MEHDİYEVƏ QARŞI DAHA BİR PLAN
Tarix: 9-01-2012, 10:28 | Çap et
PA RƏHBƏRİNİN ANTİ-KORRUPSİYA KOMİSSİYASI GƏRƏKSİZ QURUMA ÇEVRİLİB
DİA.AZ: - Ötən ilin ən böyük rezonanslarından sayılan hakimiyyətin «korrupsiyaya cihad» elanından bir il ötür. Ötən ilin bu günlərində, konkret olaraq yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın iclasını keçirdi.
Mehdiyevin dilindən səslənən müxalif fikirlər
O zaman yayılan rəsmi xəbərd görə Komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmamazlıqlara yönəldərək bildirib: «Prezident hesab edir ki, neqativ hallar ölkədə həyata keçirilən quruculuq işlərinə, iqtisadi, sosial və siyasi sahədə aparılan islahatlara kölgə salır, Azərbaycanın işgüzar nüfuzuna xələlə gətirir. Ölkədə qanunsuz yoxlamalara, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə formal xarakter daşımamalı və hakimiyyət orqanlarının fəaliyyət prioritetlərindən biri olmalı, bu sahədə səmərəli nəzarət və hesabat sistemi yaradılmalıdır». Azərbaycanda rüşvətxorluğun və korrupsiyanın olmadığını, sahibkarlığın inkişafı üçün cənnət yaradıldığını illərlə gözə soxan bir iqtidarın ən yüksək ranqlı şəxsinin dilindən bu fikirlərin səslənməsi sensasiya sayılırdı. Hakimiyyət korrupsiyanın mövcudluğunu rəsmən etiraf etdi.
Ramiz Mehdiyev həmçinin bildirmişdi ki, Prezident Administrasiyasına və komissiyaya mərkəzi və yerli icra hakimiyyəti, hüquq-mühafizə orqanlarının nöqsanları barədə çoxsaylı şikayətlər göndərilir. O, həmin şikayətlərin məzmununu bu cür təqdim etmişdi: «Sahibkarlığın inkişafına süni əngəl yaradan, bank, tikinti, nəqliyyat, ticarət, təhsil, səhiyyə, sosial müdafiə və digər sahələrdə mövcud neqativ faktlar, rüşvətxorluq və korrupsiya halları, vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı yol verilən nöqsanlar».
Toplantıda sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, əsasız yoxlamalar son qoyulması ilə bağlı fikirlər səslənmişdi. Bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi, dövlət başçısının tapşırıqlarını yerinə yetirmək və məruzədə vurğulanan neqativ halların aradan qaldırılması ilə bağlı təkliflər, müxtəlif dövlət orqanlarına tapşırıqlar verilmişdi. Amma nə o zaman nə də ötən bir il ərzində heç bir rəsmi məlumatda konkret hansı dövlət orqanlarına nələr tapşırıldığı haqqında konkret məlumatlar verilmədi.
Günahkar məsul şəxslər kimdir?
Hakimiyyət sanki yuxudaymış, birdən ayılıb korrupsiyanın ölkəni başına götürdüyünü gördü. Halbu ki, məhz Ramiz Mehdiyevin rəhbərliyi altında 6 ilə yaxın idi ki bu neqativ hallara qarşı mübarizə aparmaq üçün komissiya fəaliyyət göstərirdi.
Komissiyanın 15 üzvündən 5-i prezident, 5-i Milli Məclisi, 5-i isə Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Komissiyaya Daxili işlər, Milli təhlükəsizlik Ədliyyə nazirləri, Baş prokuror, Konstitusiya Məhkəməsinin sədri, Prezident Administrasiyasının yüksək vəzifəli rəsmiləri, Milli Məclisinin bir neçə deputatı daxildir. Komissiya üzvləri bunlardır:
Prezident tərəfindən təyin edilənlər Ramiz Mehdiyev - Komissiyanın sədri, Azərbaycan respublikası Prezidentinin Administrasiyasının rəhbəri; Ramil Usubov - Azərbaycan Respublikasının Daxili işlər naziri; Şahin Əliyev - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri; Fuad Ələsgərov - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri; Eldar Mahmudov - Azərbaycan Respublikasının Milli təhlükəsizlik naziri Milli Məclisi tərəfindən təyin edilənlər Ziyafət Əsgərov - Azərbaycan Respublikası Milli Məclis sədrinin birinci müavini; Əli Əhmədov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Yeni Azərbaycan Partiyasının İcra Katibi; Lətif Hüseynov - Azərbaycan Respublikası Milli Məclisinin Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri; Əli Hüseynov - Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Bəxtiyar Əliyev - Azərbaycan Respublikası Milli Məclisinin deputatı; Konstitusiya Məhkəməsi tərəfindən təyin olunanlar Fərhad Abdullayev - Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri; Fikrət Məmmədov - Məhkəmə Hüquq Şurasının Sədri, Azərbaycan Respublikasının Ədliyyə naziri; Zakir Qaralov - Azərbaycan Respublikasının Baş prokuroru; Ramiz Rzayev - Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri; İnam Kərimov - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibi.
Korrupsiyaya yol açan anti-korrupsiya qurumu
Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası «Korrupsiyaya qarşı mübarizə haqqında» Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə uyğun olaraq yaradılmışdır və korrupsiyanın qarşısının alınması sahəsində ixtisaslaşmış orqan funksiyalarını həyata keçirməliydi.
Əslində isə bu komissiyanın yaradılmasının özü korrupsiyaya rəvac vermək idi. Çünki korrupsiyaya yol vermək cinayətdir və Azərbaycan konstitusiyasına görə isə cinayətkarlığa qarşı mübarizə aparan cinayət təqibi orqanları var. Bu orqanlar polisdir, prokurorluqdur, milli təhlükəsizlik orqanları və məhkəmədir. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın yaradılması əslində korrupsiya cinayətlərini həmin cinayət təqibi orqanlarının nəzarətindən çıxarmaq və müəyyən bir məhdud çərçivəyə salmaq idi ki, ora nə polisin, prokurorun, milli təhlükəsizlik orqanının müdaxiləsi olmasın.
15 nəfərin əvəzinə bir akademik
2004-cü ilin 13 yanvarında Qanunla mübarizəsinə start verilən antikorrupsiyanın 2005-ci ildə təsdiqlənən Əsasnaməsinə 2008-ci ilin 30 oktyabrında «dəyişiklik» edilib. Bu dəyişikliyə əsasən 10-cu maddəni İlham Əliyevə beləcə imzalatdırıb: «Komissiyanın səlahiyyətlərinə aid edilmiş bəzi məsələlər üzrə Komissiyanın qərarlarını iclas çağırılmadan üzvlərinin rəyi öyrənilməklə Komissiyanın sədri qəbul edə bilər».
Bu əndrəbadi cümlənin məğzi ondan ibarətdir ki, onsuz da əhəmiyyətsiz bir qurum olan Korrupsiyaya qarşı mübarizə Komissiyası Ramiz Mehdiyevdən ibarətdir. Əslində, Komissiyada təmsil olunan 15 üzvün 5 nəfərinin nazirdən, 5 nəfərinin Milli Məclisdən və 5 nəfərinin Konstitusiya Məhkəməsindən təyin edilməsinin özü cinayətkarları mühakimə edəcək «hakimlər» haqda təsəvvür yaradır. Amma görünür, Ramiz müəllim Komissiya üzvlərinin 6 aydan bir yığışmasına ümumiyyətlə, ehtiyac görməyib!
Antikorrupsiya Qanun və Əsasnaməsinin ildən-ilə dəyişməsi ölkədəki ictimai-siyasi və korrupsiya məntiqinə uyğundur: 2004-cü ildə - hakimiyyət ötürülməsinin ilk ilində korrupsiyaya qarşı nəsə yaradır, 2005-ci ildə - parlament seçkiləri öncəsi «nəsənin» Əsasnaməsi təsdiq edilir, 2008-ci il oktyabrın 30-da, prezident seçkilərindən sonra və ölkəyə külli miqdarda neft pullarının axmasından, iri-iri layihələrə yekə-yekə pulların xərclənməsi prosesinə başlanılmasından sonra «nəsə» faktik olaraq ləğv edilir, Komissiya üzvləri rahat-rahat öz işləriylə məşğul olmağa göndərilir. Zatən, kimsəyə ehtiyac yox - korrupsiyaya akademik Mehdiyev şəxsən nəzarət edəcək!
Prezident Mehdiyevi necə ifşa etdi?
2011-ci ildə, heç gözlənilmədən, tarappıltıyla Korrupsiyaya qarşı Komissiyanın iclası çağırıldı və sədr Ramiz Mehdiyev bildirdi ki, iclas İlham Əliyevin tapşırığı əsasında çağırılıb. Niyə? Əvvəla, Komissiya var, Əsasnaməsi yaradılıb, Dövlət Proqramları qəbul olunub, bu azmış kimi antikorrupsiya üzrə Milli Strategiya müəyyənləşib, 6 aydan da bir prezidentə məruzə olunur (və ya olunmalıdır). İclasın çağırılmasını niyə prezident tapşırmalıdır? Komissiya özü niyə işləmir?
Əslində ötən bir il dəbdə olan antikorrupsiya şousu həm də o demək idi ki, rəsmi starta qədər ölkədə korrupsiyaya qarşı heç bir mübarizə olmayıb. Bu an isə göz önünə ilk olaraq Ramiz Mehdiyevin başçılıq etdiyi komissiya gəlir. Mehdiyev uzun illərdir ictimai rəyi formal manipulyasiya etmək üçün yaradılmış, hətta korrupsiyadan şikayət edənlərin ərizələri vasitəsilə siyahılaşdırılması məqsədilə formalaşdırılan bir quruma rəhbərlik edib. İlham Əliyev bir sərəncamla açıq-aşkar şəkildə göstərdi ki, Ramiz Mehdiyev ya ölkənin talanmasına başçılıq edib, ya da bu talançılığa göz yumub. Bu tam rəsmi nəticədir. Həm də yeganə nəticə deyil.
Qaçılmaz sonluq
Mehdiyevin rəhbərlik etdiyi komissiya ilə paralel bu illər ərzində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi fəaliyyət göstərib. Ötən dövr ərzində idarə 480 nəfər barəsində cinayət işi qaldırıb. Son beş il ərzində 480 nəfər barəsində 265 cinayət işinin istintaqı aparılıb ki, həmin işlər tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib. Ötən ilin ilk 6 ayı ərzində isə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə korrupsiya ilə bağlı 360-dan çox müraciət daxil olub. Müraciətlərə əsasən 87 fakt üzrə cinayət işi başlanıb. İdarə rəisi ötən il bu rəqəmin 69 olduğunu açıqlayıb.
Tək bu müqayisə onu göstərir ki, Ramiz Mehdiyevin hakim komandaya nəzarət imkanlarını artırmaqdan başqa heç nəyə xidmət etməyən Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası ləğv edilə bilər. Artıq hakimiyyətdə bu barədə ciddi müzakirələr başlayıb. Bu məsələdə xüsusilə Ramiz Mehdiyevin əleyhdarları fəallıq göstərir. Onlar ən pis halda Komissiyanın PA rəhbərinin nəzarətindən çıxarılmasına çalışır.
Heç kəsə sirr deyil ki, Ramiz Mehdiyev 2004-cü ildə yaradılan Komissiyanın rəhbəri olmaqla bu statusundan istifadə edərək rəqiblərinə ciddi zərbələr vurmaq imkanına malikdir. Korrupsiya ilə bağlı şikayətlər Komissiyaya daxil olduqda təbii ki, saf-çürük edilir və əsasən Ramiz Mehdiyevə rəqib olan məmurlardan edilən şikayətlərin araşdırılması təmin olunur. Bu baxımdan PA rəhbərinin əleyhdarları Komissiyanın ləğvini istəyir. Onların arqumentlərinə görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi olduğu halda Komissiyaya ehtiyac yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 23 illik nəqliyyat şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• Azərbaycanda BOKT qızıllarını satışa çıxarır - DETALLAR
Bu gün, 00:02 |
|
|
|
• Qriqoryanın açıqlamasında yenilik yoxdur - RƏY
Dünən, 23:34 |
|
|
|
• Palata sədrindən Naxçıvanla bağlı tənqidi çıxış - "Məsul şəxslərin məsuliyyətini tam dərk etməməsi..."
Dünən, 23:28 |
|
|
|
• İrəvan Bakının bu tələbindən niyə yayınır? – Mühüm məqam
Dünən, 23:26 |
|
|
|
• Naftalin qoxulu bəyanatlar və ya yeni "köhnə rus yalanı" - NƏ BAŞ VERİR?
Dünən, 19:46 |
|
|
|
• Talıbovlar qayıdır: BACANAQ QOLLARINI ÇIRMALADI... - İLGİNC...
Dünən, 19:02 |
|
|
|
• Ermənistan terrorçuların həbsi ilə bağlı əməkdaşlıq EDƏ BİLƏR - AÇIQLAMA
Dünən, 19:00 |
|
|
|
• Texnologiyanın yeni BƏLASI: - “Deep Fake” ilə necə MÜBARİZƏ APARMALI?
Dünən, 18:58 |
|
|
|
• 20 min manatlıq yerli avtomobili kim alır? - Ekspert danışır...
Dünən, 18:56 |
|
|
|
• Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir
Dünən, 18:03 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni şirkət yaradıb
Dünən, 18:01 |
|
|
|
• Alternativ hərbi xidmət: - “Bu, sovetlər dövründən qalma bir sistemdir”
Dünən, 18:00 |
|
|
|
• Bölgəmizdəki təhdidlərə cavab vermək hədəflərdən biridir - AKTUAL
Dünən, 17:58 |
|
|
|
• "Müəllimi bu həddə çatdırmaq olmaz" - ETİRAZ
Dünən, 17:48 |
|
|
|
• Məktəbdə QALMAQAL!: Müəllim direktoru məhkəməyə verdi - TƏFƏRRÜAT
Dünən, 17:44 |
|
|
|
• Gömrükdə sifarişlərim saxlanılır - Kəmalə Piriyeva
Dünən, 17:40 |
|
|
|
• Qərb İrəvanı təsir obyektinə çəkməyə çalışır - Gerasimov
Dünən, 17:37 |
|
|
|
• Hafiz Hacıyev ayaqqabılarını “prakata” verir – Qiymət
Dünən, 17:27 |
|
|
|
• “Azərbaycan Dəmir Yolları"na məxsus şirkətin adı dəyişdirilib
Dünən, 17:23 |
|
|
|
• Gürcüstan arzusuna çatdımı? - Prezident iqamətgahı tərk etməsə...
Dünən, 17:14 |
|
|
|
• ATƏT-in Minsk qrupu çoxdandır fəaliyyətsizdir və ləğv edilməlidir - ŞƏRH
Dünən, 17:10 |
|
|
|
• Sıra Nazilə Səfərliyə gəldi... - AÇIQLAMA
Dünən, 17:05 |
|
|
|
• İsa İsayev 2,3 milyon kapital ilə yaradılan daha 2 şirkətə rəhbərlik edəcək - DETALLAR
Dünən, 17:03 |
|
|
|
• Daha bir estetik əməliyyat faciəsi: Baş həkim həmkarının burnunu tanınmaz hala saldı - FOTO
Dünən, 16:57 |
|
|
|
• Suriya-Türkiyə münasibətləri strateji məzmun daşıyacaq
Dünən, 16:53 |
|
|
|
• Ermənistan sülh əvəzinə yeni ərazi istədi – Köçəryandan iddia
Dünən, 16:50 |
|
|
|
• Quldurluqla 127 min manat pulu ələ keçirən şəxslər həbs edilib - Polis əməliyyatı
Dünən, 16:48 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - “Mümkün deyil”
Dünən, 16:46 |
|
|
|
• Gəncədə məktəbli məktəblini bıçaqlayıb
Dünən, 16:42 |
|
|
|
• Azay Möhnətovun qalmaqallı bazarında nə baş verir? - İLGİNC...
Dünən, 16:41 |
|
|
|
• Azərbaycanın İnterpola verdiyi şəxs bu ölkədə tutuldu
Dünən, 16:34 |
|
|
|
• "Mən hakim ola-ola 50 min manata mebel ala bilmirəm" - "İnstapower" işində maraqlı faktlar açıqlandı
Dünən, 16:32 |
|
|
|
• Kürdəmir rayon prokuroru müavininin işinə xitam verilib
Dünən, 16:30 |
|
|
|
• “Gecə 11-də özünü yalandan yerə yıxıb ki, ölürəm” - TƏFƏRRÜAT
Dünən, 16:28 |
|
|
|
• Sabah MSK-da bələdiyyə seçkiləri ilə əlaqədar yaradılan işçi qrupların iclası keçiriləcək
Dünən, 16:23 |
|
|
|
• Ramalın ayaqqabısının qiyməti ŞOK ETDİ: - “Bir evin pulu…”
Dünən, 16:21 |
|
|
|
• Bələdiyyə seçkiləri üçün daha iki siyasi partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb
Dünən, 16:19 |
|
|
|
• Nazir rəisi işdən çıxardı, başqa vəzifə verdi - Yeni təyinatlar
Dünən, 16:17 |
|
|
|
• “Binokl diplomatiyası”: Ermənistan davamlı sülhdə maraqlı deyil? - GÖRÜNƏNİ BUDUR
Dünən, 16:13 |
|
|
|
• “Nar”ın tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı təşkil edildi
Dünən, 16:12 |
|
|
|
• Nazirin köməkçisi bacısından sonra atasını da İTİRDİ
Dünən, 16:09 |
|
|
|
• “İraqda mənə qarşı iki sui-qəsd hazırlanmışdı” - Roma Papası
Dünən, 16:08 |
|
|
|
• “Paşinyan sülh müqaviləsi ilə bağlı prosesi ona görə uzadır ki…” - İqbal Ağazadə
Dünən, 15:36 |
|
|
|
• Ermənilərin gözü Bakıda: Tarixi etiraf olacaq, siyahıda onlar da var - GƏLİŞMƏ
Dünən, 15:34 |
|
|
|
• Zaxarova əsəbiləşdi: - Bu sualı İrəvana verin!
Dünən, 15:33 |
|
|
|
• Niyə kiçik mağazalar “Card-to-Card”a üstünlük verir və vergi idarəsi bundan necə xəbər tutur? - AKTUAL
Dünən, 15:29 |
|
|
|
• Tərtər rayonunda “Mülki müdafiə sahəsində 2024-cü ilin yekunu, 2025-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Dünən, 15:26 |
|
|
|
• Ərdoğan və Makron arasında telefon danışığı olub
Dünən, 15:25 |
|
|
|
• Xaricə satdığımız elektrik enerjisinin dəyəri 16 qəpikdən 9 qəpiyə düşüb
Dünən, 15:24 |
|
|
|
|