"Vallah, yalan eşidəndə dözə bilmirəm..." .....                     Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... .....                     Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir .....                     Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? .....                     Pezeşkianın səfərində Zəngəzur detalı .....                     Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi .....                     Vəkillər Kollegiyasına üzv olmaq istəyən .....                     Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək .....                     Müştərisi 'Unibank'a ÜSYAN ETDİ .....                     Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? .....                     "Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq" .....                     İranlı ekspertdən ŞƏRƏFSİZLİK .....                     Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? .....                     Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər .....                     Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? .....                     “Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” .....                     "Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" .....                     Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA .....                     Ulvira Qarayevaya vəzifə verildi .....                     Öldüyü deyilən müğənni SAĞ İMİŞ .....                     Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir .....                     Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması .....                     71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… .....                     Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü .....                     Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi .....                     Ermənistana yeni konstitusiya lazımdır .....                     Ermənistan qətiyyətli qərar verib: .....                     Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb .....                     Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq .....                     Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib .....                     Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! .....                     Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir .....                     İşçilərin belə bir hüququ varmı? .....                     Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib .....                     Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək .....                     “İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” .....                     Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir .....                     Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib .....                     Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır .....                 

Jurnalist Naxçıvanda məmuru BELƏ UYARDI: `Bal ayı` bitdi - İLGİNC İDDİALAR...
Tarix: 7-01-2024, 10:10 | Çap et
Jurnalist Naxçıvanda məmuru BELƏ UYARDI: `Bal ayı` bitdi
Tanınmış jurnalist Heydər Oğuz Naxçıvan MR Ali Məclisinin sədr əvəzi Anar İbrahimova və ümumiyyətlə MR rəhbərliiyinə müraciət ünvanlayıb. Müraciəti olduğu kimi təqdim edirik:
"Cənab “canişin” əfəndi, sizə söz vermişdim ki, bayram tətili boyunca ovqatınıza soğan doğramayacağam. Bacardığım qədər sözümü tutmağa çalışdım, hətta sizi haqlı gördüyüm bir sıra məsələlərdə müdafiə belə etdim. Kiçik bəzi alleqorik mesajlarımı anlayıb bikef olmanızı da (əgər olubsunuzsa), ümidvaram ki, “o səviyyədə adam bunu anlamaz” qənaətimə bağışlayarsınız. İnanın, incə mətləblərdən anladığınızı bilsəydim, o mesajları da paylaşmazdım. Onu da nəzərə alın ki, mən “Qızcığaz” qabiliyyətində şair olmasam da, hər halda hərdən duyğularımı şeirə köçürən birisiyəm. Hər gözəlin bir eybi olduğu kimi, (gözəl olmasam belə) mənim də “cıqqılı” bir şair kimi çox pis xasiyyətim var; ürəyim doldusa, mızıldamaya bilmirəm.
Bayram bitinə qədər möhlətimin bir başqa səbəbi də vardı. Hesab edirdim ki, siz istəsəniz belə, bayram günləri işləmədiyinizdən yol verdiyiniz səhvi düzəltmək imkanına malik deyildiniz. Dünən isə rəsmi tətil bitdi. Deməli sizin qarşısınızdakı maneə də aradan qalxdı. Buna baxmayaraq, hələ də Naxçıvan sakinləri və Azərbaycan dövləti qarşısında yol verdiyiniz böyük qəbahəti düzəltmək cəsarəti göstərməyibsiniz. Görünür, bunu özünüzün qürur məsələsinə çevirmisiniz və “canişin” əfəndiliyi “Bağdaddakı kor xəlifə” və ya Vatikandakı papa sayırsınız, dolayısıyla özünüzün 12 imam kimi məsumluğunuza inanırsınız. Papa xristian dinində Allahın oğlu Məsihin əvəzedicisi olduğuna, 12 imam isə islam-şiə fəlsəfəsinə görə anadangəlmə günahsız doğulduğuna görə günah işləmək xüsusiyyətinə malik olmadığı kimi, “canişin” əfəndinin də səhv etmək kimi bir özəlliyinin bulunmadığını düşünürsünüz.
Halbuki sizin son bir ildə ən azı iki qərarınızı geri götürdüyünüzü şəxsən mən və yəqin ki, bütün Azərbaycan ictimaiyyəti bilir. Bunlardan biri Naxçıvanı, Zəngəzuru və Qarabağı ermənilərə hədiyyə edən Nəriman Nərimanovun büstünü söküb, üstündən az keçməmiş onu yenidən əvvəlki yerinə yapışdırmağınızdır. O qərarınızın Bakı ziyalıları arasında xeyli mübahisələrə səbəb olmasından çəkinib bu addımı atmışdınız. Digəri isə Naxçıvan şəhərindəki 12 saylı məktəbə təyin etdiyiniz direktoru, müəllimlərin etirazı qarşısında duruş gətirə bilməyib geri çağırmağınızdır. Amma nədənsə eyni həssasiyyəti “Qızcığaz” məsələsində göstərə bilmədiniz. Əslində isə bundan əvvəlki “səhv”lərinizlə müqayisədə “Qızcığaz”ın 100 illik rəsmi bir qəzetə baş redaktor təyin olunması daha ciddi nöqsandır və bu sərəncam dərhal geri oxunmalı idi.
Əvvəla, ona görə ki, Nərimanovun heykəlinin sökülməsi əslində sizin qəbahətiniz yox, təqdir olunası qərarınız idi. Sovet hakimiyyətinin və rus imperializminin yadigarı olan bu adamın büstü Azərbaycanın ən azı iki bölgəsində qoyula bilməzdi: 1) Naxçıvanda; 2) Qarabağda. Dolayısıyla siz onu sökməklə deyil, əksinə, yenidən öz yerinə pərçimləməklə qəbahətə yol vermişdiniz.
İkincisi, 12 saylı məktəbin direktorunun təyinatı uzaqbaşı bir məktəbi ilgiləndirirdi. Bununla belə, müəllimlərin tələbinə önəm verib geri addım atmağınız təqdirə layiqdir və buna görə sizə özünüz boyda yekə bir təşəkkür düşür.
Misal göstərdiyim bu iki faktdan fərqli olaraq, “Qızcığaz” xanım əfəndinin Muxtar Respublikanın əsas rəsmi qəzetinə baş redaktor qoyulması isə birbaşa Azərbaycanın milli maraqları ilə əlaqəlidir. Bunun bir səbəbini ötən yazılarımın birində diqqətinizə çatdırmışdım. Bir daha kiçik bir xatırlatma ilə yaddınıza salmaq istərdim ki, o, “xan” həzrətlərinin son günlərində naxçıvanlıları bu gün “xan”ın, sabah “canişin”in mindiyi və minəcəyi uzun qulağa bənzətmişdi. Dolayısıyla sizi də “xan” həzrətləri kimi böyük bir şərəfə mindirmişdi. Görünür, siz də bu şərəfə layiq görüldüyünüz üçün “qızcığaz”a borclu qalmamış və onu mükafatlandırmaq eşqinə düşmüsünüz. Nəticədə onun sərəncamına zorla imza atdırmaqla əslində həmin fikirlərə də şərik çıxdığınızı ortaya qoymusunuz. Təbii ki, bu özündənmüştəbehlik və Naxçıvan əhalisinə həqarət Nərimanovun büstünün sökülməsindən də, 12 saylı məktəbə direktor təyin etməkdən də qat-qat böyük, hətta əfvedilməz qəbahətdir və dərhal ortadan qaldırılmalı idi.
Digər tərəfdən, Naxçıvandan çıxan bir qələm əhlini bayram xonçasında Yeni il hədiyyəsi kimi hüzurlarına təqdim etdiyiniz o “qızcığaz”ın şəxsən özünün hələ də cavablandırmağı şübhəli bir keçmişi var. Özünün bir neçə il bundan əvvəl paylaşdığı statusa görə, Naxçıvanın hüquq mühafizə orqanları onu hansısa terrorçu təşkilatla əlaqəsinə görə 3 il sərasər təqib altına almış və “xan” həzrətlərinin müdaxiləsi ilə o bu təqibdən qurtulmuşdur. Özünün yazdığı bu iddia ilə bağlı səsləndirdiyim fikirlərə görə məni məhkəməyə verən “qızcığaz” aylarla davam edən məhkəmə prosesində bir çox suallarıma qaneedici cavab vermədi. Hətta özünün təbiri ilə desək, onu 3 il sərasər təqib altına alan “serjantvari general”ın (Naxçıvanın keçmiş Daxili İşlər naziri Fazil Ələkbərovun) niyə bu soruşdurmağa ehtiyac durduğunu aydınlaşdırmaq üçün məhkəməyə dəvət olunması ilə bağlı qaldırdığım vəsadətə qarşı çıxdı və hakim də ona vəkillik edərək bu tələbimi geri çevirdi. Beləcə, mənim cavabını axtardığım suallar açıq qaldı. Belə bir şübhəli keçmişə malik olan insanın rəsmi bir qəzetə baş redaktor təyin edilməsi nə qədər doğrudur, mühakiməsini sizin və o sərəncama imza atdırdığınız Anar müəllimin vicdanına buraxıram.
İnanıram ki, məni narahat edən sualların nədən ibarət olduğunu sizin üçün də maraqlıdır. Odur ki, həmin suallardan bəzilərini nəzərinizə çatdırıram. Məsləhət bilsəniz, özünüz də “Qızcığaz” əfəndidən bu suallara cavab istəyə bilərsiniz:
1) Onun hansı terror təşkilatına yaxınlığından şübhələnmişdilər?
2) “Xan” həzrətləri niyə bu soruşdurmanın axıra çatdırılmasına imkan verməmişdi?
3) “Xan” həzrətlərinin bir istintaq işinin tamamlanmasına mane olmasını şübhəlinin bəraəti hesab etmək olarmı?
4) “Xan” həzrətlərinin bu cür mühüm məsələnin araşdırılmasının qarşısını almaq səlahiyyəti varmı və s.
Düşünürəm ki, sonuncu sualın cavabını 10 gün boyunca beynini dəng edib zorla sərəncam imzalatdığınız Anar İbrahimovdan da soruşa bilərsiniz. Hər halda Anar müəllim hazırda “xan” həzrətlərinin kürsüsündə əyləşir və onun səlahiyyətlərinin nədən ibarət olub-olmadığını “qızcığaz”dan da, sizdən də yaxşı bilir.
Söz düşmüşkən, bir neçə kəlmə də Anar İbrahimovun bu sərəncamı imzalaması barədə
Anar müəllim, sizin savadlı və təcrübəli dövlət adamı olduğunuza əminəm. Hər halda siz “canişin” əfəndi kimi Türkiyənin ODTÜ universitetinə girib BDU-dan beli qırıq diplom almamısınız (Eynşteyn belə, bu başarını göstərə bilməyib). 1993–1997-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Sosial-siyasi münasibətlər — Politologiya fakültəsində təhsil alıb, magistraturanızı isə Türkiyə universitetlərindən birində tamamlamısınız. Başqa sözlə, “canişin” əfəndidən tam fərqli bir yol izləmisiniz. Ardınca da beynəlxalq qurumlarda fəaliyyət göstərərək özünüzü yetişdiribsiniz. 2006-cı ilin may ayından etibarən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, qurumun Nizamnamə və Monitorinq Komitəsininin üzvü kimi fəaliyyət göstəribsiniz. 2011-ci ildə Avropa Birliyi-Şərq Tərəfdaşlığının Regional və Yerli Hakimiyyətlərinin Konfransında (CORLEAP) Azərbaycan Respublikasını təmsil edibsiniz və s.
Keçdiyiniz bu həyat yolu sizi ciddi bir dövlət adamı kimi formalaşdırıb. Eşitdiklərim doğrudursa, bəlkə də bu amil sizi 10 gün sərasər “canişin” əfəndinin “Qızcığaz”ı rəsmi qəzetə baş redaktor təyin olunması barədə tələblərini geri çevirməyə vadar edib. Çünki onun həmin vəzifəyə layiq olmadığına əmin idiniz. Amma gəlin, razılaşaq ki, bu qədər əminliyiniz varkən, siz siyasi təcrübəsi olmayan, dünənə qədər istehsalatda çalışmış, siyasi proseslərdən tamamilə kənarda qalmış birinin sözlərini dinləməməli idiniz. Hətta o şəxsin “canişin” əfəndi olmasına baxmayaraq.
Bu gün əyləşdiyiniz o kürsüdə oturanların bəziləri hətta sovet hakimiyyəti illərində belə sizdən fərqli olaraq bu dirənişi göstəriblər. 1951-67 illərdə Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi vəzifəsində çalışmış Əli Əliyevin Naxçıvanın erməniləşdirilməsinə qarşı apardığı mübarizə, 1963-cü ildən 1990-cı ilin mart ayınadək Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin Sədri olmuş Səkinə Əliyevanın 1990-cı ildə Naxçıvanın SSRİ-dən ayrılması ilə bağlı verdiyi qərar bu dirənişin ən bariz nümunələridir. Onların sözügedən fəaliyyəti barədə faktları bu linklərdən öyrənə və sonrakı fəaliyyətinizdə istifadə edə bilərsiniz.
https://ovqat.com/.../45374-skin-liyeva-naxcvann-unudulmu...
https://ovqat.com/.../40230-andronikin-ermni-milli-qhrman...
https://ovqat.com/.../40372-naxcvann-ermnilmsin-azrbaycan...
İnanıram ki, siz “canişin” həzrətlərinin bu anti-milli tələblərini daha asanlıqla dəf edər və buna görə daha az təpkilərlə qarşılaşa bilərdiniz. Hər halda Azərbaycan indi rus imperiyasının tərkibində deyil, müstəqil dövlətdir və belə həssas məsələlərə anlayışla yanaşır.
Sonda canişin əfəndinin nəzərinə çatdırmaq istəyirəm ki, bundan sonra atacağı addımların şəxsən mənim üçün “arxadan atılıb topuğa dəyən daş” qədər əhəmiyyəti yoxdur. Öz şəxsi nüfuzunu, onsuz da aşsüzən kimi dəlik-deşik olmuş qürurunu milli məsələlərdən üstün tutan, gündə bir səhvə yol verib sonra onu düzəltməklə uğraşan, ən əsası isə bir qələm əhlini bir “Qızcığaz” hədiyyə etmək üçün min bir fırıldaq düşünərək, onu da düz-əməlli həyata keçirə bilməyib körpə uşaq kimi üz-gözünə bulaşdıran “canişin” əfəndinin ölkə başçısının xüsusi səlahiyyətli nümayəndəsi olmağa haqqı çatmır və mən hər gün işə başlamamışdan əvvəl bu həqiqəti ona xatırladacağam. Ta o zamana qədər ki, layiq olmadığı halda əyləşdiyi kürsünü ya öz xoşuyla tərk edib, ya da geri oxunan sərəncamla əsl haqq sahibinə təhvil verəcək.
Bir sözlə, "bal ayı" bitdi...

Jurnalist Naxçıvanda məmuru BELƏ UYARDI: `Bal ayı` bitdi

P.S. Mən əslində “canişin” əfəndini qınamıram. Əminəm ki, onu “qızcığaz” aldadıb. Deyib ki, Heydər Oğuzdur da, 20 manata yazdığını pozur. Çağırın, cibinə 20 manat 50 qəpik qoyun, ümumiyyətlə sussun.
Məni də əslində bu məqsədlə Naxçıvana çağırmışdılar. Onların sövdəsinə getmədiyimdən düşünüblər ki, eybi yox, qoy yazsın, necə olsa 25-30 manatı görən kimi yazdıqlarını siləcək.
“Canişin” əfəndi, gəl, indi 20 manatını ver, istədiyin yazını silim".

diaaz.space










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Vallah, yalan eşidəndə dözə bilmirəm..."
Bu gün, 13:37
Xankəndi zirvəsi: ZİRVƏDƏ XANKƏNDİ... - MƏQALƏ
Bu gün, 12:30
Moskva Bakı ilə gərginlik fonunda Ermənistanda hərbi mövcudluğunu gücləndirir - KİV
Bu gün, 10:35
Rusiya nəşri Xankəndi sammitindən görün nələr yazdı? - det
Bu gün, 10:25
Pezeşkianın səfərində Zəngəzur detalı – “Dəyişilik gözlənilir”
Bu gün, 10:21
Bəstəkar Ruslan Əhmədoğlu vəfat etdi
Bu gün, 07:01
Vəkillər Kollegiyasına üzv olmaq istəyən 421 nəfər bu gün imtahan verəcək
Bu gün, 06:59
Bu gün 41 mindən çox abituriyent qəbul imtahanı verəcək - DİQQƏT
Bu gün, 06:57
Müştərisi 'Unibank'a ÜSYAN ETDİ - NARAZILIQ VAR...
Bu gün, 06:54
Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır? - GƏLİŞMƏ
Bu gün, 06:35
"Rüstəm Behrudi və Şəmistan Əlizamanlı ilə də müqavilə bağlanacaq"
Bu gün, 06:16
İranlı ekspertdən ŞƏRƏFSİZLİK - “Azərbaycana qarşı döyüşməyə hazıram”
Bu gün, 06:12
Vəzifəli şəxsin qardaşı “Access Bank” da Vətən müharibəsinin iştirakçısını necə aldatdı? - TƏFƏRRÜAT
Bu gün, 06:09
Azərbaycan məktəblərində ikinci xarici dil bu ola bilər - AKTUAL
Bu gün, 06:01
Böyük gərginliyin kölgəsində: Rusiyadakı azərbaycanlıları nə gözləyir? - “Kreml günahkar axtaracaq, kimsə cəzalandırılacaq”
Bu gün, 00:45
Paşinyanla kilsə arasındakı savaşın arxasında nə dayanır? - Erməni erməniyə qarşı
Bu gün, 00:41
“Mənə qadağa qoydurmaq istədilər, Toliklə Zaur israrla efirdə...” - Afətdən ODLU-ALOVLU AÇIQLAMALAR
Bu gün, 00:38
"Bu məsələ həm də Regional təhlükəsizlik baxımından çox əhəmiyyətlidir" - deputat
Bu gün, 00:33
Ərdoğanın Moskva-Bakı açıqlamasına Rusiyadan REAKSİA - Zatulin deyir ki...
Bu gün, 00:27
Ulvira Qarayevaya vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 00:22
Öldüyü deyilən müğənni SAĞ İMİŞ - AÇIQLAMA
Dünən, 23:38
Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir - MƏQALƏ
Dünən, 23:33
Azərbaycan üçün önəmli regional əməkdaşlıq platforması - İsrafil Kərimovun yazısı
Dünən, 23:31
71 min rusa 340 məktəb, 3 milyon azərbaycanlıya isə… – Bakıdan kritik qərar
Dünən, 18:33
Azərbaycanlı müğənni ABŞ-da faciəli şəkildə öldü - FOTO
Dünən, 18:25
Qarabağda milyonlar qazanan nazir müavininin qardaşının şirkəti cərimələndi - Rəfiyevlərin tender SİYAHISI
Dünən, 18:22
Ermənistana yeni konstitusiya lazımdır -Paşinyan
Dünən, 17:00
Ermənistan qətiyyətli qərar verib: - Rusiyasız Zəngəzur dəhlizinin açılmasına ikiəlli razıdır
Dünən, 16:54
Naxçıvan stadionunun layihələndirilməsinə 718 min manatlıq ayrılıb
Dünən, 16:51
Yoxsulluqla mübarizə resepti: səbətimizə yenidən baxılacaq - AKTUAL
Dünən, 16:45
Aşura günü ümumilikdə 2 mindən çox şəxs könüllü qan verib
Dünən, 16:32
Dövləti bax, belə qurar, belə qoruyar və tanıdarlar! - Prezidentin açıq ismarışı
Dünən, 16:18
Bizim Azərbaycanla münasibətlərimiz digər dövlətlərdən fərqlidir -Ərdoğan
Dünən, 15:00
İşçilərin belə bir hüququ varmı? - ekspert danışır...
Dünən, 14:57
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib - "İlham Əliyev burada çox diqqətli və ehtiyatlı addım atır"
Dünən, 14:52
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Dünən, 14:46
“İki lider Bakı üçün hərəkətə keçə bilər, lakin…” – Gözlənilən ETİRAF
Dünən, 12:54
Səfərovlar işi: İstintaq birbaşa Moskvanın nəzarətindədir - AÇIQLAMA
Dünən, 12:47
Ermənistanda müxalif hərəkat rəhbəri iki ay müddətinə həbs edilib
Dünən, 12:36
Rusiya Bakının bu planından qorxuya düşüb: Şifrələr açılır – Gürcü ekspertdən şok
Dünən, 11:51
Onları da hədəfə aldılar: - Baş prokurora müraciət
Dünən, 11:45
"Anar müəllim Azərbaycan ədəbiyyatının klassiki, müdrik bir insandır... - Solovyov kimdir ki, ona cavab verir?"
Dünən, 11:41
BDU, GDU və UNEC-in nəzdindəki kolleclərdə yeni rəhbər təyinatları olub - DETALLAR
Dünən, 11:39
Məzahir Pənahovun işçisi haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB
Dünən, 11:31
DEPUTAT HAQDA ŞOK İDDİA: Gecə zorla katibəsinin evinə soxulub, əri görüb və... - BU NƏDİ BELƏ?
Dünən, 11:24
"Mən dövlətdən nə artıq, nə əskik – yalnız qanuni haqqımı tələb edirəm" - GİLEY
Dünən, 11:16
Xamenei kanalizasiyada gizlənir: - İranlılar dini lideri ələ salırlar
Dünən, 10:41
Pezeşkian Xankəndidədn qayıdıb BUNLARI DEDİ: Dedilər ki, səfər təhlükəli ola bilər... - AMMA...
Dünən, 10:33
"Təxminən 1 milyona yaxın rus turist Azərbaycana gəlmişdi..." - İNDİ İSƏ...
Dünən, 10:27
Futbolun gələcəyi haqqında düşünən yoxdur: - Qəbələ Futbol Akademiyası da dayandı
Dünən, 10:21
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru