FAZİL MUSTAFANIN MAŞININI EVAKUATOR APARIB
Tarix: 12-12-2011, 15:57 | Çap et
“HEÇ BİR YERDƏ QAYDALAR LAZIMİ SƏVİYYƏDƏ İŞLƏMİR”
Bakıda evakuatorların tətbiqi şəxsi avtomobil sahiblərinin yaralı yeridir. Saxladığı maşını bir neçə dəqiqədən sonra yerində tapa bilməyən sürücülər onu evakuatorların apardığı cərimə dayanacağından geri almalı olurlar. Modern.az saytının məlumatına görə, bu günlərdə Milli Məclisin deputatlarından biri də belə problemlə üzləşib. Əməkdaşımız xəbəri dəqiqləşdirdikdən sonra həmin millət vəkiliə əlaqə saxlayaraq, hadisə barədə daha geniş məlumat öyrənib. Qeyd edək ki, avtomobili cərimə duracağına aparılan deputat Fazil Mustafadır. Millət vəkili Modern.az saytının əməkdaşı ilə söhbətdə bildirib ki, hadisə dekabrın 7-də, “Hilton” otelinin yaxınlığında baş verib.
““Hilton” otelində keçirilən tədbirə gəlmişdim. Həmin vaxt orada maşın saxlamağa ümumiyyətlə yer yox idi. Maraqlıdır ki, “Hilton” otelinin qarşısında ora gələn avtomobillərin saxlaması üçün park yeri düzəldiblər, amma parkı bağlayıblar. Yəni heç bir yerdə qaydalar lazimi səviyyədə işləmir. Belədə məcbur olub maşını bir az aralıda - Hökümət Evinin yaxınlığında, hərəkətə mane olmayan bir yerdə saxladım. Tədbirdən çıxarkən gördüm ki, avtomobilimi aparıblar".
Bundan sonra, deputat Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyi ilə əlaqə saxlayıb və məsələ həll olunub.
Fazil Mustafanın fikrincə, deputatla belə davranış əslində yol polisinin deyil, Milli Məclisin günahıdır və millət vəkilinə münasibətin əksidir.
“Əslində maşını tanımadıqları üçün cərimə meydançasına aparmışdılar. Mən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyilə əlaqə saxladıqdan sonra onlar dərhal məsələyə anlayışlı davrandılar və biz maşını götürdük".
Milli Məclisdə deputataların kateqoriyalara bölünməsinin müşahidə olunduğunu deyən Fazil Mustafa millət vəkillərinə xidməti avtomobil verilməməsindən narazılıq edib.
“Bir qrup deputatlar, komitə sədrləri, Milli Məclisiin sədri və müavinləri belə avtomobillərlə təmin olunurlar. Bir qrup da deputatlar var ki, ayrı-ayrı dövlət qurumlarında yaxud universitetlərdə rəhbər vəzifələrdədir, onların da həmin qurumlardan aldığı xidməti avtomobilləri var. Bir qisim də siyasi və biznes fəaliyyəti olan deputatlardır ki, onların da öz sturukturlarından aldığı maşınları var. Amma təqribən 30-ya yaxın deputat var ki, bunlar şəxsi avtomobilə sahibdirlər. Bunların da içərisində olan 15-20 nəfər özü avtomobili idarə edir, sürücü saxlamağa imkanları məhduddur”.
Millət vəkilinin fikrincə, şəxsi avtomobilin deputata məxsusluğunu bildirən hansısa tanıtım vəsiqəsinin verilməsi çox önəmlidir ki, onu maşın üzərinə vurub harasa gedərəkən problem yaşanmasın.
“Yol polisləri həqiqətən hörmətlə yanaşırlar və mən bilirəm ki, bu iqtiqamətdə nazir Ramil Usubov da polislərə davranışla bağlı çox ciddi göstəriş də veribdir. Heç vaxt yol poilislərilə bizim aramızda problem yaşanmır. Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov da deputatlarla həmişə münasibətdə normal kontaktın qurulmasına səy göstərib. Amma bütövlükdə bu məsələ öz həllini tapmalıdır. Baş verənlərə görə, mənim polisə aid heç bir iradım yoxdur”.
Fazil Mustafanın sözlərinə görə, işarə qoyulmayan yerlərdən maşınların cərimə müeydançasına aparılması, cərimə müəyyən olunması doğru deyil. Qadağan olunan yerlərdə nişanlar qoyulmalıdır.
“Amma ümumiyyətlə bu münasibət Milli Məclisdən başlamalıdır və Milli Məclisdə şəxsi avtomobili olan deputatlara tanıtım vəsiqəsinin verilməsi vacibdir. Jurnalistin maşınında yazılır ki, bu mətbuat nümayəndəsidir. Deputatın şəxsi avtomobilində belə tanıtım nişanı olmalıdır. Polis haradan bilsin ki, bu deputatın şəxsi avtomobilidir. Qeydiyyatdan keçən bir avtomobil olmalıdır ki, harasa tədbirə gedəndə və lazimi yerdə saxlamayanda polis ən azından bilsin ki, bu millət vəkilinin maşınıdır”.
Millət vəkili məsələnin parlamentin növbəti sessiyalarında qaldıracağını da vurğulayıb.
“Milli Məclisin sədri hörmətli Oqtay müəllimə də bu istiqamətdə öz təklifimi verəcəm. Mən ümid edirəm ki, o da bu təklifə müsbət yanaşacaq və deputatlara bu istiqamətdə köməklik göstərəcək. Burada söhbət 30-40 deputatdan gedir, qalanlarının xidməti avtomobili var və onlar üçün belə bir narahatçılıq yoxdur. Sürücü onları istənilən vaxt da gözləyə bilir və yaxud maşında sürücü olursa, problem yaşanmır. Ona görə də bu ciddi, narahtedici məsələdir. Həm də birinci dəfə deyil ki, bu cür hadisələr yaşanır. Problem mütləq həllini tapmalıdır”.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • TƏBİB 1,8 milyon manata - AUDİTOR SEÇDİ
Bu gün, 17:37 |
|
|
|
| • Ermənistanda “Tramp marşrutu”nun inşasına gələn il başlanacaq
Bu gün, 17:31 |
|
|
|
| • Naxçıvanı NƏ GÖZLƏYİR: Ceyhun Cəlilov necə davranacaq?.. - Görünəni odur ki...
Bu gün, 17:27 |
|
|
|
| • Məşhur stomatoloqdan “halal vergi” təklifi - "1800 manat çoxdur"
Bu gün, 17:19 |
|
|
|
| • Rusiyada saxlanılan azərbaycanlılar niyə azad edilmir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:12 |
|
|
|
| • Ramiz Mehdiyev və onun vəkillərinin susqunluğu - Oyun planı dəyişməyib?
Bu gün, 17:11 |
|
|
|
| • “Ya təyyarəni vurublar, ya da içəridən partlayış baş verib" - AZAL-ın keçmiş prezidenti
Bu gün, 17:07 |
|
|
|
| • Ədliyyə Nazirliyinin sabiq idarə rəisinə yeni vəzifə verilib - ƏMR
Bu gün, 17:01 |
|
|
|
| • London “dialoqda mən də varam” demək istəyib - ŞƏRH
Bu gün, 16:48 |
|
|
|
| • Gürcüstanda azərbaycanlı mer müavini təyin olunub
Bu gün, 16:44 |
|
|
|
| • Açıq rəngli BİTKİ YAĞLARI təhlükə SAÇIR – XƏBƏRDARLIQ – XƏBƏRDARLIQ
Bu gün, 16:36 |
|
|
|
| • Vəkili Şərurlu İsfəndiyarın xəstə olduğunu deyir - Özünün xəbəri yoxdur
Bu gün, 16:33 |
|
|
|
| • 10 manatlıq şirkətdən ADNSU və Azərbaycan-Fransız Universiteti üçün 608 minlik nə alınacaq?
Bu gün, 16:30 |
|
|
|
| • Füzuli hərbi prokuroruna yeni müavin təyin edilib - ƏMR
Bu gün, 16:28 |
|
|
|
| • Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir - Sərnişinlər narazıdır
Bu gün, 16:27 |
|
|
|
| • Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 16:17 |
|
|
|
| • Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Bu gün, 16:15 |
|
|
|
| • Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Bu gün, 16:10 |
|
|
|
| • Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Bu gün, 16:06 |
|
|
|
| • Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Bu gün, 15:56 |
|
|
|
| • "Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" - Səidə Haqverdiyeva
Bu gün, 15:54 |
|
|
|
| • Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var - TƏFƏRRÜAT
Bu gün, 15:48 |
|
|
|
| • Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Bu gün, 15:44 |
|
|
|
| • “Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu - BUNDAN SONRA...
Bu gün, 15:39 |
|
|
|
| • “Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub – MƏHKƏMƏ İŞİ
Bu gün, 15:28 |
|
|
|
| • “Pilot bu səbəbdən siqnal ötürə bilməyib” - Məşhur polkovnikin qəza ilə bağlı VERSİYALARI
Bu gün, 15:22 |
|
|
|
| • “İndi meydanı veriblər Manafa” - Xalq artisti
Bu gün, 15:21 |
|
|
|
| • Nizami Rəmzinin qızına iş kəsildi - “Kaş atam o qadınla ailə həyatı qurmazdı”
Bu gün, 15:10 |
|
|
|
| • Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Bu gün, 15:08 |
|
|
|
| • “Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” – Siyasi şərhçidən Ceyhun Cəlilovla bağlı PROQNOZ
Bu gün, 14:50 |
|
|
|
| • Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Bu gün, 14:47 |
|
|
|
| • “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb - Mediada yayılan məlumatlar əsasında
Bu gün, 14:34 |
|
|
|
| • Rusiya qəribə hesabat yaydı: - "İrəvanın öpüşü"
Bu gün, 14:28 |
|
|
|
| • Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA?
Bu gün, 14:27 |
|
|
|
| • Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb - NTV
Bu gün, 14:24 |
|
|
|
| • "Vəsait ayrılmasa, etiraz edəcəyik" - Rasim Balayev
Bu gün, 14:22 |
|
|
|
| • Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib
Bu gün, 14:17 |
|
|
|
| • “Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Bu gün, 14:09 |
|
|
|
| • Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Bu gün, 14:05 |
|
|
|
| • Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Bu gün, 14:02 |
|
|
|
| • Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:54 |
|
|
|
| • "Əməliyyatdan sonra qorxulu görünürdüm"
Bu gün, 13:52 |
|
|
|
| • Kürdəmirə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:47 |
|
|
|
| • Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI - SƏRƏNCAM
Bu gün, 13:43 |
|
|
|
| • Göygölün keçmiş başçısı Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42 |
|
|
|
| • Gədəbəyin icra başçısı Göyçay rayonuna təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:41 |
|
|
|
| • Göygölün icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 13:39 |
|
|
|
| • Göyçayın icra başçısı Balakənə GÖNDƏRİLDİ - SƏRƏNCAM
Bu gün, 13:35 |
|
|
|
| • Elxan İbrahimov Kürdəmirdən Nəsimiyə başçı gətirildi - SƏRƏNCAM
Bu gün, 13:31 |
|
|
|
| • “Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir” - VİDEO
Bu gün, 13:27 |
|
|
|
|