“Nar”da bu axşam daha bir avtomobil sevinci! .....                     Cəmi 27 dəqiqə çəkən uçuş... .....                     Elçin Şıxlı müavininin ölümündən yazdı .....                     Moskvanın ümidinə qalsa... .....                     Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib .....                     “Azərterminalkompleks”də ilkin rütbə məsələsi .....                     Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? .....                     Bunu niyə nəzərə almırlar ki? .....                     "Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" .....                     Süfrəmizdən yoxa çıxan ƏT .....                     Astaranın toxunulmaz icra başçısı... .....                     Maduro “kompleks müdafiə” qanununu imzaladı .....                     "Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" .....                     Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? .....                     "Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" .....                     "Belə adamlara çörək vermək olmaz..." .....                     Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı .....                     Məktəbdə etiraz: nazirlik bilməlidir ki... .....                     “Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib .....                     İcbari tibbi sığortadan imtina etmək olar? .....                     Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır .....                     Paraddan gedən təyyarənin qəza etməsi... .....                     "Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb .....                     Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir? .....                     Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? .....                     Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb .....                     Moskva geri çəkilir .....                     Zaxarovanın fərqli tonda çıxışı .....                     “İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, .....                     “İnsan nə qədər əclaf olmalıdır ki…” .....                     Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə .....                     Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir .....                     Azərbaycanda yeni BAHALAŞMA ANONSU... .....                     İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib .....                     Rusiya Bəşər Əsədi təhvil verəcək? .....                     Ermənilər Qazaxstan ununu bəyənmir? .....                     Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı .....                     Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ .....                     Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" .....                     "...nə qədər desən də xeyri yoxdur" .....                 

ZİYA MƏMMƏDOVUN OĞLUNUN DAHA BİR "UĞURU"...
Tarix: 19-07-2013, 11:40 | Çap et
ZİYA MƏMMƏDOVUN OĞLUNUN DAHA BİR "UĞURU"...
“2011-ci ilin dekabrın 30-da bizi evimizdən çıxardılar. Səhəri gün bayram idi. Yalvardım-yaxardım ki, siz də insansınız, gedib bayramımızı edək, ayın 1-i çıxarıq. Dedi, bu dəqiqə çıxmalısınız. Qar da yağırdı... O qış bərk gəldi, mənim bir dənə əşyam əlimdə qalmadı. Mebellərimi apardım ”JEK"də işləyən fəhlənin həyətinə yığdım. Onu da qar basdı, bərbad hala düşdü. Bu dəqiqə mən pis vəziyyətdə kirayədə yaşayıram. Kompensasiya kimi verilən pul 2 il ərzində kirayə haqlarına getdi".
Bu sözləri Heydər Əliyev Mərkəzinin ətrafında evi sökülən Minayə Əzizova “Azadlıq”a danışır. Onunla birlikdə iki il əvvələ qədər yaşadığı evə yollanırıq. Qadın yol boyu evini dövlətə satmaq istəmədiyini dönə-dönə təkrar edir. M.Əzizovanın 2005-ci ildən yaşadığı həyət evi 42 kvadrat metr olub. 2011-ci ildə Bakı Şəhər Icra Hakimiyyətinin nümayəndələri onun və ətrafdakı bütün küçələrin park salınması üçün söküləcəyini bildiriblər. Əlavə ediblər ki, verilən kompensasiya ilə razı olmasalar, evlərindən məcburi çıxarılacaqlar. Minayə Əzizovanın qonşuları bu məbləğlə razılaşmasalar da məcbur qalaraq evlərini tərk ediblər. Amma o təkid edib. Nəsimi rayon Icra Hakimiyətindən onlara 3 dəfə xəbərdarlıq məktubu gəlib ki, “sizə məxsus ümumi tikili sahəsi 25,7 kvadrat metr olan, yardımçı sahə 8,2 kv. metr olan əmlakınızın müstəqil ”Ekspert-Audit" MMC tərəfindən yaşayış sahəsi 21,875,0 manat, yardımçı sahə üçün 5,125,0 manat olmaqla, 20 faiz nəzərə alınmaqla, ümumilikdə 32.400,0 manat dəyərində qiymətləndirilmişdi. Mənzilinizi 15 gün ərzində boşaldın". Əzizovlar ailəsi yenə evlərini tərk etməyiblər. “”Bu mənim şəxsi mülkiyyətimdir. Mən bu evi satmıram" dedim. Icra Hakimiyyətinin nümayəndəsi dedi ki, sən kimsən? Prezident gəlib baxıb, bu yeri götürüb".
Ailə evindən məcburi çıxarılandan sonra onlara 42 kvadrat metrlik evin 17 kvadrat metrinin pulu ödənilib. Icra Hakimiyyətinin nümayəndələri deyib ki, qalan sahələr “kupça”ya düşməyib.
M.Əzizovanın iki il əvvələ qədər yaşadığı əraziyə çatırıq. Qatar xətti və hündürmərtəbəli bina arasında olan böyük ərazini ot basıb. Burada 21 ailə yaşayıb. Qadın yaşadığı evin ot basan sahəsinə keçib deyir ki, “bax, mənim evim buradaydı. Özüm üçün şərait yaratmışdım. Məni iki saatın içərisində evimdən çıxardılar. Buldozer gətirdilər... polislər bir özbaşınalıq elədilər... Demişdilər ki, dövlət ehtiyacı üçün evimizdən çıxmalıyıq. Burada hansı dövlət əhəmiyyətli tikinti aparılır? Prezidentin yoludur... prezident soruşmur ki, burada nə tikmək istəyirdiniz, niyə tikmirsiniz? Boğazımızdan kəsib prezidentə teleqramlar vururdum, amma bizə cavab vermədi. Bizi döyə-döyə evimizdən çıxardılar. Kiminsə cibini doldurmaq üçün evimizi sökdülər”.
Qadın deyir ki, evləri söküləndən sonra bir neçə dəfə Azərbaycandan birdəfəlik çıxıb getmək istəyiblər. Amma hər dəfə nəsə qoymayıb...
Heydər Əliyev Mərkəzinin ətrafında evi sökülən digər sakin Fuad Zəkiyev deyir ki, əlacsız qalıb təklif edilən evi götürüb. Sakinlərə əvvəlcə cüzi kompensasiya təklif olunub, sonra isə “AZINKO” şirkətinin Keşlə qəsəbəsində tikdiyi binalardan ev verilib. BŞIH-in işçiləri deyiblər ki, sakinləri köçürmək üçün mənzillərin hər kvadrat metrinə 1200 manat ayrılıb, amma köçürülən evlərin kvadrat metri 620 manatdır. “Verilən evin kvadrat metrindən razıyam, amma onu təmir etməyə pulum yoxdur. Döşəmələri yararsız vəziyyətdədir. Kimin pulu varsa, cibindən ödəyib təmir elətdirdi. Amma mən təqaüdçüyəm, yoldaşım I qrup əlildir... Bizim imkanımız yoxdur ki, bu evi yaşanılası yerə çevirək”- F.Zəkiyev deyir.
Minayə Əzizovanın və digər 21 ailənin yaşadığı ot basmış yerlər hotel ərazisidir. Hoteli tikən fəhlələr bunu “Azadlıq”a deyirlər. Onlar əlavə edirlər ki, oteli “ZQAN Holding” (Indiki “Garant Holding”... Bu ilin 5 mayında “ZQAN Holding”in adı dəyişdirilərək “Garant Holding” olub - S.V.) tikir. 35 mərtəbəli hotel Nəqliyyat naziri Ziya Məmədovun oğlu, “ZQAN Holding”in Direktorlar Şurasının sədri Anar Məmmədova məxsusdur. 21 ailə bu ərazidən “dövlət ehtiyacı” səbəbi ilə köçürülmüşdü. Dövlət ehtiyacının mahiyyəti və sərhədləri Mülki Məcəllənin 157.9-cu maddəsində göstərilib. Burada yazılıb ki, yolların və digər kommunikasiya xətlərinin çəkilməsi; sərhəd zolağının müəyyən edilməsi; müdafiə əhəmiyyətli obyektlərin tikilməsi “dövlət ehtiyacı” sayılır. Nazir oğlunun tikdiyi isə “dövlət ehtiyacı”nın sərhədlərinə aid deyil.
Şikayətçi Minayə Əzizovanın vəkili Ziya Quliyev “Azadlıq”a deyib ki, Bakı Şəhər Icra Hakimiyyətinin ərazinin söküntüsü ilə bağlı verdiyi sərəncamın etibarsız hesab edilməsi ilə bağlı 1 saylı Inzibati-Iqtisad Məhkəməsində iddia qaldırıb. BŞIH sərəncamı məhkəməyə təqdim etmədiyinə görə proses təxirə salınıb. “Orada park-bağ salınması üçün ərazinin söküldüyü deyilirdi, amma indi həmin yer hotel kimi istifadə olunacaqsa, bu yenə ”dövlət ehtiyacı" deyil. Biz iddiamızın ölkə daxilindəki məhkəmələrdə təmin olunacağına inanmırıq. Məhkəmələr müstəqil deyil deyə bunu təmin etməyəcəklər. Sərəncamın etibarsız sayılması söküntünün qanunsuz aparıldığını isbatlayacaq. Belə olan halda zərərçəkənə ya kompensasiya ödənilməlidir, ya da ev verilməlidir. Ilin sonuna qədər bütün instansiyaları keçib bu işi Avropa Məhkəməsinə aparacağıq".
Minayə Əzizov ona dəymiş mənəvi zərəri 30.000 manat dəyərləndirib. Evi sökülən zaman məhv edilmiş, məişət, mebel, geyim əşyalarına görə 20 min manat məbləğində maddi zərərin ödənilməsini istəyib.
Digər şikayətçi Fuad Zəkiyevin hüquqlarını müdafiə edən Şəfa Camalzadə “Azadlıq”a deyib ki, onlar Əmlak Məsələləri Dövlət Komitəsini, Bakı Şəhər Icra Hakimiyyətini, Nərimanov rayon Icra Hakimiyyətini məhkəməyə verərək sökülmüş evin bərpa edilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb ediblər. Sakin 24 min manat əldən çıxmış faydanın, qanunsuz olaraq mənzilinin dağıdılması nəticəsində 50.000 manat mənəvi zərərin ödənilməsini istəyib. 2 saylı Bakı Inzibati Iqtisad Məhkəməsi iddianı təmin etməyib. Iş Apelyasiya Məhkəməsinə göndərilib. Vəkil deyib ki, gələn ay ərzində şikayətə baxılacaq. Ölkə içində məhkəmələr iddianı təmin etməsələr, iş Avropa Məhkəməsinə göndəriləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Nar”da bu axşam daha bir avtomobil sevinci! - DİQQƏT
Bu gün, 09:14
Cəmi 27 dəqiqə çəkən uçuş... - ŞƏRH
Bu gün, 09:05
Elçin Şıxlı müavininin ölümündən yazdı - “Demə özündən müğayət olmayıb“
Bu gün, 09:01
Moskvanın ümidinə qalsa... - Azərbaycan və Ermənistan əlaqələri hələ də bloklanmış qalardı
Bu gün, 09:00
Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib - ADLAR
Bu gün, 08:50
“Azərterminalkompleks”də ilkin rütbə məsələsi - İllərdir rütbəsiz işləyənlər NECƏ OLACAQ?
Bu gün, 07:57
Bu il Naftalana hansı ölkələrdən gəliblər və nə qədər pul xərcləyiblər? - SİYAHI
Bu gün, 07:45
Bunu niyə nəzərə almırlar ki? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:25
"Onun sözlərinin heç bir hüquqi və tarixi əsası yoxdur" - partiya sədri
Bu gün, 07:18
Süfrəmizdən yoxa çıxan ƏT - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:16
Astaranın toxunulmaz icra başçısı... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 07:13
Maduro “kompleks müdafiə” qanununu imzaladı - "Venezolana de Television"
Bu gün, 06:59
"Yol vergisindəki artım dizel, benzin, qazın qiyməti qalxanda vətəndaşların büdcəsinə təsir göstərəcək" - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:53
Qələbədən beş il sonra: Sülhün hansı mərhələsindəyik? - İNCƏLƏMƏ
Bu gün, 06:50
"Şagirdlərə niyə bu qədər ev tapşırığı verilir?" - ETİRAZ
Bu gün, 06:47
"Belə adamlara çörək vermək olmaz..."
Bu gün, 06:43
Türkiyə hərbi təyyarəsinin qəzaya uğraması ilə bağlı yeni DETALLAR məlum oldu
Bu gün, 06:40
Məktəbdə etiraz: nazirlik bilməlidir ki... - Ekspert danışır...
Bu gün, 06:38
“Köhnə qvardiya” Azərbaycan siyasətini iflic edib - FAKT BUDUR!
Bu gün, 06:34
İcbari tibbi sığortadan imtina etmək olar? - AKTUAL
Bu gün, 06:32
Pezeşkian sos siqnalı verdi: təhlükə Azərbaycana yaxınlaşır – “Hazır olun!”
Bu gün, 06:30
Paraddan gedən təyyarənin qəza etməsi... - yenə də...
Bu gün, 06:26
"Haber Global" Türkiyə təyyarəsinin qəzası ilə bağlı bir neçə versiya irəli sürüb - VİDEO
Bu gün, 06:22
Qəzaya uğrayan Türkiyə təyyarəsi nələrə qadirdir?
Dünən, 18:04
Siyavuş Aslanın oğlu Eldar Aslan yalan danışır? - "Azdrama" cavab verdi
Dünən, 18:01
Pakistanın Baş naziri İslamabadda baş verən partlayışda Hindistanı günahlandırıb - “Al Jazeera“
Dünən, 17:59
Moskva geri çəkilir - Lavrov qərarı açıqladı
Dünən, 17:36
Zaxarovanın fərqli tonda çıxışı - Ermənistan üçün yeni nə mesaj var?
Dünən, 17:33
“İran hər dəfə yerindən qalxmaq istədikdə ona elə güclü zərbə vuracaqlar ki, daima gicəllənsin...”
Dünən, 17:22
“İnsan nə qədər əclaf olmalıdır ki…” - Çaxoyan
Dünən, 17:19
Azərbaycan Respublikasının müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Dünən, 17:13
Sarkisyanın bəyanatları siyasi manevr və seçki populizmidir - RƏY
Dünən, 17:10
Azərbaycanda yeni BAHALAŞMA ANONSU... - XƏBƏRDARLIQ
Dünən, 16:56
İlham Əliyev təyyarə qəzası ilə əlaqədar Türkiyə Prezidentinə başsağlığı verib - "Bu ağır anlarda..."
Dünən, 16:50
Rusiya Bəşər Əsədi təhvil verəcək? - Əhməd əş-Şəraa fikrində qətidir
Dünən, 16:45
Ermənilər Qazaxstan ununu bəyənmir? - GƏLİŞMƏ
Dünən, 16:40
Gürcüstan-Azərbaycan sərhədində Türkiyənin hərbi yük təyyarəsi qəzaya uğradı - Azərbaycandan gedirdi...
Dünən, 16:35
Ermənistanda sabiq müdafiə naziri AXTARIŞA VERİLDİ - ŞOK SƏBƏB
Dünən, 15:48
Sumqayıtda sahibkarla qadın qonşusu arasında "qapı davası" - Məhkəmə qərarı
Dünən, 15:45
"...nə qədər desən də xeyri yoxdur"
Dünən, 15:26
"Bu yaxınlarda isə məlum olub ki, həmin mənzil başqa bir şəxsə satılıb" - Qarabağ Qazisi NARAZILIQ EDİR...
Dünən, 15:14
“Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək”
Dünən, 15:10
Balasanyan və Ohanyan niyə indi üzə çıxdı? – Kremldən inanılmaz tapşırıq
Dünən, 15:07
Paşinyan Aİ ölkələrinin səfirləri ilə TRIPP layihəsini müzakirə edib - KİV
Dünən, 15:05
Azərbaycanla ərazi mübadiləsi... - Xandanyan
Dünən, 15:03
Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib - “UNIAN“
Dünən, 14:59
Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram - Ermənistanlı nazir
Dünən, 14:58
Azərbaycanda yayılan xəstəlik nədir? - COVID, yoxsa?
Dünən, 14:26
Fərhad Əhmədovun şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu - FOTO
Dünən, 14:20
Bakıda tatto ustası 15 yaşlı qızı qaçırtdı: "Anası ilə bir çarpayıda yatırdıq" - TƏFƏRRÜAT
Dünən, 14:14
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru