Cənab nazir, ermənilərin belə qədim abidəsi olsaydı, indi dünyanın gözünə soxurdu... - 500 yaşı olan qüllə dizini yerə qoyur...
Tarix: 31-03-2018, 10:12 | Çap et
 Qədim Azərbaycanın dilbər guşələrindən biri — əsrlərin səsini, nəsillərin nəfəsini yaşadan Oğuz rayonu açıq səma altında muzeyi xatırladır. Rayon ərazisində tarixin müxtəlif dövrlərinə aid 40-dan çox abidə var.
Bölgədə ilk arxeoloji qazıntı işləri 1915-ci ildə aparılıb. 1950-ci illərdə əslən Oğuzdan olan alim, respublikamızda arxeologiya elminin əsasını qoyanlardan biri Saleh Qazıyevin rəhbərliyi ilə aparılan tədqiqatlar zamanı Qarabaldır, Xalxal, Sincan, Dəymədərə kəndlərində qədim dövrə aid çoxlu kurqanlar, daş qutu, adi torpaq qəbirlər aşkar edilib.
Rayonun möhtəşəm abidələrindən biri Muxas qülləsidir. Qüllə Muxas kəndinin şimal-qərbində yerləşir. Tarixi mənbələrdən məlumdur ki, qüllə 16-cı əsrin əvvəllərində inşa olunub. Kənd sakinlərinin sözlərinə görə, böyük tarixi əhəmiyyəti olan bu qaladan bir zamanlar insanlar simsiz xəbərləşmək üçün istifadə edirmişlər.
Sputnik Azərbaycan-a danışan kənd sakinləri deyirlər ki, keçmişdə kənddə hər hansı xeyir-şər hadisəsi baş verdikdə, hansısa problem olanda, eləcə də düşmən basqın edəndə, ata-babalar bu qüllənin təpəsində ocaq qalarmışlar. Həmin ocaq sayəsində də kənddə hansı hadisə baş verdiyini anlayar və tez zamanda tədbir görərmişlər.
Sakinlər danışırlar ki, əslində, bu qüllədən kəndin dörd bir tərəfində olub. Lakin zaman keçdikcə baxımsızlıq, eləcə də tariximizə biganəlik nəticəsində məhv olub. Sonuncu qalan bu qüllə də, demək olar ki, dağılmaq, məhv olmaq üzrədir. Bir neçə yerində böyük çatlar yaranmış Muxas qülləsi də tarixin qaranlığına qovuşmaq üzrədir.
Muxaslıların dediklərinə görə, dəfələrlə aidiyyatı qurumlara bildirilməsinə, həmçinin Mədəniyyət və Turizm Nazirliyinə məktub yazılmasına baxmayaraq, hələ də bu tarixi abidə ilə maraqlanan yoxdur.
Hazırda qüllə yerləşən, eləcə də ətrafdakı üç kəndin yolları yenidən qurulur, bərpa olunur. Əsas məqsədin də bu kənddəki tarixi abidələrin turizm marşrutuna salınması göstərilir. Sakinlər isə bundan çox narahatdır.
"Yolların təmiri bitdikdən sonra bu kəndlərə turist axını olacaq, o zaman baxımsız vəziyyətdə olan Muxas qülləsini qonaqlara hansı üzlə göstərəcəyik? Onlara bu tarixi abidəni göstərib deyəcəyik ki, baxın, görün, tariximizə, keçmişimizə necə sahib çıxmışıq?" — sakinlər qeyd edirlər.
Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin Oğuz rayon şöbəsi ilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, problemdən agahdırlar, lakin bu məsələyə Şəki regional Mədəniyyət və Turizm İdarəsi münasibət bildirə bilər.
Qeyd edək ki, Oğuz rayonunda biganəlikdən məhv olmuş, unudulmuş, baxımsız bir çox tarixi abidəyə rast gəlmək mümkündür. Ancaq görünən odur ki, kimlərinsə yadına düşməsə və ya zorla xatırladılmasa, bölgədə bir dənə olsun tarixi abidə qalmayacaq.







|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azyaşlı bacıları hədələyərək əxlaqsızlıq edən şəxs apellyasiya şikayətindən imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 09:39 |
|
|
|
• "Ramiz Mehdiyevin kadrları bu gün Azərbaycanda “at oynadır”lar" - İTTİHAM VAR...
Bu gün, 09:29 |
|
|
|
• "İranı hədə-qorxu gəlmək üzrə "dünya çempionu" saymaq olar" - HƏ, VALLAH...
Bu gün, 09:19 |
|
|
|
• ƏMƏK MÜBAHİSƏLƏRİ: məhkəməsiz olmazmı? - Ekspert danışır...
Bu gün, 09:17 |
|
|
|
• Milli Onkologiya Mərkəzinin tenderi BAŞ TUTMADI - TƏFƏRRÜAT
Bu gün, 09:12 |
|
|
|
• İlham Əliyev Türkmənistana GEDİB
Bu gün, 09:06 |
|
|
|
• Şəkidə polis meşəlik ərazidə çətənə kolları və 8 kiloqram marixuana aşkarlayıb - FOTO
Bu gün, 09:02 |
|
|
|
• ABŞ belə asanlıqla Ukraynadakı savaşdan İMTİNA ETMƏZ... - Ümumiyyətlə, imtina etməz...
Bu gün, 08:59 |
|
|
|
• "AMEA-da ən yağlı, yeməli şöbənin mudirisən, yemək əvəzinə, hoqqa çıxarırsan..." - DİLÇİ-ALİMDƏN İLGİNC ETİRAZ
Bu gün, 08:52 |
|
|
|
• Şəki sakini məhkəmə icraçılarından GİLEYLƏNİR - "Artıq 9 ay müddət keçməsinə baxmayaraq..."
Bu gün, 08:45 |
|
|
|
• İlham Əliyev Kəlbəcərdə Rusiyaya hansı mesajları verdi? - İLGİNC
Bu gün, 08:37 |
|
|
|
• Dövlətdən dəstək aldı... BAŞINA OYUN GƏLDİ... - MÜRACİƏT
Bu gün, 08:31 |
|
|
|
• Toylara gətirilən bahalı müğənnilər kimə lazımdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:31 |
|
|
|
• İrəvanda hökumət kilsə ilə həlledici savaşa çıxır... - Görünəni odur ki...
Bu gün, 07:30 |
|
|
|
• Azərbaycanla Ermənistan arasında sülhü kim istəmir? - GƏLİŞMƏ
Bu gün, 07:26 |
|
|
|
• İranın mövqeyinin bir adı var: DÜŞMƏNÇİLİK... - FAKT BUDUR!
Bu gün, 07:25 |
|
|
|
• Bu qida məhsulları BAHALAŞACAQ... - GÖZLƏNTİ
Bu gün, 07:22 |
|
|
|
• Xaricdə təhsil alan azərbaycanlı tələbələr Elm və Təhsil Nazirliyindən cavab gözləyir - “Biz qorxurduq ki...”
Bu gün, 07:06 |
|
|
|
• Vüqar Əsgərov gömrük sistemini qarışdırır - İTTİHAM VAR...
Bu gün, 07:04 |
|
|
|
• Bülletendə olanların pulu aylardır ödənilmir - “sistemdə problem var” bəhanəsi ilə xəstələrə dərd verilir
Bu gün, 06:59 |
|
|
|
• Əbülfəz Elçibəyin vəfatından 25 il ötür - ANIM
Bu gün, 06:52 |
|
|
|
• Rusiya sürətlə Azərbaycanın düşməninə çevrilir - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:46 |
|
|
|
• Gələcəyin sahibləri - Eltən Törəçi yazır...
Bu gün, 06:44 |
|
|
|
• İmtahan, yoxsa tələ? - AKTUAL
Bu gün, 06:40 |
|
|
|
• Kərki geri qaytarılarsa, İran daha sərt ritorika ilə çıxış edəcək - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:38 |
|
|
|
• "Həmin məhsullar heç kimə satılmayıb, rahat ola bilərsiniz..." - FOTO
Bu gün, 06:35 |
|
|
|
• Rusiya imtina etdi, Azərbaycan üçün şans yarandı – Həmin şəxslər ölkəmizə gələrsə…
Bu gün, 06:31 |
|
|
|
• ABŞ müttəfiqlərinə Ukrayna danışıqları ilə bağlı kəşfiyyat məlumatlarını açıqlamağı qadağan edib - CBS telekanalı
Bu gün, 06:26 |
|
|
|
• Rəqsanə İsmayılovanın həyat yoldaşının vəkili - Qərar veriləcək
Dünən, 18:02 |
|
|
|
• Nazirlik EXPO Mərkəzin 1 zalını 7 günlük icarəyə götürür – 314 min manata
Dünən, 17:49 |
|
|
|
• Nazirlik əcnəbi tədqiqatçıların ölkəmizə səfərinin təşkilini - BU ŞİRKƏTƏ TAPŞIRDI
Dünən, 17:47 |
|
|
|
• GİN-dən “zerkalnı” tender: - 88 888 manat
Dünən, 17:45 |
|
|
|
• Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir - TƏFƏRRÜAT
Dünən, 17:42 |
|
|
|
• YUXU KİMİ HƏYAT... - və yaxud... QARDAŞ LAYLASI...
Dünən, 17:32 |
|
|
|
• "Görün, nə qədər qadın bloger va..,"
Dünən, 17:14 |
|
|
|
• “Azərpoçt”un 600 minlik tenderləri baş tutmadı - TENDERLƏR LƏĞV EDİLDİ
Dünən, 17:04 |
|
|
|
• Naxçıvanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Aparat rəhbəri təyin olunub - ƏMR
Dünən, 16:57 |
|
|
|
• "Təzə baş həkim gəlib... ÇOX SƏRT ADAMDIR... icazə vermir..." - DƏLİXANADIR, VALLAH...
Dünən, 16:56 |
|
|
|
• Direktor təyin edilmək istədi, 20 000 manat ziyana düşdü - İNDİ İSƏ...
Dünən, 16:46 |
|
|
|
• Sabiq məmura cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 16:45 |
|
|
|
• Çağırışçının ölkədən çıxışına qadağanı kim qoyur: Səfərbərlik, yoxsa Sərhəd xidməti?.. - AKTUAL
Dünən, 16:44 |
|
|
|
• Fərid Zeynalov DOST-dakı vəzifəsindən getdi - Bu nazirlikdə rəis təyin olundu
Dünən, 16:42 |
|
|
|
• Qriqoryan və Şoyqu Cənubi Qafqazda kommunikasiya yollarının açılmasını müzakirə ediblər
Dünən, 16:18 |
|
|
|
• Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
Dünən, 16:13 |
|
|
|
• Ermənistan məhkəməsi Qalstanyanın həbs müddətini uzadıb
Dünən, 16:04 |
|
|
|
• ABŞ və Aİ SÖZÜ BİR YERƏ QOYDU
Dünən, 15:58 |
|
|
|
• "Şəhidlər xiyabanına şortiklə getmək düzgün deyil, amma..." - Aqil Abbas
Dünən, 15:53 |
|
|
|
• Ermənistan müdafiə nazirinin müşaviri istefa verib
Dünən, 15:39 |
|
|
|
• Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib
Dünən, 15:34 |
|
|
|
• Məhkəmə Rəqsanə İsmayılova ilə bağlı qərar verib
Dünən, 15:25 |
|
|
|
|