Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib .....                     İŞİD terror təşkilatının qurbanıyam .....                     Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək .....                     Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər .....                     ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər .....                     DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... .....                     İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir .....                     ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər .....                     Azərbaycanda iri zavodun direktoru dəyişib .....                     Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi .....                     Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... .....                     Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı .....                     Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət .....                     Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq .....                     Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir .....                     TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub .....                     AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə .....                     Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” .....                     İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı .....                     “Piyadaların cərimələnməsi bərpa olunsun” .....                     İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar .....                     "Avrasiya üçbucağı"nın bir çox bucağı var .....                     Sərkisyan Azərbaycanla sərhəddə .....                     “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? .....                     AMB-nin daha bir tenderi ləğv edildi .....                     Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir .....                     Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi .....                     Paşinyanın deputatı yerli müxalifət barədə: .....                     Ukrayna ordusu İRƏLİLƏYİR .....                     “Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi .....                     “Dəli küləyim”ə yeni nəfəs .....                     Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik .....                     AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi .....                     Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək .....                     Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək .....                     “Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” .....                     Tofiq Xanəliyevə cinayət işi açıldı .....                     “Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı .....                     Arabir güclənən şimal-qərb küləyi əsəcək .....                     "Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir .....                 

Bilmək olmur bunlar icra başçılarıdır, yoxsa biznesmen... - Oliqarxiyaya gedən yol
Tarix: 29-04-2015, 09:56 | Çap et
Bilmək olmur bunlar icra başçılarıdır, yoxsa biznesmen...
DİA.AZ: - Redaksiyamız ənənəsinə uyğun olaraq hazırda vəzifə başında olan və məmur adından daha çox özünə biznesmen adını yaraşdıran icra başçıları ilə bağlı öyrənə bildiyi faktları diqqətinizə təqdim etməkdə davam edir. Qeyd edək ki, artıq DİA.AZ olaraq bu qəbildən bir neçə materialı diqqətinizə təqdim etmişik.

Bu gün isə sizə daha üç icra başçısının varidatı barədə məlumat vermək istəyirik. Hansı ki, həmin şəxslərin adı indiyə kimi bir sıra qalmaqallarda, o cümlədən biznes işlərində hallandırılıb. Başlayaq Sabunçu Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Adil Vəliyevdən. Son günlər adı mətbuatın gündəmindən düşmək bilməyən Adil Vəliyev icra hakimi postuna təyin olunana qədər biznes fəaliyyəti ilə məşğul olub. O, 2003-2012-ci illər ərzində özünün təsis etdiyi "Euro style" LTD şirkətində aktiv fəaliyyət göstərib. İcra başçısı təyin olunandan sonra isə şirkətin idarəçiliyini oğluna həvalə edib. Məmurun biznes fəaliyyəti ilə bağlı faktları diqqətinizə çatdırmamışdan öncə qeyd edək ki, Adil Vəliyev 20 aprel 1960-cı ildə Qubadlı rayonunda anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakultəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə BEMZ-də çilingər kimi başlayıb. 1978-1980-cı illərdə hərbi xidmətdə olub. 1980-1990-cı illərə qədər fasiləsiz olaraq əmək fəaliyyətini BEMZ-də davam etdirib. 1990-1992-ci illərdə Nərimanov Rayon İcra Hakimiyyətində şöbə müdiri və Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, 1992-1996-cı illərdə Bakı şəhər Xalq deputatları sovetində təlimatçı və şöbə müdiri, 1998-2003-cü illərdə Dövlət Neft Şirkətinin Dənizdə Neft-Qaz İstehsalat Birliyinin MMTİ-nin rəis müavini vəzifələrində işləyib. 2003-2012-ci illər ərzində özü təsis etdiyi "Euro style" LTD şirkətində çalışıb. Prezidentin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Apardığımz araşdırmalar nəticəsində bəlli oldu ki, Adil Vəliyevin biznes imperiyasına iri obyektlər daxildir. Belə ki, "Porsche Bakı" mərkəzi, "Audi" və "Wolksvagen" kimi nəhəng avtomobil satışı mərkəzlərinin bu məmura məxsus olduğu bildirilir: "Paytaxtın məşhur şadlıq saraylarından biri hesab edilən "Sarı gəlin" də onun sərəncamında idi. Deyilənə görə, o başçı vəzifəsinə təyin olunandan sonra şadlıq evini yaxın dostlarından birinə bağışlayıb".

Əldə etdiyimiz məlumatlara görə, Adil Vəliyev 2012-ci ildən, yəni icra başçısı vəzifəsinə keçəndən bu yana şəxsi varidatını daha da artırıb. Məlumatlı mənbə diaaz.space-a açıqlamasında vurğulayır ki, Sabunçu rayonunun mərkəzi ərazilərini bir növ söküb yenidən quran başçı özünü və yaxın ətrafındakı insanları da yaddan çıxarmayıb: "Onun əmri ilə Bakıxanov qəsəbəsində yol kənarında yerləşən obyektlərin bir neçəsi söküldü. Başçı bu işlərin yolun genişləndirilməsi məqsədilə aparıldığını desə də, sonradan sökülən obyektlərin yerində özünə göydələn ucaltdı. Onun Sabunçu rayonunun ərazisində yerləşən obyektlərinin sayı-hesabı yoxdur. Bakıxanov dəmir yol stansiyasının yaxınlığındakı "AQAT" şadlıq sarayı da başçının biznes şəbəkəsinə daxildir. Bir sözlə, rayon rəhbəri həm özünə, həm də yaxın qohum-əqrabasına mükəmməl şərait yaradıb. Sabunçu sakinləri isə müxtəlif problemlərin əlində aciz qalıblar".

Adil Vəliyevin bacısı oğlu Şamil Həsənovun yaşadığı qlamur həyat isə başqa yazının mövzusudur. Ki, bu haqda gələn saylarımızda geniş məlumat verəcəyik.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev də ən varlı icra başçılarının sırasında göstərilir. Məlumat üçün bildirək ki, o 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında "Daşınma prosesinin idarə olunması" ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakultəsini "hüquqşünaslıq" ixtisası üzrə bitirib. 2006-cı ilin mart ayının 3-dən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır. Mətbuat səhifələrində yazılan tənqidlərdən belə başa düşmək olar ki, Nəsib Məhəməliyev vəzifə səlahiyyətlərindən istifadə edərək qanunsuz torpaq satışı və digər xoşagəlməz işlərlə məşğul olub. Apardığımız qısa araşdırmaların nəticəsində öyrəndik ki, maliyyə imkanları hədsiz dərəcədə geniş olan məmur sahib olduğu kapitalın sayəsində paytaxtın bahalı ərazilərində ticarət obyektləri açmağa müvəffəq olub. Məlumata əsasən, başçının təkcə Nəsimi rayonu ərazisində onlarla ticarət obyekti fəaliyyət göstərir. Hələ bu harasıdır ki. Nəsib Məhəməliyevin "Vorovski"də dəyəri milyonlarla ölçülən imarəti, həyətində bir-birindən bahalı maşınlarının olması da yayılan məlumatlar arasındadır. Həmçinin qeyd etmək lazımdır ki, Nəsimi rayonunun rəhbərinin adı bir neçə dəfə qızıl biznesində çəkilib. Bildirilib ki, paytaxtdakı qızıl satışı mərkəzlərinin bir neçəsi icra hakiminin nəzarəti altındadır. İstənilən halda, vəzifəli şəxslərin özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olması qəbul edilən hal deyil. Adı müxtəlif qalmaqallarda hallandırılan icra başçılarından biri də Gülağa İslamovdur. Nə az nə çox düz 19 ildir ki, Xəzər Rayon İcra Hakimiyyətinə başçılıq edən məmur geridə qalan müddət ərzində saysız-hesabsız qanun pozuntularına imza atıb. Və nəticədə şəxsi sərvətini artırmağa nail olub. Etibarlı mənbələrin redaksiyamıza verdiyi məlumatlarda deyilir ki, Gülağa İslamovun Xəzər rayonunun ayrı-ayrı qəsəbələrində ət kəsimi məntəqələri, çay evləri, kafeləri, əyləncə mərkəzləri, avtomobil təmiri sexləri və avtoyuma məntəqələri var.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Bu gün, 18:03
İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Bu gün, 17:55
Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Bu gün, 17:54
Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Bu gün, 17:52
ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Bu gün, 17:23
DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Bu gün, 17:18
İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Bu gün, 17:12
ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Bu gün, 17:07
Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 17:01
Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Bu gün, 16:58
Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Bu gün, 16:49
Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Bu gün, 16:44
Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Bu gün, 16:31
Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Bu gün, 16:27
Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Bu gün, 16:18
TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Bu gün, 16:07
AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Bu gün, 16:05
Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 15:39
İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Bu gün, 15:29
“Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Bu gün, 15:22
İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Bu gün, 15:12
"Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Bu gün, 15:08
Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Bu gün, 14:57
“KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Bu gün, 14:52
AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Bu gün, 14:48
Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Bu gün, 14:40
Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Bu gün, 14:35
Paşinyanın deputatı yerli müxalifət barədə: - Bütün müsbət şeylər onların yuxusunu qaçırır
Bu gün, 14:32
Ukrayna ordusu İRƏLİLƏYİR – Rusiya ağır itkilər VERDİ
Bu gün, 13:40
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi - FOTO
Bu gün, 13:32
“Dəli küləyim”ə yeni nəfəs – Samira AliMaryam və PRoMetedən duet
Bu gün, 13:28
Partiya sədrinin müavini və “Leobank”arasında kreditə görə gərginlik – ““Səni bura gətirdəcəyəm” deməmişəm...”
Bu gün, 13:24
AYB Nəsiminin məzarının Azərbaycana köçürüləcəyinə münasibət bildirdi - AÇIQLAMA
Bu gün, 13:22
Paşinyan Bakının tələbi ilə bu sənədi ləğv edəcək - Matevosyan
Bu gün, 13:15
Ədliyyə Nazirliyi bu şirkətə 4 milyon manat ödəyəcək - DETALLAR
Bu gün, 13:02
“Nəsiminin məzarını Azərbaycana gətirmək saxta türbə düzəltməkdir!” - ETİRAZ
Bu gün, 12:48
Tofiq Xanəliyevə cinayət işi açıldı - TƏFƏRRÜAT
Bu gün, 12:44
“Karkas” ASC-də Eldar Mahmudov izi və icarədar qalmaqalı – Vergi və məhkəmə ziddiyyətləri
Bu gün, 12:22
Arabir güclənən şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:14
"Baku TV"nin ilk dəfə internet televiziyası kimi yayıma başlamasından 6 il keçir - VİDEO
Bu gün, 12:12
Türkiyə nədən Krımın rus işğalında qalmasına razı ola bilməz? - İNCƏLƏMƏ
Bu gün, 12:09
Mənəvi Dəyərlərin Təbliği Fondu rəsmi veb-portalın hazırlanmasına 8 min xərcləyəcək
Bu gün, 12:04
TƏBİB imtiyazlı şəxslərə 13 milyonluq dərman alır: Ünvanına çatacaqmı? - DETALLAR
Bu gün, 12:01
“Gömrük Komitəsi, AQTA kimi qurumlar ləğv olunmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:00
Yalnız Təhsil Nazirliyinin tenderlərini udan şirkət: Keçmiş müşavirlə 57 milyonluq “sirr” - ARAŞDIRMA
Bu gün, 11:57
Moskvadakı azərbaycanlıların nəzərinə! - miqrantların hər addımı izlənəcək
Bu gün, 11:53
Qonşu ölkədə “hazır ol” əmri verildi – Hədəf dəyişdi
Bu gün, 11:47
Məktəbli qızlarla cinsi əlaqədə olan azərbaycanlı saxlanıldı
Bu gün, 11:33
Azərbaycanın dostlarına hücum: Qusman xərcləndi, Markov “xarici agent” oldu - növbədə kimdir?
Bu gün, 11:28
Həbsdə olan Dürdanə Əliyeva qərardan şikayətçidir
Bu gün, 11:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru