Kürdəmirdə vətəndaşın BAŞINA OYUN AÇIRLAR... - ÖZBAŞINALIQ!
Tarix: 25-09-2024, 08:37 | Çap et
"Kürdəmir rayonu, Köhünlü bələdiyyəsinin sədri Azər Ağayevin qanunsuzluqları barəsində dövlət qurumlarına dəfələrlə müraciət ünvanlamışam. Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar regional şöbəsinin əməkdaşları və bələdiyyə sədri əlbir olaraq qanunsuz akt tərtib ediblər. Azər Ağayevin Kürdəmir RİH, Göyçay Regional Ədliyyə idarəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar regional şöbəsinə təqdim etdiyi məlumatlar üst-üstə düşmür. Şəxs dövlət qurumu əməkdaşlarına müxtəlif çaşdırıcı məlumatlar təqdim edərək məsuliyyətdən yaxa qurtarmaq istəyir. Ədalətin bərpası üçün Sizlərin köməyinə ehtiyacım var. Xahiş edirəm dövlət qurumlarıma müraciətimi işıqlandırasınız". Dia-az.İnfo xəbər verir ki, bu barədə Kürdəmir rayonunun Şüşün kəndində yaşayan İbrahimli Pərviz Tahir oğlu tərəfindən ünvanlanan müraciətdə deyilir.
Kürdəmir rayonunun Şüşün kəndində yaşayan İbrahimli Pərviz Tahir oğlu tərəfindən ünvanlanan müraciətdə daha sonra belə deyilir:
"Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar xanım Alimovaya Surəti: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına Surəti: Azərbaycan Respublikasının Baş Naziri cənab Əli Əsədova Surəti: Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarova Surəti: Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə Surəti: Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis cənab Nazim Rəcəbova Surəti: Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimova Surəti: Kürdəmir rayon prokuroru cənab Tural İbrahimova Surəti: Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi vəzifəsini icra edən Elmin Həsənova Surəti: Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi Şöbəsinə Surəti: Kürdəmir rayon, Köhünlü bələdiyyəsinin sədri Azər Ağayevə
Hörmətli Nigar xanım!
Səsimin Sizlərə çatmamasını və ədalətli araşdırılma aparılmamasını nəzərə alaraq, Sizlərə mətbuta üzərindən müraciət etmək qərarına gəldim.
Məlumat üçün bildirim ki, Kürdəmir rayon, Köhünlü bələdiyyəsinin sədri Azər Ağayev və Əmlak Məsələləri Dövlət Xidmətinin 16-saylı Ucar regional şöbəsinin əməkdaşları özbaşınalıqlarından əl çəkmirlər. Qeyd edilən qurumların əməkdaşlarının özbaşınalıqları barəsində qurumlara dəfələrlə müraciət ünvanlamışam. İlki müraciətimdə cavabdeh qurumlardan aşağıdakıları xahiş etmişdim.
1. Kürdəmir rayon, Köhünlü kəndi ərazisində olan bələdiyyə torpaqarının sahə ölçüləri və yerləşmə yerləri barədə məlumat təmin edilməsini.
2. Köhünlü bələdiyyəsinin ərazisində qanuni icarə müqaviləsi olan torpaqlar barəsində seçicilərə məlumat verilməsini.
3. Köhünlü bələdiyyəsinin ərazisində qanunsuz istismar olunan 100 hektarlarla torpaq sahəsinin qanunsuz istismar olunmasına dair cinayət məcəlləsinin 188-ci maddəsinə uyğun hüqquqi addım atılmasını.
4. Qeyri-qanuni istismar olunan torpaqların dövriyyəyə qaytarılaraq hərraca çıxarılmasını.
5. Torpqaların qeyri-qanuni istifadəyə verilməsinə görə korrupsiya faktının araşdırılmasını üçün hüquq mühavizə orqanlarına müraciət ünvanlamasını.
10 iyul 2024-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar Ərazi şöbəsinin əməkdaşları torpağa baxış keçirərək akt tərtib etdilər. Qeyd edim ki, baxış zamanı torpaqların mülkiyyətinə dair heç bir sənəd təqdim edilmədi. Həmçinin ölçülər aparılan zaman əmlak mütəxəssisləri ərazilərə dair sənəd aşkar edə bilmədilər. Lakin mənə akt təqdim edilərkən tərtib edilən aktın tam qanunsuz və saxta faktlara dolu olduğunu gördüm. İlki olaraq aktı imzalamaqdan imtina etdim. Kamil Həsənli akta imza atmayacağım təqdirdə aktın surətini əldə edə bilməyəcəyimi dedi. Bu faktı əmlak mütəxəsissinin üzərindəki video müşahidə cihazından da təyin edilə bilər. Aktı əldə etmək üçün imza atdım və qarşı tərəfə tərtib edilən aktdan şikayət edəcəyimi bildirdim. Tərtib edilmiş aktda olan qanunsuzluqları bir-bir qeyd etmək isdərdim. (akt məktuba əlavə edilib)
1. Aktda qeyd edilib ki, 19.30 hektar torpaq sahəsi Zülfiqarov Hüseyn Ədalət oğlunun icarəsindədir. Halbuki 906012001064 nömrəli torpaq sahəsi 11 oktyabr 2023-cü tarixində hərraca çıxarılıb və ölçüsü aparılan yerdə deyil başqa ünvanda olmasına dair şübhələrim var.
2. Aktda 906012000745 və 906012000745 nömrəli çıxarışla müvafiq olaraq, 20.9 və 5.1 ha torpaq sahələrinin Alıyev Etibar Alı oğlunun icarəsində olduğu qeyd edilib.
3. Aktda 15 hektar torpaq sahəsinin 26 avqust 2007-ci ildə bələdiyyə qərarı və eyni tarixli icra müqaviləsi ilə 25 il müddətinə Rüstəmov Zəmanət Fətalı oğluna icarəyə verildiyi qeyd edilib.
4. Aktda 906013033032 və 906013033031 nömrəli çıxarışla müvafiq olaraq, 5,09 və 1.95 ha torpaq sahələrinin Şahverdiyev Həsrət Murad oğlunun icarəsində olduğu qeyd edilib.
5. Əmlak mütəxəssislərinə təqdim etdiyim və qanunsuz istismar olunduğunu bildirdiyim torpaq sahəsi 150 ha ölçüdədir. Torpaq sahəsinin xəritə üzərində yerləşmə kordinatları məktuba əlavə edilib.
6. Ölçməsi aparılmış torpaq sahəsinin ümumi ölçüsü 150 hektar olduğu halda yuxarıda qeyd edilən sənədlərdə 67.34 hektar sahə barəsində məlumat var. Qalan torpaq sahələri barəsində heç bir məlumat yoxdur.
7. Mən təqdim etdiyim digər sahələr haqqında məlumat akta daxil edilməyib.
Bütün faktlar göstərir ki, Kamil Həsənli təsir dairəsinə düşüb və ədalət prinsiplərini unudub. Kamil Həsənli kimlərinsə telefon zənginə əsasən dövlət əhəmiyyətli aktı tərtib edərkən saxtakarlığa yol verib. Qeyd edim ki, ölçü aparan zaman bələdiyyə sədri torpaq sahələrinin sənədi olmadığını görərək dırnaq arası konsert verdi. Səsini başına ataraq məni provikasiyaya çəkməyə cəhd etdi.
Bütün bunlardan sonra təkrar olaraq, Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət ünvanlayaraq aşağıdakıları xahiş etdim.
1. Ədalətin bərpası üçün əraziyə Bakıdan əmlak mütəxəssisləri əraziyə ezam edilsi.
2. Təkrar ölçü aparılan zaman Kürdəmir RPŞ-dən içtimai asayişi qorumaq üçün polis dəvət edilməsini.
08.08.2024-ci il tarixində Əmlak Məsələləri Dövlət Xidmətin 16-saylı Ucar Regional Şöbəsinin əməkdaşları əraziyə təkrar baxış keçirdilər. Bu baxış haqqında olan faktlar aşağıdakı kimidir.
1. Təkrar baxış yenidən 16-saylı Ucar Regional Ərazi şöbəsinə tapşırılıb.
2. Təbii ki, 16-saylı Ucar Regional Ərazi şöbəsi qanunsuzluqlarını ört basdır etmiş olacaq.
3. Qanuna uyğun olaraq barəsində şikayət verilmiş şəxs və bölmə araşdırmada iştirak etməməlidir.
4. İlkin müraciətimdə Bakıdan Əmlak mütəxəssislərinin cəlb edilməsini xahiş etmişdim.
5. 28.08.2024-ci il tarixindən Əmlak Məsələləri Dövlət Xidmətindən cavab məktubu almışam. (Cavab məktubu sənətə əlavə edilib).
6. Cavab məktubunda torpaq sahələrinin yerləşmə yerləri və çıxarış nömrələri barəsində bir kəlmə də yazılmayıb.
7. Həmçinin çıxarış nömrələrinin ərazi uyğunluqlarının yoxlanılması barədə bir kəlmədə yazılmayıb.
8. Cavab məktubu 16-saylı Ucar Regional Ərazi şöbəsi şöbəsinin əməkdaşlarını müdafiə xarakterli yazılıb.
9. Cavab məktubunda qeyd edilib ki, bütün sahələr üzrə mülkiyyət hüquqları qeydiyyata alınıb. Halbuki təqdim edilən sahənin ümumi ölçüsü 150 ha olduğu halda əmlak mütəxssisləri güclə bəla ilə 67 ha torpaq barəsində nəsə düzqoş edə biliblər.
10. Kürdəmir RİH-i isə 45.30 ha torpaq sahəsinin sənədi olduğunu yazıb. (Məktub sənədə əlavə edilib).
13.09.2024 tarixində Ədliyyə nazirliyinin Göyçay Regional Ədliyyə Idarəsi tərəfindən cavab məktubu almışam (məktub sənədə əlavə edilib). İlk öncə Ədliyyə nazirliyinin əməkdaşlarına operativ və qanuni cavlarına görə təşəkkür edirəm. Məktubda qeyd edilən aşağıdakı önəmli faktları diqqətinizə çatdırıram.
1. Məktubda Köhünlü bələdiyyəsinin 386 ha ehtiyyat fond torpağı mövcutdur.
2. Bu torpaqlardan 261 ha əkin təyinatlı torpaqdır.
3. Bu torpaqlardan 125 ha otlaq sahəsidir.
4. Ümumilikdə 99 ha torpaq sahəsi icarə müqavilələri ilə vətəndaşların istifadəsinə verilib.
5. 287 ha torpaq sahəsinin aqibəti bəlli deyil. Kənd əhalisi icarəyə götürmək və mal-qarasını otarmaq üçün torpaq sahəsi tapa bilmir.
6. Məktubda qeyd edilib ki, 26 avqust 2007-ci ildə bələdiyyə qərarı və eyni tarixli icra müqaviləsinin müddəti bitib. Bu fakt göstərir ki, Kamil Həsənli akta yalnış məlumat daxil edib. Kamil Həsənlinin tərtib etdiyi akta baxsanız görəcəksiniz ki, şəxs yazıb ki, tarpaq sahəsi 25 il müddətinə Rüstəmov Zəmanət Fətalı oğluna icarəyə verilib.
7. Təqdim edilən faktlar göstərir ki, Kamil Həsənli və Azər Ağayev bilərəkdən akta yalnış məlumat daxil edərək dövlət qurumlarını çaşdırırlar.
Hörmətli Nigar xanım!
Bütün yuxarıda sadalanan faktları nəzərə alaraq, Sizdən aşağıdakıları xahiş edirəm.
1. Əmlak Məsəlləri Dövlət Xidməti tərəfindən Bakıdan işçi qrup ayrılmasına göstəriş verəsiniz.
2. Barəsində Şikayət verilmiş Ucar regional şöbəsinin işin araşdırılmasından kənarlaşdırılmasını təmin edəsiniz.
3. Tərəfimdən yerləşmə yeri təqdim edilmiş və qanunsuz istismar olunan 150 ha torpaq sahəsinin yenidən ölçülməsi aparılsın və torpaq sahəsinin bələdiyyənin balansına qaytarılması təmin edilsin.
4. Qanunsuz istifadə edilən torpaq sahələrinə münasibətdə cinayət məcəlləsinin 188-ci maddəsinin tələblərinin yerinə yetirilməsinə köməklik edəsiniz.
5. Qanunsuz Akt tərtib etmiş Kamil Həsənli və yalnış məlumat təqdim etmiş bələdiyyə sədri Azər Ağayev barəsində qanuna müvafiq tədbir görülsün.
6. Bələdiyyəyə məxsus 261 ha əkin təyinatlı və 125 ha örüş təyinatlı torpaq sahələrinin yerləşmə yerləri barəsində rəsmi məlumat təmin edilsin. Köhünlü bələdiyyəsinin qanunsuz zəbt edilmiş bütün torpaq sahələri dövriyyəyə qaytarılsın.
Əlaqə nömrəsi – 0102559345 Hörmətlə, İbrahimli Pərviz Tahir oğlu 24.09.2024 Kürdəmir rayon Şüşün kəndi"
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Gold Məkan" tikinti şirkəti sakinlərin evini başlarına uçurur – ŞİRKƏT RƏHBƏRLİYİ MƏHKƏMƏ QƏRARINA MƏHƏL QOYMUR
Bu gün, 15:14 |
|
|
|
• ŞOK İDDİA: İsrail helikopteri Dəməşqə ENDİ - 20 dəqiqəlik GİZLİ ƏMƏLİYYAT
Bu gün, 15:02 |
|
|
|
• Prezident “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”ni “yalançı dördlük” adlandırıb
Bu gün, 14:57 |
|
|
|
• "Amerikanın səsi” və “Azadlıq radiosu” kimi əlaltı resursları vasitəsilə ölkəmizə qara yaxırlar - Prezident İlham Əliyev
Bu gün, 14:52 |
|
|
|
• “Daxmamız qəzalı vəziyyətdədir, acınacaqlı durumdayıq” - Ağdam sakinindən icra başçısına MÜRACİƏT
Bu gün, 14:49 |
|
|
|
• “Düşünməmişəm ki, ulduz aktyor çəkim, serial onun hesabına baxılsın”
Bu gün, 14:45 |
|
|
|
• Ermənistan və onun havadarlarına növbəti mesaj - İsrafil Kərimovun yazısı
Bu gün, 14:41 |
|
|
|
• Ermənistan bizimlə silah yarışında tab gətirməyəcək - FAKT BUDUR!
Bu gün, 14:39 |
|
|
|
• Rasim İldırım məhkəməyə cibində 20 minlə gəldi - TƏFƏRRÜAT
Bu gün, 14:26 |
|
|
|
• Şairə Əli Mirəliyevi pərt elədi: - “Gücün çatmaz!”
Bu gün, 14:23 |
|
|
|
• Yaxın Şərqdən Cənubi Qafqaza: - paytaxtlarda gözləntilər var
Bu gün, 14:00 |
|
|
|
• Bakının tükənməz TIXAC DƏRDİ
Bu gün, 13:58 |
|
|
|
• "Timurun əslən Azərbaycanın hansı bölgəsindən olduğunu bilmirik... - İşğalçılara qarşı döyüşdə həlak oldu...”
Bu gün, 13:11 |
|
|
|
• Qafar Dəmirçinin rəhbərlik etdiyi şirkətlər qrupuna daxil olan MMC cərimələnir - TƏFƏRRÜAT
Bu gün, 13:09 |
|
|
|
• Bağlanan məktəblərin müəllimləri işsiz qalacaq? - AÇIQLAMA
Bu gün, 13:07 |
|
|
|
• Jurnalist Əvəz Zeynallının həbs müddəti AZALDILDI - DETALLAR
Bu gün, 13:05 |
|
|
|
• ABŞ “münasib məqamda” Suriyaya hərbçilər göndərəcək
Bu gün, 13:03 |
|
|
|
• Sumqayıtda daha bir olay: BU DƏFƏ BAĞÇADA... - İşdən çıxarılan işçi elə faktları açıqladı...
Bu gün, 13:02 |
|
|
|
• Sərkisyanın yalanı üzünə vuruldu – “Bakı yox, siz yalvardınız ki...”
Bu gün, 12:48 |
|
|
|
• ABŞ sürətlə Ermənistan ordusuna “yerləşir” - Korotçenko
Bu gün, 12:47 |
|
|
|
• “Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma...
Bu gün, 12:46 |
|
|
|
• "Qızılı keçirə bilsəydik 5 min manat pul alacağdıq" - "Duty Free"nin keçmiş əməkdaşlarının cinayət işi
Bu gün, 12:36 |
|
|
|
• Tanınmışlardan nazirə CAVAB GECİKMƏDİ: - “Psixoloqa müraciət etsinlər”
Bu gün, 12:34 |
|
|
|
• Bakıda qızının faciəsinə dözməyən ata infarktdan öldü
Bu gün, 12:30 |
|
|
|
• "Qarabağdan çıxmış ermənilər könüllü şəkildə, özlərinin xahişi ilə ərazilərimizi tərk ediblər" - deputat
Bu gün, 12:26 |
|
|
|
• 11 gündən sonra Dəməşq aeroportundan ilk uçuş həyata keçirilib - TASS
Bu gün, 12:21 |
|
|
|
• Gürcüstandakı etirazlar inqilabi hərəkat deyil, çünki buna tələbat yoxdur - Zurabişvili
Bu gün, 12:20 |
|
|
|
• Gecə yarımadanın bəzi yerlərində suluqar yağacaq - belə deyirlər...
Bu gün, 12:19 |
|
|
|
• 22 yaşında qətl törətmişdi - 17 il həbs cəzası aldı
Bu gün, 12:07 |
|
|
|
• Suriya erməniləri Ermənistana axışır -PKK təhlükəsi…
Bu gün, 12:06 |
|
|
|
• Serj Sarkisyan, Robert Koçaryan istintaq prosesində dindirilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Nə ayağımda, nə də başqa yerimdə problem var - Afaq Bəşirqızı
Bu gün, 11:56 |
|
|
|
• Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edilib - ƏMR
Bu gün, 11:47 |
|
|
|
• "Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır" - Prezident İlham Əliyev
Bu gün, 11:40 |
|
|
|
• Həbs edilən Qafar Dəmirçiyə vaxtıilə havadarlıq edən Firdovsi Əliyevi nələr gözləmir… - İLGİNC FAKTLAR...
Bu gün, 11:39 |
|
|
|
• "Mingəçevir"ə dəstək olmaq istəyən şirkətin rəhbəri AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib - AÇIQLAMA
Bu gün, 11:34 |
|
|
|
• Qayınatasını və arvadını yatdığı yerdə öldürdü - Bakıda qandonduran CİNAYƏT
Bu gün, 11:33 |
|
|
|
• Azərbaycandan qovulanlar Borçalıya necə yerləşdi - İranın “revanşı”
Bu gün, 11:27 |
|
|
|
• 1 milyon qanpulu davası: İşə adı qarışan “böyük adamlar” kimlərdir? - TƏFƏRRÜAT
Bu gün, 11:25 |
|
|
|
• Karlson Pompeonun Trumpın yeni administrasiyasına daxil edilməsini istəmir - "WSJ"
Bu gün, 11:23 |
|
|
|
• Rusiya ordusu Ukraynanın strateji şəhəri olan Pokrovska yaxınlaşıb
Bu gün, 11:16 |
|
|
|
• Sinifdə 30-dan çox şagird VARSA… - Tədrisin keyfiyyətindən danışmaq OLAR?
Bu gün, 11:13 |
|
|
|
• 2025-ci ildə valyuta bazarında sabitlik təmin ediləcək - AMB TƏMİNAT VERDİ
Bu gün, 11:10 |
|
|
|
• Xəstəxana direktorunun qanunsuz əməllərindən prokurora şikayət edildi - İTTİHAM VAR...
Bu gün, 11:08 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 11:06 |
|
|
|
• Məhkəmə ETSN-in əməkdaşını şantaj edən şəxslə bağlı qərar çıxardı - TƏFƏRRÜAT
Bu gün, 11:00 |
|
|
|
• Rus generalın ölümünə görə iki nəfər TUTULDU - “Kommersant”
Bu gün, 10:55 |
|
|
|
• Brüssel nəbz yoxlaması həyata keçirir - GÖRÜNƏNİ BUDUR
Bu gün, 10:53 |
|
|
|
• Azərbaycanda Türkiyə hərbi bazası... - Əliyevin cavabı
Bu gün, 10:52 |
|
|
|
• Şokoladdan stul davasına keçid təhsili - Nazir demişdi axı...
Bu gün, 10:48 |
|
|
|
|