
“Milli Şura”nın ideyasının başıbəlalı olması, ideyanın yarandığı ilk saniyələrə təsadüf edir. Bu qurumun acınacaqlı vəziyyəti, həmçinin orada təmsil olunan insanların kimlər olmasından asılır. Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov, Rüstəm İbrahimbəyov “Milli Şura”nın üz qarası olduqlarına görə bu qurum məhvə məhkumdur. Bunu SəsTV-yə verdiyi müsahibəsində baş bayraqdar, KAXCP-nin tanınmış simalarından biri Elman Türkoğlu deyib.
- Elman bəy, bilirsiz ki, “Mili Şura” deyilən bir qurum yaradılıb və onların fəaliyyət istiqamətlərindən biri də seçkilərə hazırlıqdır. Eldar Namazov, Lalə Şövkət və digər bu kimi şəxslər iddialı görünən Müsavat başqanı İsa Qəmbərin istəyinin əleyhinə olaraq Rüstəm İbrahimbəyovun vahid namizəd olması barədə fikirlər səsləndirirlər. Sizcə, gedən bu proseslər nə ilə nəticələnəcək?
- 2013-cü il prezident seçkiləri yaxınlaşdıqca müxalifət daxilində başlanan ciddi çarpışmalar bir az da şiddətlənəcək. Əsas çarpışma vahid namizəd məsələsi uğrunda gedir. Hər kəs vahid namizəd olmaq istəyir. Məhz buna görə də aralarında mübahisələr düşüb. Əvvəlcə Əli Kərimov, sonra İsa Qəmbərov sonra Rüstəm İbrahimbəyov vahid namizəd olacaqlarını elan etdilər. Daha sonra “Mili Şura” ideyası yarandı və bunlar belə bir qurum yaratdılar. Bu qurumun ideyası yaranandan bəri mən dedim ki, bu “İctimai Palatanın” "kopya"sı olacaq. Müxalifətçilər tez-tez iddia etdilər ki, Azərbaycana ərəb baharı gələcək, hakimiyyət devriləcək, müxalifət hakimiyyətə gələcək. Lakin göz önündədir ki, bunlar hamısı onların yuxusu, xəyalı imiş. Onların bu yuxularına münasibət bildirərkən demişəm ki, onlar öncələrdə belə xəyallarla yaşayıblar. Məsələn, 2005-ci ildə narıncı bayraq qaldırdılar, guya inqilab etmək istəyirdilər. Bununla yanaşı, mitinqlərdə Elçibəyin, Məmmədəminin şəkli əvəzinə Corc Buşun şəklini başlarının üstündə tutdular. Bu gün oynadıqları oyunlar da o dönəmin oyunlarının davamıdır. Bu işlərin heç bir nəticəsi olan deyil. Bu “Milli Şura” deyilən qurum heç vaxt seçkilərdə uğur qazana bilməz. Çünki onun daxilində Əli Kərimov kimi adam var. O, Elçibəyi öz ad günündə zəhərləyən insandı. O, xalqa da xəyanət edən insandı. Onu hakimiyyətə, dövlət başçısı postuna seçmək olmaz. Bu gün “Milli Şura”da xəyanətkarlar, ölkəsini qoyub qaçanlar təmsil olunurlar. Məhz buna görə də onlar uğur qazana bilməzlər. “Milli Şura”da təmsil olunan Rüstəm İbrahimbəyovun isə iç üzünü, şəxsiyyətini hər kəs tanıyır. O, heç vaxt siyasətçi olmayıb, ola da bilməz. Onun bu gün siyasət aləminə qatılması çox gülüncdür. Vaxtı ilə R.İbrahimbəyov Azərbaycanı müstəqil dövlət kimi görmək istəmirdi, indi isə öz mənafeyi naminə yüz oyundan çıxır. Belə insana inanmaq olmaz.
- Bir zamanlar Arif Hacılı bəyan edirdi ki, biz 9 dövlətin dəstəyi ilə hakimiyyətə gəlmişdik. İndi İsə R. İbrahimbəyov ABŞ-da səfərdə olarkən söyləyir ki, müxalifə 12 dövlətin dəstəyi var. Sizcə, bu, onu deməyə əsas verirmi ki, artıq bu insanlar xalqdan dəstək görmədikləri və xalqın dəstəyindən ümidlərini üzdükləri üçün xarici qüvvələrə üz tutublar?
- Bunları xarici qüvvələr dəstəkləyirsə, deməli, artıq onlar indidən məğlubdurlar. Çünki xalqın dəstəyi olmadan gələbə qazanmaq olmaz. Bunları Azərbaycanı sevməyən xarici qüvvələr dəstəkləyir. Onlar bu qüvvələrin dəstəyini görürlər. Bu insanları ermənipərəstlər dəstəkləyir. Onları xalq dəstəkləmir. Çünki onlar xalqı hər zaman aldadıblar.
- Rüstəm İbrahimbəyov ABŞ-da keçirdiyi görüşləri böyük həvəslə təbliğ edir. Sizcə, bu görüşlər onlara hansısa siyasi xal qazandıra bilərmi?
- Rüstəm İbrahimbəyov ABŞ-da keçirdiyi görüşlər də, onun səsləndirdiyi fikirlər də, hamısı boşdur, puçdur. Bu insana heç vaxt inanmamışam və inanan deyiləm. Rüstəm İbrahimbəyov heç vaxt düz danışmayıb. O, hər zaman yalandan pafoslu fikirlər söyləyib. Onu xarici ölkələrdəki Azərbaycanı istəməyən qüvvələr əllərində oyuncağa çeviriblər. Bilmək lazımdır ki, xarici qüvvələrə arxalanan və xalqdan dəstəyi olmayan insanlar heç vaxt hakimiyyətə gələ bilməz. Bir məsələni qeyd edim ki, nə qədər ki müxalifətdə yalançı Rüstəm İbrahimbəyov və Əli Kərimov, siyasətçi olmayan İsa Qəmbərov var, deməli, o vaxtda qədər müxalifət hakimiyyətə gələ bilməyəcək. R.İbrahimbəyovun ermənilərlə dostluğu da bəlli məsələdir. Bir insanın ki, mənliyi, namusu ermənilərlə qardaşlığı, dostluğu qəbul edir, deməli, bu insan xalqımız tərəfindən dəstəklənməz. Bu necə insandır ki, Azərbaycana, xalqımıza bu qədər zərbə vuran ermənilərlə dostluq edir. Bu gün ermənini özünə dost, qardaş sayanlar güllələnməlidir, ölümə məhkum olunmalıdır.
- Rüstəm İbrahimbəyov bəyan edir ki, iyunun 20-si Bakıya gələcək. Eldar Namazov da onun gəlişinə ciddi hazırlaşır, onu qarşılamağa canfəşanlıq edir. Eldar Namazov nə zamandan ciddi siyasətlə məşğuldur?
- Mən inanmıram ki, Rüstəm İbrahimbəyov Bakıya gəlsin. Mən heç Eldar Namazova da, onun siyasətinə də inanmıram. O, ciddi siyasətlə məşğul ola biləcək insan deyil. Müxalifət, onsuz da, builki seçkilərdə uduzacaq. Çünki onların daxilində olan insanların kim olduqlarını, onların şəxsiyyətlərinin necə alçaq səviyyədə olmasını mən söylədim. Həmçinin bu hər kəsə bəllidir.
- Elman bəy, Əli Kərimov və Eldar Namazov bildiriblər ki, planları baş tutmasa, onlar Azərbaycandan köçüb Londona yaşamağa gedəcəklər. Bu nə dərəcədə doğru olar ki, öz ideyalarını reallaşdıra bilməyən insanlar doğma vətənlərindən uzaqlaşsınlar?
- Əli Kərimov Londona yaşamağa gedəcək. Onun Londonda 25 milyon dollarlıq villası var. Oğlu da oradadır. Oğlu ayda 30 min dollar təhsil haqqı ödəməklə oxuyur. Belə addımların atılması doğru deyil. Öz vətənindən üz döndərənlər bu vətənin, bu xalqın övladları ola biləz. Bu, çox yaramaz hərəkətdir.
Sonda onu da qeyd edim ki, “Milli Şura” tezliklə dağılacaq. Müsavat da, AXCP də oranı dağıdacaq, məhv edəcək. Onlar hamısı bir-birlərinə düşməndirlər. Vahid namizəd məsələsi də onların məhvini tezləşdirəcək.