Yasamalda daha bir yaşıllıq massivi məhv edilmə təhlükəsi ilə üz-üzə... - FOTOLAR
Tarix: 11-08-2017, 09:35 | Çap et
 Əvvəllər Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsi, 167 saylı məktəbin arxasında Yasamal rayon Təcili Tibbi Yardım Stansiyası yerləşirdi. Sonradan yaşıllıqlarla zəngin olan bu məkan kafe kimi fəaliyyət göstərməyə başladı. Bu günlərdə ərazi Abşeron MTK tərəfindən dəmir lövhələrlə çərçivələnib və ətrafa müşahidə kameraları yerləşdirilib. Lövhələrdə isə ərazidə yeni 5-6 bloklu çoxmərtəbəli binanın ucaldılacağı qeyd edilir. Qeyd edək ki, bu ərazidə 60 yaxın böyük ağac var. Bina tikildiyi təqdirdə ağacların kəsiləcəyi qaçılmazdır və beləliklə, ekologiyaya böyük zərbə vurulacaq.
Düzü, son zamanlar Yasamal rayonunun sabiq icra başçısı İbrahim Mehdiyevin verdiyi sərəncamlarla bağlı çoxsaylı şikayətlər aldığımız üçün bu ərazinin də sabiq başçı tərəfindən kimlərəsə peşkəş edildiyini düşünürdük. Bu gün ərazidə olduqdan sonra anladıq ki, bu dəfə ərazi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən satılıb. Yaxınlıqda yaşayan Əbdül İsrafilovun sözlərinə görə, bu ərazidə sovet dövründə Yasamal rayon Təcili Yardım Stansiyası olub: "Sonradan ərazi kiməsə icarəyə verilmişdi. Kafe fəaliyyət göstərirdi. Həyətdə yüzə yaxın ağac var. Sərin yer idi. İndi bir müddətdir ki, gəlib hasarlayıblar. Deyirlər ki, çoxmərtəbəli bina tikiləcək. Ərazidəki digər beşmərtəbəli binalar söküləcək və sakinlərə də əvəzində yeni binada mənzil veriləcək. Yəni sakinlər arasında belə söhbət gəzir".
Sakin deyir ki, hələlik ərazidə heç bir tikinti işləri aparılmayıb və şirkətdən heç kim onlara yaxınlaşmayıb. Sakinləri narahat edən bir başqa məsələ isə ərazidə olan ağacların kəsilə biləcəyi ehtimalıdır. Onlar bildirirlər ki, hasarlanmış həyətdə böyük yaşıllıq ərazi var. Və həmin ərazi məhv edilsə, bu, ekologiyaya böyük zərbə olacaq: "Çox ağac var həyətdə. Bəzilər də quruyub, hasarın üzərindən belə görünür. Onlara yaxşı qulluq lazımdır. Ərazidə kafe olanda, kafe işçiləri baxırdı ağaclara, sakinlər də qulluq edirdi. İndi hasarlanıb, heç kim yaxın dura bilmir".
Ekologiya Nazirliyinin mütəxəssisi Fəxrəddin İsgəndərovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən qeyd edilən ərazidə çoxmərtəbəli yaşayış binasının tikilməsi üçün icazə verilib: "Ərazinin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilən sərəncamı var. Bununla yanaşı, ərazi özəlləşdirilib. Artıq bu ərazi xüsusi mülkiyyətdədir. Ərazi xüsusi mülkiyyətdədirsə, sahibkarın hasarlamaq və tikinti aparmaq hüququ var. Amma tikinti həyata keçiriləcək ərazidə heç bir ağac yoxdur. Düzdür həyətdə çox ağac var. Amma binanın tikilməsi planlaşdırılan ərazi boş ərazidir". F. İsgəndərov bildirir ki, ərazinin xüsusi mülkiyyət olmasına baxmayaraq, ərazidə ətrafında olan bütün ağaclar sayılıb və şirkət rəhbərliyinə təhvil verilib. Aqrotexniki qulluq edilməsinə və qorunub saxlanılmasına dair göstərişlər də verilib. F. İsgəndərov bir daha təkrar etdi ki, bina tikiləcək ərazidə bir ağac da yoxdur. Ətrafda isə 55 ağac qeydə alınıb. Məsələ ilə bağlı adı olub, özü olmayan Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamaq cəhdlərimiz baş tutmadı. Zənglərimiz həmişə olduğu kimi cavabsız qaldı…




|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xarici kəşfiyyatlar, daxili təxribatlar... - AKTUAL
Bu gün, 20:12 |
|
|
|
• DSMF-nin "əməkdaşı"ndan 12 min manatlıq dələduzluq - MƏHKƏMƏ
Bu gün, 20:09 |
|
|
|
• Kirkin qətlində şübhəli bilinən şəxs atasına etiraf edib – CNN
Bu gün, 19:52 |
|
|
|
• Bakıda qızına toy edən atadan ŞOK ƏMƏL: bir sürü qoyunu götürüb YOXA ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 19:49 |
|
|
|
• Ermənistandan hansı məhsulları alıb, hansılarını biz sata bilərik? – İqtisadçı açıqladı
Bu gün, 19:45 |
|
|
|
• Hansı universitetlərin diplomları Azərbaycanda tanınmır? - AKTUAL
Bu gün, 19:43 |
|
|
|
• Ter-Petrosyandan Paşinyana xəbərdarlıq - "Ermənistanın paşası,.."
Bu gün, 18:03 |
|
|
|
• Kreml FAKT QARŞISINDA – Polşa və Azərbaycanı bağlayan səbəblər NƏDİR?
Bu gün, 18:02 |
|
|
|
• Qara Qarayev Musa Qurbanlının toyuna niyə gəlmədi? – İlginc səbəb…
Bu gün, 18:00 |
|
|
|
• Tanınmış ekspert deputatı BİABIR ETDİ... - "Təəssüf ki, bəzən belə populist çıxışlar olur"
Bu gün, 17:56 |
|
|
|
• Xırdalanda yolların təmirinə 1,5 milyon manat - SƏRF OLUNACAQ
Bu gün, 17:49 |
|
|
|
• Neftimizi 72 dollara xaricə satırıq, Rusiyadan isə 65 dollara neft alırıq - DETALLAR
Bu gün, 17:47 |
|
|
|
• Dilarənin bikinili fotoları... YAYILDI...
Bu gün, 17:39 |
|
|
|
• Gəncə təhsilini bazara çeviriblər... - İTTİHAM VAR...
Bu gün, 17:32 |
|
|
|
• Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı - BUNA GÖRƏ...
Bu gün, 17:22 |
|
|
|
• Azərbaycanda avtomobil alışı ilə bağlı yeni fırıldaq: - Aldıqdan bir neçə saat sonra geri qaytarmaq istəyirlər
Bu gün, 17:16 |
|
|
|
• Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Bu gün, 17:12 |
|
|
|
• Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Bu gün, 17:11 |
|
|
|
• Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Bu gün, 17:04 |
|
|
|
• Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Bu gün, 16:55 |
|
|
|
• Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Bu gün, 16:50 |
|
|
|
• Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Bu gün, 16:45 |
|
|
|
• Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Bu gün, 16:43 |
|
|
|
• Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:41 |
|
|
|
• İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:38 |
|
|
|
• Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Bu gün, 16:34 |
|
|
|
• Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Bu gün, 16:32 |
|
|
|
• İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16 |
|
|
|
• Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14 |
|
|
|
• DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13 |
|
|
|
• "Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11 |
|
|
|
• Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08 |
|
|
|
• Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03 |
|
|
|
• Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59 |
|
|
|
• Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56 |
|
|
|
• “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09 |
|
|
|
• Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07 |
|
|
|
• Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05 |
|
|
|
• “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00 |
|
|
|
• Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58 |
|
|
|
• Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53 |
|
|
|
• Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21 |
|
|
|
• Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19 |
|
|
|
• Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16 |
|
|
|
• “Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15 |
|
|
|
• Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13 |
|
|
|
• Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12 |
|
|
|
• Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11 |
|
|
|
• Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05 |
|
|
|
• Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02 |
|
|
|
|