İsrailin İrana növbəti hücumunun vaxtı bilindi .....                     AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği .....                     Ərdoğan Qətərə səfər edəcək .....                     Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                     “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” .....                     Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi .....                     Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib .....                     Bakı AŞ PA ilə barışır? .....                     Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? .....                     Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil .....                     UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... .....                     "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? .....                     Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA .....                     Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                     Ermənistanda absurd savaş xəyalları... .....                     Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır .....                     Revanşist ermənilər: nə qədər praqmatikdirlər? .....                     Zəngəzur dəhlizi an məsələsidir... .....                     Peşə təhsili siyasəti iflas həddində... .....                 

Məşhur YAP-çı: ”Siraqəddin Cabbarovdan məni qoruyun” - QALMAQAL
Tarix: 2-09-2019, 09:43 | Çap et
Məşhur YAP-çı: ”Siraqəddin Cabbarovdan məni qoruyun”
Siraqəddin Cabbarov adı Aran zonasında kifayət qədər məşhurdur. Onunla tanışlıq üçün internet resurslarında qısa ekskursiya kifayətdir.

Cabbarovun adı adam döydürmək, qəbuldan qovmaq, büdcə vəsaitini mənimsəmək, müxalifətçinin toyunu pozmaq və s. hadisələrə qədər hallanıb.

Bütün bu informasiyalar onun Saatlının icra başçısı olduğu dövrdə yayılıb. Rayon əhalisi S.Cabbarovdan kütləvi şəkildə narazı idi və onun bu rayondan göndərilməsi əsl toy-bayram olmuşdu.

Hərçənd, sakinlərin arzusu ürəyində qaldı, çünki yerinə Sabirabaddakı həmkarı, əməllərində ondan çox da geri qalmayan Nazim İsmayılov gətirildi.

S.Cabbarovun isə Saatlıya İH başçısı təyin olunması çoxlu suallar doğurdu. Güman olunurdu ki, eyni əməlləri Sabirabadda təkrarlamayacaq. Lakin gələn məlumatlar, müraciətlər belə demir.

Bu müraciətlərdən birinin müəllifi Sabirabadın məşhur YAP üzvü, rayonun fəallarından, ağsaqqallarından hesab olunan Abuzər Əhədovdur. O, Sabirabadın Şəhriyar kənd sakinidir.

A.Əhədov Reportyor.info-ya video müsahibəsində rayondakı vəziyyətdən, S.Cabbarovun fəaliyyətindən danışıb. Onunla söhbətimizi təqdim edirik:


– Abuzər müəllim, özünüzü təqdim edin…

– Mən uzun müddət müxtəlif vəzifələrdə işləmişəm. Quşçuluq stansiyasının müdiri postundan poçt direktoruna qədər vəzifələr tutmuşam. Bu günə kimi də vicdanla xidmət eləmişəm və dövlətimə bağlı olmuşam. Ulu öndərimiz Heydər Əliyevin əsgəri olmuşam, Bəylər Əyyubovun mühafizə xidmətində fəaliyyət göstərmişəm.

Heydər Əliyevin gəlişində bizim əməyimiz olub, onu qaragüruh, təxribatçı qüvvələrdən qorumuşuq.

Və indiyə qədər tutduğum vəzifələrdə bir qəpik də dövlətin malında gözüm olmayıb, qapımda velosipedim belə yoxdur.

Amma bu gün bir çox məmurlar var ki, dövlətdən talan elədikləri pulla varlanıblar, mal-mülk, biznes sahibi olublar. Onlar imkan vermir ki, əhali rahat yaşasın. Belələri bizim rayonda da var.

– Kimləri nəzərdə tutursunuz?

– Biri elə başımıza bəla gələn Sabirabadın təzə icra başçısı Siraqəddin Cabbarovdur. Gələn gündən əhaliyə qənim kəsilib, adamları döyməyə, təhqir etməyə başlayıb. Saatlıdakı işini davam etdirir.

Onun I müavini Həsən Həsənov da əsas köməkçisidir. Həsən Həsənov Siraqəddin Cabbarova məni səhv təqdim edib.

Guya qorxaq adamam, pis adamam. Biz kənd sakinləri ilə 15 nəfər onun qəbuluna gedəndə başçə çatar-çatmaz məni vurdu.

Bu ağsaqqal yaşımda məmurdan zərə gördüm və mənə əl qaldırmağa xəcalət çəkmədi. Çünki Saatlıda adam döymək onun üçün adi hal idi, Sabirabadda da onlarla adamı vurub.

Siz təsəvvür edin ki, mən güc-bəla canımı qurtardım, camaatın içində gizləndim. Həsən Həsənov ona nə məruzə eləmişdisə, artıq hazır vəziyyətdə bizi qarşıladı. Onun borcu vətəndaşları dinləmək, problemini həll eləməkdir. Biz ona sözümüzü deyə bilmədik.

O hadisədən bəri Cabbarovun əlindən doğma Sabirabadımda yaşaya bilmirəm. Gah bir içki düşkününə pul verdi ki, məni vursun. O adam da pulu götürüb aradan çıxıb, camaat içində deyib ki, ağsaqqala əl uzatmaram. Sonra maşınla sui-qəsd eləməyə cəhd göstərdi, polisə müqavimətlə tutdurmaq istədi.

Bütün bunlar alınmayanda məhkəməyə əl atmağa hazırlaşır. Siraqəddin Cabbarovun məqsədi nədir, bilmirəm, mənə “gün verir, işıq vermir”.

Görünür ki, rayonda həqiqəti deyə adam olmasını istəmir, hamını gözüqıpıqlı eləmək fikrindədir. Bu da alınmaz.

– Bəs, onun gəlişi Sabirabadda yaxşı mənada nəyi dəyişib, hansı işlər görülür?

– “Yaxşı” mənada o dəyişib ki, gələndən pul yığmaqla məşğuldur. Sabirabad üçün heç bir iş görməyib. Direktorlardan pul yığdırır. Hər gün maşın dəyişir, amma gözü doymur.

Mən də vəzifələrdə olmuşam, amma qapımda bir maşınım yoxdur. Ancaq bu adamların sərvəti misilsizdir.

Onun I müavini Həsən Həsənovun Binəqədidə, Badamdarda, aeroport yolunda evləri var, rayondakıları hələ demirəm. Bu adamın rayonda adı “Qəmlo”dur. Cabbarov da “kərbəlayı İsmayıl” kimi özünü aparır.

Bu məmurlar hesabat verməlidirlər ki, hansı pulla mal-mülk qazanmısan. Qoymaram ki, dövlətin pulunu yeyib xalqı aldadasınız.

Mənə deyir ki, nədən narazısan, oğlun “Dost” mərkəzdə işləyir, özün pensiya alırsan. Bunu deməyin özü ayıbdır.

Bəs sənin sərvətlərin haradandır? Bax, bunları deməyim onların xoşuna gəlmir. Mən özümü təhlükədə hiss edirəm.

Dövlətdən istəyim odur ki, Heydər Əliyevçi, YAP-a sədaqətli, dövlətə sadiq bir ziyalı kimi mənə sahib çıxsınlar. Bu gedişlə icra başçısı məni hansısa yolla öldürməyə qalxacaq.

Mənə sahib çıxın, fəryadımı eşidin! Saatlıda bu cür əməlləri çox olub, indi Sabirabada keçib. Bu məmuru durdurmaq lazımdır.

– Onun Saatlıda konkret əməlini açıqlaya bilərsiniz?


Saatlıda işlədiyi dövrdə 20 nəfər tutdurmuşdu. Kim ondan şikayətçidirsə, kim haqqını tələb edirsə, kim qəbuluna gəlib sözü üzünə deyirsə, onun düşməni idi.

Gah vətəndaşa sutkalıq həbs verdirirdi, gah qoçuları vasitəsi ilə hədələyirdi. Bilmək olmur ki, prezidentin səlahiyyətli nümayəndəsidir yoxsa qolçomaqdır.

Cənab İlham Əliyev ona rayonu tapşırıb ki, işləsin, xalqı dinləsin, şikayətçini eşitsin. Bu isə qapıdan qovur, tutdurur. Saatlıda dostumuz Abbasəli Həsənovun axırına çıxdı.

Onun obyektini buldozerə verib şumladı. İnsandır da, min əziyyətlə tikib qurmuşdu, çörək yeri idi, sahibkarlıq fəaliyyəti ilə məşğul olurdu. Bir işi qurmaq indiki zəmanədə nə qədər ağırdır.

Amma Cabbarov obyektini yerlə-yeksan elədi. O bədbəxt də stress keçirdi, yolda başı yerə dəydi, qəfildən öldü. İnsanları bax belə-belə məhv edirlər. İndi də Sabirabada “qan uddurmağa” gəlib.

Bütün pullar onun kimi məmurlardadır, camaat isə dolanışığa pul tapmır. Prezident bu millətdən ötəri canını qoyub, bu məmurlar isə onun əleyhinə gedirlər.

Siraqəddin Cabbarov normal adam deyil, insanlarla kobuddur, qəbuluna gələni hədələyir, döyür.

Cənab prezident, sənə qurban olum, Heydər Əliyevin goruna qurban olum, mənə kömək eləyin, bu adamdan xilas eləyin, dövlətimə fəryad edirəm.












 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37
"Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp MALALAYIR
Bu gün, 06:32
Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib - KİV
Bu gün, 06:21
ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru