Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                     Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? .....                     “Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? .....                 

“Koroğlu” MMC-nin daha bir işçisi intihara hazırlaşır - şok gəlişmə
Tarix: 11-06-2018, 08:53 | Çap et
“Koroğlu” MMC-nin daha bir işçisi intihara hazırlaşır
İctimai vəkil Samir Zeynalov “Koroğlu” MMC-də baş verən cinayətlər silsiləsi haqda dosyenin ardından şirkətin daha bir işçisinin özünü öldürəcəyi haqda məlumat yayıb. Bu günə qədər şirkətin 10-a yaxın işçisi intihar edib. İctimai vəkil iddia edir ki, bu intiharlarla şirkətdə işçilərə qarşı sərgilənən son dərəcə sərt, bütün qanunları aşan münasibətlər arasında birbaşa əlaqə var. Samir Zeynalov şirkətin daha bir işçisinin intihar həddində olduğunu açıqlayıb.

Onun dediklərindən sitat: “Artıq şübhə yoxdur ki, mütəşəkkil cinayətkar dəstə psixologiyası ilə fəaliyyət göstərən ”Koroğlu" MMC baş verən ciddi qanun pozuntularının gedişatında növbəti qurbanını qara yaddaşlara həkk etdirməkdə israrlı və sevinclidir. Şirkətin sabiq əməkdaşı, nümayəndəsi olduğum şəxs Rauf Əliyev 1 il 4 aydır davam edən qanunsuz mühakimə səbəbindən intihar etmək həddinə çatıb. O, özünü asmaq istəyir.

365 günü aşan lüzumsuz, heç bir mötəbər sübuta əsaslanmayan, həyati əhəmiyyət kəsb edən vəsatətləri təmin etməyən Bakı Ağır Cinayətlər Məhkəməsi onun haqqında “zərərçəkmiş” statusunda tanınan “Koroğlu” MMC tərəfindən irəli sürülən vəsatət əsasında qərəzli və qanunsuz olmaqla axtarış elanına qərar verib! Barəsində həbs-qəti imkan tədbiri tətbiq edib! Ağlasığmazdır ki, davamlı olaraq lüzumsuz məhkəmə proseslərində iştirak edən, məhkəmə baxışları ərəfəsində səhhəti ilə bağlı keçdiyi stress və gərginliklərdən dolayı ciddi psixi pozuntular yaşaması ilə bağlı stasionar və ambulator qaydada müalicə alan, təqsiri onsuzda sübuta yetirilməyən Rauf Əliyev barəsində hakim Mahmud Ağalorov tərəfindən həbs-qəti imkan tədbirinin tətbiqi məqsədəmüvafiq zərurət hesab edilib. Görəsən niyə cinayət kollegiyası tərəfindən məhkəmə baxışı müddətincə obyektiv məhkəmə araşdırması və ədalətli mühakimə naminə mövcud mühasibatlıq işi üzrə məhkəmə-mühasibatlıq ekspertizası həyata keçirilmədən onun barəsində belə qənaətə gəlmək mümkün oldu?!

Görəsən niyə, məhkəmə hakimiyyətimizin təmsilçiləri “Koroğlu” MMC-in zorakı fəaliyyəti və qondarma ittihamına belə pozitiv və susqun mövqeydə dayanırlar?! Niyə, məhkəmə baxışı prosesində dövlət ittihamçısının müşavirə otağından çıxmasına möhtərəm hakimlərimiz qeyri-hüquqi konteksdən dözümlü yanaşırlar?!

Görəsən niyə, qəbul edilən son qərarın qeyri-hüquqi olması ilə bağlı məhkəməyə bu gün özünü öldürmək həddinə çatan Rauf Əliyev tərəfindən göndərilən teleqramlar, daxil olan ərizələr baxılmamış qalır?! Məgər Rauf Əliyev vətən xainidir?! Məgər doğrudanmı o ona qarşı irəli sürülən ittiham üzrə cinayət tərkibinin öz əməllərində yer almasına həssas yanaşıb?! Əgər elədirsə, haradadır, ittihamı qanuniləşdirən mötəbər sübutlar?!

Haradadır, istintaqa təqdim edilən saxta qaimələrin 2048 ədədində Rauf Əliyevin imzası?! Yoxdur! Nə imzalar var, nə də ki, ittihamı qanuniləşdirən mötəbər sübutlar. Belə çıxır ki, ona qarşı irəli sürülən ittihamın əsas istinad mənbəyi ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Rafail Şahvələdovun “sən öl”! kəlməsidir. Belə çıxır ki, Rauf Əliyevə qarşı irəli sürülən qondarma ittihamın istinad subyekti gözəgörünməz ağsaqqaldır. Axı biz hüquqi dövlətdə yaşayırıq.

Şübhəsiz ki, kimliyindən aslı olmayaraq heç kim bu faktı inkar etmək niyyətində olmaq istəməz. Bəs o zaman hanı, Rauf Əliyevə qarşı qanuni mühakimə, ədalət, məhkəmədə müdafiə hüququnun təmini, onun məhkəmə-kargüzarlıq işinə dair rəsmi məlumatlandırılması ilə bağlı məhkəməyə dəvət olunması faktını təsdiq edən itməz gerçəklik?! Təqsiri sübuta yetirilmədən qanunsuz mühakiməyə məruz qalan Rauf Əliyevin hazırkı ürəkdağlayan durumu sadəcə, dəhşətdir. Belə situasiyanın hüquqi dövlətdə gerçəkləşməsi faktı dözülməzdir. İctimai vəkil olaraq gecikmədən Rauf Əliyevin normal həyata qayıtması naminə məhkəmədən ədalət tələb edirəm".

İctimai vəkil hesab edir ki, “Koroğlu” MMC rəhbərliyinin mütəşəkkil cinayətkar dəstənin fəaliyyətindən fərqlənməyən əməlləri haqda qanuna müvafiq ciddi tədbirlər görülməsinin vaxtı çoxdan çatıb: “Çünki çoxdandır ki, şirkət rəhbərliyi tərəfindən qanunsuz hesablanmış borclara məhkum edilmiş şirkətin sabiq işçilərinə qarşı qeyri-qanuni əməllər; döymə, şantaj, əxlaqa ziddi videolar çəkməklə rüsvay etmə, iplə boğma, özünü öldürmə həddinə çatdırma, qanunsuz azadlıqdan məhrum etmə, girov saxlama, soyuq alətlər vasitəsilə işgəncələr vermə və hədə-qorxu yolu ilə tələb etmə kimi cinayət tərkibli tükürpədən olaylar bu günə qədər cəzasız qalmaqdadır. Bu cəzasızlıq tendesiyasının nəticəsidir ki, hələ də şirkətin ağlasığmaz ittihamlarına düçar olmuş gənclər var və onlar hazırda köməyə möhtacdırlar”.

Samir Zeynalov qeyd edir ki, şirkət rəhbərliyi mütəmadi olaraq əvvəllər gerçəkləşdirdiyi anti-milli və qanunsuz əməli olaylarla bağlı onları ciddi şəkildə qorxutmağa dair əməyini əsirgəməyib. İctimai vəkil Rauf Əliyevə qədər intihar etmiş əməkdaşları haqda bəhs edərkən deyib: “Bu gün 2 övladı atasız qalan, şirkətin sabiq işçisi Xəyyam Vüsal oğlu Nağıyev ona qarşı zorakılıqla irəli sürülən 10 min manat qondarma borc ittihamının nəticəsində 05.12.2011-ci ildə özünü asaraq dünyasını dəyişib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılmayıb. Nəticədə 2 il sonra növbəti intihar faktı gerçəkləşib. İsmayıllı rayonun Aşağıbaş kənd sakini, 1990-cı il təvəllüdlü, şirkətin satış nümayəndəsi olmuş Tofiq Adıgözəlov yaşadığı evin həyətində özünü asaraq canına qıyıb. T.Adıgözəlov intihar etməzdən öncə facebook səhifəsində son statusunda həyatından narazı olduğu gizlətməyib: ”Bu həyat çox haqsızdır; çünki pulu, varı, dövləti olana üstünlük verirlər".

O, şirkətdə borc köləliyi, işgəncə və əsir saxlama kimi halların olduğunu, bu haqda hüquq-mühafizə orqanlarına məlumat verildiyini açıqlayıb. Şirkətin işçilərindən biri olan Namiq Məmmədovun başına gələnləri onun dilindən söyləyib: “2009-cu ildə dekabrın 1-dən firma tərəfindən Şirvan və ona yaxın bölgələrə göndərilmişəm. Mənə verilən tapşırığı vaxtında yerinə yetirirdim. Lakin 2010-cu il aprel-avqust aylarında Kür-Araz çaylarının daşması ilə əlaqədar həmin ərazilərə verilən malların pulunu ala bilmədim. Təhvil verdiyim mallar daşqın altında qalmışdı. 2010-cu il avqustun 23-ü bölgə müdiri Ələddin Hüseynov avqustun 24-ü saat 10-da MMC-nin direktoru Tahir Əliyevin yanında olmağımı söylədi. Dediyi vaxtda firmada oldum. Qapıda məni şirkətin təftişinin rəisi Ayaz və onun müavini Emin Babaşov gözləyirdi. Emin mənə heç bir söz demədən sillə vurdu. Sonra Ayazla Emin məni sürüyərək təftişin otağında qəddarcasına döydülər. Emin qənd qabını başıma elə zərbə ilə vurdu ki, huşumu itirib yerə yıxıldım. Onlar məni vurmalarına davam ediblər. Mənim paltarlarımı çıxardaraq (alt paltarlarımı da) stolun üstünə lüt uzandıraraq videoya çəkiblər. Mən ayıldıqdan sonra şirkətin direktoru Tahir Əliyev mənə baxaraq istehza ilə dedi: ”Mən naxçıvanlıyam, Prezident Administrasiyası da, Prokurorluq da mənim əlimdədir. Mən istədiyim adamın başına oyun açaram".

“Koroğlu” MMC-də baş verən qanunsuzluqlarla bağlı mətbuatda kifayət qədər yazılar dərc olunub. Şirkət rəsmiləri ittihamlara cavab vermək məsuliyyətindən yayınır. Hüquq-mühafizə orqanları isə şirkətdə baş verən qanunsuzluqlar haqda məlumatları araşdırmağa tələsmirlər.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
“Atam öz əcəli ilə ölməyib, intihar edib” - Məktub üzə çıxdı
Dünən, 16:42
Masallıda 24 yaşlı oğlan xalası qızı ilə münasibətdə oldu: anası və atasına isə... - TƏFƏRRÜAT
Dünən, 16:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru