Təhsil sistemimiz NİYƏ BATAQLIQDADIR... - Və yaxud Əmrullayevin sərgüzəştləri...
Tarix: 20-09-2022, 10:05 | Çap et
 Emin Əmirullayev nazirlər arasında yeni Hacıbala Abutalıbov prototipidir. Anaxeber.info xatırladır ki, vaxtilə keçmiş Bakı merinin də hər çıxışı dillərdə dastana, müzakirələrə və məsxərəyə obyekti olardı. İndi elm və təhsil nazirimiz də hər çıxışında "gül" vurur, sonra məlum olur ki, birinci növbədə islahatlara özündən başlamalıdır. Əmirullayev təhsil naziri olduğu vaxtdan əmr vermir, sadəcə təhsil ekspert kimi başımıza məsləhət verən kəsilib, yalnız təkliflər irəli sürür. Di gəl, heç bilmirsən bu baş-ayaq reseptləri kimə söyləyir; əgər cəmiyyətə təklif edirsə, ictimai müzakirələr təşkil olunmalıdır, elm və təhsil adamlarına ünvanlanıbsa, onları nazirliyə dəvət edib fikirlərini öyrənmək lazımdır - yəni həm təhsil adamlarını, həm alimləri, ekspertləri, parlamentin təhsil komitəsinin üzvlərini, valideynləri və müəllimləri... Amma nazir Əmirullayev nə edir? - məktəblərdə pul yığılması ilə bağlı əndrəbadi təklif və fikirlər səsləndirir, bununla necə mübarizə aparıldığını heç özü də bilmədiyini qeyd edir, problemin həllini cəmiyyətin öhdəsinə buraxır. Heç belə nazir olar? Saakaşvili kimi, birmənalı və sərt tələb qoyursan, yumruğunu masaya vurub iradə ortaya qoyursan ki, hansı məktəbdə pul yığılsa, direktoru cəzalandırılsın. Yeri gəlmişkən, yeni tədris ili başlayıb, 5 oktyabr Müəllim Gününə az qalıb və indidən pul yığmaqla bağlı valideyn komitələri votsapda müzakirələrə başlayıb. Bu məsələnin bir tərəfi... və islahatçı təhsil naziri imici qazanmağa çalışan Əmirullayevin bu sahədə fəaliyyətsizliyinə bir "quş"! Nazir bu neçə il ərzində heç bir iş görməyib. Pul də yığılır, rüşvət də var, təhsilin keyfiyyəti də yerində sayır, məktəblər dərs keçmir, hətta o səviyyəyə enmişik ki, 190 bal toplayan da tələbə adını qazana bilir. Bu, məktəblərin son illərdə verdiyi təhsilin deqradasiyaya uğramasıdır. Anaxeber.info yazır ki, təhsil nazirinin rus sektorları ilə bağlı dedikləri də məntiqdən uzaqdır. Nazir deyir ki, rus sektorları üçün müəllim qıtlığı var, yəni uşaqlarınızı Azərbaycan sektoruna qoyun. Ancaq Əmirullayev düşünmür ki, bu problem dövlətin, nazirliyin işidir, valideynin günahı deyil. Əgər müəllim çatışmırsa, onda rus sektorlarını birdəfəlik ləğv edin. Yəni bu da nazirin növbəti "Dədə Qorqud" tövsiyələrindən biri... Bu da azmış kimi, ötənlərdə nazir dedi ki, 469 müəllim sertifikasiyada “anbar”, “şənbə” və “pambıq” sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməyib. Hamı nazirin bu açıqlamasını müzakirəyə çıxardı. Amma sən saydığını say, gör... Məlum oldu ki, elm və təhsil naziri Qobu qəsəbəsində iki şagirdin ölümü ilə bağlı başsağlığında özü babat səhvlər buraxıb. Cəmi 4 cümləlik başsağlığında sizcə, nə qədər səhv ola bilər? Hörmətli dilçilərimiz bu 4 cümləni təhlil etsələr, orfoqrafik, morfoloji, sintaktik və üslub səhvlərinə rast gələ bilərlər. Deməli, təhsil naziri hələ 4 cümlədə bu qədər səhv buraxırsa, müəllimlərin "şaftalı" sözünü yanlış yazması təbii haldır. Buna görə naziri özü Azərbaycan dilini yaxşı öyrənməli, kursa getməlidir. Əmirullayev "səbir" yerinə "səbr" yazdığı halda müəllimlərə irad tutmaqla özünü növbəti dəfə çətin vəziyyətə salmış oldu. Axı elm və təhsil naziri nəhayət nə vaxt danışmaq əvəzinə real işlər görəcək? Təhsildə konkret dəyişikliklər dövrü nə zaman başlanacaq? Biz hələ də pul yığılmasından, dərsliklərin bərbad vəziyyətdə olmasından, direktorların pul yığmağı tələb edən audio yazılarının yayılmasından danışırıq, hələ də müəllim - direktor - valideyn komitəsi alver şəbəkəsi davam edir, Təhsil Nazirliyinin adı dəyişib Elm və Təhsil Nazirliyi olub, yenə də keyfiyyət, məzmun, məna dəyişməyibsə, nazir özü sözü düz yaza bilməyib müəllimləri səhv çıxarırsa, onda vay bu millətin gələcəyinin halına! Ümumiyyətlə, nazirin danışmaqdan, tədbirlərdən başı açılsa, təğyiri - libas olub məktəbləri ziyarət eləsin, universitetlərə baş çəksin, nazirliyə 50 valideyn toplayıb bütövlükdə bütün valideynlərin ümumi problemlərini onların dilindən eşitsin, yoxsa o tədbir sənin, bu tədbir mənimlə təhsil irəli getməz, cənab Əmirullayev... Anaxeber.info


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Azərbaycanda bu şirkətə baş direktor seçiləcək - TOPLANTI
Bu gün, 08:45 |
|
|
|
• Valideyn övladını məktəbə yola salmaq üçün minimum 200–230 manat xərcləməlidir
Bu gün, 08:39 |
|
|
|
• “Rusiya anladı və geri addım atır, çünki artıq coğrafiyanın ağası deyil, bir daha da olmayacaq” - GƏLİŞMƏ
Bu gün, 08:25 |
|
|
|
• Pulyeyən məmurun DASTANI... - İTTİHAM VAR...
Bu gün, 08:15 |
|
|
|
• Qobu bələdiyyəsinin “mələkləri” kimdir? - İLGİNC İDDİALAR
Bu gün, 08:05 |
|
|
|
• İran, Əməvilərin yolunu gedir - FAKT BUDUR...
Bu gün, 07:56 |
|
|
|
• Naxçıvan "canişinliyinin" siyasi reallığı - Axsaq atın kor da nalbəndi olar...
Bu gün, 07:54 |
|
|
|
• Varlı və yaşlı ermənilər Azərbaycanla sülh istəyir - AKTUAL
Bu gün, 07:10 |
|
|
|
• “Layihə İstehsal Texnologiya Elektronika Xidmət” MMC vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 07:08 |
|
|
|
• Rusiyaya qarşı "ikinci cəbhə" aç dedilər, təhqir etdilər - Kaladze
Bu gün, 07:07 |
|
|
|
• Paşinyanın hiyləgər planı: Təxribata əl atacaq? - GƏLİŞMƏ
Bu gün, 07:05 |
|
|
|
• Deputatın borc içində üzən şirkəti TENDER UDUR - AXI NİYƏ?..
Bu gün, 07:01 |
|
|
|
• “Rusiyadan hər cür təxribat gözləmək olar” - Qulamhüseyn Əlibəyli
Bu gün, 06:58 |
|
|
|
• Azərbaycan qanunları Zakir Quliyevin umrunda da deyil... - BU DA FAKT...
Bu gün, 06:56 |
|
|
|
• Bakı və İrəvan 2026-cı ildə Sülh Müqaviləsi imzalaya bilər - “Foreign Policy”
Bu gün, 06:48 |
|
|
|
• Doğrudanmı, ABŞ-la yaxınlaşma Azərbaycanda daxili siyasətə köklü təsir edəcək?! - İNCƏLƏMƏ
Bu gün, 06:46 |
|
|
|
• Rusiya XİN-i artıq çoxdan səyyar sirkə çevrilib - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:44 |
|
|
|
• Evini qızdırmaq üçün ağacları kəsdi, əvəzində özünə 5 il cəza kəsildi - TƏFƏRRÜAT
Bu gün, 06:42 |
|
|
|
• Şəkidə abadlıq işləri də BAMƏZƏDİR - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:40 |
|
|
|
• "Babamın sarayını ermənilər otel kimi istifadə ediblər"
Bu gün, 06:31 |
|
|
|
• Zəngəzur dəhlizi hamının işinə yarayır... - ÇÜNKİ...
Bu gün, 06:28 |
|
|
|
• Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər – vəhşi və əxlaqsız mesaj
Bu gün, 06:22 |
|
|
|
• İrəvandan mühüm gediş: 5 ölkədən cavab gözlənilir – Azərbaycan da var
Bu gün, 06:19 |
|
|
|
• Ermənistan məhkəməsi Serj Sarkisyanın cinayət işinin bağlanması ilə bağlı müraciətini rədd edib
Dünən, 18:03 |
|
|
|
• İŞİD terror təşkilatının qurbanıyam - Suriya Prezidenti
Dünən, 17:55 |
|
|
|
• Narkoloji Mərkəzin həbs edilən direktorunun məhkəməsinə şahidlər məcburi gətiriləcək - TƏFƏRRÜAT
Dünən, 17:54 |
|
|
|
• Azərbaycan AŞPA-ya ancaq bu halda qayıda bilər - Şərtlər MƏLUM OLDU
Dünən, 17:52 |
|
|
|
• ƏÜO-nun hərbi qulluqçuları Türkiyədə keçirilən komando kursunda iştirak edirlər
Dünən, 17:23 |
|
|
|
• DİQQƏT: Təhlükəli məhsullar “Saf Ət" MMC-yə məxsusdur... - İTTİHAM VAR...
Dünən, 17:18 |
|
|
|
• İranla bağlı dəhşətli ssenari masada: 3 ölkə birləşir – Kritik proses başladı
Dünən, 17:12 |
|
|
|
• ABŞ hərbi qüvvələri Ermənistanı tərk etdilər
Dünən, 17:07 |
|
|
|
• Azərbaycanda iri zavodun direktoru dəyişib - BUNDAN SONRA...
Dünən, 17:01 |
|
|
|
• Laçının Zəfər salnaməsi: tariximizin şanlı səhifəsi - MƏQALƏ
Dünən, 16:58 |
|
|
|
• Rəqsanənin azadlığa çıxma haqqı açıqlandı: 1 milyon 150 min manat ... - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• Deputatın azərbaycanlı köməkçisinin "prava"sı əlindən alındı
Dünən, 16:44 |
|
|
|
• Gəncə “Asan Xidmət”də dözülməz vəziyyət - GİLEY
Dünən, 16:31 |
|
|
|
• Dövlət Agentliyi xarici şirkətlərlə 3 milyon manatlıq - MÜQAVİLƏLƏR BAĞLADI
Dünən, 16:27 |
|
|
|
• Tramp maraqlarını Ukrayna və Rusiya vasitəsilə həyata keçirir - Cəlaloğlu
Dünən, 16:18 |
|
|
|
• TƏBİB-in tabeli tibb müəssisələrinə yeri rəhbər şəxslər təyin olunub - ƏMR
Dünən, 16:07 |
|
|
|
• AHİK-in vədini gözləyən işçi ağır vəziyyətdə - Sahib Məmmədova müraciət etdi
Dünən, 16:05 |
|
|
|
• Bölgələrdə ət bahalaşıb: “Bakıda da qiymətlər arta bilər” - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 15:39 |
|
|
|
• İş başında infarkt keçirən komandirin vəzifəsi ona tapşırıldı - FOTO
Dünən, 15:29 |
|
|
|
• “Piyadaların cərimələnməsi bərpa olunsun” - Tahir Kərimli
Dünən, 15:22 |
|
|
|
• İcra hakimiyyətinin işçiləri dövlət torpaqlarını kənar şəxslərə satırlar - NARAZILIQ VAR...
Dünən, 15:12 |
|
|
|
• "Avrasiya üçbucağı"nın bir çox bucağı var - İNCƏLƏMƏ
Dünən, 15:08 |
|
|
|
• Sərkisyan Azərbaycanla sərhəddə - FOTO
Dünən, 14:57 |
|
|
|
• “KOB evi”ni əvvəl tikib sonra müqavilə bağlayıblar? – 2,5 milyon xərclənəcək
Dünən, 14:52 |
|
|
|
• AMB-nin daha bir tenderi ləğv edildi - SƏBƏB
Dünən, 14:48 |
|
|
|
• Emin Ağalarovun şirkəti "Rusiya ordusu" adlı enerji içkisi istehsal edir - KİV
Dünən, 14:40 |
|
|
|
• Eldar Əzizov müşavirə keçirərək tapşırıqlar verdi
Dünən, 14:35 |
|
|
|
|