"İcra başçısının qəbuluna getmişdim, yayxanıb oturmuşdu..." - GİLEY
Tarix: 30-12-2019, 10:23 | Çap et
 Gəncənin Cavadxan qəsəbəsində yaşayan Əhmədovlar ailəsi ikiotaqlı yarımtikiliyə sığınıb. Ailə illərlə işıqsız yaşayıb. DİA.AZ xəbər verir ki, Xankəndinin işğalından sonra üç övladı və həyat yoldaşı ilə köçkün həyatı sürməyə məcbur qalan Fərhad Əhmədov çox yaşayış yeri dəyişdiklərini deyir. Ayrı-ayrı vaxtlarda Ağdamda, Balakəndə, Hacıkənd qəsəbəsində yaşayıblar. Dövlət o vaxt ev verib ki, ailə artıq xeyli böyümüşdü, övladları evlənmək yaşına çatmışdı. İndi Fərhad həyat yoldaşı Nəsibə, oğlu Tural, gəlini Xatirə və üç nəvəsi ilə birlikdə ağlay daşı sexinin həyətindəki yarımtikilidə yaşayır.
“Həmin evi o biri oğluma verdik. Çünki 11 nəfərlik ailəyə çevrilmişdik, ora sığmırdıq. Tural yatağa düşdü, yanına gəldik. Buranı bizə bir polis zabiti vermişdi. İndi də deyir ki, torpağı satıram, çıxın. Dörd il işığımız olmayıb burda, şam işığında oturmuşuq. Səkkiz aydır işıq yandırırıq”, - Fərhad danışır.
Onun sözlərindən sonra diqqətimizi otaqda elektrik lampasının olmaması çəkir. Tural deyir ki, lampa yanıb, alıb dəyişə bilməyiblər: “Sexin işığa 286 manat borcu vardı, onu hissə-hissə ödədik. Qaz yoxdu, odun tapıb yandırırıq”.
Tural uzun müddət yataq xəstəsi olub. Onurğasındakı ciddi problemlərə görə işləyə bilmir. Məcburi köçkün kimi cəmi 60 manat çörəkpulu alır. Xatirə Gəncədəki kafelərdən birində qab yuyur, günə 6 manat qazanır.
“Səhər 9-da evdən çıxıram, bir də gecə 11-də qayıdıram. Əldən düşürəm. Mənə bu rejimlə işləmək olmaz. Onkoloji xəstəyəm. Müalicə olunmalıyam, dincəlməliyəm. Çətinliklə işləyirəm. Keçən il sobanın üstünə yıxılıb yanmışdım”, - Xatirə danışır.
Nəsibə deyir ki, həyat yoldaşı ilə birlikdə aldıqları təqaüdün hesabına birtəhər dolanırlar. Oğlu və gəlininin xəstəliyi çox xərc aparır. Tural anasının sözünə qüvvət olaraq deyir ki, illərdir əziyyət içində yaşayırlar. Sosial yardım üçün də müraciət ediblər: “Nə qədər sənəd düzəltdik, axırda dedilər ki, sizə düşmür”.
Yarımtikili yaşayış üçün yararsız vəziyyətdədir. Mətbəx, hamam gözə dəymir. Otaqlar arasında heç qapı da yoxdur. Ailə yaşayış şəraitini yaxşılaşdırmaq üçün çox yerə müraciət edib. Amma dövlət qurumlarından yalnız biganəlik gördüklərini deyirlər.
“Cənab İlham Əliyevə, Mehriban xanıma yazmışdıq. Yalnız bir dəfə bildiriş gəldi ki, məktub prezidentə çatıb. Bəlkə də, cavab gəlir, burda açıb götürürlər. İllərdir mübarizə aparırıq, səsimizi yuxarıya çatdırmağa çalışırıq”, - bunları Xatirədən eşidirik.
Xankəndindən gələnlər Xocalı Rayon İcra Hakimiyyətinə həvalə olunub. Xatirə deyir ki, ora az üz tutmayıblar: “İcra başçısının qəbuluna getmişdim. Yayxanıb oturmuşdu. Vəziyyətimizi danışdım. Dedi, sənə ev borcluyam?”
Xatirə bizim gələcəyimizi eşidəndə işə getməyib. Çox narahatdır. Ailəni hər an yaşadıqları yerdən çıxara bilərlər. Hələ yoxsulluqla, xəstəliklə mübarizə də var...






|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12 |
|
|
|
• Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06 |
|
|
|
• Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04 |
|
|
|
• “Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59 |
|
|
|
• “Sea Breeze”ə yaxın daha bir şirkət təsis edilib
Dünən, 17:57 |
|
|
|
• Ter-Petrosyan Zəngəzur Nəqliyyat Qovşağı ifadəsindən istifadəni daha düzgün hesab edir
Dünən, 17:51 |
|
|
|
• "Bu cür bacarıqsız işçilərə “gözün üstə qaşın var” deyən olmur" - ETİRAZ VAR...
Dünən, 17:48 |
|
|
|
• Müdafiə Nazirliyindən iki şirkətə 2,8 milyon manatlıq sifariş - TƏFƏRRÜAT
Dünən, 17:41 |
|
|
|
• "Buna ciddi ehtiyac var" - Ekspert danışır...
Dünən, 17:37 |
|
|
|
• Porno saytın təsisçisi həbs olundu
Dünən, 17:19 |
|
|
|
• Keçmiş arvadı barışmadığı üçün onu bıçaqlayan kişi HƏBS OLUNDU - TƏFƏRRÜAT
Dünən, 17:13 |
|
|
|
• Eks-sevgilisindən Hidayətə ittihamlar: “550 min pulumu ələ keçirib, məni dəfələrlə döyüb” - FOTOLAR
Dünən, 17:02 |
|
|
|
• İmişlidə başçının adamı İTTİHAM OLUNUR - "Biabırçı vəziyyətdir..."
Dünən, 16:58 |
|
|
|
• Bu şirkətin 600 min borcu var: Rəhbərinə "stop" qoyuldu - TƏFƏRRÜAT
Dünən, 16:49 |
|
|
|
• Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Dünən, 16:34 |
|
|
|
• Kremlin Azərbaycandakı şəbəkəsi necə iflasa uğradı? - ŞOK FAKTLAR
Dünən, 16:18 |
|
|
|
• “Məktəbin bir hissəsində məcburi köçkün 2 min toyuq saxlayır, aidiyyəti orqanlar isə susur” - deputat
Dünən, 16:16 |
|
|
|
• Agentlik peyin almaq üçün tender keçirib - ALLAH BAZAR VERSİN...
Dünən, 16:09 |
|
|
|
• İcazəsiz klinikaların SONU: - “Biri əməliyyatxanada ad günü qeyd edir, digəri isə...”
Dünən, 16:07 |
|
|
|
• Hər iki ölkədə sülhə qarşı çıxanlar var - ŞƏRH
Dünən, 16:04 |
|
|
|
• Zəngəzur dəhlizi açılır: - Bakı və Vaşinqton “ikinci yola” çıxır
Dünən, 15:57 |
|
|
|
• Bakı Sağlamlıq Mərkəzinin xalis mənfəəti 6 dəfədən çox azalıb - HESABAT
Dünən, 15:49 |
|
|
|
• Paşinyan hökuməti Moskva ilə körpüləri tam yandırmamağa çalışır - ONA GÖRƏ DƏ...
Dünən, 15:45 |
|
|
|
• Sənət adamları bu klublara azarkeşlik edirlər - SİYAHI
Dünən, 15:42 |
|
|
|
• Ermənistan və NATO Cənubi Qafqazda təhlükəsizliyi müzakirə edib - KİV
Dünən, 15:40 |
|
|
|
• Dron hücumu ilə NATO-ya mesaj: - cəzasızlıq Moskvanı cəsarətləndirir
Dünən, 15:38 |
|
|
|
• Rus politoloq sarsaqladı – Azərbaycanın gücünü görməməzliyə vurmaq cəhdləri
Dünən, 15:33 |
|
|
|
• Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Dünən, 15:13 |
|
|
|
• Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Dünən, 15:07 |
|
|
|
• Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Dünən, 15:00 |
|
|
|
• Deputat özünə yeni sayt yaratdı - FOTO
Dünən, 14:58 |
|
|
|
• Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Dünən, 14:55 |
|
|
|
• ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Dünən, 13:36 |
|
|
|
• "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Dünən, 13:19 |
|
|
|
• Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Dünən, 13:16 |
|
|
|
• "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Dünən, 13:08 |
|
|
|
• Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Dünən, 13:01 |
|
|
|
• Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Dünən, 12:58 |
|
|
|
• Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Dünən, 12:45 |
|
|
|
• Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Dünən, 12:31 |
|
|
|
• Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Dünən, 12:22 |
|
|
|
• Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Dünən, 12:12 |
|
|
|
• 907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Dünən, 12:00 |
|
|
|
• Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Dünən, 11:59 |
|
|
|
• Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Dünən, 11:56 |
|
|
|
• Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Dünən, 11:52 |
|
|
|
• Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Dünən, 11:47 |
|
|
|
• "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Dünən, 11:46 |
|
|
|
• Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Dünən, 11:44 |
|
|
|
• “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Dünən, 11:40 |
|
|
|
|