Dərmanların qiymətlərində fərqi kim yaradır? - NARAZILIQ...
Tarix: 15-02-2020, 11:17 | Çap et
 “Həmişə uşağa Devit-3 (D vitamini) dərmanını məşhur apteklər şəbəkəsindən (AVİS) 8 manat 50 qəpiyə alırdım. Bu dəfə gedə bilmədim həmin aptekə, eyni dərmanı 3 manat 30 qəpiyə Xırdalanda yerləşən bir aptekdən aldım. Bilmək istəyirəm, eyni dərman bu qədər böyük fərqlə niyə satışda olmalıdır?!”
Bunu vətəndaş Anar Xocayev AYNA-ya müraciətində deyib. Biz də redaksiya olaraq bu suala və narazılığa cavab tapmağa çalışdıq.
Pediatr Vaqif Qarayev dərman qiymətlərindəki fərqə belə şərh verib: “Ən əvvəl qeyd edim ki, ölkədə son illər daha çox həkimlər tərəfindən D vitamini müalicəsi tövsiyə olunur. Bir həkim kimi, öz Günəşi olan, qışda da günəşsiz qalmayan ölkə üçün insanlara davamlı D vitamini müalicəsinin yazılması və kütləvi D vitamini çatışmazlığının diaqnoz kimi ortaya çıxmasına şübhə ilə yanaşıram. İndi hamı D vitamini satır. Bu preparatın tərkibi eynidir. Amma əgər aptek qiymət fərqini bu qədər artırıb, “bizim dərman orijinaldır” deyirsə, onda bir daha ölkədə keyfiyyətsiz, saxta dərman olması faktı ortaya çıxır”. “Əsas məsələ dərmanın dozalaşdırılmasıdır. Həkim kimi xəstələrimə bu tərkibdə dərmanın ucuzunu yazıram. İllər əvvəl dərmanların satış qiymətlərində lap özbaşnalıq vardı, bunu da apteklərin yerləşdiyi ərazi və obyektin kirayə haqqı ilə əlaqaləndirirdilər. Amma sonradan dövlət qurumu nəzarəti gücləndirdi, onda da bir qrup keyfiyyətli dərman satışdan yoxa çıxdı. İndi də bəzən xəstənin temperaturunu aşağı sala bilmirik. Bu da dərmanların keyfiyyətsizliyi ilə bağlıdır. Eyni dərmanın başqa yerdə böyük fərqlə satılması da bəzən bununla bağlı ola bilir. Azərbaycanın dərman istehsal etməməsi dərman bazarında problemləri artırır”, - mütəxəssis bildirib.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Esmira Əkbərova isə AYNA-nın sualını cavablandırarkən deyib ki, satışda olan dərman preparatlarının keyfiyyətinə və qiymətinə Mərkəz cavabdeh deyil: “Biz sadəcə olaraq dərmanların əks təsiri zamanı yaranan problemləri və səbəbləri araşdırırıq. Dərman qiymətləri və yaranan fərqlərlə bağlı sualları İqtisadiyyat Nazirliyi cavablandıra bilər”.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə sualımıza belə cavab verib: “Apteklərdə eyni dərman preparatları arasındakı fərqin səbəbi həmin dərmanın hansı ölkədən gətirilməsi ilə bağlıdır. İstehsalçı ölkənin qiymətləri fərqlidir, eyni tərkib olsa belə, qiymətlərin fərqli olması normaldır. Alıcılar onlayın müraciəti yolu ilə Nazirliyin İstehlakçı hüquqlarının qorunması və inhisarçılıqla mübarizə komissiyasına şikayətlərini ünvanlaya bilərlər. Müraciətə daha ətraflı oradan cavab almaq mümkündür. Yaxşı olardı ki, müraciət zamanı konkret dərman barədə əldə olunan şikayət də əlavə olunsun ki, biz araşdırmanı doğru aparaq”.
Yuxarıda adı çəkilən AVİS apteklər şəbəkəsi ilə də əlaqə saxladıq. Oran bildirildi ki, konkret göstərilən dərman Türkiyədən gətirilir deyə, qiymət fərqi yaranır: “Dövlət reyestrində satışına icazəsi verilən bütün dərmanların qiyməti bizdə də başqa apteklərdəki qiymətə satılır. Kənardan alınan dərmanlara isə şirkət özü qiymət qoyur”.
P.S. Onda belə çıxır ki, alıcı bir dərmanı almaq üçün əvvəlcə şəhər apteklərinə tur etməli, daha sonra ən ucuz yerdən dərmanı almalıdır. Aldıqdan sonra isə keyfiyyəti barədə düşüncələrə qapılmalıdır.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Daşkəsən Dəmir Filiz”in 4 milyon manatlıq tenderini Çin şirkəti uddu - DETALLAR
Bu gün, 07:41 |
|
|
|
• ŞƏHİD ATASINA QARŞI ŞOK DƏLƏDUZLUQ – MİDA-dan “güzəştli şərtlərlə” ev almaq adı ilə 67 min manatı ələ keçirildi
Bu gün, 07:38 |
|
|
|
• Burda işçinin qara qəpik qədərində DƏYƏRİ YOXDUR - dövlətin bahalı TENDERYEYƏNİ
Bu gün, 07:28 |
|
|
|
• Aİ Azərbaycan, Hindistan, Çind, BƏƏ və Sinqapurdan olan 18 şirkətə sanksiya tətbiq edib - SİYAHI
Bu gün, 07:11 |
|
|
|
• Həm işçinin pulunu vermir, həm də hədələyir... - BU NƏDİ BELƏ?
Bu gün, 07:09 |
|
|
|
• Cəbrayılov: yerində olmayan başçı... Sakinlər problem içində, başçı para peşində...
Bu gün, 07:03 |
|
|
|
• Aİ Belarusa qarşı sanksiyaları genişləndirib
Bu gün, 07:00 |
|
|
|
• "Nazirlik imtina cavabı verir" - GİLEY
Bu gün, 06:58 |
|
|
|
• “Bolton planı” addım-addım həyata keçir - GƏLİŞMƏ
Bu gün, 06:55 |
|
|
|
• Ağdamda kəndlinin HARAYI ƏRŞƏ QALXIR - icra başçısına desə də...
Bu gün, 06:52 |
|
|
|
• Rusiyanın “Tərk et, ya da döyüşə get” DİLEMMASI: - Miqrantların aqibəti NECƏ OLACAQ?
Bu gün, 06:27 |
|
|
|
• Kəmalə Nəhmətovanın KRATON klinikasının dövlətə yenidən vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 06:16 |
|
|
|
• "Ali məktəblərə qəbul zamanı təxminən 3 min yer boş qalacaq" - Ekspert həll yolu GÖSTƏRDİ
Bu gün, 06:13 |
|
|
|
• Zəngəzur dəhlizi barədə gurultulu təklif: İrəvan oyununu davam etdirir - GƏLİŞMƏ
Bu gün, 06:09 |
|
|
|
• Kreditlə bağlı narahatlıq yaradan məsələ: minlərlə insan… – “Bunu etməyin!”
Bu gün, 06:06 |
|
|
|
• “Çin üçün Zəngəzur dəhlizinin kimin nəzarətində olması prinsipial əhəmiyyət daşımır...” - Etibar Məmmədov
Bu gün, 06:01 |
|
|
|
• Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları bir Azərbaycan vətəndaşına da şamil edildi - BUNDAN SONRA...
Bu gün, 05:59 |
|
|
|
• Məktəblərdə şagirdlərin hüquqları belə pozulur - AKTUAL
Bu gün, 05:57 |
|
|
|
• İran-Azərbaycan arasında kütləvi informasiya savaşı gedir - İranın keçmiş səfirindən ilginc açıqlamalar
Bu gün, 05:54 |
|
|
|
• "Yeganə müğənnidir ki, üz-üzə gələndə salamlaşmırıq"
Bu gün, 05:51 |
|
|
|
• İsrail və Suriya Vaşinqtonun dəstəyi ilə atəşkəs barədə razılığa gəliblər
Bu gün, 05:47 |
|
|
|
• Aİ-nin Rusiya əleyhinə 18-ci sanksiyalar paketi qüvvəyə minib - Rusiya nefti BAHA SATILA BİLMƏZ
Bu gün, 05:43 |
|
|
|
• Ramin İsayevin əmlakı müsadirə edilə bilər - 15 il həbsi istənilir
Dünən, 23:43 |
|
|
|
• İrandan Zəngəzurla bağlı növbəti AÇIQLAMA - “Dəhlizin yaradılması…”
Dünən, 23:41 |
|
|
|
• Xadimələrə maşınını yudurdan Esmira Məmmədova işdən ÇIXARILDI
Dünən, 23:38 |
|
|
|
• Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Dünən, 18:03 |
|
|
|
• Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Dünən, 17:54 |
|
|
|
• Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Dünən, 17:52 |
|
|
|
• Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Dünən, 17:48 |
|
|
|
• Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Dünən, 17:45 |
|
|
|
• "Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Dünən, 17:30 |
|
|
|
• Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Dünən, 17:27 |
|
|
|
• Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Dünən, 17:25 |
|
|
|
• Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Dünən, 17:23 |
|
|
|
• İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Dünən, 17:19 |
|
|
|
• “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Dünən, 17:16 |
|
|
|
• Tiflis İrəvana rədd cavabı verib
Dünən, 17:14 |
|
|
|
• Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:10 |
|
|
|
• Məşhur türk milyonçunun nikahı ləğv edildi
Dünən, 17:08 |
|
|
|
• “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Dünən, 17:03 |
|
|
|
• “Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Dünən, 16:59 |
|
|
|
• "Allah telefon çıxardanın qapısını bağlasın"
Dünən, 16:54 |
|
|
|
• Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Dünən, 16:52 |
|
|
|
• Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Dünən, 16:47 |
|
|
|
• Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Dünən, 15:43 |
|
|
|
• Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Dünən, 15:39 |
|
|
|
• AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Dünən, 15:28 |
|
|
|
• Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Dünən, 15:27 |
|
|
|
• BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Dünən, 15:23 |
|
|
|
• “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Dünən, 13:03 |
|
|
|
|