Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” .....                     İmişlidə başçının adamı İTTİHAM OLUNUR .....                     Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu .....                     Şəmkirdə bir ayın əsgəri həyatını itirdi .....                     Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? .....                     “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” .....                     Agentlik peyin almaq üçün tender keçirib .....                     İcazəsiz klinikaların SONU: .....                     Hər iki ölkədə sülhə qarşı çıxanlar var .....                     Zəngəzur dəhlizi açılır: .....                     Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb .....                     Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır .....                     Sənət adamları bu klublara azarkeşlik edirlər .....                     Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib .....                     Dron hücumu ilə NATO-ya mesaj: .....                     Rus politoloq sarsaqladı .....                     Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                     Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                 

RƏSMİ BAKININ “FRANSA PLANI” VARMI?
Tarix: 19-01-2012, 14:09 | Çap et
RƏSMİ BAKININ “FRANSA PLANI” VARMI?

AZƏRBAYCAN PARİSİN QARŞISINDA ƏLİYALINDIR

Azərbaycan-Türkiyə münasibətləri növbəti dəfə sınaq qarşısındadır. Fransa Senatının “erməni soyqırmı”nı inkara görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun layihəsini yanvarın 23-də müzakirə çıxarması Türkiyədə həyəcanla izlənilir. Sənədin təsdiq olunacağı halda Türkiyə hökuməti Fransa ilə bağlı atacağı addımları götür-qoy edir.

Bu arada, Azərbaycan hakimiyyətinin baş verənlərə səssiz qalması Türkiyənin siyasi və ictimai dairələrini narahat edir.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun 4 üzvü yanvarın 17-də Bakıya gəlib. Səfərin məqsədi bəllidir. Ankara Bakının nəbzini yoxlayır. Bunu Bakıya gələn türkiyəli millət vəkilləri də gizlətməyiblər. Türkiyəli deputatlar biri vurğulayıb ki, Azərbaycan rəhbərliyinin sözügedən layihə ilə bağlı konkret mövqe ortaya qoymasını gözləyirlər və səfərə də buna görə gəliblər.

Senatın qanun layihəsini təsdiq edəcəyi halda, Fransanın ermənpərəst mövqeyi rəsmiləşəcək. Bu isə o deməkdir ki, Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki tərəfsizliyi rəsmən pozulmuş olacaq. Azərbaycan ictimaiyyəti, QHT-lər, media Fransa parlamentinin məlum qərarına kifayət qədər sərt reaksiya veriblər. Hakim Yeni Azərbaycan Partiyasının mənsubları da ilk günlərdə Fransa parlamentinin qərarına etiraz edirdilər. Ancaq son günlər Azərbaycanın hakimiyyət dəhlizlərində sanki bir sakitlik hökm sürür.

Rəsmi Bakı Senatın adı çəkilən qanun layihəsinin təsdiq etməyəcəyinə ümidlidir. Elə xarici işlər naziri Elmar Məmmədyarov da bir müddət öncə mövzu ilə bağlı suala belə cavab vermişdi ki, Fransa ilə bağlı nəsə addım atmağı düşünmürlər, çünki Senatın mövqeyi hələ bəlli deyil. Əlbəttə, Senat qanun layihəsini təsdiq etməyə də bilər. Bəs əksi olarsa, rəsmi Bakı hansı addımları atacaq? Hazırda bu, günün ən aktual sualıdır.

Türkiyəli diplomatlar bir neçə il öncə erməni diplomatlarla təmaslara baş vurduqda rəsmi Bakı xeyli narahat görünürdü. Brüsselə səfəri zamanı jurnalistlər qarşısında çıxış edən Azərbaycan prezidenti İlham Əliyev Türkiyə ilə Ermənistan arasındakı dialoqu nəzərdə tutaraq belə bir fikir söyləmişdi: “Biz sadə suala sadə cavab eşitmək istəyirik”. İndi eyni sualı Azərbaycan hakimiyyətinə Türkiyə iqtidarı, siyasi çevrələri və icitmaiyyəti ünvanlayır: “Senat qanun layihəsini təsdiq edəcəyi halda Azərbaycan hakimiyyəti Fransanın həmsədrlikdən geri çağırılması işinə baş vuracaqmı?” Bu da sadə cavab tələb edən sadə sualdır.

Hələ ki, rəsmi Bakı bu sadə suala cavab verməkdən yayınır. Əksinə, xarici işlər nazirinin müavini Araz Əzimov dekabrın sonunda Vaşintondakı konfransda çıxışı zamanı qeyd edib ki, Minsk qrupunun formatının dəyişməsinə lüzum görmürlər. Bəzi hakimiyyət nümayəndələri qeyri-rəsmi söhbətlərdə Fransa parlamentinin qərarını Fransa-Türkiyə münasibətlərinə aid olan məsələ kimi dəyərləndirərək, Azərbaycanın bu məsələdə tərəf ola bilməyəciyi irəli sürürlər.

Məsələ burasındadır ki, bir neçə il öncə İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında protokollar imzalandıqda rəsmi Bakı Ankaranı güncə sıxmışdı. Bakı Ankaranı protokolları parlamentdə ratifikasiya etməməyə çağırırdı. Azərbaycan iqtidarı Türkiyə-Ermənistan sərhədinin açılacağı və iki ölkə arasında diplomatik münasibətlərin qurulacağı halda bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsir edəcəyini irəli sürdü. Hətta o günlərdə Azərbaycanın 4 qadın millət vəkili Ankaraya yollanaraq eyni ilə bu gün Bakıya gələn türkiyəli millət vəkilləri kimi həmsöhbətlərindən konkret cavab istəyirdilər.

Ankara protokolları ratifikasiya etmədi. Halbuki bu protokollar ratifikasiya edilsəydi, sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə yanaşı ortaq tarix komissiyası da qurulacaqdı. Belə olan halda böyük ehtimalla Fransa parlamenti “erməni soyqırımı” layihəsini gündəmə gətirməzdi. Yəni faktiki Fransa ətrafında hadisələrin hazırkı şəkildə inkişafında rəsmi Bakının da rolu olub. Və indi növbə rəsmi Bakının addım atmasına çatdıqda Azərbaycan hakimiyyəti Ankaraya mesaj yollayır: “Bizi bu işlərə qatmayın”. Bu yanaşma da Ankarada ciddi narazılıq doğurur. Rəsmi Bakı Azərbaycanın Fransa ilə bağlı atacağı addımın qarşılığında Türkiyə parlamentinin də Xocalı soyqırımını tanımasını istəyir. Yəni Ankaraya “bu olmadan o da olmayacaq” mesajını çatdırmağa çalışırlar.

Bütün hallarda, əgər Fransa Senatı “erməni soyqırmı”nı inkara görə cinayət məsuliyyəti müəyyənləşdirən qanun layihəsini təsdiq edərsə və bunun qarşılığında da Azərbaycan hakimiyyəti bu ölkənin həmsədrlikdən geri çağrılması proseduruna baş vurmazsa, onda da Türkiyə ilə münasibətləri zərbə altında qoyacaq. Azərbaycanı bu seçimdən Senatın qanun layihəsini təsdiq etməməsi qurtara bilər.


TURAN Analitik xidməti










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Bu gün, 17:02
İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Bu gün, 16:58
Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Bu gün, 16:49
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Bu gün, 16:34
Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Bu gün, 16:18
“Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Bu gün, 16:16
Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Bu gün, 16:09
İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Bu gün, 16:07
Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Bu gün, 16:04
Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Bu gün, 15:57
Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Bu gün, 15:49
Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Bu gün, 15:45
Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Bu gün, 15:42
Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Bu gün, 15:40
Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Bu gün, 15:38
Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Bu gün, 15:33
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru