Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır .....                     Rusiyada benzin sürətlə bahalaşır .....                     Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür .....                     Deputat özünə yeni sayt yaratdı .....                     Suriyada Hizbullah üzvləri həbs olunub .....                     ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? .....                     "Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" .....                     Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan .....                     "Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" .....                     Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ .....                     Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: .....                     Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... .....                     Paşinyanın adamı Azərbaycana gəldi .....                     Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq .....                     Dövlətin strateji obyekti Azercell-ə verilir .....                     907-ci düzəliş birdəfəlik ləğv edilməlidir .....                     Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi .....                     Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür .....                     Sülh müqaviləsinə sayılı günlər qaldı .....                     Xaçmaz xəstəxanasında FACİƏ .....                     "Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... .....                     Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır .....                     “Azərsun” çirkaba batmış duzu bizə yedizdirir .....                     Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? .....                     "Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil" .....                     “Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu .....                     Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” .....                     İrəvandan Zəngəzur açıqlaması: .....                     Manaf Ağayevin oğlu işdən çıxarıldı .....                     SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... .....                     Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib .....                     MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir .....                     Direktor müavininin meyiti kanaldan tapıldı .....                     Azərbaycan kürünü xaricə neçəyə satır? .....                     İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur .....                     “Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? .....                     9 saylı türmədə nələr baş verir? .....                     Xankəndidəki “Nənə və baba” heykəli sökülür? .....                     “Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” .....                     Paşinyanın partiyası qurultaya gedir .....                 

Əməkdar artist deputatdan prezidentə şikayət etdi - "Evimdə kişi yoxdur, hər işin ardınca özüm düşürəm"
Tarix: 28-03-2017, 09:22 | Çap et
Əməkdar artist deputatdan prezidentə şikayət etdi
Kult.az əməkdar artist Firuzə İbadova ilə müsahibəni təqdim edir:

- Firuzə xanım, ölkənin tanınan sənət adamısınız. Tanınmaq necədir, haradasa sizə mane olmur ki?

- Baxır insanın hansı mənsəbə qulluq etməsinə. Mənə isə əsla, çünki öz sənətimə uyğun etik normada davranmışam, yetərincə tamaşaçı sevgisi qazanmışam.

- Kifayət qədər ciddi imiciniz var. Şou aləmində isə çox vaxt bunun əksini, ciddilikdən uzaq olanları görürük. Bəzən həmin qeyri-ciddi müğənnilərlə eyni səhnəni, ekranı bölüşürsünüz, bunun sizə hər hansı narahatlığı olmur ki?

- Əlbəttə, bunların mənim üçün bir az narahatlığı olur, elə kənardan da bunu deyənlər tapılır. Amma nə edəsən, kimə nə deyəsən? Bir də fikirləşirəm ki, onlar da Allah bəndəsidir... Qabil gözəl deyib: “Kiçilirik biz, səhv düşəndə yerimiz…” O qədər başımızı dəyərsiz işlərlə qatırıq ki, hərdən belə də olur.

- Düz deyirsiniz... Firuzə xanım, sənətin yolları çox dolaşıqdır, deyirlər. Kənardan baxan isə sənət adamına həsəd aparır, onların rahat dərdsiz, qəmsiz yaşamasını düşünür. Amma bu, belə deyil, bilirik. Sizcə, müğənninin çətinliyi nədədir? Konkret, siz hansı çətinliklərlə qarşılaşmısınız?

- Təmiz sənətlə yaşamaq nə qədər çətin imiş, bircə bilsəydilər. Mənim həyat anlayışımda çətin budur. Əsas üzü ağ olasan, utanmayasan, kim bilir ki, acsan, yoxsa tox… Əlbəttə, biləndə ki, sənə layiq olduğunu vermirlər, bu, adama çox təsir edir. Mən nə edə bilərəm, öz yerimdə çox sakit qalıram. Bilirsiniz, indi tam fərqlidir, bizim dövrün müğənniləri əsl sənət fədailəri idi..

- Bizim dövrün müğənniləri dediniz. Demək istəyirsiniz ki, indiki dövrə aid deyilsiniz?

- Həm bəli, həm də xeyr. İfa tərzi ilə, indinin qanunlarıyla razılaşa bilmirəm. Kimin dayağı varsa, onun sənəti olmasa da, hər şeyi var…

- Bu günün qanunları nəyi diktə edir? Əvvəllərlə müqayisədə fərq yəni o qədər böyükdür ki? Axı deyirlər ki, əvvəllər qapalı, gizlin olanlar indi açıq-aşkar edilir.

- Amma bizim dövrün əsas işi sənətini nümayiş etdirmək idi. Deyirsiniz ki, o vaxt qapalı olanlar, indi aşkar edilir. Bütün dövrlərdə, əsrlərdə hər cür insanlar olub. Bu insanın əqidəsindən asılı olan işlərdir. Mənim bunları müzakirə etməyə ixtiyarım yoxdur, hər kəs özünə cavabdeh olmalı, özünü tanıtmalıdır. Məni düşündürən yalnız sənətdir. Mən ona görə sizinlə bölüşdüm ki, kim nəyi necə bacarır o yolla zəhmətə qatlaşır, özünə bir yol açır.

- Etiraf edək ki, tanınmışlara bəzən qarayaxmalar, şər-şəbədə qoşmalar da olur. Siz özünüz haqda belə söz-söhbətə şahid olmamısınız ki?

- Xeyr. Haqqımda həmişə müsbət tərəfdən danışılıb və bu, məni sevindirib. Bilirsiniz, mən sadəcə müğənniyəm, gözəllik, səs, istedad Allaha məxsusdur, onun bizə verdiyi töhfədir.

- Firuzə xanım, niyə sizin kimi xarakter sahibləri belə şeyləri görməzliyə vurur?

- Ehh, sizə qurban olum, hansını deyim? Ölkənin yararsız deputatını, müğənnisini deyim? Guya dedik, nə olacaq, nə dəyişəcək? Yenə də sakitcə bir az pul qazanıram, övladlarımı saxlayıram… Mənim dediklərimdən nə asılıdır ki… Bu işləri kim icra edirsə, kim səlahiyyət sahibidirsə, o deməlidir, o məşğul olmalıdır. Böyük sənətkarlarımız var, başda millət vəkili Zeynəb Xanlarova olmaqla. Mən sadəcə müğənniyəm..

- Deyin, gənclik, yeniyetməlik çağlarınızda nə arzulaşmışdınız, nə oldu? Çata bildiniz həmin arzulara?

- Gənclik illərimdə ancaq sənətimi sevdim, elə idi də…Uğursuz sevgi yaşayıb ailə qurdum. Bir övlad oldu. İndiyə qədər də təkəm. Ancaq sənət və övlad sevgisi məni yaşadır. Arzularım isə çox olub, həyata keçməyib.

Rəşid Behbudov kimi sənətkarın teatırında çalışdım, dünyanın neçə ölkəsində oldum, amma heç nə arzuladığım kimi deyil. Mən tamamilə yaddan çıxmışam. Axı insanın zəhmətinə mütləq qiymət verilməlidir. Sağ olsunlar, yenə də əməkdar artist adı verdilər. Mən onu deyim ki, heç dəbdəbəli evim də yoxdur. Bir bağ üçün torpaq sahəm var idi, o da getdi deputat Astan Şahverdiyevin arvadı Solmaz Şahverdiyevaya.

- Niyə axı belə oldu? İddianıza görə bağ sahənizi mənimsədilər, illərlə məhkəmə çəkişməsi də olub. Solmaz Şahverdiyeva deputat arvadıdır, yoxsa hansısa bir işin qulpundan da yapışır?

- Heç yerdə işləmir, deputat arvadıdır, havayı çörək yeyir. Bu haqda mətbuatda da yazılıb. Kürəkəni bağ sahəmi alırdı. 16 sot torpağım vardı. Tək uşaq böyüdürəm, pula ehtiyacım vardı, bağın 4,5 sotunu almaq istədi. İnandım. Məbləğin 8 min manatını verdi. Notariusda alqı-satqı etdik. Qayınanasının adına keçirtdik. Onlara inandım, məni aldatdılar. Onlara halallıq vermirəm. Allaha tapşırmışam onları. İnanıram ki, səsimə səs verən tapılar. Evimdə kişi yoxdur, hər işin ardınca özüm düşürəm. Onlardan haqqımı tələb etsəm də, ala bilmədim. Məhkəməyə verdim. Xəzər Rayon Məhkəməsi və Apelyasiya da onların xeyrinə qərar çıxartdı.

- Hamısını mənimsədilər?

- Hə. Mən cəmi 4,5 sot torpaq satacaqdım ki, evimi girovdan çıxarım. Bunlar pulumu vermədilər, evin girovunu ödəyə bilmədim, ev də əlimdən çıxdı. Ümidim Prezidentə və onun xanımı I vitse-prezidentimizədir. Axır onlara dərdimi deyən tapılar… Mən yenə də Azərbaycanı dünyada təmsil edən müğənniyəm. Dəyərsizlərə, sənəti olmayanlara milyonlar bağışlayırlar, mənimkini isə zorla əlimdən alırlar.

- Ağrılı mövzudur. Gərək belə olmayaydı. Mövzunu dəyişmək istəyirəm, bayaq uğursuz, nakam sevgidən danışdınız. Niyə aldandınız? Yaxud sirr deyilsə, deyin, nakam sevgi dediyiniz olayın arxasında xəyanət durmurdu ki?

- Mənim sevgim çox uğursuz, zavallı və yetim sevgi oldu. İlk sevgimi unutmaq üçün gözüyumulu ailə həyatına qərar verdim və bu da yarıda qaldı.

- Həyata keçməyən arzularınızdan danışdınız, bəlkə, ürəklə girişməmisiniz? Yoxsa bu arzuların gerçək olması üçün hər hansı bir arxa, hami lazım idi?

- Mən təbiətən sakit, lakin çox güclü adamam. Yıxılsam, tez ayağa qalxa bilirəm. Mənə abırım və xanımlıq ismətim güc gəlir həmişə və deyir, Firuzə bu, olmaz… Bu baxımda da arzuların gerçək olmaması təəccüblü deyil.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yusif Məmmədovun şok fırıldağı: İnsanları belə aldadır - DİQQƏT!
Bu gün, 15:13
Rusiyada benzin sürətlə bahalaşır – Azərbaycanda da qiymətlər arta bilərmi?
Bu gün, 15:07
Daş-qaş içində "üzən" müğənnilər: Görməmişliyin sərhədi görünmür - Ekspert
Bu gün, 15:00
Deputat özünə yeni sayt yaratdı - FOTO
Bu gün, 14:58
Suriyada Hizbullah üzvləri həbs olunub - Dəməşqdən Tel-Əvivə JEST?
Bu gün, 14:55
ƏSLİNDƏ HƏBSXANADA YATMALI OLAN BİR ŞƏXSƏ MEDAL NECƏ VƏ NİYƏ VERİLDİ? - İLGİNC
Bu gün, 13:36
"Beş-on naşükür adama görə bütün köçkünlər haqqında mənfi rəy formalaşdırmasınlar!" - ETİRAZ
Bu gün, 13:19
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxılıb
Bu gün, 13:16
"Səmərəsiz qurum olan SOCAR xalqın pulunu niyə göyə sovurur?" - İndi bilindi ki, neftçilərin maaşları niyə qalxmır...
Bu gün, 13:08
Anar Babayev Konstitusiya Məhkəməsinin aparat rəhbəri TƏYİN EDİLDİ - BUNDAN SONRA...
Bu gün, 13:01
Deputatdan pensiya yaşının çox olması barədə etirazlara CAVAB: - “Pessimist notlara köklənməməliyik ki, insanlar tez vəfat edirlər”
Bu gün, 12:58
Ordubadda dövlət xidmətinə RÜŞVƏT İTTİHAMI... - "Əsgərlikdən yayındırırlar..."
Bu gün, 12:45
Paşinyanın adamı Azərbaycana gəldi – Mustafayev isə Zəngəzura…
Bu gün, 12:31
Azərbaycandan ucuz benzin alacağıq, Bakıda erməni malları satılacaq - Simonyan
Bu gün, 12:22
Dövlətin strateji obyekti Azercell-ə verilir - İDDİA
Bu gün, 12:12
907-ci düzəliş birdəfəlik ləğv edilməlidir - ÇAĞIRIŞ
Bu gün, 12:00
Gömrükçülərin düşdüyü qəzaya görə sürücü həbs edildi - Bir nəfər ölmüşdü
Bu gün, 11:59
Xaricdə təhsil vədi ilə dələduzluq edən “Pilgrim Education” qalmaqalı böyüyür - NARAZILIQ VAR...
Bu gün, 11:56
Sülh müqaviləsinə sayılı günlər qaldı - İNCƏLƏMƏ
Bu gün, 11:52
Xaçmaz xəstəxanasında FACİƏ – 45 yaşlı kişi antibiotikdən sonra həyatını itirib
Bu gün, 11:47
"Atlas Medical"da qanunsuzluq: İxtisasa uyğun olmayan fəaliyyət, səhv müalicə... - TƏFƏRRÜAT
Bu gün, 11:46
Ermənistanda sülhü dəstəkləyənlərin sayı artır - AMMA...
Bu gün, 11:44
“Azərsun” çirkaba batmış duzu bizə yedizdirir - Masazır gölünə qarışan KANALİZASİYA
Bu gün, 11:40
Eldar Mahmudovun adamı, yoxsa təsadüfi fiqur? – Xəlil Göyüşovun qaranlıq əlaqələri
Bu gün, 11:34
"Bu “Bəxt üzüyü-2” o biri “Bəxt üzüyü” deyil"
Bu gün, 11:29
“Azərişıq” ASC-nin vəzifəli şəxslərinə hökm oxundu
Bu gün, 11:26
Niyazi Bayramov Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” - İLGİNC FAKTLAR...
Bu gün, 11:05
İrəvandan Zəngəzur açıqlaması: - Başladı, Mehridə dağlar dağıdılır
Bu gün, 11:02
Manaf Ağayevin oğlu işdən çıxarıldı - BUNDAN SONRA...
Bu gün, 10:46
SOCAR rəsmisinin rumın qızla gizli eşq macərası... - FOTO
Bu gün, 10:38
Azərbaycanda şirkətin səhmdarlarında pay bölgüsü dəyişib
Bu gün, 10:33
MİDA uşaqların oynadığı yaşıllıq sahəsini söküb, şarj stansiyası tikir - Sakinlərdən ETİRAZ
Bu gün, 10:31
Direktor müavininin meyiti kanaldan tapıldı - TƏFƏRRÜAT
Bu gün, 10:16
Azərbaycan kürünü xaricə neçəyə satır? - AÇIQLAMA
Bu gün, 10:14
İpoteka evlərinin qiyməti gənc ailələr üçün əlçatmaz olur - NƏ ETMƏLİ?
Bu gün, 10:11
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? – Deputatlardan ETİRAZ
Bu gün, 10:05
9 saylı türmədə nələr baş verir? - müəmmalı görüş, dustaqlardan etiraz
Bu gün, 09:58
Xankəndidəki “Nənə və baba” heykəli sökülür? - “Ciddi memarlıq üslubu yoxdur, ona görə də..”
Bu gün, 09:54
“Xüsusilə vəzifəli şəxslər caduya aludə olanda insanlar inanırlar” - Tahir Kərimli
Bu gün, 09:50
Paşinyanın partiyası qurultaya gedir - KİV
Bu gün, 09:43
Problemli kreditlər sürətlə artır: nə baş verir? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 09:41
Gəncə İdman Sarayında tikinti işlərinin davamına daha 377 min manat vəsait ayrılıb
Bu gün, 09:34
"MİDA" MMC auditor seçdi - QALİB, MƏBLƏĞ
Bu gün, 09:28
AŞPA müəyyən güc mərkəzlərinin təsiri altındadır - FAKT BUDUR
Bu gün, 09:26
Müğənniyə qarşı QULDURLUQ ETDİLƏR - TƏFƏRRÜAT
Bu gün, 09:22
Gəlininə qumbara atan qayınataya - 15 il yarım həbs!
Bu gün, 09:11
Putinin İrəvanla bağlı yeni planları var... - GƏLİŞMƏ
Bu gün, 09:07
“Tərəqqi” medallı həkim şəhid ailələri və qazilər adından saxtakarlıqda təqsirli bilindi, amma... - MƏHKƏMƏ
Bu gün, 07:51
“Niyə iki il ərzində şikayət eləmirdin?” - Həbsdə olan politoloqun məhkəməsi
Bu gün, 07:48
Mərkəzi Neftçilər Xəstəxanası vergi borcu olan şirkəti qalib seçdi - TƏFƏRRÜAT
Bu gün, 07:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru