
Gömrük məcəlləsi Maddə 220.1 Malların gömrük dəyəri bəyannaməni həyata keçirən şəxs tərəfindən bu məcəllə və “Gömrük Tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzrdə tutulmuş qaydada müəyyən olunur.

Gömrük Tarifi haqqında Qanunda göstərilir:

Maddə 12: Gömrük dəyərini müəyyən etmə üsulları

1.2.1 Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir:
12.1.1 Malların sövdələşmə qiymət üsulu
12.1.2 Eyni malların sövdələşmə qiymət üsulu
12.1.3 Eynicinsli malların sövdələşmə qiymət üsulu
12.1.4 Dəyərin çıxılma üsulu
12.1.5 Dəyərin toplanma üsulu
12.1.6 Ehtiyat üsulu
12.2 Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Bu üsuldan istifadə etmək mümkün olmadıqda üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərinin əvvəlki üsulunu tətbiq etmək mümkün olmadıqda tətbiq edilir.

Gömrük Tarifi haqqında Qanunda hər şey çox açıq yazıldığı halda mən Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük Idarəsinin şöbə rəisi Rəfail Niftəliyev bir neçə sualım var.

Sual 1: Mənim əlimdə müqavilə var və e-qaimə var. Uzun illərdir mən müqavilə ilə sövdələşmə üsulu ilə ölkəyə mal idxal edirəm. Hansı səbəbə qanunu pozaraq siz mənə birinci üsulu tətbiq etmirsiniz? Qanun yazır ki, əsas üsul müqavilə sövdələşmə üsuludur. Ancaq ardıcıllıqla tətbiq edilməlidir. Amma siz birbaşa ikinci üsula keçirsiniz? Bunun səbəini qanuna dayanaraq mənə izah edə bilərsinizmi?

Burdan açıq görünür ki, siz qanunlara tabe olmaq istəmirsiniz və öz qərəzinizə uyğun olaraq mənim biznesimə ziyan vurmaağı qarşınıza məqsəd qoymusunuz.

Sual 2: Dünyada neftin qiyməti kəskin şəkildə aşağı düşdüyünə görə neft məhsullarının qiyməti də ucuzlaşdı. Sizin ölkəyə neft mallrı idxal edən iş adamlarına hansı qiyməti tətbiq edirsiniz? Özünüzün tətbiq etdiyiniz qiymətləri, yoxsa dünya bazarında formalaşan qiymətləri? Mən idxal etdiyim akkumulyatorun tərkibindəki qurğuşunun qiyməti dünya birjalarında 2200 dollardan 1750 dollara düşüb. Sabah qiymət hansı qiymət olsa, həmin qiymətə müqavilə bağlayacam. Demək ki, siz gömrükdə vəzifəli şəxs olaraq qiymətlərin ucuzlaşmasına qarşı çıxırsınız və faktiki olaraq monopoliyanın tərəfdarı kimi çıxış edirsiniz.

Gömrük bəyannaməsinin doldurulması haqqında 100/143 saylı 31.10.2014 il tarixli əmrə əsasən bəyannaməsinin 43 qrafasında 01 yazılması müqavilə üsulu elə həmin mənim dediyim üsuldur. Bəyannamənin 20-ci qrafasında 100 yazılması malın dəyərini 100 % ödənilməsi deməkdir. Mən həqiqətən də malın dəyərini həmin müqaviləyə əsasən Türkiyə Respublikasına əvvəlcədən ödəmişəm. Bank çıxarışını təqdim edə bilərəm.

Tarif haqqında Qanuna 12 maddəsinə əsasən Müqavilə ilə rəsmi köçürmə ilə idxal edilən malın gömrük əməkdaşı tərəfindən qiyməti qaldırmağı istəməsi tamamilə absurddur.

Gömrük Məcəlləsinin 220.2.2 Gömrük orqanları tərəfindən tələb olunduqda müəyyən edilmiş gömrük dəyərini dəqiqliyini yoxlamaq üçün bəyannamə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.

Rafayıl Niftəliyev ölkəyə BARS akkumulyatorları gətirir və qiymətləri yarı-yarıya aşağı salır

Təkrarəm sizlərə bildirirəm ki, Dövlət Gömrükl komitəsinin Maliyyə Audit nəzarəti Baş idarəsinin gömrük dəyərinin müəyyən edilməsi şöbəsinin əməkdaşı Vüqar Əhmədovun qəbulunda oldum, bütün sənədləri: 1. E-fakturanı, 2. Türkiyədən çıxan ixrac bəyannaməsini, 3. Türkiyəyə ödədiyim ödəniş tapşırıqlarını, 4. Rəsmi invoysu, 5. Qurğuşunun bazar qiyməti ilə bağlı məlumatı, 6. Rəsmi müqaviləni təqdim etdim. Nazirlər Kabinetinin 263 saylı 22 iyul 2014 saylı qərarının 2.5 və 2.6 bəndlərində tələb olunan sənədlərin siyahısı göstərilmişdir.

Mən bütün sənədləri, hətta göstərilməyən sənədləri də təqdim etdim. Dedilər ki, üç gündən sonra gəl. Üç gündən sonra isə dedilər sənədlərin düzgündür, amma biz Rafayıla söz deyə bilmirik. Nİyə? Bəlkə ona görə ki, Rafayıl Niftəliyev Komitənin sədri Səfər Mehdiyevin baldızı oğludur? Səfər Mehdiyevin baldızı oğlu olmaq Rafayıl Niftəliyevə digərlərindən fərqli imtiyaz verir və bu imtiyaz gömrükdə açıq aşkar hiss olunur.

Rafayıl Niftəliyev Səfər Mehdiyevin baldızı oğlu olaraq neçə illərdir bizə bilərəkdən problemlər yaradır. Çünki onun özü ölkəyə Qazaxıstandan BARS markalı akkumulyatorları gətirir və araşdırsaq qiyməti yarı-yarıya azaldır. (Bir vaqonda 70 ton akkumulyator olur). Rafayıl Niftəliyevin ölkəyə gətirdiyi akumlyatorlar gömrükdə 17 dollara sənədləşdirilir. Hakbuki ən keyfiyyətsiz akumlyatorun maya dəyəri 25-26 dollar arasında dəyişir. O zaman sual olunur, Rafayıl Niftəliyev 17 dollara gətirdiyi akumlyatoru hardan necə alır? Bu dövlətin büdcəsinə açıq şəkildə ziyan vurmaq deyilmi? Bütün bunları gömrük rəhbərliyi görmürmü?

Gömrük Məcəlləsi Maddə 178.2 Mallaın xüsusi Gömrük prosedurunda yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi Qısa idxal bəyannaməsi və ya onu əvəz edən Tranzit bəyannaməsi Qəbul edilir.

Sual 3: Necə olur ki, mənim təqdim etdiyim 1119500105074 saylı Qısa idxal bəyannaməsini qəbul etmirsiniz. Qanuna görə Qısa idxal bəyannaməsi saxlanc bəyannaməsi kimi əvəz edilir. Amma Səfər Mehdiyevin baldızı oğlu deyir ki, olmaz. Gömrük Məcəlləsi Milli Məclisdən keçib Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanır, amma Səfər Mehdiyevin baldızı oğlu isə Milli Məclisdə qəbul edilən və prezident tərəfindən imzalanan qanunu qəbul etmir. Özündən yazılmamış qanunlar icad edir. Gömrük Komitəsi bunu necə izah edə bilər?

Gömrük Məcəlləsi Maddə 178.3 Gömrük orqanı ödənişə təminat tələb etmək hüququna malikdir. Maddə 258 Gömrük borcunun ödənilməsinin təmin edilmə üsulları yazılıb. Məcəlləyə niyə və hansı əsasla əməl etmirsiniz?

Sual 4: Məndən Gömrük borcuna görə nə zaman təminat istənildi ki, mən təminat vermədim?

1. Mənim Gömrükdə əvvəlcədən ödəniş kimi avansda pulum var.
2. “Təminatdan istifadə etməklə Gömrük borcunun ödənilməsinin təmin edilməsi Qaydaları” təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 286 saylı 30 Oktyabr 2013 tarixli qərarına əsasən istənilən vaxt təminat verməyə hazıram. Baxmayaraq ki, mənim Gömrükdə avans kimi pulum var. Qeyd edim ki, Avans da təminatın 7-ci növüdür.

Bütün bu qanun və qaydalara Səfər Mehdiyevin baldızı oğlu niyə əməl etmir? Bunun izahı varmı?

Türkiyə şirkəti Gömrük Komitəsini iki ölkə arasında ticari əlaqələrə ziyan vurmaqda ittiham edir

Qeyd edək ki, Türkiyənin DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firması Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə məktub yollayaraq Komitəni iki ölkə arasında ticari əlaqələrə ziyan vurmaqda ittiham edib. PİA.az-ın təqdim edilən məktubda bildirilir ki, son zamanlar Azərbaycana ixrac olunan malların gömrükdə qanunsuz olaraq saxlanılması onları və tərfdaşlarını maddi ziyana salmaqla yanaşı, iki ölkənin ticari əlaqələrinə də ziyan vurmaqdadır.

DÖRTEL OTOMOTİV SAN.PAZ. TİC. LTD ŞTİ firmasının sahibi Yakup Yaşa həmçinin Səfər Mehdiyevə məktubunda bildirir ki, “Rovel Trading”in Azərbaycan Gömrük Komitəsinə təqdim etdiyi e-qaimə tamamilə həqiqəti əks etdirir və bu üzdən malların gömrükdə saxlanılması qanunsuzdur. Yakup Yaşa vurğulayır ki, fakturaları və digər sənədləri bir daha Gömrük Komitəsinə yollaya bilərlər.

Maraqlıdır ki, Gömrük Komitəsi Yakup Yaşanın məktubuna cavab olaraq “Məktubunz araşdırılacaq” cavabını yollayıb. Lakin heç bir şey araşdırılmır. Mallar isə sənədləşdirilmir və satışa buraxılmır.

Səfər Mehdiyevin baldızı oğlu bazarda monopoliya yaratmağa çalışır

“Rovel Trading” şitkətindən bildiriblər ki, Rafayın Niftəliyevin əsas məqsədi onların şirkətini müflis etdirmək və bazarda “Rovel Trading” şitkətinin yerini tutmaqdır. Özünün ölkəyə gətirdiyi akumlyatorları gömrükdə 17 dollara sənədləşdirən Rafayıl Niftəliyev əlində olan adminstrativ imkanlardan yaralanaraq “Rovel Trading” şitkətini bazardan çıxarmaq istəyir. Məhz buna görə də onlara qarşı qanunsuz tələblər irəli sürülür və onların malı ölkəyə buraxılmır.

Qeyd edək ki, aldığımız son məlumata görə məsələ ilə bağlı “Rovel Trading” şitkətinin rəhbərliyi preziden İlham Əliyevə müraciət edib. Həmin müraciətin mətnini yaxın saatlarda yayacağıq.

Gözlərinizdəki tiri görün cənablar və ayıbınızdan utanın

PİA.az olaraq isə bildirik ki, iyulun 18-də Dövlət Gömrük Komitəsinin yayımladığı rəsmi məlumat yalan və böhtandan ibarət olduğu kimi həm də bir dövlət qurumunun ortaya qoyduğu tərbiyəsizlik nümunəsi olaraq dəyərləndirilməlidir. Həmin mətnin kimin tərəfindən yazılmasından asılı olmayaraq bir dövlət qurumunun sahibkar və media qurumu haqqlnda seçdiyi ifadələr qurum adına utancvericidir.

Onu da qeyd edək ki, açıqlamada “Rovel Trading” şirkətinə qanuni ticarətlə məşğul olmaq barədə verilən məsləhətlər isə gülüncdür. Öncə gözlərinizdəki tiri görün cənablar və ayıbınızdan utanın. Çünki bu ölkədə sahibkarı qanunla qanuni ticarətlə məşğul olmaq iomkanı verməyən qurum sizsiniz və sizin yaratdığınız qanunsuzluqlar və “bespredel” hüquqi məsuliyyət daşıyır. Bu barədə hər Azərbaycan mətbuatında onlarla yazılar yazılır. Amma siz yenə də öz işinizdəsiniz. Monopoliya yaradır, sahibkarlara ziyan vurur və dşvləti talayırsınız. O üzdən də hər bir gömrük işçisi qeyri rəsmi milyonerə çevrilib. Bunun əksini deyirsinizsə, ictimaiyyətə qarşı səmimisinizsə, o zaman jurnalistləri yaşadığınız evlərə dəvət edin, mindiyiniz maşınları nümayiş etdirin...

Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda
Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda
Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda
Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda
Səfər Mehdiyevin baldızı oğlunun qanunsuzluqları faktlarda









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ETSN-ə aid daha bir MMC-də rəhbər dəyişikliyi... - ƏMR
Bu gün, 09:35
"Əlil də bu ölkənin vətəndaşıdır..." - NARAZILIQ VAR...
Bu gün, 09:33
2025-cü ildə sülh bu şərtlə imzalanacaq: Bakının son şərti belədir - İNCƏLƏMƏ
Bu gün, 09:26
Qəzadan dəqiqələr öncə: pilotlar heyrətamiz addım atıb – “Euronews” detalları yazdı
Bu gün, 09:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyində kadr dəyişikliyi olub - ƏMR
Bu gün, 09:19
MİDA “Güzəştli mənzil” sisteminin bir illik texniki qulluğuna 1,5 mln. manat xərcləyəcək
Bu gün, 09:17
Kazan aeroportu uçuşları dayandırıb - AÇIQLAMA
Bu gün, 09:09
Guya Bakıya hücum üçün... - erməni təhlilçilərdən İDDİA
Bu gün, 09:08
Fransa XİN-dən "qəribə" başsağlığı - AXI NİYƏ?..
Bu gün, 09:07
İcra başçısına ağır itki üz verib
Bu gün, 09:04
Kapitan niyə sərnişinləri ön tərəfə toplayıb? - İLGİNC...
Bu gün, 09:03
"İşçiyə maddi ziyan vurulduğu halda..." - Ekspert danışır...
Bu gün, 08:59
GRANDMART da gözünü qəpik-quruşa dikib - Həm də müştərisinin qəpik-quruşuna...
Bu gün, 08:53
KONTAKT HOME yenə öz AMPLUASINDA - "Müştəri niyə əziyyət çəkməlidir?.."
Bu gün, 08:48
Tokayev seçim etməlidir: YA TÜRK BİRLİYİ, YA RUS KÖLƏLİYİNƏ DAVAM... - "Belə görünür ki..."
Bu gün, 08:43
2025-ci ildə MANATI NƏ GÖZLƏYİR? - "Baş bankirin arqumentlərindən görünür ki..."
Bu gün, 08:40
Kreml elə... ya belə... İZAHAT VERMƏLİDİR! - izi itirmək istədilər, amma...
Bu gün, 08:37
Bu, bağışlanası hadisə deyil... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:34
Hər bir ölkə təhlükəsizliyini təmin etmək üçün hərbi büdcəsini artırmalıdır - Reallıq bunu tələb edir...
Bu gün, 07:22
“Azərbaycan Ermənistanın nəzarətindəki bu strateji ərazini qaytarmalıdır” - – Zəngəzur məsələsi
Bu gün, 07:08
4 azərbaycanlı 1944-də çeçenləri belə xilas etdi: 2024-də isə… - Kadırovun yaratdığı QƏDƏR...
Bu gün, 07:04
Rusiya təyyarəmizin vurulmasını ört-basdır etməyə çalışıb - BUNA GÖRƏ DƏ...
Bu gün, 06:58
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Bu gün, 06:54
Cəlilabadda qanunsuzluğu başçı himayə edir? - İTTİHAM VAR...
Bu gün, 06:50
Ağsaqqallar Şurası sədrinin nəhəng parniki yanıb - İmişlidə
Bu gün, 06:44
Rusiya təyyarənin Xəzərdə batmasını istəyib? - Deputatdan mühüm AÇIQLAMA
Bu gün, 06:39
"Təyyarə Rusiya ərazisində, Qroznı səmasında vurulub, bunu inkar etmək qeyri-mümkündür" - deputat
Bu gün, 06:35
Gürcüstan üçün kritik gün: böyük toqquşma gözləntisi - GƏLİŞMƏ
Bu gün, 06:32
Xamenei çağırış etdi, ölkə qarışdı: İran və İsrailin ortaq hədəfi onlardır - NƏ BAŞ VERİR?
Bu gün, 06:29
Putin cinayətini gizlətmək üçün ondan kömək istəyəcək - VİDEO
Bu gün, 06:27
"Euronews" qəzaya uğrayan təyyarənin ekipajından yazdı: - Qəhrəman kimi...
Bu gün, 06:24
Milli Onkologiya Mərkəzi 15 milyon manatlıq 2 tenderə yekun vurdu - QALİBLƏR
Bu gün, 00:05
Tibbi qurum 286 milyon manatlıq dərmanları bu şirkətdən - ALDI
Bu gün, 00:02
İsrail şirkəti Moskvaya uşuşları LƏĞV ETDİ - Təyyarəmizin vurulmasından sonra...
Dünən, 21:02
AZAL təyyarə qəzasında həlak olanların ailələrinə 40 min manat kompensasiya ödəyəcək - AÇIQLAMA
Dünən, 20:58
"AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsində sağ qalanlardan 7 nəfər Bakıya çatdırılıb"
Dünən, 19:23
ATƏT-in Minsk Qrupunun ləğv edilməsi qaçınılmazdır - Başqa cür ola da bilməz...
Dünən, 19:02
Azərbaycanlıları Qroznıya iş dalınca getməyə nə vadar edir? - maləsəf... BU FAKTDIR...
Dünən, 19:00
Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır? – Ekspertdən açıqlama
Dünən, 18:58
Kavelaşvilinin andiçməsinə niyə xarici ölkələrin nümayəndələri dəvət edilməyib? -PƏRDƏARXASI
Dünən, 18:12
Batumidən Moskvaya uçan təyyarə havaya qalxa bilməyib
Dünən, 18:11
"Bizi hər kvadratmetr üçün 2300 AZN alqı-satqıya məcbur edirlər" - AXI NİYƏ?..
Dünən, 18:09
Azərbaycan təyyarəsini hədəfə alan rus silahı: “Pantsir S”in dosyesi - FOTO
Dünən, 17:55
AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - “Bez Tormozov”
Dünən, 17:51
Bu dövlət qurumu ləğv edilir - DETALLAR
Dünən, 17:42
Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı - KİV
Dünən, 17:37
Azər Zahidin verilişinə çıxan daha bir tiktoker HƏBS EDİLDİ - TƏFƏRRÜAT
Dünən, 17:32
Bizim pilotlar MİLLİ QƏHRƏMAN adını haqq ediblər... - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:29
ABŞ dərdimizə ŞƏRİK OLDU - FOTO
Dünən, 17:23
Qazaxstan məlum hadisədən sonra HAVA MÜDAFİƏSİNİ GÜCLƏNDİRİR - RUSA ETİBAR YOXDUR...
Dünən, 17:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru