Almaniyada azərbaycanlı saxlanıldı: .....                     Daha bir dövlət teatrı rəhbərsiz qalıb .....                     Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... .....                     Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? .....                     Aqro monopolist TST Rüfətin gizli əməlləri .....                     Kreml Bakı və İrəvandan bunu gözləyir .....                     Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi .....                     Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub .....                     İşıq və qazdan sonra növbə suda: Limit gəlir .....                     Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib .....                     Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır .....                     İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş .....                     Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı .....                     DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə .....                     "Sözün bitdiyi an"da yeni aparıcı .....                     Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir .....                     Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü .....                     Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır .....                     Rusiya səfiri Almaniya XİN-ə çağırılıb .....                     “Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə? .....                     Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb .....                     Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq .....                     “General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? .....                     Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq .....                     Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi .....                     Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir .....                     Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır .....                     Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb .....                     “Atəşgah” Sığortada yeni təyinat .....                     Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? .....                     Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb .....                     Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb .....                     Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb .....                     Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR .....                     Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... .....                     Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib .....                     Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir .....                     "Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" .....                     Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər .....                     “Tramp yolu”nda gömrük xidməti .....                 

Rabitə nazirliyindən MTN-ə bağlamalarda nə aparılıb? - İLGİNC
Tarix: 21-06-2017, 09:05 | Çap et
Rabitə nazirliyindən MTN-ə bağlamalarda nə aparılıb?
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, iyunun 20-də zərərçəkmiş Kamal Seyfullayevin iddiası üzrə epizod çərçivəsində zərərçəkmişin həyat yoldaşı İrina Seyfullayeva ifadə verib.

Ərinin harada işlədiyindən xəbərsiz şahid

Ötən iclasda ifadə vermiş və MTN işçilərini, konkret olaraq, Füzuli Əliyevi 2 milyon manat vəsaitinin mənimsənilməsində günahlandıran zərərçəkmiş Kamal Setfullayevin ifadəsini oxucularımıza təqdim etmişik. Xatırladaq ki, müdafiə tərəfi zərərçəkmişi özünə aid olmayan vəsaitlərin nağdlaşdırılmasında və bu əməliyyatlarda maklerlik etməkdə ittiham edib.

Zərərçəkmişin həyat yoldaşı, Ukraynada anadan olmuş şahid İrina Seyfullayeva bildirdi ki, 2014-cü ilin dekabr ayının sonlarında övladlarından birinin Yeni İl bayramı üçün uşaqla birlikdə Qış bağına gedib. Kamal Seyfullayev söz verib ki, axşam gəlib onları evə aparacaq. Lakin saat 8-i keçsə də, Kamal gəlməyib və sonradan zəng vuraraq bildirib ki, onu MTN-ə aparıblar.

Şahidin sözlərinə görə, bundan sonra 3 gün ərzində molla kəbini ilə birgə yaşadığı K.Seyfullayev evə gəlməyib və özünün bildirdiyinə görə, MTN-də saxlanılıb. Evə gəldikdən sonra isə ondan 2 milyon manat alındığını deyib.

İrina Seyfullayeva vəkillərin “Ərinizdə 2 milyon manat pulun ola biləcəyini bilirdiniz?” sualına “Bəli” cavabını verib. Dövlət ittihamçısının isə “Həyat yoldaşınız harada işləyirdi və hansı işlərlə məşğul idi?” sualını İrina Vladimirovna belə cavablandırıb: “Kamalın nə işlə məşğul olduğunu bilmirdim. Evləndiyimiz gündən bu barədə soruşmamağımı tapşırmışdı”.

Vəkillərin cinayət işinin materiallarına istinadən verdikləri arayışdan məlum oldu ki, Kamal Seyfullayev MTN-ə aparıldığı gündən sonra həyat yoldaşı ilə dəfələrlə telefon əlaqəsi yaradıb və “location” məlumatlarına görə, MTN-də olmayıb, zəngləri şəhərin müxtəlif nöqtələrindən edib.

“Cinayət işinin ən zəif epizodu”

Şahidin ifadəsindən sonra vəkil Adil İsmayılov çıxış edərək baxılan epizod üzrə “Bank Technique”in xəzinədarı Əli Abdullayevin şahid qismində məhkəməyə dəvət edilməsini, bankdan həmin maliyyə əməliyyatları üzrə arayışların alınmasını və MTN-də axtarış zamanı Füzuli Əliyevin iş otağından götürülmüş sənədlərin cinayət işinin materallarına əlavə edilməsini istədi.

Təqsirləndirilən Füzuli Əliyev

Vəsatətə münasibət bildirərkən təqsirləndirilən Füzuli Əliyev dedi: “Hələ istintaqın gedişi vaxtı müstəntiq mənə demişdi ki, bütün epizodlar arasında bu ən zəifidir. Çünki burada zərərçəkmişin kim olması və istintaqın necə aparılması göz qabağındadır və sübut üçün heç bir sənəd yoxdur”.

Məhkəmə vəsatətin qismən təmin edilməsi – bankın xəzinədarının şahid qismində ifadəsinin dinlənilməsi və şahidin ifadələrindən asılı olaraq, digər tələblərin yerinə yetirilməsi barədə qərarını elan etdi.

Zərər çəkməmiş zərərçəkmiş

Zərərçəkmiş Vidadi Həsənov ifadəsində bildirdi ki, Ağır Cinayətlər üzrə İstintaq İdarəsinə çağırılıb və ondan təqsirləndirilənləri tanıyıb-tanımaması soruşulub. Təqsirləndirilənlərdən heç birini tanımadığını deyən zərərçəkmiş qeyd edib ki, heç kimdən şikayəti və tələbi yoxdur, zərər çəkməyib.

“Yaxşı olardı ki, desinlər, adımı kim verib MTN-ə ki, mənim telefonumu dinləyiblər. Bilim ki, dostum kimdir, düşmənim kim”, - V.Həsənov deyib. Bununla da, onun ifadəsi başa çatıb.

Teymur Quliyevin ailəsini gəzdirmiş “Jaguar” avtomobili kimindir?

Şahid qismində ifadə verən “R.İ.S.K.” Elm-İstehsalat Şirkətinin Direktorlar Şurasının həmsədri Anar Əligülov bildirdi ki, sabiq MTN generalı Teymur Quliyevlə dostdur və şirkətə məxsus olan avtomobilləri sürücüsü ilə birlikdə zərurət yarandığı zaman təqsirləndirilən T.Quliyevin ailəsinə xidmət etmək üçün yollayırmış.

Təqsirləndirilən Teymur Quliyev

Şahid həmin avtomobillərin bir neçə ədəd olduğunu, o cümlədən “Jaguar” markalı maşının sürücü Eynulla Kərimi ilə göndərilməsi faktlarını təsdiqləyib.

MTN əməkdaşlarını haradan tanıması ilə bağlı sualı cavablandırarkən şahid qeyd edib ki, rəhbərlik etdiyi şirkət ölkənin bir çox nazirlikləri ilə sıx əməkdaşlıq edir və bunda qəribə heç nə görmür.

Vidadi Zeynalovun MTN-ə göndərdiyi bağlamalarda nə olub?

Prosesdə şahid qismində ifadə vermiş Ramil Əliyev bildirib ki, uzun illər ərzində MTN generalı, təqsirləndirilən Sübahir Qurbanovun xidməti sürücüsü olub. Şahidin sözlərinə görə, S.Qurbanovun tapşırığı ilə dəfələrlə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə gedərək həmin nazirliyin aparat rəhbəri Vidadi Zeynalovla görüşüb və ondan bağlamalar alıb.

Dövlət ittihamçısının və vəkillərin suallarına cavab olaraq şahid qeyd edib ki, bağlamalarda nə olduğunu heç vaxt görməyib və hər dəfə onları olduğu kimi Sübahir Qurbanovun otağına qoyaraq çıxıb.

Digər şahid Eynulla Kərimi isə “R.İ.S.K.” şirkətində sürücü işlədiyini, arabir rəhbərinin tapşırığı ilə Teymur Quliyevin ailəsinə xidmət etdiyini deyib. Şahidin sözlərinə görə, bir neçə dəfə rabitə nazirliyinə gedərək, Vidadi Zeynalovla görüşüb və ondan Teymur Quliyevə çatdırmaq üçün bağlama alıb. Belə hallardan birində bağlamanın avtomobildə açıldığını və içərisindən qələm düşdüyünü deyib.

Daha sonra məhkəmədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mühafizə xidmətinin əməkdaşları ifadə verib və məhkəmənin işinə real kömək edə biləcək faktlar göstərə bilməyiblər.

500 manat maaş, 1000 manat “zərf”

Şahid qismində çıxış edən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun köməkçisi Səlim Həşimov bildirib ki, onun əsas vəzifəsi aparat rəhbərinə çay vermək, telefon zənglərini qəbul etmək və digər texniki məsələlərin həlli olub.

Şahid qeyd edib ki, işinə görə 500 manat maaş və aylıq 1000 manat da əlavə “zərf”də pul alıb. Onun bildirdiyinə görə, Vidadi Zeynalovun zərflərdə təqdim etdiyi pulları hər ay şöbə müdirləri yaxınlaşaraq ondan alıblar, lakin kimə konkret olaraq nə qədər pul veriıldiyini bilməyib.

MTN-dən sürücülərin hər ay maaşlar verildikdən 2-3 gün sonra Vidadi Zeynalovun qəbuluna gəldiyini bildirən S.Həşimov əlavə etdi ki, onların aparat rəhbərindən nəsə alıb-almadığından xəbəri yoxdur. O ki qaldı MTN-dən general Sübahir Qurbanovun və nazirliyin kuratoru olan general Teymur Quliyevin quruma gəlib-getməsinə, şahid bunu heç zaman görmədiyini deyib.

Növbəti məhkəmə iclası cümə axşamı, iyunun 22-də keçiriləcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Almaniyada azərbaycanlı saxlanıldı: - İnsan qaçaqçılığında ittiham olunur
Bu gün, 17:12
Daha bir dövlət teatrı rəhbərsiz qalıb - 3 ildir direktor təyin edilmir
Bu gün, 17:11
Erməni zabit Qırmızı Kitaba düşən ayı balasını xilas etdiyinə görə mükafatlandırıldı... - FOTO
Bu gün, 17:04
Gizli eşq yaşadığı deyilən SOCAR rəsmisi işdən çıxarılır? – Açıqlama
Bu gün, 16:55
Aqro monopolist TST Rüfətin gizli əməlləri - Rusiyaya gizli pul ötürən şəxs necə azadlıqda qalıb?
Bu gün, 16:50
Kreml Bakı və İrəvandan bunu gözləyir -Zaxarova deyir ki...
Bu gün, 16:45
Azərbaycanda IT şirkətinin rəhbəri dəyişdirildi – təyinat
Bu gün, 16:43
Yeni yaradılan Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 16:41
İşıq və qazdan sonra növbə suda: Limit gəlir - BELƏ HARA GEDİRİK?
Bu gün, 16:38
Tramp Çarli Kirki öldürməkdə şübhəli bilinən şəxsin tutulduğunu bildirib
Bu gün, 16:34
Azərbaycanda iqtisadiyyat böyümür, amma gəlirlər artır – Bu bizə nə vəd edir?
Bu gün, 16:32
İcra Hakimiyyətindən 10 manatlıq şirkətə yarım milyonluq sifariş - TƏFƏRRÜAT
Bu gün, 16:16
Şahdağ Turizm Mərkəzində dava: müdirin burnu sındı - TƏFƏRRÜAT
Bu gün, 16:14
DGK-nın hospitalı ilə AQTA sədrinə bağlı olduğu deyilən şirkət arasında sövdələşmə - BU NƏDİ BELƏ?
Bu gün, 16:13
"Sözün bitdiyi an"da yeni aparıcı - Peyman Sadıqov Nigar Fərhadla...
Bu gün, 16:11
Fermer zəhərli preparat satanların cəzalandırılmasını tələb edir - 22 baş inəyi məhv olub!
Bu gün, 16:08
Rektor BMU tələbəsi adını qazanan şəhid övladları ilə görüşdü - Fotolar
Bu gün, 16:03
Nazir qadağan etsə də, bu məktəbdə “fond pulu” yığılır – Valideynlərin şikayəti
Bu gün, 15:59
Rusiya səfiri Almaniya XİN-ə çağırılıb
Bu gün, 15:56
“Atəş” sammiti: cavab əməliyyatı, yoxsa terrorla mübarizədə yeni səhifə?
Bu gün, 15:09
Məşğulluq Agentliyi bu il 15,3 min qadını və 4,5 min kişini işsiz kimi qeydiyyata alıb - REALLIQ İSƏ...
Bu gün, 15:07
Qabil Məmmədov haqda çıxarılan hökm bu cür icra olunacaq - VACİB AÇIQLAMA
Bu gün, 15:05
“General Hospital”baş həkimi Rüstəm Mikayılov sağlamlıq arayışı satır? - İTTİHAM VAR...
Bu gün, 15:00
Məşhur “İsa bulağı”nın müdir müavininin evindən oğurluq - Telefon, siqaret, ətirlər...
Bu gün, 14:58
Ermənistan Rusiya ilə hərbi təlimdə iştirakdan imtina etdi
Bu gün, 14:53
Azərbaycana təminatı İrəvan yox, Ağ Ev verir - ONA GÖRƏ DƏ...
Bu gün, 13:21
Pensiya yaşına az qalmış minlərlə insan işsiz qalır - FAKT BUDUR
Bu gün, 13:19
Qohum evliliyinə qoyulan qadağadan sonra nikahların sayı 2 dəfə azalıb - CƏDVƏL
Bu gün, 13:16
“Atəşgah” Sığortada yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 13:15
Rəqsanə İsmayılovanın işində SON DURUM: Ev dustaqlığına buraxılıb? - AÇIQLAMA
Bu gün, 13:13
Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:12
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb - KİV
Bu gün, 13:11
Televiziya verilişlərində qadınların aşağılanması: məsuliyyət vaxtı çatıb - AKTUAL
Bu gün, 13:05
Laçında ictimai asayişi pozan ANAMA-nın vəzifəli şəxsləri HƏBS EDİLDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 13:02
Neft hasilatı azaldı... SOCAR qərargah yaratdı, amma... - 2023-24-cü illər aralığında...
Bu gün, 12:53
Türkmənistan Füzulidə məscidin layihələndirilməsi və tikintisi üçün tender elan edib - KİV
Bu gün, 12:45
Milyonları Azərbaycana qaytarmayan bu şirkət vergi borcunu da ödəmir
Bu gün, 12:19
"Süni yağış tətbiq etməklə büdcəni boş yerə xərcləyəcəklər" - ETİRAZ
Bu gün, 12:13
Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər - Zülfüqarov
Bu gün, 12:11
“Tramp yolu”nda gömrük xidməti OLACAQ
Bu gün, 12:08
İsrailin İrana növbəti hücumunun vaxtı bilindi - İLGİNC
Bu gün, 12:03
AFFA-nın Santuşa ödədiyi kompensasiyanın məbləği BƏLLİ OLDU
Bu gün, 11:59
Ərdoğan Qətərə səfər edəcək
Bu gün, 11:57
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru