"190 manatı ala bilmədik, imtina gəldi..." - GİLEY
Tarix: 25-04-2020, 12:14 | Çap et
 “Evin kirayəsinin vaxtı keçib, ev sahibi kirayəni tələb edir. 190 manatı ala bilmədik, imtina gəldi, çünki əlilliyə görə pensiya alıram. Ünvanlı sosial yardımı da kəsiblər”. DİA.AZ bildirir ki, Xırdalan sakini Zaur Ələşrəfov belə deyir.
Ələşrəfovlar ailəsi Xırdalanda köhnə, bir həyətdə balaca bir daxmada kirayədə yaşayır. Həyətdə kirayədə qalan başqa qonşular da var. Ancaq deyəsən ən şəraitsiz, yöndəmsiz otaq elə bu əlil ailənin bəxtinə düşüb. Yarıqaranlıq, sərbəst hərəkət üçün narahat bu otaqda 3 nəfər yaşayır – 3-cü qrup əlilliyi olan Zaur, 1-ci qrup əlilliyi olan evin xanımı və 3 yaşında qız övladları... Ailə karantin günlərində xüsusilə çətin durumda qalıb.
Zaur Ələşrəfov danışır: “Gördüyünüz kimi, 4-5 kvadratlıq sahəsi olan şəraitsiz otaqda yaşayırıq. Nəmişlikdir, şəraitsizdir. Bu otağa görə 150 manat kirayəpulu veririk. Dolanışığımız çətindir. Pensiyadan başqa gəlirimiz yoxdur. Karantinə qədər orda-burda fəhləlik edib gündəlik dərman, çörək pulunu birtəhər qazanırdım. Pensiya ilə də kirayəni ödəyirdik. İndi karantinə görə o da yoxdur. Ünvanlı sosial yardım alırdıq, martın sonunda onun da vaxtı bitdi, kəsdilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə zəng vurub xahiş etdim ki, heç olmasa indiki durumda yardımı kəsməsinlər. Dedim, karantindir, iş yoxdur, kirayədə qalırıq, əlil ailəsiyik, evdə xəstə uşaq var. Heç bir cavab ala bilmədim. Bax, qalmışıq belə... Uşağa yemək də ala bilmirik. 190 manata görə qeydiyyatdan keçmişik, əlil pensiyası aldığımıza görə onu da vermirlər”.
Zaur Ələşrəfov masanın üstünə ağzınacan dolu dərman torbaları yığır, deyir, onsuz da çətinə düşdükləri belə durumlarda bir az da səhiyyə işçiləri lazımsız və bahalı dərman reseptləri yazmaqla “canlarını alır”. Zaur Ələşrəfov sözünə davam edir: “Həkimə gedirik, pul istəyir. Deyirsən, dövlətin poliklinikasında işləyirsən, deyir “dövlət mənə 150 manat maaş verir”. Bu yaxınlarda bir həkim 300 manatlıq dərman yazdı, ordan-burdan borca girib reseptdəki dərmanları birtəhər aldım. Eyni poliklinikanın digər həkimi reseptə baxıb atdı kənara, dedi, bur dərmanlar sənə görə deyil, qəbul edərsən, zərər çəkərsən. Özü başqa bir resept yazdı. Baxın bu dərmanlara, hərəsi bir tirba dərman aldırıb...”
Sonra pəncərənin çərçivəsinə vurulmuş mismardan asılan torbanı, daha sonra şkafın arxasındakı torbanı gətirir: “Bu uşağın dərmanlarıdır, bu da Hüsniyyənin (həyat yoldaşıdır). Baxın, biz dərmanla qidalanırıq, hamısı da baha-baha... Üstəlik də, dediyim kimi, 150 manat ev kirayəsi... Daha ərzaqdan, yeməkdən danışmıram. Xəstə adamlar çox vaxt bütün sutkanı yalnız yavan çörəklə qidalanır. Uşağın ciddi xəstəliyi olmasa da, çox zəifdir. Mən karantinə qədər günəmuzd iş tapıb işləyəndə, uşaq Hüsniyyənin ümidinə qalır, o isə dediyim kimi, serebral iflicdən əziyyət çəkir, özünə baxan lazımdır, uşağa baxa bilmir deyə, uşağı hələ də pampersdə saxlayırıq. Ana-ata əlildir, əslində bizim ailə üçün sosial işçi ayrılmalıdır, ancaq kimə deyəsən, Azərbaycandır da... Heç kim heç kimin kitabını oxumur bu ölkədə...”


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07 |
|
|
|
• Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00 |
|
|
|
• Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58 |
|
|
|
• Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55 |
|
|
|
• ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36 |
|
|
|
• "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19 |
|
|
|
• Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16 |
|
|
|
• "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08 |
|
|
|
• Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01 |
|
|
|
• Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58 |
|
|
|
• Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45 |
|
|
|
• Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31 |
|
|
|
• Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22 |
|
|
|
• Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12 |
|
|
|
• 907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00 |
|
|
|
• Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59 |
|
|
|
• Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56 |
|
|
|
• Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52 |
|
|
|
• Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47 |
|
|
|
• "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46 |
|
|
|
• Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44 |
|
|
|
• “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40 |
|
|
|
• Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34 |
|
|
|
• "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29 |
|
|
|
• “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26 |
|
|
|
• Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05 |
|
|
|
• İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02 |
|
|
|
• Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46 |
|
|
|
• SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38 |
|
|
|
• Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33 |
|
|
|
• MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31 |
|
|
|
• Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16 |
|
|
|
• Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14 |
|
|
|
• İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11 |
|
|
|
• “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05 |
|
|
|
• 9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58 |
|
|
|
• Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54 |
|
|
|
• “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50 |
|
|
|
• Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43 |
|
|
|
• Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41 |
|
|
|
• Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34 |
|
|
|
• "MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28 |
|
|
|
• AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26 |
|
|
|
• Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22 |
|
|
|
• Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11 |
|
|
|
• Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07 |
|
|
|
• “Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51 |
|
|
|
• “Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48 |
|
|
|
• Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46 |
|
|
|
• Pensiyasının artırılması üçün DSMF-yə müraciət etdi, “borclu çıxdı” - BU NƏDİ BELƏ?
Bu gün, 07:43 |
|
|
|
|