“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” .....                     Gəncədə TAM DƏRƏBƏYLİKDİR .....                     Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub .....                     Sabunçuda başçını gör, nə istəyirsən elə... .....                     “Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib .....                     " "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." .....                     Amerika ordusu Ukrayna ordusundan geri qalır .....                     Doğrudanmı, Rusiya ilə barışırıq?! .....                     İcra başçısının müavini özünü niyə reklam edir? .....                     Plastik cəlladlar şəbəkəsi kimə güvənir? .....                     "Bəlli oldu ki, aldadılmışıq..." .....                     Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR .....                     Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır .....                     Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir .....                     "İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" .....                     Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR .....                     Azərbaycan 3 ölkəni “məğlub etdi” .....                     Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır .....                     “Sədərək” YANIR: FHN isə... .....                     Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək .....                     Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu .....                     İrəvan və Bakı bir-birinə güvənsəydi... .....                     Xocavənddə yaşayış evlərinin layihələndirilməsi .....                     Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" .....                     "Level Leasing"in mənfəəti azalıb .....                     İsa Həbibbəylinin qızı vəzifədən azad edildi .....                     SEPAH komandanından "hazırıq" mesajı: .....                     Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır .....                     Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır .....                     Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı .....                     Bakı və İrəvan arasında gizli danışıqlar .....                     Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb .....                     İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” .....                     "Artıq prosesə Donald Tramp vasitəçilik edir... .....                     Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib .....                     İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb .....                     "Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır" .....                     İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib .....                     Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib .....                     "Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar .....                 

Oqtay Şirəliyevin LAYİQLİ DAVAMÇISI... - Naziri tay niyə dəyişirdilər ki...
Tarix: 6-06-2023, 08:24 | Çap et
Oqtay Şirəliyevin LAYİQLİ DAVAMÇISI...
Ölkədə ürək xəstəliklərinin müalicəsi ilə məşğul olan elm ocağında - Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunda ürəkağrıdan durum yaranıb.

İllərdir ki, burada saç ağardan həkimlər, elmi işçilər, professorlar az qala özləri ürək xəstəliklərinə mübtəla olublar.

Buna səbəb isə 2018-ci ildə İnstituta direktor təyin olunan Gülnaz Dadaşovanın bu elm ocağına gətirdiyi "islahatlar", yeni "qanunlar"dır.

Bəs bu "qanunlar" nədən ibarətdir?

Həkimlərin bildirdiyinə görə, Gülnaz Dadaşovanın "yeni strategiyası" heç də Kardiologiya İnstitunun elmi reytinqini qaldırmaq, burada göstərilən tibbi xidmətlərin keyfiyyətini yüksəltmək, tibbi personal üçün normal iş atmosferi yaratmaq, bu vacib səhiyyə ocağının maddi- texniki bazasını genişləndimək deyil.

Nə məsələdirsə, direktor bu sadaladıqlarımızın tamamilə əksinə hərəkət edir. Əlbəttə, kimlərsə bunu ümumi sözlər, hətta qərəzli mövqe kimi qəbul edə bilər. Lakin faktlara nə deyirsiniz? Özü də hazırda bu institutda çalışan, yaxud min bir hiylə ilə oradan uzaqlaşdırılan nüfuzlu alimlərin, professorların açıqladığı faktlara?

Gəlin, onların dediklərinə diqqət yetirək. Məsələn, 20 ilə yaxın Kardiologiya İnstitutunda çalışan professor Elman Ələkbərovun. İnstitut rəhbərliyi onun icbari tibbi sığorta ilə işləmək istəməməsi səbəbindən öz istəyi ilə işdən ayrıldığını bildirib.

Bəs Elman Ələkbərov nə deyir?

O, doğrudanmı, respublikadakı ən böyük infarkt şöbəsinin rəhbərliyindən yalnız bu səbəbə görə gedib?

Elman müəllim bu yaxınlarda Mediçina.az saytına verdiyi müsahibəsində bu barədə bunları deyib: "Heç vaxt işimdən, yerimdən narazı olmamışam. Amma son 2 ildə infarkt şöbəsinin rəhbəri kimi tematik xəstələri qəbul etməyə və elmi işləri aparmağa şərait yox idi. Bizi birinci mərtəbəyə endirib, bir otağa salıb dedilər ki, bütün xəstələri qəbul edəcəksiniz.

Kiçik, dar otaqda 6 həkimin hərəsi bir gündə 30 xəstə qəbul edirdi. Ağız deyəni qulaq eşitmirdi. Biz adi kardioloq həkim deyilik, Elmi-Tədqiqat İnstitutu da poliklinika deyil. Nə yaşıma, nə titullarıma, nə elmi adma hörmət qoyurdular. Dünyanın harasında belə bir sistem var? Elmi Şuranın professoru xəstənin birini 1 manat 20 qəpikdən qəbul etməməlidir.

Çox basırıq idi, xəstələr qapını itələyib açırdılar, bizim elmi işlə məşğul olmağa vaxtımız olmurdu. Mən də bir neçə dəfə məsələni direktora dedim. Gah dedi ki, göstəriş Səhiyyə Nazirliyindən gəlib, sonra TƏBİB-in üstünə atdı. Sonra dedi, İcbari Tibbi Sığorta belə deyir ki, pandemiyadır, düzələr, bir az dözün. Mən öz şəxsiyyətimə hörmət edən adamam.

Bir müddət səbr etdim, sonra gördüm ki, yox, şərait yoxdur və olmayacaq. Ona görə ərizəmi yazdım. Həqiqəti deyirəm, sıxışdırma olmadı, məni saxlamaq istədilər. Kim məni çıxara bilər? Hətta ərizəmi yubatdılar. Amma özləri elə şərait yaratdılar ki, gedək. Elə yerdə işləmək mənə yaraşmazdı. Söz də demək olmur. Hamı özünü ağıllı hesab edir".

Yəqin ki, əlavə şərhə ehtiyac yoxdur.

Elman müəllim yaradılan dözülməz şəraitə tab gətirməyib İnstitutdan ayrılan yeganə elmi işçi deyil. Kardiologiya İnstitunun bir neçə peşəkar mütəxəssisi "Burda mənəm, Bağdadda kor xəlifə" prinsipi ilə işləyən Gülnaz Dadaşovanın despotik idarəçiliyinə dözməyərək, iş yerlərini dəyişməyə məcbur olublar.

Qalanlar isə özlərini alim, elmi işçi, həkim kimi deyil, xüsusi rejimli düşərgədəki məhbuslar kimi hiss edirlər. Hətta 22 ildir ki, burada çalışan, Pribaltikada təhsil alan, Riqa Elmlər Akademiyasında və Rusiyada işləmiş kəskin miokardlar üzrə mütəxəssis, reanimatoloq Nurlana Rüstəmova Bakupost.az-a açıqlamasında "İnstitutda alimlərin özlərini qul kimi hiss etdiklərini" bildirib:

"Həkim və elmi işçi kimi hüquqlarımız tapdalanır. Biz özümüzü həkim və alim kimi hiss etmirik. O həkimlik qüruru, ləyaqəti, rahatlığı yoxdur. Özümüzü qul kimi hiss edirik.

Bizim elmi şöbəmizdə heç kimə tematik xəstə verilmir. İnstitut elə bil bazardır. Adi klinik xəstəxana kimi fəaliyyət göstərir.

Əvvəl işə sevinə-sevinə, qürurla gedirdiksə, indi səhər açılanda xofla, stresslə gəlirik ki, bu gün nə eşidəcəyik. Təsəvvür edin, reanimasiya işçisinə də töhmət verirlər. Onun işi onsuz da gərgindir. Deyirlər, sənin nə xidmətin var? Neynəmisən? İnsan 20 ildir reanimasiyada işləyib. Bu xidməti bilməyən, elmi işçi ilə həkimi ayırmayan insandan nə gözləmək olar?

Direktor bütün bu təzyiqləri adamları vasitəsilə etdirir. Özü heç kimlə üz-göz olmur. Onun qəbuluna düşmək mümkün deyil. Gedirsən, gah yoxdur, gah deyirlər, "adam var, get, sonra gəl”. Hamını süründürür. Təkcə məni yox, məndən də qocaman, üstün professorları gözlədir.

5 dəqiqəlik görüşlərdə hər kəs ürək sözünü deyə bilmir. Çünki bilir ki, dinləyən olmayacaq. İnsanlar qorxusundan bilmir, nə etsin. Çünki bu 4 il ərzində o qədər insanlar işdən çıxmağa məcbur edilib ki..."

Gülnaz Dadaşovanın İnstituta gətirdiyi "yeniliklər"dən biri də elmi işçilərin kabinetlərini palataya çevirməsi olub. Nurlana Rüstəmova da bunu etiraf edib:

"Heç nə yaxşılığa doğru dəyişməyib. Kabinetləri palata ediblər. Bütün şöbələrdən fond pulu toplanır. 4-5 ay əvvələ qədər bizim şöbədən də fond pulu yığılırdı. Guya əyər-əskikləri düzəldəcəklər. O boyda institutun pulu yoxdur? Amma yenə də tualet yox, palatalar bərbad, pəncərə qulpları qırıq, kondinsioner yox, sabunu xəstə gətirir, tualet kağızı yox, salfet yox. Lampanı güclə dəyişirlər. Hətta bəzən həkimlərə deyirlər ki, hər xəstə üçün fonda 5 manat pul ödənməlidir, tualeti təmir edirlər. Elə bilin ki, orta məktəb kimi. Mən deyərdim, ondan da betər, kənd xəstəxanası kimi. Həkimlər üzünə üz bağlayıb, xəstəyə deyir ki, 5 manat ver. Deyə bilməyən cibindən verir. Kardiologiya İnstitutunda elm adına bir şey qalmayıb. Adi xəstəxanadır, elm adı ilə maskalanıb".

Bütün bunlar Kardiologiya İnstitutu işçilərinin mətbuata açıqlamalarının çox cüzi bir hissəsidir. Bundan daha kəskin tənqidlər son 5 ildə dəfələrlə Kardilogiya İnstitunun dəhlizlərində, kabinetlərdə, Elmi Şurada baş verib. Hətta elmi işçilərin hüquqlarının pozulması, işdən qanunsuz çıxarılma ilə bağlı məhkəmə çəkişmələri belə baş verib.

Daim pressinq altında olan işçilərin bir qismi Səhiyyə naziri Teymur Musayevə rəsmi müraciət də ünvanlayıblar.

Müraciətin aqibətinin necə sonuclandığı isə çox maraqlıdır.

Mediada gedən yazılar və Kardiologiya İnstitunun əməkdaşlarının müraciətindən sonra Səhiyyə naziri Teymur Musayev Kardiologiya İnstituna yoxlama komissiyası göndərilib.

Məlumatlara görə, on günə yaxın davam edən yoxlamalar zamanı İnstitutdakı nöqsanlarla bağlı səsləndirilən fikirlərin böyük əksəriyyəti təsdiqini tapıb. Lakin nədənsə Səhiyyə Nazirliyi bu yoxlamaların nəticəsini açıb-ağartmayıb. Müraciət edən KİV-lərə isə bunun "planlaşdırılmış daxili monitorinq" olduğu bildirilib.

Hətta bu yoxlamalardan sonra da Gülnaz Dadşova öz qanunsuz əməllərini dayandırmayıb. Belə ki, İnstitutda VİP palatalar yaradan və onları günü 40-50 manatdan olmaqla imkanlı xəstələrə verən direktor Səhiyyə Nazirliyinin yoxlamaları zamanı bu qanunsuzluğa müvəqqəti fasilə versə də, hazırda həmin palataların yenidən fəaliyyət göstərdiyi bildirilir.

Məlumata görə, yoxlamalardan sonra Gülnaz Dadaşova bu "əməliyyatı" müvafiq şöbələrin həkimləri vasitəsilə həyata keçirir. İnstitut rəhbərinin təkcə bu palatlardan ayda 7-10 min manat arasında xalis qazanc əldə etdiyi bildirilir.

Nurlana Rüstəmovanın dediyi "fond pulu" əməliyyatı da yoxlamalardan sonra davam etdirilir. Məlumatlara görə, elə bu yaxınlarda xəstələr üçün göndəriş talonlarının çap edilməsi məqsədilə institutda həkimlərdən 10 manatdan pul toplanılıb. Halbuki institut dövlət büdcəsindən maliyyələşir və bu məqsədlə dövlət özü pul ayırır. Bəs, o zaman Gülnaz Dadaşova nədən gah tualet təmiri, gah hansısa blankları çap etmək üçün həkimlərdən fond pulu yığır.

Ümumiyyətlə, o, bu və digər qanunsuzluqları kimə arxayın olaraq həyata keçirir? Səhiyyə naziri Teymur Musyaev niyə həyatının xeyli hissəsini Kardiologiya İnstituna həsr edən professorlarin şikayətlərini görməzdən gəlir?

Görünür, bunun səbəbini 5 il əvvəl Gülnaz Dadaşovanın Kardiologiya İnstituna necə direktor təyin olunmasında axtarmaq lazımdır. Belə ki, KİV-də yayılan məlumatlara görə, Gülnaz Dadaşova keçmiş Səhiyyə naziri Oqtay Şirəliyev ilə "qudalıq” münasibətlərindən yaralanaraq bu məqama yüksəlib:

"Gülnaz Dadaşova ”Sobsan” boya şirkətinin rəhbəri Cavid bəyin əmisi qızıdır.

Sabiq nazir O.Şirəliyevin oğlunu ikinci dəfə evləndirərkən qohum olduğu yeni qudası da "Sobsan Boya” şirkətinin əsas payçılarından, şəriklərindən biridir. Beləcə, sabiq nazir qohumluğu daha da möhkəmləndirmək üçün Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolunu ağ rəngə boyayıb".

Belə çıxır ki, keçmiş nazir Oqtay Şirəliyev indiki nazir Teymur Musayev üzərində hələ də təsirini saxlayır?

Bunu iddia edə bilməsək də, hər halda nazir Kardiologiya İnstitunda baş verən nöqsanlarla əlaqədar tədbir görmək əvəzinə, bu günlərdə G.Dadaşovanın təyinatının müddətini uzatmaq barədə əmr imzalayıb.

Məsud Turan
//arqument.az//









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“2012-ci ildə məhkəmə öz evimdə yaşamağım üçün qərar qəbul etdi, amma icra olunmadı” - GİLEY
Bu gün, 07:30
Gəncədə TAM DƏRƏBƏYLİKDİR - qanuni torpağını belə sata bilərlər...
Bu gün, 07:29
Naxçıvanda müalicədə olan qaziyə Bakıda “sosial məhkəmə” qurulub - BU NƏDİ BELƏ?
Bu gün, 07:25
Sabunçuda başçını gör, nə istəyirsən elə... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 07:12
“Sədərək”də 1 sutkalıq yanğında sahibkarlara milyonlarla ziyan dəyib - “Sığorta şirkəti bundan əvvəl pulumuzu vermədi deyə...”
Bu gün, 07:10
" "Flamingo" Rusiya hərbi-sənaye kompleksinin 90%-ni zərbə altında qoyacaq..." - GƏLİŞMƏ
Bu gün, 07:07
Amerika ordusu Ukrayna ordusundan geri qalır - İDDİA
Bu gün, 07:01
Doğrudanmı, Rusiya ilə barışırıq?! - Görünəni odur ki...
Bu gün, 06:56
İcra başçısının müavini özünü niyə reklam edir? - Yeni vəzifəyə hazırlaşır
Bu gün, 06:46
Plastik cəlladlar şəbəkəsi kimə güvənir? - İTTİHAM VAR...
Bu gün, 06:41
"Bəlli oldu ki, aldadılmışıq..." - NARAZILIQ VAR...
Bu gün, 06:34
Yeni tədris ili ilə bağlı DƏYİŞİKLİK GÖZLƏNİLİR - Bu il məktəblər sentyabrın 20-i başlayacaq?
Bu gün, 06:29
Kreml Ermənistan-Azərbaycan dialoquna diversiyalarla təsir etməyə çalışır - FAKT BUDUR!
Bu gün, 06:27
Ukrayna Macarıstanın ədalətli ev sahibi olacağına ümid etmir - ÇÜNKİ...
Bu gün, 06:25
"İngiltərə Azərbaycana qarşı hər zaman dürüst mövqeyi ilə seçilib" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:21
Nəsibə Zeynalovanın oğlundan İLGİNC ETİRAFLAR - Türkiyəyə niyə getdiyini AÇIQLADI
Bu gün, 06:16
Azərbaycan 3 ölkəni “məğlub etdi” - Regionda gözlənilməz gəlişmə
Bu gün, 06:11
Paşinyan hakimiyyəti Ağ Evdəki bəyanata sadiq qalmağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 18:00
“Sədərək” YANIR: FHN isə... - NİYƏ GEC SÖNDÜRÜLDÜ?
Dünən, 17:58
Bayraq dirəyinə Britaniya şirkəti nəzarət edəcək – 4 aya 137 min manat alacaq
Dünən, 17:56
Məşhur azərbaycanlı Paşinyanın düşmənini belə susdurdu – “44 günlük müharibə zamanı…”
Dünən, 17:53
İrəvan və Bakı bir-birinə güvənsəydi... - Paşinyan
Dünən, 17:48
Xocavənddə yaşayış evlərinin layihələndirilməsi 2 milyon manata başa gələcək
Dünən, 17:45
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şikayətçilərini "SATIR?" - BU NƏDİ BELƏ?
Dünən, 17:42
"Level Leasing"in mənfəəti azalıb - HESABAT
Dünən, 17:38
İsa Həbibbəylinin qızı vəzifədən azad edildi - BUNDAN SONRA...
Dünən, 17:35
SEPAH komandanından "hazırıq" mesajı: - İsraillə növbəti savaşa hazırlıq görülür?
Dünən, 17:31
Azərbaycan Türkmənistan əməkdaşlığı hər iki region üçün yeni imkanlar yaradır - MƏQALƏ
Dünən, 17:27
Nazirlik 88 min 888 manat 88 qəpiklik gül alır - TƏFƏRRÜAT
Dünən, 15:03
Azərbaycan diasporası Sergey Markov üçün etiraza qalxdı - "Diasporun bəyanatı göstərir ki..."
Dünən, 14:54
Bakı və İrəvan arasında gizli danışıqlar – “Bu ərazilər qaytarılacaq, lakin…”
Dünən, 14:51
Son 16 ildə Azərbaycanda yaşa görə pensiya alanların sayı 17% azalıb - DETALLAR
Dünən, 14:13
İrandan Zəngəzur dəhlizinə daha bir “alternativ” təklifi: “Cilfa-Emənistan-Qara dəniz marşrutu” - TƏFƏRRÜAT
Dünən, 14:11
"Artıq prosesə Donald Tramp vasitəçilik edir... - Çox güman ki, müharibə olmayacaq"
Dünən, 14:07
Rayon rəhbəri bu il ali məktəbə qəbul olan şəhid övladlarını təbrik edib
Dünən, 14:05
İsrail Suriya və İsrail arasında təhlükəsizlik sazişinin yeni detallarını açıqlayıb
Dünən, 14:01
"Aygün Bəylərin qızı 1 ildir mənimlə danışmır"
Dünən, 13:39
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilinib
Dünən, 13:37
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Dünən, 13:34
"Qudalar agentliyi" su sistemini necə çökdürür: şok faktlar - daha bir ailə üzvünə də vəzifə verdilər!
Dünən, 13:32
Çin Ukraynaya sülhməramlılar göndərmək niyyətində deyil
Dünən, 13:22
Mən sovet adamıyam - Lukaşenko
Dünən, 13:14
Ermənilər ayağa qalxdı: Sevda Əlizadənin İrəvandakı konserti ləğv edildi - FOTOLAR
Dünən, 13:08
Dövlət qurumu 13 milyonluq tender keçirir - DETALLAR
Dünən, 13:05
Azərbaycanda iranlı qadın tələbələrin fahişəlik şəbəkəsi ilə bağlı yeni şok faktlar - 16 gənc qız...
Dünən, 12:59
Mirzoyan erməni səfirləri ilə Vaşinqton razılaşmalarının həyata keçirilməsini müzakirə edib
Dünən, 12:55
Azərbaycan Mərkəzi Bankına təyinat olub - FOTO
Dünən, 12:53
FHN rüşvət aldığı üçün “Sədərək” 8 ildə 10 dəfə yanıb – Jurnalist
Dünən, 12:47
Qazax–Tovuz təhsilində “rüşvət mexanizmi”: sistemli böhran - İTTİHAM VAR...
Dünən, 12:31
Milli Məclisin payız sessiyasında hansı qanun layihələrinin müzakirəsi gözlənilir - ARAŞDIRMA
Dünən, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru