![İnam Kərimovun Yasamal Məhkəməsindən XƏBƏRİ VARMI? İnam Kərimovun Yasamal Məhkəməsindən XƏBƏRİ VARMI?](https://diaaz.space/uploads/posts/2023-11/thumbs/1698991383_0001.jpg)
DİA.AZ - Azərbaycanda hər şey sanki bir tamaşaya - imitasiyaya çevrilib. Sanki zəmanənin elmi-texniki tərəqqisi fonunda bizlər virtual aləmə o qədər aludə olmuşuq ki, reallıq hissini belə tamamən itirmiş durumdayıq. DİA.AZ bildirir ki, hər sahəmizdə eyni problem, eyni mənzərədir.
Elə məhkəmə sistemimizdə də. İnam Kərimov KTN-dən məhkəmə sisteminə transfer olunda belə zatən ona inanmamışdıq... Ağlar günə qoyulan kənd təsərrüfatını tapdaya-tapdaya məhkəmə sisteminə keçid edən İnam Kərimovun burda Amerika kəf edəcəyini kimsə gözləmrdi. Ona görə də məhkəmələrimizdə fərqli ab-hava gözləntimiz yox idi. Amma belə də yox daha...
DİA.AZ bildirir ki, tanınmış vəkil Əkrəm Həsənovun bir məhkəmədə müşahidə etdiyi fakt əslində hazırki reallığın ən gerçək təzahürüdür... Beləliklə
![İnam Kərimovun Yasamal Məhkəməsindən XƏBƏRİ VARMI? İnam Kərimovun Yasamal Məhkəməsindən XƏBƏRİ VARMI?](https://diaaz.space/uploads/posts/2023-11/thumbs/1698991363_01.jpg)
"Yasamal rayon məhkəməsinin hakimi Vahid Hacıyevin özünəməxsus iclas aparmaq üslubu var. İclas iki hissədən ibarət olur: qeyri-rəsmi və rəsmi. Qeyri-rəsmi hissədə videoçəkilişi qoşmadan tərəfləri ətraflı dinləyir, fikir mübadiləsi aparır. Yəni normal iclasda olmalı olduğu kimi. Rəsmi hissəni isə qısa şəkildə videoçəkilişi qoşmaqla aparır və faktiki olaraq qeyri-rəsmi hissənin nəticəsinə əsaslanaraq mövqe sərgiləyir. Bir növ, əvvəlcə məşq edir, sonra formal iclas keçirir. Görəsən, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası bu nou-hau barədə nə düşünür?"
Məsələ ilə bağlı diaaz.space olaraq qarşı tərəfi də dinləməyə hazırıq...