SİYAVUŞ NOVRUZOV PREZİDENTİN TÖVSİYƏSİNƏ QARŞI
Tarix: 29-12-2011, 14:04 | Çap et
“QƏBUL EDƏ BİLMƏRİK”
Bu həftə prezident İlham Əliyev Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramını təsdiq edib. Proqramda Azərbaycan parlamentinə 2012-ci il ərzində “Diffamasiya haqqında” qanun qəbul etmək də tövsiyə olunub. Ancaq hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov hesab edir ki, indi belə bir qanun qəbul etmək olmaz.
“Media forum” saytına açıqlamasında Siyavuş Novruzov deyib: “Diffamasiya haqqında” qanunun qəbulu prezidentin təsdiqlədiyi insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramına daxil edilsə də, biz indi bu qanunu qəbul edə bilmərik. Çünki Azərbaycan hakimiyyəti, parlamenti “Diffamasiya haqqında” qanunu qəbul etməyə hazır olsa da, təəssüflər olsun ki, Azərbaycan mətbuatı buna hazır deyil. Bir qrup qəzeti, informasiya agentliyini, xəbər saytlarını və televiziyaları çıxmaq şərtiylə ölkə mediasında böyük əksəriyyətin təhsili, tərbiyəsi, səviyyəsi “Diffamasiya haqqında” qanunu qəbul etməyə imkan vermir.
Elələri var ki, ali təhsil, jurnalist təhsili almayıb, bəlkə orta məktəbi də normal başa vura bilməyib, sinifdə qalıb, amma söyüş söydüyünə görə müəyyən qəzetlər onları işə götürür, həmin adamdan istifadə edir. Problem ondadır ki, həmin şəxs ondan necə istifadə olunduğunu, bunu kimlərin həyata keçirdiyini dərk etmir. Ona görə də Azərbaycan mətbuatı nə vaxt hazır olarsa, “Diffamasiya haqqında” qanunu o vaxt qəbul edəcəyik. Bu gün isə təhqirə görə cəzanı ləğv etsək, qarşısı alınmaz proseslər baş verəcək. Müəyyən insanlar bundan istifadə edib işçilərini cinayətə əl atmağa vadar edəcək”.
YAP icra katibinin müavini hesab edir ki, Azərbaycanda insan hüquqlarına böyük diqqət göstərilir: “Bu prosesin əsası ümummilli lider Heydər Əliyevin dövründə qoyulub. Ölkədə ölüm hökmü ləğv olunub, tez-tez əfv sərəncamları imzalanır, amnistiya verilir. İndiyədək amnistiya aktları qırx mindən artıq insana şamil olunub, prezidentin imzaladığı sərəncamlarla beş mindən artıq insan əfv edilib. Dünyanın heç bir ölkəsində belə humanist addımlar atılmır. İnsanlar bütün hüquqlarından sərbəst istifadə edirlər, insan hüquqları, vətəndaş hüquqları qorunur. Ola bilər ki, bir nəfər firma yaradıb bina tikir, bir mənzili on nəfərə satır, bir başqası isə hüquqi şəxs adı altında vətəndaşların mülkiyyətinə, maddi vəsaitinə ziyan vurur. Belə şəxslər haqda ciddi ölçü götürülməlidir”.
Siyavuş Novruzovun fikrincə, bəzi qüvvələr ən çox sərbəst toplaşmaq azadlığı məsələsini qabardır: “Halbuki ölkədə bu sahədə heç bir problem yoxdur. “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun Azərbaycanda ən yaxşı qanunlardan biridir. Orada göstərilir ki, insanlar necə, hansı formada və harada toplana bilərlər. Avropa Şurasının Venesiya Komissiyası, digər beynəlxalq təşkilatlar da bu qanuna müsbət rəy verib. Bizim “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun bütün dünyaya nümunə göstəriləcək bir qanundur. Sadəcə olaraq sosial bazası olmayan insanlar göstərilən yerlərdə toplantı keçirmək istəmirlər. Sonra da hay-küy salırlar ki, insanların sərbəst toplaşmaq azadlığı pozulur. Qətiyyən belə bir şey yoxdur”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Kanada Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
Bu gün, 18:19 |
|
|
|
| • Naxçıvan Ali Məclisi Baş nazirin vəzifədən azad edilməsi barədə qərar verib
Bu gün, 18:18 |
|
|
|
| • Həbsdə olan Rəqsanənin uşaqlarına KİM BAXIR?
Bu gün, 17:58 |
|
|
|
| • Ramiz Mehdiyevin bankı da narazılıq yaradır - TƏFƏRRÜAT
Bu gün, 17:55 |
|
|
|
| • Sabiq nazir müşavirinə yeni vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 17:44 |
|
|
|
| • Yeni icra başçısı bu məmurun bacısı oğludur - FOTO
Bu gün, 17:39 |
|
|
|
| • TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Bu gün, 17:37 |
|
|
|
| • Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Bu gün, 17:31 |
|
|
|
| • Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Bu gün, 17:27 |
|
|
|
| • Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Bu gün, 17:19 |
|
|
|
| • Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:12 |
|
|
|
| • Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Bu gün, 17:11 |
|
|
|
| • “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Bu gün, 17:07 |
|
|
|
| • Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Bu gün, 17:01 |
|
|
|
| • London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Bu gün, 16:48 |
|
|
|
| • Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Bu gün, 16:44 |
|
|
|
| • Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Bu gün, 16:36 |
|
|
|
| • Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Bu gün, 16:33 |
|
|
|
| • 10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Bu gün, 16:30 |
|
|
|
| • Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Bu gün, 16:28 |
|
|
|
| • Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Bu gün, 16:27 |
|
|
|
| • Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 16:17 |
|
|
|
| • Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Bu gün, 16:15 |
|
|
|
| • Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Bu gün, 16:10 |
|
|
|
| • Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Bu gün, 16:06 |
|
|
|
| • Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Bu gün, 15:56 |
|
|
|
| • "Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" - Səidə Haqverdiyeva
Bu gün, 15:54 |
|
|
|
| • Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var - TƏFƏRRÜAT
Bu gün, 15:48 |
|
|
|
| • Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Bu gün, 15:44 |
|
|
|
| • “Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu - BUNDAN SONRA...
Bu gün, 15:39 |
|
|
|
| • “Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub – MƏHKƏMƏ İŞİ
Bu gün, 15:28 |
|
|
|
| • “Pilot bu səbəbdən siqnal ötürə bilməyib” - Məşhur polkovnikin qəza ilə bağlı VERSİYALARI
Bu gün, 15:22 |
|
|
|
| • “İndi meydanı veriblər Manafa” - Xalq artisti
Bu gün, 15:21 |
|
|
|
| • Nizami Rəmzinin qızına iş kəsildi - “Kaş atam o qadınla ailə həyatı qurmazdı”
Bu gün, 15:10 |
|
|
|
| • Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Bu gün, 15:08 |
|
|
|
| • “Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” – Siyasi şərhçidən Ceyhun Cəlilovla bağlı PROQNOZ
Bu gün, 14:50 |
|
|
|
| • Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Bu gün, 14:47 |
|
|
|
| • “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb - Mediada yayılan məlumatlar əsasında
Bu gün, 14:34 |
|
|
|
| • Rusiya qəribə hesabat yaydı: - "İrəvanın öpüşü"
Bu gün, 14:28 |
|
|
|
| • Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA?
Bu gün, 14:27 |
|
|
|
| • Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb - NTV
Bu gün, 14:24 |
|
|
|
| • "Vəsait ayrılmasa, etiraz edəcəyik" - Rasim Balayev
Bu gün, 14:22 |
|
|
|
| • Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib
Bu gün, 14:17 |
|
|
|
| • “Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Bu gün, 14:09 |
|
|
|
| • Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Bu gün, 14:05 |
|
|
|
| • Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Bu gün, 14:02 |
|
|
|
| • Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:54 |
|
|
|
| • "Əməliyyatdan sonra qorxulu görünürdüm"
Bu gün, 13:52 |
|
|
|
| • Kürdəmirə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:47 |
|
|
|
| • Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI - SƏRƏNCAM
Bu gün, 13:43 |
|
|
|
|