"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

"Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir" - Prezident İlham Əliyev
Tarix: 2-09-2017, 16:51 | Çap et
"Azərbaycan öz hesabına yaşayan ölkələrdəndir"
"Bu gözəl bayram günlərində Cəlilabad şəhərinin içməli su problemi də öz həllini tapır. Mən bilirəm ki, uzun illər ərzində su problemi Cəlilabad sakinlərini çox narahat edirdi, su fasilələrlə, gündə bir neçə saat verilirdi. Elə günlər var idi ki, su, ümumiyyətlə, olmurdu. İndi isə bu məsələ birdəfəlik öz həllini tapıbdır və Cəlilabad şəhərinə 24 saat ərzində keyfiyyətli, Dünya Səhiyyə Təşkilatının standartlarına tam uyğun içməli su verilir. Bu, çox böyük hadisədir, tarixi hadisədir. Mən bunu həmişə qeyd edirəm, bu layihənin icrası onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Çünki bu, sırf sosial layihədir. Bu layihə çox böyük vəsait tələb edirdi və Azərbaycan dövləti bu vəsaiti ayırdı ki, Cəlilabad sakinləri təmiz, keyfiyyətli içməli su ilə təmin olunsunlar".

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev bu gün Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı bildirib.

Ölkə başçısı deyib ki, bu layihənin icrası ölkəmizin inkişafını göstərir: "Göstərir ki, bu gün də Azərbaycan uğurla inkişaf edir, sosial-iqtisadi layihələrə böyük vəsait ayrılır. Bizim kifayət qədər böyük maliyyə imkanlarımız var. Azərbaycan o ölkələrdəndir ki, öz hesabına yaşayır və ölkə qarşısında duran bütün vəzifələrin icrası üçün ardıcıl siyasət aparılır".

Hazırda içməli su layihələrinin icrasının ölkəmizdə geniş vüsət aldığını qeyd edən prezident əlavə edib ki, qarşıya qoyulan vəzifəyə əsasən, hər bir şəhərin içməli su məsələsi öz həllini tapacaq: "Biz bu məqsədə yaxınlaşırıq. Eyni zamanda, kəndlərdə də, qəsəbələrdə də bu məsələlər öz həllini tapır. Biz müxtəlif imkanlardan istifadə edirik. Həm çayboyu kəndlərdə təmizləyici qurğular quraşdırılır, eyni zamanda, magistral su xətləri çəkilir. Bir sözlə, içməli su problemi Azərbaycanda əsaslı şəkildə öz həllini tapır və tapacaqdır. Deyə bilərəm ki, bu da insan sağlamlığına ən çox müsbət təsir edən amildir. Çünki su həyatdır, təmiz su sağlam həyat deməkdir. Azərbaycan vətəndaşları sağlam olmalıdırlar. Azərbaycan dövləti bu məqsədə çatmaq üçün bir çox tədbirlər görür. Siz yaxşı bilirsiniz ki, artıq neçə ildir ölkəmizdə tibbi müayinədən keçən insanların sayı 5 milyona çatıbdır. Biz bu xidməti pulsuz, dövlət hesabına təqdim edirik. Bu, nəyə görə mümkün olub? Ona görə ki, indi hər bir yerdə müasir tibb ocaqları var, o cümlədən Cəlilabad rayonunda. Mən hər iki tibb müəssisəsinin - həm Müalicə Diaqnostika Mərkəzinin, həm də Mərkəzi Rayon Xəstəxanasının açılışında iştirak etmişəm. Bu iki böyük tibb ocağı Cəlilabad rayon sakinlərinə çox yaxşı xidmət edir. Ümumiyyətlə, Cəlilabad rayonunun inkişafına böyük diqqət göstərilir. Mən rayonda dəfələrlə olmuşam. Bu səfər Prezident kimi mənim səkkizinci səfərimdir və hər dəfə müxtəlif tədbirlərin açılışında iştirak etmişəm. Son illər ərzində rayonda bir çox sosial layihələr icra edilib. Qeyd etdiyim kimi, xəstəxana, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, şahmat məktəbi, Gənclər Evi, 20-dən çox məktəb tikilib. Dörd kənd yolu layihəsi icra edilib və bu layihələrin icrası imkan verib ki, 100 min əhali bu yollardan istifadə etsin. Çünki bu 4 layihənin əhatə dairəsi çox böyükdür. Bu, 60-dan çox kəndi əhatə edir".

Dövlət başçısı bu gün Cəlilabad-Masallı, Masallı-Lənkəran magistral avtomobil yollarının açılışında iştirak etdiyini də xatırladıb. "Bu da çox gözəl layihədir. İndi Bakıdan Astaraya qədər çox gözəl magistral yol salınır. Əlbəttə ki, bu istiqamətdə yerləşən bütün rayon sakinləri bu imkanlardan istifadə edəcəklər. Cəlilabad şəhəri üçün bunun xüsusi əhəmiyyəti var. Çünki əvvəlki magistral yol şəhər mərkəzindən keçirdi və istər-istəməz bu, müəyyən problemlərə gətirib çıxarırdı, həm yük maşınları, həm də ki, böyük maşın axını insanları narahat edirdi. İndi isə yeni bir trass açılıbdır və beləliklə, bu məsələ də öz həllini tapır", - deyə o bildirib.

Cəlilabadda digər məsələlərin də öz həllini tapdığını qeyd edən prezident vurğulayıb ki, rayonda qazlaşdırma prosesi gedir: "Hələ ki, 70 faiz səviyyəsindədir, ancaq bu, artacaq. Əvvəlki illərlə müqayisədə bu, böyük nailiyyətdir. Ancaq biz çalışmalıyıq ki, kəndlərimiz maksimum qazlaşdırılsın. Cəlilabad rayonunda 100-dən çox kənd var və çalışacağıq ki, kəndlərin əksəriyyətinə qaz xətləri çəkilsin. İçməli su məsələsi bu gün öz həllini tapıbdır. Elektrik enerjisi ilə təminat hesab edirəm ki, problem yaratmır. Əlbəttə ki, sosial və iqtisadi məsələlər gündəlikdədir".

Ölkə başçısı əlavə edib ki, Cəlilabadda kənd təsərrüfatının inkişafı sürətlə gedir. "Xüsusilə son vaxtlar kənd təsərrüfatının bütün sahələrinə böyük diqqət göstərilir. Cəlilabadda da vətəndaşlar, sahibkarlar buna çox müsbət reaksiya verirlər və kənd təsərrüfatının istehsalı artır. Eyni zamanda, mənə verilən məlumata görə, indi Cəlilabadda yetişdirilən kənd təsərrüfatı məhsulları xarici bazarlara çıxarılır. Bu, insanların dolanışığı üçün yaxşıdır, ölkəmiz üçün yaxşıdır, ölkəmizə valyuta gəlir. Biz əlbəttə ki, növbəti illərdə bu sahəyə daha da böyük diqqət göstərəcəyik. Eyni zamanda, yeni suvarılan torpaqların dövriyyəyə cəlb edilməsi istiqamətində işlər gedəcək. Buna böyük ehtiyac var. İndi ölkəmizdə on minlərlə hektar sahədə yeni suvarma layihələri icra edilir. Bu il bu vaxta qədər suvarılmayan 100 min hektardan çox torpağa su veriləcək, gələn il də həmçinin. Cəlilabad rayonunda isə suvarılan torpaqların həcmi o qədər də böyük deyil. Mənə məlumat verilib ki, indi torpaqların təqribən 10 faizi suvarılır. Biz əlavə tədbirlər görməliyik, vəsait ayrılmalıdır ki, suvarılan torpaqların sahəsi böyüsün. Belə olan halda məhsuldarlıq daha da yaxşı olacaq. Əminəm ki, kənd təsərrüfatının, sahibkarlığın inkişafı, emal müəssisələrinin yaradılması növbəti illərdə Cəlilabad rayonu üçün əsas istiqamət olacaqdır. Bugünkü hadisə çox əlamətdar hadisədir, müqəddəs Qurban bayramına təsadüf edir. Ancaq bu, təsadüfi deyil. Hesab edirəm ki, bu bayram günündə bu layihə Cəlilabad şəhəri üçün gözəl hədiyyədir. Sizi bir daha bu münasibətlə təbrik edirəm, sizə yeni uğurlar arzulayıram", - deyə prezident bildirib.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru