Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                     Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu .....                     Çox yaxında Bakıya təzminat ödəyə bilərik .....                     Azərbaycan kriminal avtoriteti Hindistana verdi .....                     Azərbaycanın regionda yeni reallıqlar yaradıb .....                     Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər .....                     “Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır .....                     200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib .....                     2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu .....                     Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... .....                     Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı .....                     Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? .....                     170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? .....                     Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var .....                     Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir .....                     Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib .....                     Adı nə olursa olsun... BU YOL AÇILACAQ .....                     "Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" .....                     Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası .....                     İşçi məsuliyyəti... .....                 

Trampın Bakıdakı keçmiş ortağının SEÇKİ PLANLARI... - İLGİNC FAKTLAR
Tarix: 13-07-2024, 10:44 | Çap et
Trampın Bakıdakı keçmiş ortağının SEÇKİ PLANLARI...
Musavat.com -a verilən məlumata görə iş adamı Anar Məmmədov deputat olmaq istəyir. Sabiq nəqliyyat nazirinin qalmaqallar çempionu olan oğlu Azərbaycan parlamentində oturmaq və imicini вЂ?’sil başdan’’ yeniləmək istəyir. İddialara görə, bu məqsədlə Ziya Məmmədov əlaqələrini işə salaraq, əli çatan instansiyalara xahişdə bulunub. Sadəcə, Məmmədovlar klanının bu planını zədələyən amil Anar Məmmədovla bağlı xarici mediada qəflətən ortaya çıxan məlumatlardır. Bu kampaniya imic təzələməyə hazırlaşan Anar Məmmədovun və bütövlükdə klanın planlarını suya gömə bilər.

Öncə həmin məlumatları xatırlayaq. ABŞ-a məxsus olan Azadlıq Radiosu qəflətən azərbaycanlı iş adamı ilə bağlı sensasion syıla biləcək materiallar dərc etməyə başladı. Həmin materiallar görə, "...Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə 43 yaşlı Anar Məmmədovun milyonlarla dollar xərclədiyini üzə çıxıb. KFC şəbəkəsinə yatırımları Məmmədovun Britaniyadakı biznesinin bir hissəsidir. “Transparency International UK” təşkilatının Britaniya torpaq reyestrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir".
Materialda daha sonra vurğulanır: "Azərbaycan mediasında Məmmədovun Britaniyada KFC restoranlarını satın alması barədə 2022-ci ilin sonlarında ilk dəfə məlumat yayılanda onun atası, keçmiş nəqliyyat naziri Ziya Məmmədov oğlunun Britaniyada bir dənə də restoranının olmadığını söyləmişdi.

Ancaq Azadlıq Radiosunun araşdırması A. Məmmədovun hazırda İngiltərənin şimal-qərbində azı 20 restoranının olduğunu üzə çıxarıb. O, anonim ofşor şirkətindən yararlanaraq, azı, 10 il öncədən həmin sərmayəsini yatırmağa başlayıb".

Daha sonra materialda bu məqamlar əks olunub: вЂ?A.Məmmədov İngiltərənin Liverpul, Uiqan, Bolton və Preston kimi şəhərlərindəki daşınmaz əmlak portfoliosu, yaxud KFC restoranları ilə bağlı açıqlama xahişlərinə cavab verməyib. KFC və onun ABŞ-dakı “Yum! Brands” ana şirkətinə sorğular araşdırma dərc olunanadək cavabsız qalıb.

Telefonla əlaqə saxlanılan Z.Məmmədovsa Azərbaycanın nəqliyyat naziri olduğu dövrdə ona qarşı irəli sürülən ittihamlarla bağlı şərh verməkdən boyun qaçırıb. “Qoy kim nə istəyir, danışsın. Allah hər şeyi görür”, - ata Məmmədov AzadlıqRadiosuna belə deyib.
Z.Məmmədov oğlunun Britaniyadakı KFC biznesinə dair daha öncəki müsahibəsi haqda suala cavab olaraq “Çox sağ olun, salamat qalın. Sağ olun!” deyərək dəstəyi asıb.

A.Məmmədovun İngiltərədəki KFC portfoliosuna indi, azı, 20 restoran daxildir. Bu restoranlar onun Britaniyadakı şirkətinin üç törəmə şirkətinə aiddir.

Britaniyanın Torpaq Reyestrinə aid qeydlər Məmmədovun “Amber Restaurants Limited”, “BJR Foods Limited” və “Colonel Foods Limited” adlı bu üç törəmə şirkətdən burada, azı, 26 məkanı icarəyə götürmək üçün istifadə etdiyini göstərir.

Ən son maliyyə hesabatlarına görə, Məmmədovun “1st Rate Investments (UK) Limited” şirkətinin 2021 və 2022-ci illər üçün orta dövriyyəsi 50 milyon dollar civarında, səhmdarların vəsaitləri isə 2022-ci ildə 7 milyon dollar məbləğində olub.

Maliyyə hesabatları Məmmədovun Britaniya Vircin adalarında nəzarət etdiyi “1st Rate Investments Limited” adlı şirkətin Britaniyadakı KFC bizneslərinə 10 milyon dollardan çox faizsiz kredit göndərdiyini göstərir.

Maliyyə sənədlərindən görünür ki, Məmmədov sonradan öz KFC biznesindən milyonlarla dolları kredit və dividentlər şəklində yenidən özünün Vircin adalarındakı şirkətinə köçürüb’’.

Musavat.com xatırladır ki, Anar Məmmədov Azərbaycan mediasının məşhur personajlarındandır. Bir zamanlar o, ayı əti yeməsi iddiası ilə aylarla gündəmdə olub. (Qəbələdə restoranların birinin həyətində saxlanan ayını böyük məbləğdə pul ödəyərək, kəsdirmiş, ətindən kabab bişirtdirərək, dostları ilə yemişdi - Red.)

"Yeni Müsavat" qəzeti də daxil olmaqla, bu iddia barədə yazan yerli medianı məhkəmələrə cəlb etmişdi.

Həmin zamanlar da Anar Məmmədov imicini dəyişmək üçün lobbiçilik fəaliyyətinə girişmişdi. Atası, ölkənin məşhur korrupsioneri Ziya Məmmədovun vəsaitləri hesabına ABŞ senatorları ilə münasibət quraraq, təm-təraqlı toplantılar keçirdir, onlarla birlikdə fotoları paylaşır, Azərbaycan dövləti üçün mühüm işlər gördüyü görüntüsü yaradırdı.

Paralel olaraq Azərbaycan mediasında ödənişli şərtlərlə reklam materiaları dərc olunurdu. Donald Tramp ABŞ prezidenti seçiləndən sonra daha da fəallaşan Anar Məmmədov Azərbaycan mediası vasitəsi ilə belə bir rəy yaratmağa başladı ki, Amerikanın yeni prezidenti onun və ailəsinin iş ortağıdır, yaxın münasibətləri var və dünyanın ən güclü ölkəsinin rəhbəri onun arxasında olacaq. Bakıda indiki The Ritz-Carlton Baku adlandırılan hotel o zamanlar Trump Tower Baku adlanırdı və Ziya Məmmədovun hesab olunurdu. Məmmədovlar klanı doğrudan da hələ prezident olmamışdan əvvəl Trampla əlaqə yaradaraq, onun marka adını bu binaya alaraq, gələcək ABŞ prezidentini özlərinə şərik edə bilmişdilər. Hətta bir ara Trampın milyarder iş adamı olaraq, Bakıya gələcəyi söz-söhbəti də yayılmışdı.

Lakin вЂ?’çoxbilmiş quş dimdiyindən tora düşər’’, deyib atalarımız. Məmmədovlar Trampla əlaqələrini o qədər görməmişcə və hay-küylü reklam etdilər ki, onlara arxa duracaq ortaqlarının iqtidarı dönəmində az qala hər şeylərini qeyb etdilər. Yenicə nazir postunu itirən Ziya Məmmədov az qala azadlığını da itirəcəkdi. Trump Tower Baku onun və çox güvəndiyi Trampın əlindən çıxdı, Anar Məmmədov ölkədən köçdü və uzunmüddətli sükuta qərq oldu. Son KFC – toyuq qızartması olayı olmasa idi, onu bir də deputatlığa namizəd olması barədə məlumatla xatırlayacaqdıq.

İndi isə onun və Məmmədovlar klanının vəzifəsi daha da çətinləşib. Ölkə gündəminə skandal məlumatlarla вЂ?’qayıdan’’birini necə deputatlığa namizəd edəsən.

Bu problem aşa bilsələr, üstəlik, Ziya Məmmədovun əlaqələri bu istiqamətdə işə yarayan nəticələr versə, Anar Məmədovu yaxın günlərdə Azərbaycan Milli Məclisinə seçkilərdə deputatlığa namizəd kimi görəcəyik.

Bir məsələni də qeyd edək. Tramp yenidən qaydır. Məmmədovlar klanının Azərbaycanda təkrar fəallaşmasının əsas stimulu bu da ola bilər.

Ortaqları yenidən başlarına bəla olmasın...

Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Bu gün, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Bu gün, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Bu gün, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Bu gün, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Bu gün, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Bu gün, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Bu gün, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Bu gün, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
Dünən, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
Dünən, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
Dünən, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
Dünən, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
Dünən, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
Dünən, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
Dünən, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
Dünən, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
Dünən, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
Dünən, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
Dünən, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
Dünən, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
Dünən, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
Dünən, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
Dünən, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
Dünən, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
Dünən, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
Dünən, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
Dünən, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
Dünən, 10:01
Pezeşkiana hücumlar başladı: Onu qorumalıyıqmı? - AKTUAL
Dünən, 09:55
170 min dollarlıq borcla bağlı məhkəmə qərarı niyə icra olunmur? - TƏFƏRRÜAT
Dünən, 09:52
Ermənistanın Müstəqillik Bəyannaməsində ziddiyyətlər var - Paşinyan
Dünən, 09:32
Bakı-Tiflis-Qars xətti əhəmiyyətini itirmir - ÇÜNKİ...
Dünən, 09:30
Prezidentin İşlər müdirinin müavininə ağır itki üz verib
Dünən, 09:23
Adı nə olursa olsun... BU YOL AÇILACAQ - Artıq iş gedir...
Dünən, 09:06
"Fars molla rejimi "illər boyu Ermənistanı hərtərəfli dəstəklədik və buna davam edəcəyik" demək istəyir" - HƏQİQƏTƏN DƏ...
Dünən, 09:03
Paşinyanın “torpaq mübadiləsi” açıqlamasının şok pərdəarxası - NƏ BAŞ VERİR?
Dünən, 08:56
İşçi məsuliyyəti... - Ekspert danışır...
Dünən, 08:49
Prezidentin xəbərdarlığı hansı paytaxtlaradır? - Görünəni odur ki...
Dünən, 08:40
"Fars-molla rejimi İsrailə qarşı formalaşdırdığı düşmənçilik siyasətini Azərbaycana qarşı yönəltməyə çalışır" - FAKT BUDUR!
Dünən, 08:04
“Azəriqaz” öz itkilərini belə ört-basdır edir - BU DA FAKT...
Dünən, 07:51
Bu çay evi də qanunlara tabe olmur... - qapalı məkan olsa da...
Dünən, 07:41
Azərbaycanda böyük tikinti layihələrində işləmiş Türkiyə vətəndaşı niyə cəzalandırıldı? - TƏFƏRRÜAT
Dünən, 07:36
'Vurulacaq' rektorlar arasında ONUN DA ADI VAR - SİYAHI
Dünən, 07:20
Banka 5 milyon borcu olan Elmar Vəliyevin məşhur bazarı satışa çıxarıldı - Qafqazda ən böyük ticarət mərkəzidir
Dünən, 07:15
Turizm şirkətinin yeni tender müəmması - TƏFƏRRÜAT
Dünən, 07:13
AYNA şefinin tərəzisi də HARAM ÇIXDI - sürücülər deyir ki...
Dünən, 07:07
İrəvan kəndləri də Azərbaycana qaytarır: Əks halda, sülh olmayacaq - AKTUAL
Dünən, 07:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru