Müştərilər üçün OPTİMAL TƏLƏ... .....                     Ekspertdən Elm və Təhsil Nazirliyinə ÇAĞIRIŞ .....                     Doğrudanmı, Zəngəzur dəhlizi ABŞ-a icarəyə verilir? .....                     BU NƏDİ BELƏ: Həkim fala baxır... .....                     "Paşinyanın Rusiyaya səfərləri ancaq Moskva ilə Bakı arasında gərginlik olduğu vaxt baş tutur" .....                     Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı .....                     Qafqazda ABŞ-Türkiyə-Rusiya qarşıdurması: Kim nə qazanacaq? .....                     Ev bazarında 100 min yeni 'KUPÇA'... .....                     Təyyarələr havaya qalxdı, silahlar hazırlandı .....                     "10 min cibimə qoyun, mən də gəlim" .....                     Cavid Qurbanovun oğluna yeni vəzifə verildi .....                     Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib .....                     Azərbaycanda bəzi siqaretlər bahalaşdı .....                     "Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" .....                     Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR .....                     Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib .....                     Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb .....                     “Naxçıvan Petrol”un rəhbəri dəyişdi .....                     14 milyonluq alış dayandı: .....                     Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq .....                     Məşhur prokurorun oğlu camaata pul atıb… .....                     Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? .....                     Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır .....                     “Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” .....                     Paşinyanın Rusiya səfərinin .....                     SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib .....                     Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? .....                     Rusiyanı məhkəməyə vermək istəyirik .....                     Dövlət Agentliyi “Bravo”ya protokol yazdı .....                     Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi .....                     Neft pulları HAVAYA SOVRULUB? .....                     İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib .....                     "Müştəri məmnuniyyətiniz HARDA QALDI?" .....                     “Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi .....                     Təmiz poqon, təmiz vicdan .....                     "Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik" .....                     FHN şefi Axundova GÖRƏV VERDİ .....                     Xarici qrant şəbəkəsi yenidən aktivləşdi .....                     Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi .....                     Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir .....                 

"Obyektlərə gedəndə qanunsuzluqlar aşkar edirdim..." - GİLEY
Tarix: 9-09-2019, 09:35 | Çap et
"Obyektlərə gedəndə qanunsuzluqlar aşkar edirdim..."
“Obyektlərə gedəndə qanunsuzluqlar aşkar edirdim. Bu qanunsuzluqların başında idarənin balans uçotu şöbəsinin müdiri Həbib Məmmədovun dayandığını bilirdim. Bu barədə rayonun işıq idarəsinin rəisinə də bildirirdim. O isə tədbir görəcəyinə söz verirdi. Mən bu qanunsuzluqlarla bağlı sosial şəbəkələrdə yazırdım. Nəticədə idarə rəhbərliyi qərara gəldi ki, bu qanunsuzluqlara son qoymaqdansa, məni işdən kənarlaşdırmaqla məsələni ört-basdır etsinlər”.

Cəlilabad rayonunun Uzuntəpə kənd sakini Kamran Ağayev 3 il həmin rayonun işıq idarəsində mühəndis-nəzarətçi işləyib. Onun deməsinə görə, işlədiyi müddətdə gördüyü qanunsuzluqlara göz yuma bilməyib, gördüklərini sosial şəbəkələrdə paylaşıb. Nəticədə özü işsiz qalıb. Bu azmış kimi, idarənin balans uçotu şöbəsinin müdiri Həbib Məmmədov onu məhkəməyə verib, həbs olunmasını tələb edir.

Karman Ağayev Dövlət Neft Akademiyasını bitirib. 2016-cı ilin fevral ayında idarəyə işə qəbul olunub. Xidməti ərazisi olan fermalarda və başqa obyektlərdə olarkən qanunsuzluqlar aşkar edib. Bununla bağlı Cəlilabad rayon Elektrik Şəbəkəsinin rəhbərliyinə məlumat verib:

“Həmin vaxt rəisimiz Aydın Məmmədov idi. Mən ona qanunsuzluq barədə xidməti məruzə etdim. Həbib Məmmədov məni dəfələrlə kənara çəkib xəbərdarlıq etdi ki, “nə gördün, yum gözünü, keç, sənlik deyil”. Mənsə bildirdim ki, xidməti ərazimdə kimsə dövlətin əmlakıyla şəxsi əmlakı kimi davrana, qanunu poza bilməz. Ondan sonra Həbib Məmmədov mənimlə qərəzçilik aparmağa başladı”.

Kamran Ağayev deyir, qərəzçilik bu ilin iyulunda onun işsiz qalmasına səbəb olub:

“İyun ayının 29-dan bülletendə olmuşam, həmin vaxt əlinə girəvə düşən idarə rəhbərliyi mənim barəmdə təqdimat yazaraq işdən çıxarılma əmrimi imzalayıb. Çünki rəis özü sonralar mənə etiraf etdi ki, Kamran, səninlə bağlı təqdimatı mənə Həbib yazdırdı, yoxsa yazmazdım. Rəhbərliyin bu hərəkəti növbəti qanunsuzluq idi, çünki mən bülletendə ola-ola işdən azad etmişdi. Cəlilabad rayon Elektrik Şəbəkəsində baş verən qanunsuzluqla bağlı prezidentə, prokurora, “Azərişıq” ASC-yə, Energetika Nazirliyinə və başqa qurumlara yazdım. Yazdıqlarıma yalnız Energetika Nazirliyindən reaksiya oldu. Yoxlama keçirildi və sadaladığım qanunsuzluq faktları təsdiqləndi”.

Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialının rəisi Elçin Qocayev sentyabrın əvvəli Kamran Ağayevə göndərdiyi məktubda qeyd edib ki, onun prezidentə və digər qurumlara ünvanladığı müraciətlər bu filiala yönəldilib. Müraciətdə qaldırılan məsələlər araşdırılıb. Qeyd olunan qanun pozuntuları təsdiqlənib, Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Maarif Novruzov və balans uçotu şöbəsinin rəisi Həbib Məmmədov barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Məktubun sonunda bildirilib ki, Cəlilabad Elektrik Şəbəkəsinin əməkdaşlarının fəaliyyətinin araşdırılması, onların barəsində hər hansı intizam tənbehi tədbirlərinin görülməsi Energetika Nazirliyinin səlahiyyətlərinə aid deyil. Kamran Ağayevə tövsiyə edilib ki, bunun üçün o, aidiyyəti qurumlara müraciət edə bilər.

Kamran Ağayev energetika nazirinin qəbulunda olduğunu da deyir: “Pərviz Şahbazov dedi ki, biz qanunsuzluqları aşkar edib aktlaşdırmışıq, bundan o tərəfə addım atmaq bizim səlahiyyəmizə aid deyil. İşdən çıxarılmağına gəlincə, get, məhkəməyə ver. Bugünədək Pərviz Şahbazovdan başqa heç bir qurum, nazir müraciətlərimlə maraqlanmayıb. Bu cəzasızlığın nəticəsidir ki, mənimlə qərəzçiliyi hələ də davam etdirən Həbib Məmmədov guya ona böhtan atmağıma görə məni xüsusi ittiham qaydasında şikayət ərizəsiylə məhkəməyə verib, 3 illik həbs olunmağımı tələb edir. Halbuki, dediyim kimi, idarənin qanunsuzluqlarını Energetika Nazirliyi də təsdiqləyib”.

Həbib Məmmədovun şikayət ərizəsi üzrə Cəlilabad Rayon Məhkəməsində iki dəfə məhkəməyə hazırlıq iclası təyin olunub. İlk iclas avqustun 29-na təyin olunsa da, Kamran Ağayevin yaşadığı ünvana bildiriş avqustun 31-də gəlib. Bu səbəbdən də hazırlıq iclası baş tutmayıb. Hazırlıq iclası növbəti dəfə sentyabrın 5-nə təyin olunub, ancaq bu dəfə Həbib Məmmədov hazırlıq iclası başlamamışdan məhkəmə binasını tərk edib və qayıtmayıb. Hakim iclası növbəti dəfə sentyabrın 17-dək təxirə salıb.

İki ay əvvəl Kamran Ağayev də işə bərpa ilə bağlı məhkəməyə müraciət edib. Ancaq deməsinə görə, işi icraatına götürən hakim iki aydır ki, məhkəməni keçirmir.

Kamran Ağayevin ailə üzvləri deyir, Cəlilabad Elektrik Şəbəkənin rəisi yaşadıqları ünvana gələrək onlardan tələb edib ki, Kamrana təzyiq göstərsinlər, şikayətlərini dayandırsın. Bundan başqa, Həbib Məmmədovun tapşırığıyla polislər ünvana gələrək Kamran Ağayevi polis şöbəsinə aparıblar. Anası danışır:

“Həbib Məmmədov rayonda at oynadır, ailəmizə zülm eləyir. Həyətimizə o qədər polis tökmüşdü ki… Kamranı elə apardılar ki, sanki qatı cinayətkar, qatil tutublar. Evdə ruhi xəstə var, baş verənlərdən vəziyyəti ağırlaşmışdı, mən həmin vaxt qorxmuşdum, əsəb, sarsıntı keçirmişdim, indiyə kimi də yüksək təzyiqdən, şəkərdən əziyyət çəkirəm. Bu uşağın günahı nədir ki?.. Düzgünlük… Gördüyü əyriliyə, saxtakarlığa göz yummamaq…”

Kamran Ağayevin atası da vaxtilə yerli işıq idarəsində elektrik kimi çalışıb. Qanunsuzluqlara görə ərizə yazaraq könüllü işdən çıxıb.

Cəlilabad Elektrik Şəbəkəsindən bildirilib ki, Kamran Ağayevin əmək əmək müqaviləsinin müddəti bitib, “Azərişıq” ASC rəhbərliyi onunla yeni müqavilə imzalamayıb. Balans uçotu şöbəsinin müdiri Həbib Məmmədovsa bildirib ki, Kamran Ağayevin iddia etdiyi bütün məsələlərə Cəlilabad Rayon Məhkəməsi hüquqi qiymət verəcək. Bu səbəbdən də o, iddialara münasibət bildirməyib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Müştərilər üçün OPTİMAL TƏLƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 07:04
Ekspertdən Elm və Təhsil Nazirliyinə ÇAĞIRIŞ - "Onlar da sertifikasiyaya cəlb olunsun"
Bu gün, 06:57
Doğrudanmı, Zəngəzur dəhlizi ABŞ-a icarəyə verilir? - AKTUAL
Bu gün, 06:55
BU NƏDİ BELƏ: Həkim fala baxır... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:53
"Paşinyanın Rusiyaya səfərləri ancaq Moskva ilə Bakı arasında gərginlik olduğu vaxt baş tutur" - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:45
Paşinyan Anna ilə niyə evlənmədiyini açıqladı - KİV
Bu gün, 06:41
Qafqazda ABŞ-Türkiyə-Rusiya qarşıdurması: Kim nə qazanacaq? - İNCƏLƏMƏ
Bu gün, 06:37
Ev bazarında 100 min yeni 'KUPÇA'... NƏYİ DƏYİŞƏCƏK...
Bu gün, 06:34
Təyyarələr havaya qalxdı, silahlar hazırlandı – Paşinyandan Rusiyaya ağır zərbə
Bu gün, 06:30
"10 min cibimə qoyun, mən də gəlim"
Bu gün, 00:12
Cavid Qurbanovun oğluna yeni vəzifə verildi - ƏMR
Bu gün, 00:07
Qaradağ rayon Ağsaqqalar Şurasının növbəti hesabat-seçki yığıncağı keçirilib
Dünən, 20:54
Azərbaycanda bəzi siqaretlər bahalaşdı - YENİ QİYMƏT
Dünən, 20:49
"Qurani-Kərimdə ehsan və ya yas süfrəsi haqqında birbaşa bir ayə yoxdur" - İsrafçılığa qurulan "məclis"...
Dünən, 18:16
Rusiya Azərbaycandan rəsmi qaydada ÜZR İSTƏMƏLİDİR - Başqa cür ola da bilməz...
Dünən, 18:04
Paşinyan II Qaregini dəyişdirmək üçün təkliflə çıxış edib
Dünən, 17:58
Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb - MEDİA
Dünən, 17:54
“Naxçıvan Petrol”un rəhbəri dəyişdi - BUNDAN SONRA...
Dünən, 17:49
14 milyonluq alış dayandı: - Nazirliyin tenderləri niyə ləğv edildi?
Dünən, 17:47
Azərbaycanın bu ərazisi üstündə İran Ermənistanla savaşacaq – Vəziyyət gərginləşir...
Dünən, 17:44
Məşhur prokurorun oğlu camaata pul atıb… - FOTO
Dünən, 17:38
Trampın paylaşımı və Azərbaycan prezidentindən cavab: nə baş verir? - GƏLİŞMƏ
Dünən, 17:29
Tələbələrə verilən cəmi 7 gün: Universitetlər ciddi problem yaradır - AKTUAL
Dünən, 17:21
“Çox istərdim ki, birinci mərhələdə Ağdam şəhərinə köçürülənlər sırasında olum” - Ağdamın sabiq deputatı
Dünən, 17:19
Paşinyanın Rusiya səfərinin PƏRDƏARXASI
Dünən, 17:05
SOCAR-ın vitse-prezidentləri “Azər Türk Bank”ın rəhbərliyinə təyin edilib - BUNDAN SONRA...
Dünən, 17:01
Xadimələrə maşın yuduzduran direktor “Tərəqqi”ni necə alıb? – Nazirlik susur
Dünən, 16:57
Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası
Dünən, 16:51
Dövlət Agentliyi “Bravo”ya protokol yazdı – Məhsulu müştəriyə baha satıb
Dünən, 16:49
Ədliyyə Nazirliyinin İstintaq idarəsinə rəis təyin edildi - ƏMR
Dünən, 16:46
Neft pulları HAVAYA SOVRULUB? - NHMT sədri BU DƏFƏ...
Dünən, 16:42
İstanbulda Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Dünən, 16:33
"Müştəri məmnuniyyətiniz HARDA QALDI?" - NARAZILIQ VAR...
Dünən, 16:31
“Embawood” qüsurlu malı geri götürməkdən imtina etdiyinə görə cərimələndi
Dünən, 16:28
Təmiz poqon, təmiz vicdan - Müdrik hökumətimizə atəşin alqış və təşəkkürlər
Dünən, 16:25
"Elgizlə gedib ərəb ölkəsində dilənçilik etmək istəyirdik"
Dünən, 16:21
FHN şefi Axundova GÖRƏV VERDİ - ƏMR
Dünən, 16:17
Xarici qrant şəbəkəsi yenidən aktivləşdi - Azərbaycana gizli gətirilən pullar BELƏ İFŞA EDİLDİ
Dünən, 16:15
Azərbaycanlı iş adamı klubu aldı, oğlunu transfer etdi - DETALLAR
Dünən, 16:11
Füzuli Ələkbərovun şirkəti 470 minlik borcu ödəmir - Sabiq nazirin biznesdəki problemləri
Dünən, 16:09
Fazil Məmmədovdan sonra böhran yaşayan “Synergy Group” - 3 milyondan çox borc yaranıb
Dünən, 16:08
Magistratura səviyyəsinə elektron sənəd qəbuluna sabahdan start verilir - DİQQƏT!
Dünən, 15:36
Bəlkə Azərbaycan XİN hərəkətə keçə... - AKTUAL
Dünən, 15:34
Deputat sülh müqaviləsindən danışdı: - ""Top" Ermənistandadır"
Dünən, 14:47
"Şlyapa Zahid"in tələbi rədd edildi: 42 milyonluq MƏNİMSƏMƏ İŞİ - TƏFƏRRÜAT
Dünən, 14:40
Niderland Azərbaycana yeni səfir təyin edib
Dünən, 14:37
Rusiyada vətəndaşların kredit borcu "qartopuna" çevrilib
Dünən, 14:34
ABŞ senatorlarından Azərbaycana qarşı təxribat - YENİ GƏLİŞMƏ
Dünən, 14:24
Şərura prokuror təyin olunub - BUNDAN SONRA...
Dünən, 14:21
Beyləqanda 39 yaşlı kişi özündən 24 yaş kiçik qızla ailə qurdu: “Mənimlə birlikdə...” - TƏFƏRRÜAT
Dünən, 14:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru