Zakir Fərəcova şok zərbə: Yeyinti ehtimalı icra başçısını hədəfə gətirdi - Hesablama Palatasından yoxlama qərarı
Tarix: 17-01-2015, 11:58 |
Çap et
DİA.AZ: - Hələ keçən günlərdə məlumat verərək bildirmişdik ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov çətin duruma düşdüyündən RİH-də yoxlama-təftiş zərurəti yaranıb.
DİA.AZ-a bu barədə Hesablama Palatasındakı mötəbər mənbələrdən verilən informasiyadan aydın olur ki, Zakir Fərəcovun rəhbəri olduğu RİH-in 2014-cü il ərzində ciddi maliyyə pozuntularına yol verməsi ilə bağlı ciddi faktlar səbəbindən Hesablama Palatası sözügedən qurumda yoxlama aparacaq.
Mənbə diaaz.space-a açıqlamasında iddia edir ki, bu yoxlamaların yekunu çox sərt qərarlarla müşaiyət oluna bilər: «Yoxlama zərurəti yaradan faktlar indidən Zakir Fərəcova və yaxın çevrəsinə çox ciddi başağrıları yaratmaqdadır».
Onu da xatırladaq ki, Abşeron RİH başçısının postundan alınması məsələsi də «yuxarıların» gündəmindədir…