"Sonra ərə getdim... .....                     “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu... .....                     Tramp ABŞ -a nəzarəti itirib? .....                     Daha bir saxta diplomlu həkim... .....                     Putin Ermənistana “daha ağır top”la girir .....                     İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək .....                     Paşinyan Laçınla qonşu şəhərə gəldi... .....                     "İnsanlar burada həqiqətən yavaş yaşamağı bilirlər" .....                     Bakıda falçı 74 min manatı necə alıb? .....                     "Onunla bir ömür yaşayaram, amma evlənmərəm" .....                     Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur .....                     Dolların kursu dəyişəcək? .....                     Kilsəni xalqımıza qaytarmalıyıq .....                     Rus ordusu Zaryanı ələ keçirdi .....                     Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı .....                     Tehranın Zəngəzur XOFU .....                     Muzdlular ölkəni tərk edirlər, amma... .....                     Paşinyanın arvadı və qızları şərab toqquşdurur .....                     Azərbaycanda metro işçiləri nə qədər qazanır? .....                     Simonyan Ter-Petrosyanı sərt tənqid etdi .....                     Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... .....                     DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib .....                     "Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" .....                     Rusiya sülh danışıqlarına maraq göstərmir .....                     "Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" .....                     Ter-Petrosyan Qaregini dəstəklədi .....                     Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR .....                     Aydın Abbasov oğluna Türkiyədə toy etdi .....                     Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... .....                     "Rüşvət verən valideyn HƏBS olunmalıdır .....                     Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili .....                     Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF .....                     Paşinyanın kilsə ilə savaşı... .....                     Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir .....                     Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər .....                     "Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." .....                     "Məqsəd nədir, təbii ki, pul silməkdir" .....                     "Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" .....                     "Gətirib qoydular qucağıma ki, sənin qızındır" .....                     Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' .....                 

Fermerlər Əhmədzadədən imdad diləyir... - "3000 manat xərcləməklə transformator qoyulsa..."
Tarix: 26-06-2019, 10:08 | Çap et
Fermerlər Əhmədzadədən imdad diləyir...
Bərdənin Körpüsındıran kəndində əkin sahələrinin suvarılmasında ciddi problemlər yaranıb. Kənd sakinləri isti yayın qızmar günəş şüaları altında Susuzluqdan yanan sahələrini suvara bilmirlər. Min bir zəhmət hesabına bitirib, boya başa çatdırdıqları əkin yerləri yanıb əldən gedir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri kənd sakinlərinin üzləşdikləri çətinliklərlə maraqlanıb. Kənd sakini Xaliq İsmayılov bildirib ki, su olmadığına görə onun əkdiyi günəbaxan sahəsi məhv olur: “Su sarıdan kəndimizdə çətinlik həmişə olub. Yay mövsümündə bütün kənd təsərrüfatı məhsulları sulanır deyə, artezianlar bizim suya olan tələbatımızı ödəyə bilmir. Hal-hazırda mənim sahəm göz qabağındadır. Ötən il bu sahəni pambıq əkmişdim.15 ton pambıq verə biləcəyim halda, 7 ton pambıq verdim. Yaxınlarda Rayon İcra Hakimiyyəti başçısına suvarma ilə bağlı problemin həlli üçün köməklik göstərməsini xahiş etdim. O mənə artezian quyuları üçün bütün avadanlıqların olduğunu, transformator, elektrik kabelləri, su nasosları ilə təminatın mövcudluğunu bildirdi. İcra başçısı Subartezian Quyularının İstismarı İdarəsinin müdiri Namiq Əhmədova bizim problemlə məşğul olmağı və həll etməyi tapşırdı. Ancaq Namiq Əhmədov bizim problemimizlə məşğul olmaq əvəzinə, bizə Elektrik Şəbəkəsinə getməyi məsləhət görür. Deyir ki, bu iş mənlik deyil, elektrik şəbəkəsinə deyin, görün sizə transformator verirmi?”

Xaliq İsmayılov bildirib ki, o 90-cı illərdə öz vəsaiti hesabına artezian quyusunun qazılmasına nail olub. Bir müddət də quyudan çıxan sudan kənd sakinləri də istifadə ediblər. Fermerin istədiyi də quyunun yenidən işə salınmasıdır. Bərdə Subartezian Quyularının İstismarı İdarəsinin müdiri Namiq Əhmədov da bu arzunun gerçəkləşməsini təmin etməyib.

“Namiq Əhmədov gəldi, istismarı dayanmış arteziana baxdı. Bildirdi ki, gedib işıq idarəsinə deyək, bura transformator qoysunlar. Bildirdi ki, bu iş onluq yox, işıq idarəsinindi. Bizim sözümüzə də baxan kimdir deyə, getmədik. Sözün qısası, istədiyimiz odur ki, bu artezianı bərpa eləsinlər, biz də torpaqlarımızı suvaraq” - deyərək vurğulayıb Xaliq İsmayılov.

Xaliq İsmayılovun becərdiyi torpağın sahəsi 3 hektardır: “Ötən il əkdiyim pambığa görə 2500 manatdan artıq vəsait xərcləmişdim. Su olmadığına görə vaxtında suvarma işlərini apara bilmədim, gəlirim də çox aşağı oldu. 15 ton məhsul gözlədiyimiz halda, yarıbayarı az oldu. 8-10 min manat gəlirim ola bilərdi. Ancaq olmadı. Əldə etdiyim vəsait hesabına zavoda olan borcumu və suya görə xərclədiyimi ödəyə bildim. 3 min manatda hissə-hissə pul aldım. Bu da gözlədiyimizdən 3-4 min manat az gəlir demək idi. Bu il isə günəbaxan əkininə görə indiyə qədər 1000 manatadək pul xərcləmişəm. Ola bilər ki, xərclər 1500-2000 manata qədər artsın. Gəlirim də 10000 manat ola bilər. İndiki kimi suvarma apara bilməsəm, gəlirim olmayacaq”.

Körpüsındıran kəndində əkin sahələrinin suvarılması ilə yanaşı içməli su bulaqlarının düzgün yerlərdə yerləşdirilməməsi də sakinlər üçün çətinliklər yaradıb. Artezianın yanında bulaq qoyulduğu halda Xaliq İsmayılovun evinə yaxın ərazidə içməli su bulağı qoyulmayıb. Həmsöhbətimiz suyu maşınla başqa yerlərdən gətirməli olur.

Fermer əkin sahələrindəki problemin aradan qaldırılması üçün imkanları da izah edib: “Birincisi, yeni artezian quyusu qazıla bilər. Hansı ki, prezidentin sərəncamı ilə cəbhəyanı kəndlərdə 300-ə qədər artezianın qazılması nəzərdə tutulub. İkincisi, kəndin başqa yerlərindəki artezianlardan bizim əkin sahələrinə borularla su çəkilişi həyata keçirilə bilər. Üçüncüsü, ən sərfəlisi əkin sahələrinin üstündəki artezian quyusuna transformator verməklə yenidən istismarına nail olmaq olardı. Sonuncu variantı seçmək isə ən asan yoldur. 3000 manat xərcləməklə transformator qoyulsa, quyu işə düşər, su verər. Əkin sahələrimizi suvararıq. Transformatoru qoysalar, məhsul satmaqla günəbaxanın pulundan qoyulan xərci özümdə ödəyə bilərəm,” – deyə Xaliq İsmayılov bildirib.

Bərdə Elektrik Şəbəkəsinin baş mühəndisi Sahib Abbasov bildirib ki, Körpüsındıran kəndindəki artezian quyusuna transformatorun qoyulması üçün Bərdə Subartezian İdarəsindən məktub daxil olmalı, onların yuxarı təşkilatına göndərilməli, razılıq veriləndən sonra işin icrasına başlanılmalıdır.

Bərdə RİH başçısının Kələntərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər İsmayılov istismarı dayanmış artezian quyusuna görə Xaliq İsmayılovu günahlandırıb, vaxtında qədrini bilməyib. İndi isə yenidən bərpa çətinləşib.

Qeyd edək ki, bu problem təkcə Körpüsındıran kəndinə deyil, demək olar ki, bütün rayonlara xas problemdir. Bəzi yerlərdə artezian quyularının qazılması, suvarma ilə bağlı müəyyən işlər görülsə də, bu, kifayət etmir. Əziyyət çəkən isə min əziyyətlə torpaq becərən kəndlilər və onların yetişdirdiyi məhsulu 3 qat baha qiymətə alan şəhərlilər olur.

Fermerlər Əhmədzadədən imdad diləyir...













 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Sonra ərə getdim... - İnsanlar mənim üstümə gəlirdi"
Bu gün, 05:19
“İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin 24 milyon manatdan çox vergi borcu... VAR İMİŞ...
Bu gün, 05:13
Tramp ABŞ -a nəzarəti itirib? - AKTUAL
Bu gün, 05:07
Daha bir saxta diplomlu həkim... - ağzımızın içi qədər yaxın...
Bu gün, 05:04
Putin Ermənistana “daha ağır top”la girir - GƏLİŞMƏ
Bu gün, 04:55
İlon Mask - Tramp qarşıdurması dünyaya ciddi təlatümlər gətirəcək - İNCƏLƏMƏ
Bu gün, 04:53
Paşinyan Laçınla qonşu şəhərə gəldi... - FOTO
Bu gün, 04:46
"İnsanlar burada həqiqətən yavaş yaşamağı bilirlər"
Bu gün, 04:42
Bakıda falçı 74 min manatı necə alıb? - “7 yumurtaya 200 manat verdim”
Dünən, 23:51
"Onunla bir ömür yaşayaram, amma evlənmərəm"
Dünən, 23:47
Azərbaycanda qırıcıların sayı Ermənistandan 10 dəfə çoxdur - Forbes
Dünən, 23:45
Dolların kursu dəyişəcək? - ekspert açıqladı
Dünən, 23:41
Kilsəni xalqımıza qaytarmalıyıq - Paşinyan
Dünən, 23:38
Rus ordusu Zaryanı ələ keçirdi
Dünən, 13:00
Qızını görmək istəyən Aytac parkda bıçaqlanmışdı: Cəza ağırlaşdırıldı - TƏFƏRRÜAT
Dünən, 12:58
Tehranın Zəngəzur XOFU - FAKT BUDUR!
Dünən, 12:32
Muzdlular ölkəni tərk edirlər, amma... - Mali Rusiyadan hərbi yardım almağa davam edəcək
Dünən, 12:31
Paşinyanın arvadı və qızları şərab toqquşdurur - FOTO
Dünən, 12:28
Azərbaycanda metro işçiləri nə qədər qazanır? - MƏBLƏĞ
Dünən, 12:01
Simonyan Ter-Petrosyanı sərt tənqid etdi - Sən məğlubiyyətin simvolusan
Dünən, 11:58
Petrosyan saxtakarlığın banisidir, fırıldaqçı... - Paşinyan
Dünən, 11:55
DSX-nin hərbi qulluqçusu müalicə aldığı xəstəxanada vəfat edib
Dünən, 11:52
"Bu zəfər və xoşbəxtlik hissini yaşamaq çox bənzərsiz duyğudur" - partiya sədri
Dünən, 11:06
Rusiya sülh danışıqlarına maraq göstərmir - ISW
Dünən, 10:59
"Qadağan edilsə, nəziri kartdan-karta atacaqlar" - NƏ ETMƏLİ?
Dünən, 10:01
Ter-Petrosyan Qaregini dəstəklədi - Paşinyana qarşı birlik
Dünən, 09:57
Rusiya ABŞ və İranı barışdırmaq İSTƏYİR - TASS
Dünən, 09:36
Aydın Abbasov oğluna Türkiyədə toy etdi - VİDEO
Dünən, 09:31
Ağdərənin bərpasına HARAM QATANLAR: “AEF Group”... - İcazə verin şübhələnək...
Dünən, 09:26
"Rüşvət verən valideyn HƏBS olunmalıdır – müəllimlər susmasın!"
Dünən, 09:18
Əmrullayevin anasını ağlatdığı Azərbaycan təhsili - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 06:03
Pezeşkiandan Pakistan və Hindistana YENİ TƏKLİF - vasitəçi kimi...
Dünən, 05:57
Paşinyanın kilsə ilə savaşı... - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 05:54
Paşinyanın Türkiyə və Azərbaycana təbriki bizi təəccübləndirməməlidir - Andranik Tevanyan
Dünən, 05:52
Berlin-Moskva gərginliyi pik həddə: 80 il sonra növbəti dəhşət yaşana bilər - TƏFƏRRÜAT
Dünən, 05:41
"Müəllim nüfuzu zinət əşyası ilə ölçülməməlidir..." - VİDEO
Dünən, 02:48
"Məqsəd nədir, təbii ki, pul silməkdir" - ETİRAZ
Dünən, 02:45
"Ermənistan Gürcüstanı günahlandıraraq məsələni siyasiləşdirir" - ŞƏRH
Dünən, 02:31
"Gətirib qoydular qucağıma ki, sənin qızındır"
Dünən, 02:26
Mal bazarı müdirinin SİFTƏSİ 'KOR ÇIXDI ' - VİDEO
Dünən, 02:20
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
7-06-2025, 15:09
“Paşinyan Azərbaycanı Qarabağa görə də təbrik edəcək” – Aslanyan
7-06-2025, 13:05
Mask Trampa qarşı müharibəni uduzdu: - bundan sonra nə olacaq?
7-06-2025, 13:03
Türkeşin qızından Baxçalıya sərt təpki: - Bunu atamın üzünə deyə bilərdiniz?
7-06-2025, 12:55
Nazirin səfəri ləğv edildi, güllər qaytarıldı – İrəvan-Tiflis gərginliyi
7-06-2025, 12:53
"İş günləri ilə bağlı son anda verilən qərar ölkə iqtisadiyyatı üçün zərərlidir" - ÇÜNKİ...
7-06-2025, 12:43
Patlamağa hazır sədaqət böhranı: Trampla Mask arasında qalan qadın - Keti Miller kimdir?
7-06-2025, 12:37
Orta məktəblərdə erkən nikahın zərərləri barədə şagirdlərə nə ÖYRƏDİLİR?
7-06-2025, 12:25
Ermənistanda Azərbaycan dili dərsliyi nəşr olundu - FOTO
7-06-2025, 12:16
Nikolun Azərbaycanı təbriki və 2 erməninin sərhədi keçməsi… - NƏ BAŞ VERİR?
7-06-2025, 12:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru