"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." .....                     "Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" .....                     Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək .....                     Böyük sülhə daha neçə zirvə qaldı? .....                     İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı .....                     Çinin okeandakı fəaliyyəti: .....                     Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var .....                     "Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" .....                     Dollarla bağlı təhlükə: vəziyyət dəyişir .....                     Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür .....                     Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... .....                     Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR .....                     Dövlət qurumu 8 milyona nələr alacaq? .....                     Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI .....                     Bakıdan Moskvanı qorxuya salan həmləalındı .....                     Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb .....                     Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb .....                     “Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur .....                     Bəlkə biz də rus malını BOYKOT EDƏK? .....                     Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... .....                     Rus dilində tədris buna görə ləğv olunacaq .....                     Düyməyə basıldı: Revanşistlər təxribata başladı .....                     Xaraba günə qalan Ağstafa... .....                     "İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" .....                     Sumqayıtda kürəkən öz qayınatasını öldürüb .....                     "Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." .....                     "Kimdir bu şirkətin rəhbəri?" .....                     Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... .....                     Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... .....                     "Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." .....                     "Baxırsan, amma son dəfə..." .....                     Tovuz döyüşlərindən 5 il ötür .....                     PKK silahını ona görə yandırır ki... .....                     Qabil Məmmədovun məhkəməsi BAŞLADI .....                     Məhərrəmliklə bağlı vəziyyət dəyişdi .....                     Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi .....                     Dövlətin dərman pulları kimlərə gedir? .....                     Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı .....                     Xalq artisti TƏƏSSÜFLƏNDİ .....                 

Azərbaycan əsgərinə çarpayı hazırlayan işçiləri kim çörəksiz qoydu? - MTN “çetesi” ilə bağlı daha bir FAKT
Tarix: 4-01-2017, 11:22 | Çap et
Azərbaycan əsgərinə çarpayı hazırlayan işçiləri kim çörəksiz qoydu?
MTN “çetesi” ilə bağlı cinayət materillarını oxuduqca göz önündə qorxunc filmlərdəki səhnələr canlanır. Sahibkarlara, iş adamlarına, qızıl alverçilərinə, mağaza sahiblərinə qənim kəsilən sabiq MTN əməkdaşları onları müxtəli üsullarla tora salıb, hədə-qorxu gəlib, qurduqları biznesi asanlıqla çökdürə biliblər.

Virtualaz.org istintaq materiallarına istinadən xəbər verir ki, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, həmin baş idarənin sabiq rəis müavini Fizuli Əliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri də “Qardaşlar mebel” MMC-nin sahibi Əli Mirzəyev olub.

Zərərçəkmiş Əli Mirzəyev istintaqa verdiyi ifadəsində göstərib ki, qardaşı İbrahim Mirzəyev lə birlikdə “Qardaşlar mebel” MMC-ni təsis edib. Biləcəri qəsəbəsində qardaşına məxsus sahədə mebel sexi inşa ediblər. 2012-2014-cü illər ərzində sexdə 30-40 nəfər işçi çalışıb. 2013-cü ilin dekabr ayında Müdafiə Nazirliyi ilə ümumilikdə 2 milyon 500 min manat dəyərində 1500-2000 əsgər çarpayısı hazırlayıb verməyini öhdəsinə götürmək barədə qanuni müqavilə bağlayıb. Müqavilə şərtlərinin tam icra edilib tamamlanmasına az qalmış 2014-cü ilin yanvar ayında MTN əməkdaşları özünü “yetirib”: ”Səhər saatlarında uşağı bağçaya aparırdım. Üç avtomobillə beş nəfər gəldi, onlardan biri - Samir Mehdiyev MTN əməkdaşı olduqlarını dedi, sürcüyə maşını idarə etməsinə imkan vermədilər. MTN-ə getməli olduğumu dedilər. Səbəbini soruşdum, heç nə bildirmədilər. Hərbi Əks-Kəşfiyyat idarəsinin adını çəkmədilər, özlərini yalniz MTN işçiləri kimi təqdim etdilər. MTN əməkdaşlarının müşayiəti ilə uşağı bağçaya düşürdüm, özüm də avtomobilimdən düşüb maşını sürücüyə təhvil verdim, onlarla birlikdə getdim”.

Zərərçəkmişin ifadəsinə görə, onu Azadlıq prospektində yerləşən MTN-nin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə gətiriblər. S.Mehdiyevin göstərişi ilə ikinci mərtəbəyə qalxıblar: ”Təxminən yarım saatdan sonra özünü şöbə rəisi kimi təqdim edən 45-50 yaşlarında, dolu bədənli bir nəfər otağa gəldi, mənimlə çox kobud danışdı. Dedi ki, sən Müdafiə Nazirliyi ilə işləyirsən, yaz ki, onlara rüşvət vermisən. Rüşvət vermədiyim halda, bunu edə bilməyəcəyimi söylədim. Bunu dedikdə hədə-qorxu gəlməyə başladı. “Sənin telefon danışıqlarından hər şeyi üzə çıxara bilərik” dedi və təkidlə 20 min manat verməyi tələb etdi. Sonrasa adım əks olunmuş, məzmununu xatırlamadığım möhürlü məhkəmə qərarı göstərib dedi ki, qərar da hazırdır, səni burada həbs edə bilərik. Qorxuya düşdüm, tələb olunan məbləği verəcəyimi bildirdim”.

MTN əməkdaşları pulu gətirməsi üçün sahibkarı buraxıblar. Ə.Mirzəyev oradan çıxan kimi qardaşı İbrahim Mirzəyevə zəng vurub, başına gələni danışıb, onunla görüşüb, pul aldıqdan sonra elə həmin gün geri qayıdaraq məbləği onlara verib. Bundan sonra Müdafiə Nazirliyi daha ona heç bir sifariş verməyib. Bu hadisədən bir müddət sonra 2014-cü ilin yay aylarında “Nəriman Nərimanov” metro stansiyası yaxınlığındakı ofisdən çıxıb maşına əyləşərkən saxlanılıb. On nəfərə yaxın MTN əməkdaşı ilə əhatə olunan sahibkarı tutaraq ofisə qaytarıblar. Ofisdəki işçiləri - Mahal Göyüşov, Yusif Balacayev, Vasif Kərimovu tutaraq axtarış aparmağa başlayıblar. Seyfdəki 10 min manat məbləğində pul, iki noutbuk, sənədlər götürülüb, sahibkarı işçilərlə birlikdə MTN-ə aparıblar.

”Ofisdəki axtarışa rəhbərliyi Fizuli Əliyev edib. Onunla birlikdə Natiq Alıyev, Zaur Məmmədov və digərləri də olub. Bizi MTN-nin binasına aparıb ikinci mərtəbəyə qaldırdılar, dəhlizdə saxladlar. Fizuliyə pul verməyəcəyimi dedikdə işçilərin yanında məni təhqir etdi, cavab qaytardıqda bir neçə MTN əməkdaşı ilə məni döyməyə başladı. Fizuli qoluma qandal vurub ayaqyoluna salınmağım barədə göstəriş verdi. Zaur Məmmədov məni ayaqyoluna salaraq başıma yumruq vurdu”, - iş adamı deyir.

Sonradan Ə.Mirzəyevi kabinetinə gətizdirən F.Əliyev “niyə ipə-sapa yatmırsan, niyə pul vermirsən, biz də dolanmalıyıq” deməklə sahibkarı tənbeh edib. MTN əməkdaşı sahibkara hədə-qorxu gələrək işlədiyi şirkətləri çağırtdıracağını, onu tutduracağını, karyerasını məhv edəcəyini deyib. Söhbət əsnasında onu qorxutmaq üçün tez-tez xidməti tapançasını çıxararaq stolun üstünə qoyub. Həmin gecə işçiləri ilə birgə MTN-də saxlanılıb.

Ertəsi gün Əli Mirzəyevlə Mahal Göyüşovu MTN-nin yaxınlığındakı “Sultan” kafesinə aparıblar. Kafenin kabinetində Fizuli Əliyev təklikdə onunla söhbət apararaq azad olunması üçün 2 milyon manat pul tələb edib, sonra məbləği 1 milyona kimi azaldıb. Sahibkar bu qədər pulu ona vermək imkanı olmadığını izah edib. Son olaraq F.Əliyev 500 min manat verilməsini tələb edib, bunun müqabilində üç ilə biznesinə dəyməyəcəyini deyib.

Gecəni qanunsuz olaraq onu və işçilərini MTN-də saxlayan şəxsin hədələrindən, onu tutacaqlarına inandığından deyilənlərlə razılaşmağa məcbur olub. Bundan sonra onları buraxıblar. Yenidən qardaşı ilə telefon əlaqəsi saxlayan Ə.Mirzəyev onunla Təbriz küçəsindəki “Məxməri” restoranın qarşısında görüşüb, başına gələnləri danışıb. Tələb olunan məbləği yığmaq üçün 15-20 nəfərə yaxın dost-tanışa müraciət ediblər. Həmin gün pulları topladıqdan sonra Ə.Mirzəyev Natiq Alıyevin telefonuna zəng vurub: “Qardaşımla birlikdə “Sultan” kafesinin yanına gəldik. Kafenin qarşısında pulları Füzuli Əliyevlə Natiq Alıyevə verdik. Həmin pulun cəmi 50 min manatı qardaşımla mənə məxsus olub. Pulları verəndən sonra Natıq Alıyev ofisdən götürdükləri bütün sənədləri, kompüterləri özümümzə qaytardı”.

Qeyd edək ki, yaxın günlərdə məhkəmə qarşısına çıxarılacaq sabiq MTN əməkdaşları qulluq mövqelərindən sui-istifadə etməkdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan ayrı-ayrı şəxslərin gizli qaydada telefon danışıqlarını dinləməkdə, çoxsaylı sahibkarların külli miqdarda əmlaklarını ələ keçirməkdə, bu əməllərində odlu silahdan istifadə etmədə, vətəndaşlara qarşı zorakılıqda, sahibkarların və digər vəzifəli şəxslərin qanunsuz azadlıqdan məhrum edilməsində ittiham olunurlar.

Virtualaz.org










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"İsrail İrana qarşı cadu və cinlərdən də istifadə edib..." -TEHRAN MERİ
Bu gün, 09:22
"Allaha şükür, müsəlmanıq, İslama qarşı bir sözümüz yoxdur" - Sabir Rüstəmxanlı
Bu gün, 09:19
Birbaşa, ikitərəfli müzakirələrin aparılması nəticə verəcək - GÖZLƏNTİ
Bu gün, 08:37
Böyük sülhə daha neçə zirvə qaldı? - GƏLİŞMƏ
Bu gün, 08:34
İrəvan Bakı ilə “birləşir”: Paşinyan razılaşdı, dəhlizlə bağlı kontur cızıldı - NƏ BAŞ VERİR?
Bu gün, 08:32
Çinin okeandakı fəaliyyəti: - ABŞ-la qarşıdurmaya hazırlıq...
Bu gün, 08:30
Azərbaycan və Ermənistanın indi ortaq bir rəqibi var - Rusiya bölgəni tamamilə itirəcəkmi?
Bu gün, 08:28
"Orta məktəb müəllimi öz ixtisası üzrə magistr dərəcəsinə də sahib olmalıdır" - ÇÜNKİ...
Bu gün, 07:32
Dollarla bağlı təhlükə: vəziyyət dəyişir – Üç mühüm məqam
Bu gün, 07:29
Putin Ukraynada nüvə silahından istifadə etməyi düşünür - “The Telegraph”
Bu gün, 07:26
Zəngəzur dəhlizi uğrunda əsl savaş gedir... - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 06:48
Qoşqar Təhməzlinin elə özü TƏHLÜKƏDİR - FAKT BUDUR!
Bu gün, 06:45
Dövlət qurumu 8 milyona nələr alacaq? - SİYAHI, DETALLAR
Bu gün, 06:41
Zəfər Qurbanov Heydər Əliyev fondunun qurduğunu BELƏ DAĞITDI - milyonlarla pul xərclənmişdi...
Bu gün, 06:22
Bakıdan Moskvanı qorxuya salan həmləalındı – Buna görə ermənilər hədəfə
Bu gün, 06:15
Rubio NATO ölkələrini Ukraynaya silah tədarükünə çağırıb - KİV
Bu gün, 06:12
Qorxulu xəbərlər yayılır: Ekspertlər qiyməti 250 manatadək qaldırıb - Görünəni odur ki...
Bu gün, 05:31
“Azərbaycan Beynəlxalq Bankı” adamı belə soyur - GİLEY
Bu gün, 05:29
Bəlkə biz də rus malını BOYKOT EDƏK? - Elə gətirdikləri toyuq əti...
Bu gün, 05:25
Daha bir həkim-dələduz PEYDA OLUB: Diş əkir, diş çəkir... - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
Rus dilində tədris buna görə ləğv olunacaq - AÇIQLAMA
Bu gün, 05:16
Düyməyə basıldı: Revanşistlər təxribata başladı - AKTUAL
Bu gün, 05:14
Xaraba günə qalan Ağstafa... - VİDEOFAKT
Bu gün, 05:11
"İmtahandan keçməyən müəllimin yerinə savadsızını gətirmək cəmiyyəti geriyə aparır" - Şahlar Əsgərovdan ETİRAZ
Bu gün, 05:05
Sumqayıtda kürəkən öz qayınatasını öldürüb - TƏFƏRRÜAT
Bu gün, 05:02
"Artıq 1 ildir sənədlər Nazirlər Kabinetinə göndərilmir...." - AXI NİYƏ?..
Bu gün, 04:58
"Kimdir bu şirkətin rəhbəri?" - NARAZILIQ VAR...
Bu gün, 04:55
Ermənistan əgər Azərbaycana yenidən ərazi iddiaları qaldırsa... - ŞƏRH
Bu gün, 04:38
Rusiya Avropaya hücuma hazırlaşır: 2026-2027-ci illərdə... - GƏLİŞMƏ
Bu gün, 04:35
"Onlar əfv olunacaq, yoxsa cəzalandırılacaq?.." - Etibar Məmmədov
Bu gün, 04:30
"Baxırsan, amma son dəfə..."
Bu gün, 04:25
Tovuz döyüşlərindən 5 il ötür - UNUTMARIQ!
Bu gün, 01:56
PKK silahını ona görə yandırır ki... - AKTUAL
Dünən, 18:01
Qabil Məmmədovun məhkəməsi BAŞLADI - TƏFƏRRÜAT
Dünən, 17:58
Məhərrəmliklə bağlı vəziyyət dəyişdi – Nə baş verir?
Dünən, 17:55
Mərkəzi Bank bu şirkətə yarım milyondan çox pul ödədi - TENDER NƏTİCƏSİ
Dünən, 17:47
Dövlətin dərman pulları kimlərə gedir? - ARAŞDIRMA
Dünən, 17:46
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Dünən, 17:42
10 milyon manatlıq tikinti tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
Dünən, 17:40
Xalq artisti TƏƏSSÜFLƏNDİ - “Sənət yox, pul arxasınca gedirlər”
Dünən, 17:37
Rusiya Ukraynaya hava zərbələrini niyə intensivləşdirib? - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:32
“Autsorsinq” Zəngəzur dəhlizinə nə vəd edir? - 12 BƏND
Dünən, 17:27
Həyasızlığın pik həddi və ya Moskalkovanın absurd ittihamları
Dünən, 17:25
Məhkəmə dövlətə 3 milyondan çox borcu olan iki şirkət rəhbərinə niyə şərti cəza verdi? - TƏFƏRRÜAT
Dünən, 17:19
Bu universitetin prorektoru vəzifəsindən azad olundu - FOTO
Dünən, 17:15
"Balaəli özünə pullu sponsor axtarır" - Yaşar Qafanlı
Dünən, 17:12
Ruslar etiraf etdilər: - Dərman almağa pul tapa bilmirik
Dünən, 17:08
"Mənim pulum 1 il orada qaldı, axırda 4 manat 20 qəpik pul verdilər..." - ÖZBAŞINALIQ...
Dünən, 17:00
“Sinəsini açana Xalq artisti adı verirlər” – Tanınmış sənətkardan qalmaqallı açıqlama
Dünən, 16:50
SİYASƏT VƏ BİZNES ARASINDA "KÖLGƏ" FİQUR... - Və ya güclü, amma "səssiz" OLİQARX
Dünən, 16:46
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru