Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib .....                     Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI .....                     Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? .....                     Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? .....                     Ter-Petrosyandan Paşinyana xəbərdarlıq .....                     Kreml FAKT QARŞISINDA .....                     Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? .....                     Tanınmış ekspert deputatı BİABIR ETDİ... .....                     Xırdalanda yolların təmirinə 1,5 milyon manat .....                     Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq .....                     Dilarənin bikinili fotoları... .....                     Gəncə təhsilini bazara çeviriblər... .....                     Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı .....                     Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: .....                     Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                     “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? .....                     Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq .....                     Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi .....                     Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                 

Özünü doğrulda bilmədi... - Bizə isə təhsilimizin gününə ağlamaq düşər...
Tarix: 1-06-2019, 10:33 | Çap et
Özünü doğrulda bilmədi...
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Amma bu gün uşaqları onlara təlim - tərbiyə verməli, cəmiyyət üçün yetişdirməli olan müəllimlərdən, direktorlardan müdafiə etmək məcburiyyətindəyik.
Bu təhlükə tendensiyaya çevrilir. Təhsil ocaqları uşaqlar üçün qorxu yuvalarına, işgəncə ocaqlarına çevrilməkdədir.
İndi valideynlər övladlarını ətraf mühitin mənfi təsirlərindən, küçənin pisliklərindən qorumaqla bərabər məktəb müəllimlərinin, direktorlarının caynağından xilas yolları axtarmaqdadır.
Anaxeber.info oxucuları da razılaşar ki, bu, bir millətin gələcəyinin faciəsinin başlanğıcıdır. Çünki vətəndaşlar özlərinin və uşaqlarının səhhətini yerli həkimlərə etibar etmədiyi kimi müəllimlərinə də güvənmirlər.
Lakin sabah hər kəs 1 iyundan, uşaqların müdafiəsindən, onlara dövlət qayğısından bəh-bəhlə danışacaq, “ağzına çullu dovşan” sığmayacaq.
Onlar unudacaqlar ki, başda Təhsil Nazirliyinin başbilənləri olmaqla məktəb direktorlarının, müəllimlərin göstərdiyi “qayğı” nəticəsində Elina intihar elədi, elinalar bu faciədən dəhşətli psixoloji travma aldılar, valideynlər xüsusilə qız övladlarına nəzarəti, məktəbdə basqı olub-olmadığına diqqət yetirməyi dərs götürdülər.
Hər bir ata həyəcanlanmağa başladı ki, onun məktəbli qızı Elinanın taleyini yaşaya bilər. Ən ağrılısı buydu ki, nazirlik insanları sakitləşdirmək, maarifləndirici işlər aparmaq, şagird-müəllim münasibətlərini nizama salmaq üçün addımlar atmadı. Sanki Elinanın özünü öldürməsi məişət zəminində bir hadisəymiş. Bu, ciddi sosial mesaj, həyəcan təbili idi.
Axı Elina tək deyildi. Onun faciəsindən sarsıntı keçirən yüzlərlə məktəbli qızlar oldu, müəllimlərə, direktorlara aşkar şəkildə heç bir sərt qulaqburması verilmədi. Əksinə, növbəti müəllim işgəncəsi təkrarlandı.
Söhbət Bakının Nərimanov rayonundakı 36 saylı məktəbin birinci sinif şagirdi balaca Ləmana müəlliməsi Arifə İsmayılovanın təzyiq göstərməsindən gedir.
A.İsmayılova ailəsinin yoxsul olmasına görə Ləmanın az pul gətirməsindən narazı qalır, məktəblini ayrı-seçkiliyə məruz qoyur, döyür, psixoloji təzyiq göstərirmiş.
Məktəblinin bullinqə məruz qoyulması səbəbinin isə onun kasıb olması, digər uşaqlar 50-100 manat verəndə Ləmanın anasının 10 manata gücünün çatması olub.
Hətta məktəblinin anası Oksana Paşayeva ilə müəllimənin sözləri çəpləşib, A.İsmayılova ondan Ləmanı bu məktəbdən çıxarmağı tələb edib.
Dəhşətlidir. Hadisənin ictimailəşməsi 36 saylı məktəbin direktoru Emilya Səfərəliyevanı hərəkətə keçirir, Ləmanın evinə baş çəkir, könlünü alır, növbəti intihara bərabər basqının olduğu dolayısı ilə təsdiqlənir.
Direktorun Ləmangilə getməs sübut edir ki, qızcığaz məktəbdə müəlliməsinin təzyiqləri ilə üzləşib. Bu “nümunə” bir çox məktəblərdə yaşanır, kütləvi hal alıb, kimisi səsini çıxarmır, kimisi şikayət eləmir.
Təhsil ocaqlarını rüşvət yuvasına, bazara çevirənlər, tədrisdən başqa hər şey öyrədənlər Azərbaycanın gələcəyini, yeni nəsli necə məhvə sürüklədiklərinin fərqindədirlər.
Sadəcə, rüşvətə bulaşmış təhsil sistemi bunu diqtə edir. Maliyyəçi Ceyhun Bayramovun təhsil naziri vəzifəsinə gəlişindən sonra baş verənlər göstərdi ki, onun dərinləşməkdə olan böhranı aradan qaldırmaq gücü yoxdur.
Elinalar, Ləmanlar tək deyillər. Nazirlik xüsusi proqram əsasında fəaliyyət göstərməli, bu istiqamətdə narahatlıq doğuran, valideynləri təşvişə salan problemləri aradan qaldırmalıdır.
Məktəblər uşaqlar üçün girovluğa çevrilməməlidir. Hər bir valideyn övladını dərsə göndərir ki, təhsil alsın, müəllimin yumruq-şilləsini yeməsin, intihara təhrik edilməsin.
Pula görə uşaqları sıxışdırmaq nanəciblikdir. Bir millətin gələcəyini məhv etmək istəyirsənsə, təhsilini əlindən al şüarı artıq dərimizə işləyib, üzərimizdə bu “təcavüzü”, “terroru” hiss edirik. Təhsil naziri tərəfindən hansı ciddi bir bəyanat olub?
C.Bayramov təhsil şöbələrinin “bazarkom” sədrləri, məktəblərin alverçi direktorları, “kassir” müəllimləri barəsində hansı kompleks addımlar atıb?
Nazirlik kortəbii fəaliyyət göstərir, heç bir proqramı, konsepsiyası yoxdur, ört-basdır, malalama siyasəti yürüdürlər, özlərinə yaxın KİV-lərdə piarlarını təşkil edirlər.
Allahınızı sevərsiniz, bununla nəyə nail olmaq mümkündür, kimi aldadırsınız??? Ümumiyyətlə, məktəblərdə bullinqlər araşdırılmır, monitorinqlər aparılmır, komissiyalar təşkil edilmir.
Bakının və bölgələrin əksər məktəbləri Misir Mərdanov dövrünün qaydaları ilə işləyirlər. Amma insafən, Mərdanov dönəmində müəllimin şagirdi cəzalandırması, döyməsi faktlar istisna halda olardı. Bu gün internet resurslarında kifayət qədər faktlar tirajlanıb.
Elinanın qanının batırılması, direktorun həbs edilməməsi, eləcə də Ləmana təzyiq göstərilən məktəb direktoruna xəbərdarlıq edilməklə kifayətlənilməsi bu başıpozuq təhsil sistemində belə hallara son qoyulmayacağı qənaəti yaradır....
Anaxeber.info










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Bu gün, 19:52
Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 19:49
Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Bu gün, 19:45
Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Bu gün, 19:43
Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Bu gün, 18:03
Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Bu gün, 18:02
Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Bu gün, 18:00
Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Bu gün, 17:56
Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Bu gün, 17:49
Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Bu gün, 17:47
Dilarənin bikinili fotoları... YAYILDI...
Bu gün, 17:39
Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Bu gün, 17:32
Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Bu gün, 17:22
Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Bu gün, 17:16
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Bu gün, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Bu gün, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Bu gün, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Bu gün, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Bu gün, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Bu gün, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Bu gün, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Bu gün, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Bu gün, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru