Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: .....                     Rusiyada ikinci “Borodino döyüşü” .....                     Milli Paralimpiya Komitəsində yeni təyinat olub .....                     Pezeşkian İran xalqından üzr istədi .....                     Süleyman Mikayılov növbəti səyyar görüş keçirib .....                     “Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” .....                     Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi .....                     “Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” .....                     Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? .....                     ABB kartına pul qoyanların DİQQƏTİNƏ! .....                     Dəmir yollarında AVTORİTAR REJİM... .....                     “Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ .....                     Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu .....                     Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı .....                     Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi .....                     Paşinyanın “Kinder sürpriz”i .....                     Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü .....                     Masallı səhiyyəsi: Əgər belə davam edərsə... .....                     Praktik sülhün təməli qoyulur .....                     Ağdamda 9 milyon manata evlər tikiləcək .....                     Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... .....                     SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... .....                     “Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” .....                     Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi .....                     Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib .....                     Bakı AŞ PA ilə barışır? .....                     Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? .....                     Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil .....                     UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... .....                     "Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? .....                     Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA .....                     Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? .....                     Ermənistanda absurd savaş xəyalları... .....                     Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır .....                     Revanşist ermənilər: nə qədər praqmatikdirlər? .....                     Zəngəzur dəhlizi an məsələsidir... .....                     Peşə təhsili siyasəti iflas həddində... .....                     Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? .....                     Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? .....                     Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? .....                 

Zərərçəkən MTN-in gizli agenti olacaqmış - SENSASİON AÇIQLAMA
Tarix: 20-04-2017, 09:49 | Çap et
Zərərçəkən MTN-in gizli agenti olacaqmış
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Aprelin 19-da proses zərərçəkən İntizam Ağakişiyevin ifadəsi üzrə vəkillərin sual-cavabının davamı ilə başladı. Xatırladaq ki, ötən iclasda İ.Ağakişiyev çıxış edərək, sabiq MTN generalı Akif Çovdarovu və digər təqsirləndirilənləri rəhbərlik etdiyi “Miraj-85” MMC-nin müflis vəziyyətə düşməsində ittiham etmiş, mümkün olduğu qədər ona maddi yardımın göstərilməsini xahiş etmişdi.

İrana boş maşınlar niyə göndərilirmiş?

Vəkil Kamandar Nəsibovun sualına cavab olaraq İntizam Ağakişiyev bildirib ki, Rusiyadan vaqonlarla gətirilmiş taxta-şalban burada maşınlara yerləşdirilib İrana göndərilirmiş. 1 vaqon taxta 3 yük maşınına doldurularaq İrana yollanıb. Başqa sözlə, “Miraj-85” şirkəti Rusiyadan İrana tranzit taxta yola salan rolunu oynayırmış.

Zərərçəkənin ötən iclasda iddia etdiyi kimi, 3 maşın taxta MTN tərəfindən Bakıya geri qaytarılıb. Vəkilin “Bəs bu 3 maşın taxta – 90 ton mal necə oldu?” sualına İntizam Ağakişiyev cavab verə bilmədi.

Vəkil Cavid Rzazadə söz alaraq qeyd etdi ki, onun əlində olan məlumata görə, Rusiyadan idxal edilən taxta-şalbana görə gömrük rüsumu ödəməmək üçün “Miraj-85” MMC İrana çox az həcmdə taxta göndərərək, əslində malı Azərbaycan bazarında satırmış. Başqa sözlə, İrana yollanan maşınlar əsasən boş olub, bu səbəbdən də geri qaytarılıb.

Zərərçəkən bu iddianı rədd etdi və şirkətinin müflisləşməsində Akif Çovdarovun kürəkəni Rəşad Əmircanovun ondan aylıq “haqq” tələb etməsini əsas səbəb kimi göstərdi.

“Münəccim” zərərçəkən Səlim Məmmədovun şəklini arxa üzündən tanıyıb

Epizod üzrə digər zərərçəkən Sayibxan Səmədov ifadəsində bildirdi ki, o, təsisçisi İntizam Ağakişiyev olmuş “Miraj-85” MMC-nin direktoru vəzifəsində çalışıb.

Zərərçəkənin sözlərinə görə, rəhbərlik etdiyi və təsisçi ilə şərik olduğu şirkətin Bakı taxta bazarında yüksək nüfuzu olub. Günlərin birində ona zəng daxil olur və MTN-ə çağırılır. Ondan 200 min manat pul tələb olunur, son nəhayətdə 50 min dollara razılaşırlar.

Zərərçəkmiş 32 min dollar və 15 min manat pulu Səlim Məmmədova verdiyini qeyd etdi. Lakin bu ifadəsi zərərçəkmişə əməlli-başlı problem yaratdı. Çünki bu, ilk öncə zərərçəkmiş istintaqda verdiyi ifadəsi ilə ziddiyyət təşkil edirdi, belə ki, zərərçəkmiş istintaqda Səlim Məmmədova 45 min manat, yəni həmin dövrün 0,78 manat/dollar məzənnəsi ilə 57.692 ABŞ dolları verdiyini bildirmişdi. Hazırkı ifadəsində isə 32 min dollar və 15 min manat, yəni 19.230 dollar (cəmi 51.230 dollar) verdiyini bildirir. Vəkil Cavid Rzazadə zərərçəkmişə yalvarıb 50 min dollara (39 min manata) razılaşdığı halda nə səbəbdən artıq pul ödədiyini soruşdu, lakin zərərçəkmiş Sayibxan Səmədov suala cavab verə bilmədi.

S.Səmədov ifadəsində daha sonra bildirdi: “MTN-də İntizamı gördüm, çox pis vəziyyətdə idi. Mənə dedi ki, pul istəyirlər, bizdə isə pul yoxdur. Mən bu MTN əməkdaşlarına ancaq quldur dəstəsi deyə bilərəm”.

Zərərçəkən təqsirləndirilən Səlim Məmmədovla görüşündən də danışdı: “MTN-də artıq rəhbərlik dəyişmişdi. Mən Səlim Məmmədova zəng edib, taxta bazarına gəlməsini istədim, o da gəldi. Bildirdim ki, mənim 50 min manatımı qaytarsın, söz verdi ki, bir gün sonra qaytaracaq. Lakin həmin gündən sonra telefonlarıma cavab vermədi, bu günə qədər də cavab vermir”.

Vəkillər zərərçəkənin nəzərinıə çatdırdılar ki, Səlim Məmmədov təcridxanada saxlanılır və telefona cavab verə bilməz.

Akif Çovdarovun müdafiəçisi Kamandar Nəsibov zərərçəkəndən soruşdu ki, təsisçi olmadan, maaş müqabilində direktor vəzifəsini tutmaqla, şirkətin gəlirlərinə necə şərik olub və əldə etdiyi dividendlərdən vergi ödəyibmi? Hakim Elbəy Allahverdiyevin müdaxiləsindən və zərərçəkənin sualı anlamaması üzündən bu nüansı dəqiqləşdirmək mümkün olmadı.

Təqsirləndirilənlərin tanınması ilə bağlı sualı isə zərərçəkən qəribə şəkildə cavablandırdı: “Prokurorluqda qarşıma dörd şəkil qoyulmuşdu və onlar üzüaşağı çevrilmişdilər. Mən şəkli heç görmədən Səlim Məmmədovu tanıdım. Barmağımı şəklin üstünə qiyaraq dedim ki, bu Səlim Məmmədovun şəklidir. Çevirdilər ki, doğrudan da belədir”. Sayibxan Səmədovun bu sözləri məhkəmə zalında gülüşə səbəb oldu.

Suallara cavab verərkən zərərçəkən “Miraj-85” şirkətinin bağlandığını və hazırda işləmədiyini bildirdi. Lakin vəkillər onun diqqətinə çatdırdılar ki, hazırda bankın iddiası üzrə şirkət başqa bir məhkəmədə cavabdehdir və krediti olan şirkət bağlana bilməz, müflisləşmə ilə əlaqədar məhkəmə prosesi isə olmayıb.

Fizika müəllimi: “Oğlum elə vəziyyətdə idi ki...”

Şahid Adil Adilov ifadəsində bildirib ki, Saatlı rayonunda fizika müəllimi işləyir və zərərçəkən Qədim Ədilovun atasıdır. Şahidin sözlərinə görə, günlərin bir günü oğlu ona zəng edib tez-tələsik bildirib ki, onu MTN-ə aparırlar: “Elə danışdı ki, elə bil kimsə telefonu onun əlindən alır. Sonra o biri oğlum zəng etdi ki, Qədimin başına belə bir iş gəlib, ona da elə zəng edibmiş”.

Şahid bildirdi ki, oğlunun Akif Çovdarov tərəfindən döyüldüyünü öyrənib. “Qədim çox pis vəziyyətdə idi. Allah heç bir ata-anaya göstərməsin”, - şahid deyib.

A.Adilovun sözlərinə görə, həmin gün həkim tapa bilməyib, ertəsi gün oğlunu Sabirabada həkimə aparıb. 1-2 gündən sonra həkimin məsləhəti ilə Qədim Ədilovu MRT diaqnostikası üçün Şirvana aparıb. Orada cihaz işləmədiyindən, Bakıda 1 saylı Klinik-Tibbi Mərkəzə yollanıb. Atanın bildirdiyinə görə, “Semaşko”da həkim ona deyib ki, sənin oğlunun 1 milyon borcu var, niyə gətirmisən bura? “Sonra müayinənin nəticəsini yazıb bizi geri göndərdilər. Sabirabadda mənə dedilər ki, oğlunu götür, çıx xəstəxanadan”, - şahid qeyd edib.

Şahid Adil Adilov bir neçə ay ərzində müxtəlif dövlət orqanlarına oğlunun düşdüyü vəziyyətlə bağlı 160-dan çox şikayət teleqramı yazdığını dedi.

Baş həkim: “Qədim Ədilov simulyasiya ilə məşğul olurdu”

Şahid qismində ifadə vermiş Sabirabad Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılov qeyd edib ki, Qədim Ədilov xəstəxanaya daxil olarkən döyüldüyünü desə də, onun xarici görkəmində döyülməyə aid heç bir dəyişiklik olmayıb.

Dövlət ittihamçılarının və vəkillərin suallarına cavab verən şahid bildirib ki, yalnız sonradan zərərçəkmiş Qədim Ədilovun yaxın qohumunun Sabirabadda prokuror müavini işlədiyini öyrənib.

Zərərçəkmişin xəstəxanadan nəyə görə tez çıxarıldığı ilə bağlı sualı isə Ə.Mikayılov belə cavablandırdı: “Çünki simulyasiya edirdi, əslində xəstə deyildi”. Baş həkim vəkillərin suallarını cavablandırarkən eyni zamanda bildirdi ki, əgər Qədim Ədilov xəstəxanaya gəldiyi zaman üzündə və başında xəsarətlər və ya hər hansı döyülmə əlamətləri olsaydı, onlar mütləq bunu xəstənin qeydiyyat kitabçasında göstərəcəkdilər.

Baş həkimin sözlərini həmin dövrdə xəstəxanada nevropatoloq işləmiş şahid Zahid Cavadov da təsdiqlədi.

Şahidlər Qədim Ədilovu dələduzluqda günahlandırdılar

Epizod üzrə daha bir neçə şahid ifadə verdi. Şahid Cavad Şıxəliyev bildirdi ki, zərərçəkən Qədim Ədilov 50 min dollar alaraq, Yeni Yasamaldakı evini bu pulun müqabilində ona satacağını deyib. Lakin sonradan məlum olub ki, həmin mənzil başqa adamın adınadır və mübahisə obyektidir. Zərərçəkən pulu qaytara bilmədiyinə görə “Range Rover” markalı avtomobilini də şahidə verəcəyini deyib, lakin bunu da etməyib. “Hələ də həmin pulu mənə borcludur, indi də deyir ki, məhkəmə bitsin, verəcəyəm”, - şahidin bu sözlərindən sonra prosesə sədrlik edən hakim Həbib Həsənov deyib: “Məhkəmə pul paylamır”.

Daha bir şahid Natiq Həsənov zərərçəkən Qədim Ədilovu dələduzluqda günahlandırıb. Onun sözlərinə görə, 2015-ci ildə MTN-ə çağırılıb və şahidə bildirilib ki, Qədim Ədilovun yazdığı ərizəyə görə, o, zərərçəkənin şərikinə 180 min dollar borcludur. “Bu sözləri eşidib məəttəl qaldım. Bildirdim ki, mən onlara yox, onlar mənə borcludurlar. Rusiyaya gedərək, sözlərimi sübuta yetirəcək dəlillər gətirə biləcəyimi də dedim. MTN-də Qədim Ədilov mənə hədə-qorxu gəldi ki, Rusiyaya getsən, “qruz 200” (tabut) kimi qayıdacaqsan. Lakin Saratova getdim və iş gördüyüm adamlardam imzalı izahatlar aldım, onların mənə borclu olduğunu sübut etdim”, - şahid deyib. N.Həsənov həmçinin MTN əməkdaşlarının ona qarşı heç bir hörmətsizliyə yol vermədiklərini, Qədimin dediklərinin yalan olduğunu üzə çıxdıqdan sonra ondan üzr istəyib getdiklərini bildirdi.

Şahid Xaləddin Yusibov ifadəsinə Qədim Ədilovun “Azərbaycanın ən böyük bəlası” adlandırmaqla başladı. Şahid taxta almaq üçün zərərçəkən Qədim Ədilova 126 min dollar pul verdiyini, lakin nə taxta, nə də indiyə qədər pulunu geri ala bilmədiyini deyib. Şahidin sözlərinə görə, onun kimi çoxlu sayda aldadılmış şəxs Qədim Ədilovu dələduzluqda günahlandıraraq, öz pullarını tələb edir. Vəkil Cavid Rzazadə şahidə onların Qədim Ədilovun dələduzluq hərəkətləri barədə şikayətləri üzrə Nərimanov Rayon Polis İdarəsində açılmış cinayət işinin sonradan hazırkı işə birləşdiriildiyi və işə xitam verildiyi barədə məlumat verdi.

Qeyd edək ki, Xaləddin Yusibov Qədim Ədilov barəsində Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən istintaqı aparılan işdə zərərçəkmiş şəxs qismində tanınıbmış, lakin sonradan iş Baş Prokurorluq tərəfindən Nərimanov Rayon Polis idarəsindən alınıb və MTN əməkdaşlarının işinə birləşdirilib, daha sonra isə Qədim Ədilov barəsində cinayət işinə, ümumiyyətlə, xitam verilib.

Akif Çovdarovun vəkili Sadiq Rəsulov şahid Xaləddin Yusibova sual verərək bildirdi ki, Qədim Ədilov məhkəmədə verdiyi ifadəsində 23 iyun 2015-ci il tarixində MTN-də Akif Çovdarov tərəfindən döyüldükdən sonra həmin günü onunla görüşdüyünü dediyini bildirdi. Xaləddin Yusibov bu faktı təsdiq edərək həmin tarixdə pulunu almaq üçün səhər tezdən Qədimin Yasamal rayonu ərazisində kirayə qaldığı evin qarşısına gələrək onu maşınının yanında gözlədiyini, Qədimin Elşən ləqəbli qohumu ilə maşınına minməyə gəldiyi zaman onların yanına iki nəfərin yaxınlaşdığını və Qədimin həmin adamlarla MTN-ə getdiyini bildirdi.

Şahid Qədimin təxminən 2 saat sonra yenidən onunla görüşdüyünü və 9-cu mikrarayonda yerləşən restoranda onunla yeyib içdiyini bildirdi. Xaləddin Yusibov həmçinin məhkəməyə bildirib ki, yemək yedikləri zaman Qədim Ədilov ona MTN-lə işlərinin alınmadığını, rayona gedərək prokuror müavini işləyən əmisi oğlunun köməkliyi ilə guya MTN-də döyülərək kəllə-beyin travması alması barədə sənəd alacağını deyib. “Bunların başına oyun açacağam”, - Qədim əminliklə bildirib. Ertəsi gün Qədim həqiqətən rayona gedib, sonradan Natiqlə telefonla danışan zaman ona həkimlərdən həmin sənədi ala bilmədiyini qeyd edib.

Məsələnin maraqlı tərəfi ondadır ki, Qədim Ədilovu dələduzluqda günahlandıran və ona qarşı ifadə verən şahidlərin hamısı ittihamın şahid qismində təqdim etdiyi şəxslərdir.

“İntizam Ağakişiyevi agent kimi cəlb etmək istəyirdik”

Prosesdə şahid kimi ifadə vermiş DTX əməkdaşı Elçin Həsənov baxılan epizodda bəzi mətləblərə aydınlıq gətirib.

Onun sözlərinə görə, MTN-də 4-cü Baş idarədə “Miraj-85” MMC-nin təsisçisi İntizam Ağakişiyevin fəaliyyətini izləyiblər və onun Rusiya və İran iş adamları ilə yaxından əlaqədə olduğunu biliblər. Bundan sonra qərara alınıb ki, İ.Ağakişiyevin xüsusi xidmət orqanlarına mümkün əməliyyat məlumatlarının ötürülməsi potensialı oyrənilsin. Həmin səbəbdən o vaxt bir şöbədə işləyən Elçin Həsənov və Rəşad Əmircanov zəng edərək, “Miraj-85” şirkətinin təsisçisini “Pəncərə” restoranının yaxınlığındakı kafeyə çay süfrəsinə dəvət ediblər.

“Tanışlıq zamanı məlum oldu ki, İntizam Ağakişiyev ümid etdiyimiz keyfiyyətlərə və geniş çevrəyə malik deyil, buna görə də, onunla əməkdaşlıq etmək fikrimizdən daşındıq. Onu da qeyd edim ki, dəvət edən tərəf kimi çayın pulunu da biz verdik”, - şahid bildirib. Şahid vəkillərin sualına cavab olaraq onların gördüyü işlərin Akif Çovdarovun rəhbərlik etdiyi 6-cı Baş idarəyə heç bir aidiyyyatının olmadığını bildirib.

Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov növbəti iclasın bazar ertəsi, aprelin 24-də keçiriləcəyimi elan etdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elşən Qafarov Emin Əmrullayevi debata dəvət etdi: - “Təhsil sahəsində baş verən dağıdıcı fəaliyyəti müzakirə etmək istəyirəm”
Bu gün, 11:40
Rusiyada ikinci “Borodino döyüşü” – Çovdar böhranı dərinləşir
Bu gün, 11:35
Milli Paralimpiya Komitəsində yeni təyinat olub - BUNDAN SONRA...
Bu gün, 11:31
Pezeşkian İran xalqından üzr istədi - İran mediası
Bu gün, 11:29
Süleyman Mikayılov növbəti səyyar görüş keçirib - FOTOLAR
Bu gün, 11:25
“Kim-kimin həyat yoldaşından dünyaya övlad gətirdi...” – Aparıcıdan gözlənilməz açıqlama
Bu gün, 11:19
Şahin Şıxlinskinin oğlu hakimin qərarından şikayət etdi
Bu gün, 11:16
“Tanrı türkə kitab göndərmədi, türklük özü bir dindir” - Rüstəm Behrudi
Bu gün, 11:11
Taksi qalmaqalı, yoxsa növbəti monopoliya? - "İnsanlar daha çox pul xərcləməyə məcbur edilir"
Bu gün, 11:04
ABB kartına pul qoyanların DİQQƏTİNƏ! – Müştərinin pullarını kartdan belə çəkdilər
Bu gün, 11:02
Dəmir yollarında AVTORİTAR REJİM... - İŞƏ MƏHKƏMƏ QARIŞDI...
Bu gün, 10:52
“Rabitəbank" keşbek qaydalarını SƏRTLƏŞDİRDİ – Müştəriləri narazı salan QƏRAR
Bu gün, 10:46
Tofiq Bakıxanov xəstəxanaya yerləşdirilib, əməliyyat olundu - AÇIQLAMA
Bu gün, 10:43
Məhkəmə dövlətə xəyanətdə ittiham olunan şəxslə bağlı qərar çıxardı
Bu gün, 10:41
Anar Yaradıcılıq Evinin açılışında iştirak etmədi - Səbəbini özü AÇIQLADI
Bu gün, 10:32
Paşinyanın “Kinder sürpriz”i – Arvadının göstərişi ilə ONU GƏTİRİR
Bu gün, 10:29
Balakəndə sevgi üstündə dava: 27 yaşlı oğlana qızı vermədilər, iş polisə düşdü - TƏFƏRRÜAT
Bu gün, 10:26
Masallı səhiyyəsi: Əgər belə davam edərsə... - TƏFƏRRÜAT
Bu gün, 10:20
Praktik sülhün təməli qoyulur - ŞƏRH
Bu gün, 10:14
Ağdamda 9 milyon manata evlər tikiləcək - QALİB ŞİRKƏT AÇIQLANDI
Bu gün, 10:12
Müştəriyə açıq-aşkar zay məhsulu sırıyırlar... - ƏVƏZİNDƏ İSƏ...
Bu gün, 09:49
SOCAR-da QULDARLIQ DÖVRÜNƏ QAYIDIŞ... - NƏ BAŞ VERİR?
Bu gün, 09:29
“Azərbaycanda əmək bazarında gərginlik yarana bilər” - NƏ ETMƏLİ?
Bu gün, 09:19
Makronun Mühafizə Xidmətinin sabiq rəhbəri 6 milyon dollara yaxtanı azad edəcəyini deyirdi – MƏHKƏMƏ ZALINDAN
Bu gün, 09:07
Sankt-Peterburq hava limanlarında məhdudiyyətlər tətbiq edilib
Bu gün, 08:57
Bakı AŞ PA ilə barışır? - TƏDARÜK VAR
Bu gün, 08:54
Hacıyevin ABŞ səfəri: “907-ci düzəliş” Minsk Qrupunun “yanına” gedir? - GƏLİŞMƏ
Bu gün, 08:08
Bu, İlham Əliyevin tələbləri ilə bağlı deyil - Xaçatryan
Bu gün, 08:05
UZUN ÖMRÜN SİRRİ: Hər halda iylənmiş suda deyil... - NARAZILIQ VAR...
Bu gün, 08:03
"Kapitalbank" mücərrəd ayı söhbəti haradan çıxdı? - Professordan şərh
Bu gün, 07:56
Köhnə dəllal Zakir Quliyev İŞ BAŞINDA - TƏFƏRRÜAT
Bu gün, 07:52
Müdafiə Nazirliyinin əməkdaşı iş vaxtı damarlarını niyə doğrayıb? – ELMAN QULİYEV ŞOK FAKTLARI AÇIQLADI
Bu gün, 07:36
Ermənistanda absurd savaş xəyalları... - NƏ QƏDƏR REALDIR...
Bu gün, 07:27
Fərhad Əhmədovun 20 milyonluq mülkü əlindən alınır - Ramiz Mehdiyevin adı hallanır
Bu gün, 07:25
Revanşist ermənilər: nə qədər praqmatikdirlər? - AKTUAL
Bu gün, 07:16
Zəngəzur dəhlizi an məsələsidir... - Görünəni odur ki...
Bu gün, 07:12
Peşə təhsili siyasəti iflas həddində... - BU FAKTDIR...
Bu gün, 07:08
Əlyazmalar İnstitutunda NƏ BAŞ VERİR? - Teymur Kərimli Nigar Babaxanlını özündən sonra direktor təyin edilməsini istəyir?
Bu gün, 07:02
Zəngəzur dəhlizi Tehran üçün hansı əhəmiyyətə malikdir? - İNCƏLƏMƏ
Bu gün, 06:55
Məktəbli formaları anbarda qalıb: Alan yoxdur? - BU NƏDİ BELƏ?
Bu gün, 06:46
"Nepal hadisələrinin Ermənistanda eyni ssenari ilə təkrarlanması real deyil" - ÇÜNKİ...
Bu gün, 06:44
ABŞ “Tramp dəhlizi” üçün Ermənistana ilk yardım tranşını ayırıb - GƏLİŞMƏ
Bu gün, 06:40
Regionda ciddi risk: yeni ərazi bölgüsü yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Bu gün, 06:37
"Ola bilər Rusiya PUA-ları Polşaya yanlışlıqla keçib" - Tramp MALALAYIR
Bu gün, 06:32
Paşinyan bir sıra məmurları vəzifələrindən azad edib - KİV
Bu gün, 06:21
ABŞ-da sabiq senator Menendesin erməni həyat yoldaşı azadlıqdan məhrum edilib - “Bloomberg”
Bu gün, 01:43
Ermənistan daha bir türk ölkəsi ilə yollarını açır
Dünən, 18:12
Təcili yardım maşınlarının təmiri 1 milyona başa gələcək
Dünən, 18:06
Zaxarova Alla Puqaçovanı riyakar adlandırdı
Dünən, 18:04
“Azərbaycan Sənaye Bankı”nın İdarə Heyətinə təyinat olub - BUNDAN SONRA...
Dünən, 17:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru