Paytaxt küçələri yenidən yuyuldu .....                     "İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                 

"O, bizim deyil, Sosial Müdafiə Nazirliyinin günahıdır..." - Sahil Babayevdən daha bir NARAZILIQ...
Tarix: 12-07-2021, 10:16 | Çap et
"O, bizim deyil, Sosial Müdafiə Nazirliyinin günahıdır..."
Söhbət yenə döndü-dolandı, gəldi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üstünə.

Açıq desək artıq bu qurum haqqında yazmağa söz tapmırıq. Çünki, hər gün, gündə dəfələrlə vətəndaş şikayətləri əsasında bu mövzuya toxunmaq məcburiyyətində qalırıq. O qədər demişik, o qədər yazmışıq ki, deyiləcək söz də tapmırıq. Amma, bizdə söz tükənsə də, Sahil Babayevin rəhbərlik etdiyi bu qurumun əməkdaşlarında əhaliyə tətbiq olunan "işgəncə üsulları" tükənmək bilmir ki, bilmir.

Elə bir bölgə yoxdur ki, oranın sakinləri yerli DSMF və Məşğulluq idarələrindən gileylənməsin.

Giley nə ki?

Hətta camaat bu qurumun əlindən zara gəlib desək, daha doğru olar.

"Balıq başdan iylənər" deyiblər.

Qurum əməkdaşları özbaşına deyil ki. Başları üzərində onlara "bəsdir" deməyi bacarmayan, daha doğrusu demək istəməyən rəhbərlərini gördükcə daha da "ürəklənir", vətəndaşların "başlarına dayadıqları pilləkənlər" ilə üzü yuxarı, başlarına çıxmağa doğru iri və sürətli addımlar ilə hərəkət etməkdə davam edirlər.

Bu gün qazi və şəhid ailələri, müharibə iştirakçıları müharibədə düşmənlə üz-üzə çəkmədikləri zülmü, DSMF-larında, Məşğulluq idarələrində, ƏƏSMN-nin önündə çəkirlər.

Bu qədər insanları özündən narazı salmaq görəsən sözügedən nazirliyin hansı işinə yarayır?

DogruXeber.az informasiya agentliyinin redaksiyasına hər gün Sosial Müdafiə Nazirliyi və nazirliyin tərkibində olan idarələr barəsində vətəndaş şikayətləri daxil olur.

Ötən həftə ərazi üzrə məşğulluq idarəsindən özünüməşğulluq proqramına qoşulmaq, iribuynuzlu mal-qara əldə etmək üçün illərdir yollarda qalan aztəminatlı İsmayıllı rayon sakini Kamil Rəcəbalıyevin də şikayətini dərc etmişdik.

Hələ bir çox dərc etmədiyimiz şikayətlər də var ki, onları da problemləri həll edilmədikcə ardıcıl yayımlayacağıq.

İndi, o şikayətlərdən daha birini - Şamaxı rayon, Dağ bağırlı kənd sakini Abdurreyimov Faiq Fazil oğluna sözügedən qurumun əməkdaşlarının yaratdığı problemləri diqqətinizə çatdırmaq istəyirik.

Qısa olaraq bildiririk ki, Abdurreyimov Faiq Fazil oğlunun övladı, Abdurreyimov Cabar Faiq oğlu anadangəlmə ürək qüsurludur.

Tanrı əhalinin səbrini sanki Sahil Babayevlə sınağa çəkir - VİDEO//VİDEO

Tək mədəciklə doğulub. İllərdir ki, aztəminatlı ailənin başçısı Faiq Abdurreyimovun qazandığı 3-5 manat çörəkpulu da övladının iynə-dərmanlarına xərclənir.

Doğrudur Cabar ikinci qrup əlillik dərəcəsi ilə 135 azn təqaüd alır. Amma, qiymətlərin hər yerdə, eləcə də əczaxanalarda "ulduzun dibi"ndə olduğu bir vaxtda 135 AZN heç onun ağrıkəsici dərmanlarına belə yetmir, o ki, qaldı ümumi müalicəsi.

Faiq Abdurreyimovun sözlərinə görə övladının düçar olduğu sağalması mümkünsüz bu xəstəlik sürətlə irəliləyir. Övladı Cabar artıq yataq xəstəsidir. Əmək qabiliyyətini tamamilə itirib. Hansı ki, bunu həkimlər özləri təsdiq edir. Özünün bioloji ehtiyaclarını belə ödəyə bilməyən 21 yaşlı Cabar Abdurrahmanova ikinci qrup əlillik verilən zaman komissiya sənədində yazılıb ki, "yüngül, oturaq işlərdə çalışa bilər". Lakin, qeyd kimi etdiyimiz kimi keçən müddət ərzində Cabarın xəstəliyi o qədər irəliləyib ki, indi otura da bilmir. Odur ki, otura bilməyən insan, oturaq işdə də təbii ki, işləyə bilməz.

Cabar Abdurreyimovun vəziyyəti günü-gündən ağırlaşaraq, onu yataq şəraitində yaşamağa məhkum edib. Onu müayinə və müalicə edən müxtəlif həkimlərin də dediyinə görə Cabar artıq birinci qrup əlil sayılır.

Odur ki, əlillik dərəcəsinin dəyişdirilməsi üçün atası Faiq Abdurreyimovun uzun müddətdir ki, "döymədiyi qapı qalmayıb". Lakin, hər dəfəsində ona cavab olaraq göndərilən sənədlərdə "yanlış, yaxud natamam doldurulma" sözləri qeyd olunur.

Tanrı əhalinin səbrini sanki Sahil Babayevlə sınağa çəkir - VİDEO//VİDEO

Yeri gəlmişkən redaksiyamıza bu cür problemlə üzləşən onlarla vətəndaş şikayətləri vardır. Bunun bağlı biz xəstəxananın baş həkimi ilə də əlaqə saxladıq. Baş həkim bildirdi ki, "o bizim deyil, Sosial Müdafiə Nazirliyinin günahıdır. Ölkədə müraciət edənlərin hamısına Nazirlik o cavabı göndərib, vətəndaşları başından edir."

Biz də öz növbəmizdə yaranmış suallarımıza aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya agentliyinin qaynar xəttinə zəng etdik.

Sıra növbəsində on yeddinci idik!

Mobil telefonla zəng etməyimizə baxmayaraq, bir saatdan artıq müddətdə xəttə növbəmizi gözlədikdən sonra, nəhayət Bəsti adlı xanım operator zəngimizi cavablandırdı.

Yuxarıda qeyd etdiyimiz məsələlərlə bağlı yaranmış suallarımızı Bəsti xanıma ünvanladığımızda, Bəsti xanım cavablandırmaqda çətinlik çəkdi və bildirdi ki, "mən sadəcə operatoram". O zaman xanımdan bizi bir məsul şəxsə yönləndirməsini, yaxud aidiyyəti üzrə agentlikdəki ekspert həkim komissiyasının sədri Mətanət xanımın və ya ümumi rəhbər Anar Bayramovun telefon nömrəsini verməsini xahiş etdik.

Xanım belə bir səlahiyyətinin olmadığını bildirdi.

Əslində bizim suallarımızı cavablandıra bilməməyin özü də operator Bəsti xanımın deyil, birbaşa sözügedən nazirliyin günahıdır.

Əgər qurumun qaynar xətt xidməti fəaliyyət göstərirsə, qaynar xətt nömrələrinə cavab verən şəxslər işi bilən mütəxəssislər olmalıdır ki, o qədər xəttə gözlətdikləri insanların heç olmasa suallarına aydınlıq gətirə və aidiyyəti üzrə yönləndirə bilsinlər.

Bəsti xanım bizi biraz da xəttə gözlədib dəstəyi Cahid adlı həkimə verdi. Biz xanıma ünvanladığımız sualları təkrar Cahid həkimdən də soruşduq. Lakin, telefona niyə çağırıldığını bilmədiyimiz Cahid həkim də suallarımıza cavab verə bilmədi.

Cahid həkim bizim yanımızda əyləşib, əməkdaşımızla bərabər telefonla onlarla danışan Faiq Abdurreyimova (xəstənin atası) istehza ilə deyir ki, "siz getmisiniz, komissiyada olmusuz, heç nə etməyiblərsə, indi getdiyiniz yer (yəni redaksiya) sizin üçün edəcək?!
Siz ekspertizanın göbəyində olmusuz orda bir şey etməyiblər, mən neyniyə bilərəm telefonda sizə?!"

Bəli, haqlısınız Cahid bəy.
Ola bilər ki, biz əlillik dərəcəsi ilə bağlı heç bir şey edə bilmirik. Amma, bizim də öz işimiz var. Biz də məsuliyyətsiz nazır Sahil Babayevin və onun rəhbərliyi altında fəaliyyət göstərən, sizin çalışdığınız qurumun məsuliyyətsiz əməkdaşlarının necə çalışdıqlarını içtimailəşdirib, aidiyyəti üzrə ünvanına yönləndirməsini bacarırıq və icra edirik.

Cahid həkimin də bizə son sözü o oldu ki, "bizlik deyil. Mənim o səlahiyyətim yoxdur".

Mətbuat ilə bu cür danışan, hər bir zəng edən şəxsi saatlarla telefon xəttində gözlədib, sonunda suallarını normal cavablandırmağı belə bacarmayan əməkdaşları olan bu qurumun yaratdığı problemlər yeni deyil.

Hər gün Sahil Babayev və onun yarıtmaz fəaliyyəti, məsuliyyətsiz, özbaşına komandası barəsində media gündəmində yayımlanan vətəndaş şikayətləri yəqin ki, artıq Prezidentin də diqqətindən yayınmış deyil. Ümid edirik yaxın günlərdə sözügedən qurum və rəhbəri barəsində saysız narazı vətəndaşları razı salan, ən azından Sahil Babayevə olan övkələrini sakitləşdirəcək bir qərar imzalanacaqdır.

Yəqin ki, o gün çox da uzaqda deyil.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //DogruXeber.az//












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt küçələri yenidən yuyuldu
Bu gün, 12:00
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru