Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                     Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: .....                     Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                     “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? .....                     Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq .....                     Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi .....                     Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                 

"Oğlumun intiharına səbəb olanlar cəzasız qalıb" - GİLEY
Tarix: 13-06-2019, 10:48 | Çap et
"Oğlumun intiharına səbəb olanlar cəzasız qalıb"
”Oğlumu evimizin içində, həyat yoldaşının gözü önündə döydülər. Sonra şərlədilər. Dözməyib, intihar etdi. Amma özünü öldürməyə sövq etdirməklə bağlı kimsə cəza almadı”.

Göyçay rayonunun Hacıağabəyli kəndinin sakini Firəngiz Fətəliyeva belə deyir. O, oğlunun intihara sövq edildiyini, buna rəğmən yerli məhkəmələrin işi ədalətli araşdırmadığını söyləyir.

F.Fətəliyeva deyir ki, əvvəl gündən onların işinə soyuq yanaşılıb. Əvvəlcə Göyçay Rayon Prokurorluğu işi doğru-dürüst araşdırmayıb, sonra da məhkəmələr.

“Hadisə ötən il iyunun 20-də olub. Qonşu ailənin 7 nəfər üzvü oğlumun evinə hücum edərək onu yatağının içində döyüb, ölümcül etdilər. Guya gəlinlərinə sataşıb. Xəstəxanaya apardıq, baxan olmadı. Sonra polisə apardılar. Puldan basıb polislə hədələdilər. Oğlum da dözmədi, intihar etdi. O gün, bu gündür qalmışıq idarələrdə, məhkəmələrdə, ədalət axtarırıq. Ancaq ədaləti bərpa edən yoxdur”.

Ana deyir ki, oğlu döyüləndən sonra xəsarət dərəcəsini müəyyən emək üçün ekspertizaya müraciət ediblər. Həmin ekspertiza rəyini belə bugünədək ala bilmirlər:

“Məhkəmə deyir, prokurorluqdan, prokurorluq deyir, məhkəmədən alın. Nəhayət, Göyçay Rayon Məhkəməsi evə hücum edən 7 nəfərdən 4-ü haqqında qərar verdi. Evə basqın edib, adam döyməyə görə sataşdığı deyilən gəlinin qardaşı və həyat yoldaşına 6 ay həbs, 2 nəfər qadına isə inzibati cəza kəsildi. Onlar ictimai işlərə cəlb edildilər. 33 yaşlı, yeni evli övladımın ölümünə səbəb olublar. 6 ay həbs cəzası və ictimai işlər nədir ki, bunun yanında? Üstəlik, evə hücum edən 7 nəfərin cəmi 4 nəfəri cəza alıb. Buna da cəza demək olarsa. Evə hücum edib, şəxsə yüngül xəsarət yetirmək adı ilə… Sonrasını düşünən yoxdur”.

Firəngiz Fətəliyeva məhkəmənin qərarı ilə razılaşmadığından apelyasiya şikayəti verib. Şəki Apelyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb:

“Biz bununla da razı deyilik. Odur ki, Ali Məhkəməyə müraciət etmişik. Yenə ədaləti bərpa etməsələr, sona, Avropa İnsan Haqları Məhkəməsinədək gedəcəyik. Bizim işimizi düzgün araşdırmırlar, ört-basdır edirlər. Mən buna imkan verməyəcəyəm. Günahkarların cəzasını layiqincə çəkməsini istəyirəm”.

2018-ci il iyunun 20-də baş verən hadisəni Firəngiz Fətəliyeva belə xatırlayır:

“Oğlum Anar Fətəliyev evində yatıbmış. Qonşu ailə evlərinə girərək oğlunu yataqdaca döyüb. Bu, səhər saat 10-da olub. Yazıqda salamat yer qoymamışdılar. 7 nəfər olublar. Onlara necə müqavimət göstərmək olardı? Uşağı stəkanla, daşla al qana boyayıblar. Sonra da çıxıb gediblər. Səbəb kimi də deyiblər ki, guya mənim oğlum səhər tezdən gedib onların gəlininə sataşıb. Halbuki, yazıq uşaq fəhləlikdən yorğun düşüb yatıbmış. Biz onu xəstəxanaya apardıq, vəziyyəti pis idi. Xəstəxanada da normal yiyə durmadılar. Elə bir az özünə gəlmişdi ki, polis gəlib apardı. Axşam heç nə sübut edə bilmədiklərinə görə buraxdılar”.

Ana deyir ki, xəsarət alan oğlunu xəstəxanaya aparıblar. Ancaq orada da ona yaxşı baxan olmayıb:

“Çox soyuq yanaşdılar. Elə bil xalq düşməni idi. Əsasən də ona atılan şərə görə çox pis çökmüşdü. Daha sonra isə hədələr dayanmadı. Polisə ifadəsi zamanı da oğlumu hədələmişdilər”.

Ana bu sözləri oğlunun intihardan öncə yazdığı məktubla əsaslandırır. Deyir, oğlu həm ona atılan şərə, həm də hədələrə dözməyib, intihar edib:

“İntihar etdiyi gün balaca bir vərəqə bir neçə cümlə yazmışdı: “Mən belə yaşaya bilmərəm. Mənə şər atdılar, böhtan atdılar. Məni hədələdilər. Mənə bundan sonra yaşamaq çətindir” – yazmışdı və 2 ay öncə tikdirdiyi tövlədə özünü asmışdı”.

Ana bildirir ki, məhkəmə və prokurorluq istintaqı ədalətli aparmayıb:

“Deyirəm, adam göndərilsin, ekspert gəlsin kəndimizə. Oğlumu qonşudan, dostdan-tanışdan, qohumlardan, nə bilim, sinif yoldaşlarından, kənd camaatından soruşsunlar. Belə bir şey edə bilən oğul olub, olmadığını araşdırsınlar. Bizi dindirsinlər, məsələnin kökünə getsinlər. Heç bir iş görülmür, iş araşdırılmır. Qarşı tərəf iddia edir ki, 3 uşaq anası olan gəlinlərinə sataşıb. Onun evinə səhər saat 10-da girib. Əgər eləydisə, onun evinə niyə həmin vaxt yox, saatlar keçəndən sonra gəliblər? Baş Prokurorluğa da yazmışam. Ədalətli istintaq tələb edirəm. Ancaq baxan, maraqlanan yoxdur”.

F.Fətəliyeva deyir ki, indiyə qədər qonşu ilə hər hansı düşmənçilikləri olmayıb. Oğlunun qapı qonşusu həmin ailənin yaxınıdır:

“Araları yaxşı idi. Gediş-gəlişləri vardı. Birdən-birə nə oldu, bilmirəm. Evli uşaqdı, gül kimi həyat yoldaşı vardı. Başqasına, özü də evli, 3 uşaq anasına niyə baxsın ki? Mənim övladımı intihar həddinə çatdırıblar. Burada ona şər atanların da, polisin də günahı var. Ancaq buna baxmayaraq ədalətli qərar verilmədi. Anarı özünü öldürmə həddinə çatdırmış bir qrup şəxsləri cinayət məsuliyyətindən kənarda saxladılar. Digərlərinə isə yüngülvari cəza verib, işi bağladılar. Bu ədalət harada yazılıb?”

F.Fətəliyeva ana kimi Prezident İlham Əliyevdən, onun xanımı Birinci vitse-prezident Mehriban Əliyevadan, Ədliyyə Nazirliyi və Baş prokuror Zakir Qaralovdan rica edir ki, oğlu Anar Fətəliyevin özünü asaraq öldürməsi ilə bağlı məhkəmənin ədalətli qərar çıxarmasına və işin yenidən araşdırılması ilə bağlı göstəriş versinlər:

“Ana kimi bağrım çatlayır. Mənim övladımı göz görə-görə ölüm həddinə çatdırmış insanların yüngülvari cəza ilə işin içindən çıxmasına izin verməyin. Bizim kəndimizdə cəmi 40-50 ev, 300-400 sakin var. Yalvarıram, gəlib araşdırsınlar. Mənim oğlum kiminsə qızına, gəlininə sataşacaq biriydimi? Niyə haqsız yerə ölümünə səbəb oldular? İndi hamı həyatına qaldığı yerdən davam edir. Biz isə bədbəxt olduq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Bu gün, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Bu gün, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Bu gün, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Bu gün, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Bu gün, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Bu gün, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Bu gün, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Bu gün, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Bu gün, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Bu gün, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Bu gün, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Bu gün, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Bu gün, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Bu gün, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Bu gün, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Bu gün, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Bu gün, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Bu gün, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Bu gün, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru