YENİ NAZİR KÖHNƏ QVARDİYANIN MÜHASİRƏSİNDƏ
Tarix: 28-08-2013, 10:47 | Çap et
 MƏRDANOVUN “SAĞ ƏLİ” YENƏ ÖZ AMPLUASINDADIR...
DİA.AZ: - Avqustun 24-də təhsil naziri Mikayıl Cabbarov Siyəzəndə bu rayondan, habelə Quba, Qusar, Xaçmaz, Şabran və Xızı rayonlarından olan vətəndaşları qəbul edib. Mətbuatın yazdığına görə, nazirliyin struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı bu bölgədən olan vətəndaşların müraciətlərinə baxılıb. Belə düşünəndə bunu yeni nazirin mobilliyi – təhsilimizin yerlərdəki vəziyyətini təfərrüatı ilə öyrənmək, məsələlərə dərindən nüfuz etmək arzusundan doğan istəyi kimi dəyərləndirmək olar. Doğrudan da, bir var təhsilin dərd-sərini hansısa məmurun məruzəsindən öyrənəsən, bir də var vətəndaşın öz dilindən eşidəsən. Bu mənada yerlərdə keçirilən görüşlər böyük əhəmiyyət daşıyır. Amma... Amması budur ki, görüş zamanı yeni naziri müşayiət edənlər köhnə komandanın üzvləri olub. Belə görünür, Mikayıl Cabbarov işlərini bu qvardiya ilə davam etdirmək niyyətindədir. Açığını deyim, bu heyətin içərisində nazirliyin şöbə müdiri Fərzəli Qədirovu görəndə təəccüb və təəssüf hissi məni götürdü. Öz-özümə düşündüm: Doğrudanmı, adam bu qədər əvəzolunmazdır ki, onsuz nə köhnə, nə də yeni nazirin işi aşmır? Bu gün mətbuatın ağzından düşməyən Fərzəli Qədirov, görəsən nə üzlə cəmiyyət arasına çıxa bilir və nəyəsə izahat verməyə çalışır?! Hesab edirəm ki, bu gün o, xalq qarşısında başqa mətləblərə – indiyə qədər törətdiyi əməllərə və son günlərin “qızıl medal” qalmaqalına aydınlıq gətirməlidir... Oxucular yaxşı bilirlər ki, Fərzəli Qədirov Təhsil Nazirliyinin şah damarı sayılan strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə rəhbərlik edir. İndisini bilmirəm, əvvəlki nazirin dövründə kadr məsələləri üzrə Qədirov əlahiddə “gücə” malik idi. Onun bu mənada hansı səlahiyyətlərə sahib olduğunu bilmək üçün bircə faktı oxucuların diqqətinə çatdırıram. Fərzəli Qədirov 6 il öncə həyat yoldaşı Kəmalə Qədirovanı birdən-birə “paraşütlə göydəndüşmə” kimi Bakının göbəyindəki 164 saylı orta məktəbə direktor təyin elətdirib. Halbuki bu xanım direktorluğadək həmin məktəbdə sıravi ibtidai sinif müəllimi işləyib. Bildiyimiz kimi, direktor olan şəxs bu vəzifəyə təyin olunanadək bəzi idarəçilik etaplarını keçməli, ən azından, bir neçə il dərs hissə müdiri (direktor müavini) işləməlidir. Amma Kəmalə Qədirova üçün bu meyar tətbiq olunmayıb. Beləliklə, bəzi suallar ortaya çıxır: Onun direktor təyinatı necə qanuniləşdirilib? İbtidai sinifdə gün ərzində 4-5 saat dərs deyən bir şəxs indiyədək məktəbə necə rəhbərlik (nəzarət) edib? Paradoksal bir vəziyyət yaranıb: Kəmalə Qədirova birnövbəli 164 saylı məktəbdə normal şəkildə dərslərini deyibsə, onda o, direktorluq etməyib, yox əgər normal şəkildə direktorluq edibsə, onda onun dərslərini başqa adam deyib. Digər tərəfdən, ibtidai sinif müəllminin orta məktəbə direktor təyin edilməsi nə dərəcədə məntiqidir? “Kəndxudanı gör, kəndi çap” fəlsəfəsi ilə yaşayan Fərzəli Qədirovun “nüfuzu” keçmiş nazirin yanında o qədər artmışdı ki, onu nazirlikdə “Mərdanovun sağ əli” adlandırırdılar. Hətta, mətbuatın yazdığına görə, Misir Mərdanov onu özünə müavin gətirmək istəyirdi. Araya son dəyişikliklər düşdükdən sonra isə məsələ qarışdı... İndi isə ortaya tamam başqa bir iş çıxıb. Bəlli olub ki, Fərzəli Qədirovun “qızıl medalçı” oğlu Qədirli Fərid qəbul imtahanında cəmi-cümlətanı 473 bal toplayıb. Anasının direktor olduğu 164 saylı məktəbi bitirən Fərid, belə çıxır, etimadı doğrultmayıb, klassik “5” ballıq sistemə görə “3,4” alıb. Bu gün toyda da, mağarda da hamı Fəridin “qızıl medal” məsələsindən danışır, Fərzəli Qədirovsa dillənmir ki dillənmir. Bu haqsızlıq haqqında sosial şəbəkələrdə və mətbuat səhifələrində nələr yazırlar və deyirlər, Fərzəli Qədirovsa, heç nə baş verməmiş kimi, özünü görməməzliyə və eşitməməzliyə vurur... Sonda yenidən qayıdıram Mikayıl müəllimin yerlərə səfərinə. Siyəzəndəki bir müəllim dostum məndən soruşur: Yeni nazir başına toplayıb bura gətirdiyi adamları bəlkə tanımır, bir pedaqoq, qələm əhli kimi, bunları onun nəzərinə niyə çatdırmırsınız? İndi mən dostuma nə deyim?! Deyim ki, biz hər şeyi çatdırırıq, amma...
Nadir İsrafilov, təhsil eksperti


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Bu gün, 14:09 |
|
|
|
| • Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Bu gün, 14:05 |
|
|
|
| • Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Bu gün, 14:02 |
|
|
|
| • Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:54 |
|
|
|
| • "Əməliyyatdan sonra qorxulu görünürdüm"
Bu gün, 13:52 |
|
|
|
| • Kürdəmirə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:47 |
|
|
|
| • Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI - SƏRƏNCAM
Bu gün, 13:43 |
|
|
|
| • Göygölün keçmiş başçısı Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • Gədəbəyin icra başçısı Göyçay rayonuna təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:41 |
|
|
|
| • Göygölün icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 13:39 |
|
|
|
| • Göyçayın icra başçısı Balakənə GÖNDƏRİLDİ - SƏRƏNCAM
Bu gün, 13:35 |
|
|
|
| • Elxan İbrahimov Kürdəmirdən Nəsimiyə başçı gətirildi - SƏRƏNCAM
Bu gün, 13:31 |
|
|
|
| • “Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir” - VİDEO
Bu gün, 13:27 |
|
|
|
| • Kənd təsərrüfatımız Fəda Abbasova FƏDA OLSUN... - İLGİNC İDDİALAR
Bu gün, 13:19 |
|
|
|
| • Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib
Bu gün, 13:11 |
|
|
|
| • Paşinyan Qarabağ danışıqlarına dair sənədləri dərc etmək qərarının səbəbini açıqlayıb
Bu gün, 13:10 |
|
|
|
| • Ermənistan Moskvanı kənara itələyir - Kiyevdən bahalı taxıl alır, fərqi Brüssel ödəsin deyir
Bu gün, 13:06 |
|
|
|
| • Bu icra başçısı vəzifəsindən azad edildi - DEYİLƏNƏ GÖRƏ...
Bu gün, 13:04 |
|
|
|
| • Naxçıvanın rəhbərliyində DƏYİŞİKLİK: Fuad Nəcəfli vəzifədən alındı - ÖZÜNÜ DOĞRULTMADI
Bu gün, 12:54 |
|
|
|
| • "BELƏ DƏ BİABIRÇILIQ OLAR?.." - NARAZILIQ VAR...
Bu gün, 12:49 |
|
|
|
| • DSMF 4 ədəd pikap tipli avtomobil alır – 227 min manat ödəniləcək
Bu gün, 12:44 |
|
|
|
| • Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil - Paşinyan CAVAB VERDİ
Bu gün, 12:42 |
|
|
|
| • Vəkil: Çəkişmələrin uzanması "Şərurlu İsfəndiyar"ın xaricdə müalicəsinə mane olur - MƏHKƏMƏ
Bu gün, 12:39 |
|
|
|
| • Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 12:36 |
|
|
|
| • Günel Bəhramqızı şöbə rəisi təyin edildi - ÖZÜ AÇIQLADI
Bu gün, 12:35 |
|
|
|
| • Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir - SVR
Bu gün, 12:33 |
|
|
|
| • “Dedi ki, sakinlər məni öldürür, pulu ver” – Eyni mənzil çoxlarına belə satılırmış
Bu gün, 12:31 |
|
|
|
| • Xalq artistimizdən təqdirəlayiq JEST: - "Orada 20 hərbiçimiz şəhid olub"
Bu gün, 12:27 |
|
|
|
| • Gecə və səhər bəzi yerlərdə duman olacaq - belə deyirlər...
Bu gün, 12:24 |
|
|
|
| • 2018-ci ildə Sarkisyanın istefa verəcəyi mənə bildirilmişdi - Paşinyan
Bu gün, 12:21 |
|
|
|
| • Türk ekspertlərdən iddialar - Toqquşma, təxribat və ya hücum...
Bu gün, 11:34 |
|
|
|
| • Milli Məclisdə büdcə müzakirələri davam edir
Bu gün, 11:28 |
|
|
|
| • Azərbaycanda bəzi dövlət qurumları ləğv edildi - BUNDAN SONRA...
Bu gün, 11:26 |
|
|
|
| • "Bәrәkәt” ATSC-də yığıncaq keçiriləcək
Bu gün, 11:25 |
|
|
|
| • SOCAR-a yaxın daha bir şirkət təsis edilib - TƏFƏRRÜAT
Bu gün, 11:24 |
|
|
|
| • Lizinq şirkətinin nizamnamə kapitalından 9 min manat götürülür
Bu gün, 11:20 |
|
|
|
| • ADSEA 1,5 milyonluq layihənin icrasına başlayır
Bu gün, 11:19 |
|
|
|
| • "Kiçik Qızılağac Balıqartırma Təsərrüfatı" təşkilati-hüquqi formasını dəyişir
Bu gün, 11:18 |
|
|
|
| • Xırdalanda kişi spirtli içkidən zəhərlənib öldü
Bu gün, 11:14 |
|
|
|
| • Trampın oğlu Ermənistana səfərini ləğv edib - KİV
Bu gün, 11:04 |
|
|
|
| • Xalq artisti GÜNLÜK XƏRCİNİ AÇIQLADI - "Yığdıqlarım 100 yaşıma qədər bəs edər"
Bu gün, 11:03 |
|
|
|
| • Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib
Bu gün, 10:53 |
|
|
|
| • SOCAR-ın başbilənləri üçün TAMPACA - "Qaz itir, yoxsa..?"
Bu gün, 10:47 |
|
|
|
| • Naxçıvanda tələbələrə DAHA BİR QADAĞA... - NARAZILIQ VAR...
Bu gün, 10:41 |
|
|
|
| • “Lukoil” hazırda ən ağır sınaq dövrünü yaşayır – “Reuters”
Bu gün, 10:39 |
|
|
|
| • İqtisadiyyatın AZƏRBAYCAN MODELİ... - Ekspert deyir ki...
Bu gün, 10:37 |
|
|
|
| • Ən qalmaqallı MTK-da NÖVBƏTİ QANUNSUZLUQ... - Sakinlər narahatdır...
Bu gün, 10:28 |
|
|
|
| • Üç qardaş dövlətin Bakıdan dünyaya ədalət və güc mesajı - MƏQALƏ
Bu gün, 10:22 |
|
|
|
| • UEFA Zubir haqqında reportaj hazırladı: Bakıda evlənmişəm və ata olmuşam - VİDEO
Bu gün, 10:18 |
|
|
|
| • Xalq artisti xəstəxanadan evə buraxılıb
Bu gün, 10:15 |
|
|
|
|