"Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" .....                     “Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir .....                     Prezidentdən Zəngəzur mesajı .....                     “Beer Muxtar”da alkoqollu içkilərə də .....                     Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq .....                     "“Əmrahbank”la məhkəməmiz davam edir..." .....                     Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür .....                     Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... .....                     Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? .....                     Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı .....                     Dollar satışı niyə artıb? .....                     Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib .....                     Vəzifəli şəxsi maşın vurub öldürdü .....                     Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? .....                     Vardanyanı hansı cəza gözləyir? .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi .....                     Müşfiq Həşimov .....                     Raqif Abbasovun məhkəməsi başladı .....                     “Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” .....                     Hacı İbrahim Nehrəmlinin şirkəti .....                     Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? .....                     Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... .....                     Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına .....                     Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb .....                     AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` .....                     Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? .....                     Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir .....                     Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi .....                     MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin .....                     Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub .....                     Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? .....                     Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan .....                     Makron özünü "yeni Napoleon" zənn edir .....                     Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir .....                     Hüseyn Əsgərov vəzifəsindən azad edildi .....                     "Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ .....                     “RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb .....                     Ermənistan yenidən müharibə istəyir .....                     Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı .....                     Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? .....                 

Saatlı sakini kimlərdən şikayətçidir? - MÜRACİƏT
Tarix: 29-12-2016, 09:57 | Çap et
Saatlı sakini kimlərdən şikayətçidir?
“Təzadlar”ın rəsmi saytının ötən buraxılışlarında Respublika əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova ünvanlı şikayət məktubu yayımlanmışdı. Şikayət məktubunda əsasən Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru təyin olunmuş Bayram Mikayılovun əvvəl işlədiyi sahələrdə yol verdiyi qanunsuz əməllər və sair barədə məlumatlar ifadə edilmişdi.

Bu gün “Təzadlar”a Bayram Mikayılovun barəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, surəti- Azərbaycan Respublikasının birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, H.Əliyev Fondunun sədri Mehriban xanım Əliyevaya, Respublika əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova, Azərbaycanın Ombudsmanı xanım Elmira Süleymanovaya, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovaya ünvanlı daha bir müraciət daxil oldu. Müraciət Bayram Mikayılovun qayınatası Aydın Cəbrayılov tərəfindən imzalanıb.
Biz vətəndaş Aydın Cəbrayılovu redaksiyamıza dəvət etdik. O, müraciətinə aid sənədləri təqdim edərək bəzi əlavələrini də qeyd etdi. Bir sıra sərt ittihamların və bəzi sənədlərin aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmasına zərurət olduğundan bu barədə əlavə məlumat veriləcək.
Aşağıda qeyd edilən müraciəti təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Azərbaycan Respublikasının birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, H.Əliyev Fondunun sədri Mehriban xanım Əliyevaya!
Respublika əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova!
Azərbaycanın Ombudsmanı xanım Elmira Süleymanovaya!
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynovaya!
Çox hörmətli cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Bildirirəm ki, Sabirabad rayonunun Ulacalı kənd sakini, hazırda Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru, mənim kürəkənim (yəqinki tezliklə məhkəmənin ədalətli qərarından sonra artıq keçmiş olan) Bayram Mikayılov bizimlə ailə dramı yaşamağı bir yana, mənə məxsus əmlakları saxtakarlıq yolu ilə ələ keçirmişdir.O, qızıma məxsus cehiz əmlaklarını hələ heç bir boşanma sənədi olmadan ələ keçirərək mənimsəməklə, adi insani haqları tapdamışdır. Hətta mənim adıma olan avtomobili idarəetmə etibarnaməsi olduğu halda, mənim adımdan hansı yollarlasa öz adına keçirərək özgəninkiləşdirmişdir. Uzun müddət bütün mümkün qayğılarımla əhatə etdiyim bu insana, hətta qohumluğun ilk günlərində qızıl kartımı verərək onun ilk dəfə Parisi görmək arzusunu reallaşdırmasına şərait yaratdım və onu Fransaya səyahətə yola saldım. Rəsmi bank sənədlərinə istinadən deyirəm ki, o, Parisdə olduğu 10 gün ərzində həmin kartda olan 20 min avro pulumu kefi istədiyi kimi xərcləmişdir. Olsun... Amma bir müddət sonra o, ailəmizin və şəxsən mənim ona qarşı humanist davranışımızdan sui-istifadə edərək mənə məxsus əmlakları da ələ keçirməyə başladı. Mən bunları da ona qurban edərdim, lakin az sonra o, təzə doğulmuş körpəsi olan ananı, yəni həyat yoldaşını təmirinə 80-90 min manat xərclədiyim, bu qədər də ev əşyaları olan bahalı mebellərlə doldurulmuş evdən təhqiramiz formada qovaraq bu ailənin bütün Konstitusion haqlarını ayaq altına atmışdır. Və Bayram Mikayılovun bu hoqqalarına stimul verən halları araşdıranda məlum oldu ki, bu adam artıq həddini aşaraq ailə instituna ağır zərbə vuran hərəkətlərə yol vermiş, öz ailəsindən əlini belə üzmüşdür. Etik qaydaları nəzərə alaraq təfsilatına varmaq istəmirəm... Bundan sonra mən də lazımi ölçü götürülməsi üçün aidiyyəti dövlət qurumlarına müraciət etmək haqqımdan istifadə etməli oldum.

“Dövlətimizin qayda-qanunlarını tapdayan şəxsin dövləti vəzifə tutmasını görəndə, susmaq mümkün deyil...”

Cənab Prezident!
Hörmətli xanımlar və cənablar!
Bütün bu haqsızlıqları və qanunsuz hərəkətləri adi bir insan etsəydi, bəlkə də bunları bir təhər həzm etmək, onu bağışlamaq olardı. Amma dövlətimizin qayda-qanunlarını tapdayan şəxsin dövləti vəzifə tutmasını görəndə, susmaq mümkün deyil. Baş verənlərin kökü mənə təfsilatı ilə bəlli oldu. Məlum olur ki, Respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində onu himayə edənlər vardır və o, həmin himayədarların sayəsində o, bir sıra qanunsuz işlərlə məşğul olmuşdur. Məsələn, Bayram Mikayılov 2012-ci ildə Nobel prospektinin “Lenkombinat” ərazisindən keçən hissəsində metal rəngli “Mersedes”i ilə yolu keçən 4 yeniyetmə qızı maşınla vurmuşdur, onları 3-ü ağır xəsrət alaraq bir aydan çox müalicə alıb evə buraxılmışdılar. Lakin bəzi adamların “qayğısı” sayəsində o, məsuliyyətdən yayına bilmişdir. Qanunları saya salmayan Bayram Mikayılov 19 dekabr 2016-cı ildə Xətai rayon Məhkəməsində isə xuliqanlıq edərək məhkəməyə hörmətsizlik etdiyindən hazırda barəsində 34-cü polis bölməsində təhqiqat aparılır.
Yeri gəlmişkən, atalar doğru deyib ki, oğul dayısına oxşayar. Amma atalar hardan biləydi ki, Bayram Mikayılov dayısı Əli Əlisəfa oğlu Məmmədovun pis cəhətləri ilə ona oxşamışdır. Məsələn, onun dayısı Əli Əlisəfa oğlu Məmmədov Sabirabad rayon ƏSMM-də baş mühasib işləyərkən külli miqdarda (1 milyon manatdan artıq) ünvanlı sosial yardımları mənimsədiyi üçün 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Bu azmış kimi, Bayram Mikayılovun xalasının əri Cavanşir İsgəndərov isə Bakının Xətai rayon ƏSMM-nin rəisi olarkən etimadı doğrultmadı və işdə yol verdiyi ciddi nöqsanlara görə nazir Səlim Müslümovun əmri ilə, hətta kollegiya iclasında işdən çıxarılmaqla, iclas zalından qovulmuş, vəzifəsindən dərhal azad edilmişdir. Təəssüflər olsun ki, Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dövlətin etibar etdiyi məsul vəzifələrdən şəxsi məqsədləri və mənafeləri üçün sui-istifadə edən bu insanları açıq şəkildə müdafiə edənlər vardır. Belə ki, Bayram Mikayılovun dayısı Əli Məmmədov Sabirabad ƏSMM-nin rəisi vəzifəsindən çıxarılıb həbs ediləndən sonra nazirlikdəki həmin qüvvələr Bayram Mikayılovu dayısının yerinə-Sabirabad ƏSMM-ə baş mütəxəssis vəzifəsinə təyin etdirdilər. Hansı üstün cəhətinə, peşə keyfiyyətlərinə görə?
Ən dəhşətlisi: Bayram Mikayılovun bacısının əri İlqar Rzayev Sabirabadın Ulacalı kəndinin icra nümayəndəsi işləyirdi. Heç kimə sirr deyil ki, korrupsiya üçün münbit şəraiti necə yaradırdılar. Məsələn, mən qohum kimi əvvəllər də şahid idim ki, ünvanlı sosial yardım verilməsi üçün vacib arayışları kəndin icra nümayəndəsi olan İlqar Rzayev verirdi, bu arayışlarla isə Bayram Mikayılova yardımların kimlərə verilməsini müəyyənləşdirməkdə yaşıl işıq idi. Ona dəfələrlə belə qanunsuz işlərdən uzaq durmasını tövsiyyə etmişəm, amma tamah hər şeyə üstün gəlirmiş. Elə vəziyyət yaranmışdı ki, Ulucalı kəndinin az qala yarısı həmin vaxt sosial yardım alırdı, dövlətin pulu təyinatı üzrə deyil, imkanı olanlara xərclənirdi, sosial ədalətsizliyə yol verilirdi... Bu ciddi qanunsuzluq, ədalət prinsipinin pozulması idi. Hətta məndə dəqiq məlumat var ki, bir çox insanların ünvanlı sosial yardımlarının kartları Bayram Mikayılovun Sabirabad RPŞ-də polis serjantı işləyən qardaşı Mikayılov Malik Təvəkkül oğlunun cibində gəzirdi. Bu nə dərəcədə qanuna uyğun idi?

“İradlarımdan nəticə çıxarmaq əvəzinə, məndən qisas almağa başladılar...”

Mən bir məsələyə təəssüflənirəm ki, Mikayılov qardaşlarının, onların qohumlarının belə qanunsuz hərəkətlərini görərək dəfələrlə kürəkənim Bayram Mikayılova ciddi iradlarımı bildirmiş, bu qanunsuz yoldan çəkinməyini tövsiyyə etmişəm... Amma bu ğqohumlar iradlarımdan nəticə çıxarmaq əvəzinə, məndən qisas almağa başladılar, sonda mənim və qızımın külli miqdarda əmlaklarını ələ keçirdilər, sonda isə məndən qisas alırmış kimi, qızımı körpə balası ilə birlikdə evdən qovdular. Vaxtilə adi bir moykada işləyən gənc Bayram Mikayılovun sonradan mənim qayğım və köməyim sayəsində irəliyə getməsi, imkanlaşması... onun yolunu azmasına gətirib çıxardı.
Bayram Mikayılovun və qohumlarının qanunsuz fəaliyyəti barədə şikayətlər nazirliyə, Prezident Aparatına sel kimi axandan sonra (maraqlıdır ki, həmin şikayətlər aidiyyəti üzrə tədbir görülməsi əvəzinə, Bayram Mikayılovun çantasında saxlanılırdı. Bu şikayətləri kim ört-basdır edib ona ötürürmüş, nazirdən gizlədirmiş???) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Mikayılovları müdafiə edən məlum şəxs yenidən onların karına gəldi. Belə ki, dərhal Bayram Mikayılov iş yerini Saatlıya dəyişməli oldu. O, əvvəlcə Saatlı ƏSMM-də baş mütəxəssis kimi fəalşiyyətə başladı. Bu yaxınlarda isə struktur dəyişikliyi aparıldığından Bayram Mikayılov heç kimin düşünmədiyi və gözləmədiyi halda Saatlı rayonunun Məşğulluq Mərkəzinin direktoru təyin edildi. Bu şəbəkənin necə qol-qanad açmasının nəticəsi idi ki, nazirlikdəki himayəçilərin köməyi ilə Bayram Mikayılov Saatlı ƏSMM-nə gedəndə Sabirabad ƏSMM-dəki mütəxəssis yeri boş qalmadı. Bu vəzifəyə heç bilirsiniz kimi təyin etdilər? Kəndin icra nümayəndəsi, Bayram Mikayılovun bacısının əri İlqar Rzayevi! Kəndin icra nümayəndəsi hara, Sabirabad ƏSMM-dəki mütəxəssis yeri hara? Bəs bu təyinata yaşıl işıq yandıranlar cənab nazir Səlim Müslümova niyə təcrübəli mütəxəssislərin deyil, icra nümayəndəsinin namizədliyini təqdim ediblər? İlqar Rzayev kənd icra nümayəndəsi idi və o, nazirliyin Sabirabad ƏSMM-də mütəxəssis kimi bir vəzifəni daşımalı olub. Hansı təcrübə ilə? O boyda kəndi başsız qoyub mütəxəssis vəzifəsinə getmək onun nəyinə lazım idi? Əvvəlki qanunsuz əməlləri arxivə ötürtmək üçünmü?
Necə olurdu ki, istər Bayram Mikayılovdan, istərsə də onun hələ də həbsdə olan dayısı Əli Məmmədovdan, işdən çıxarılmış xalasının əri Cavanşir İsgəndərovdan edilən şikayətlər nazirə çatırılmırdı? Səbəbi sonradan məlum oldu ki, onların nazirlikdəki himayəçisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərizə və şikayətlər şöbəsində çalışan Mirzəyev Elgün Mirzəxan oğludur. Təəssüflər olsun ki, o, hazırda nazirliyin Sosial Müdafiə Fondunda işləyir.
Cənab Prezident!
Bunları ona görə qeyd etdim ki, bir sıra dövlət orqanlarının rəhbərləri bilsinlər ki, bu şəxslər, başda Bayram Mikayılov olmaqla, hamısı dövlətin onlara verdiyi səlahiyyətlərdən şəxsi məqsədləri naminə sui-istifadə formasında bəhrələnmişlər. Bunların qarşısı alınmalıdır...

Ailə dramına yol verən məmur vəzifə statusundan necə istifadə edirmiş?

Müraciətlə bağlı redaksiyaya dəvət edilən Aydın Cəbrayılov yazdıqları barədə əməkdaşımıza bunları söylədi:
- Mənim üçün bu mövzuda danışmaq olduqca çətin olsa da, qarşı tərəfin kimliyinin bilinməsi üçün bəzi faktları deməyə borcluyam. Bildirirəm ki, Bayram Mikayılovla əvvəllər olduqca mehriban münasibətimiz olub, hətta o dərəcədə ki, mən onu öz oğlumdan seçməmişəm. Ailəmiz üçün nə almışamsa, ən azından onun üçün də eyni pal-paltarı və digər əşyaları almışam. O da mənə həmişə böyük kimi qayğı və diqqət göstərib. Lakin bu ilin aprelin 20-də bu gənc ailənin övladı dünyaya gəldi. Biz yeni doğulmuş körpəni evlərinə apardıq. Evdə Bayram, qardaşı Malik və anası Sitarə xanım idilər. Mən və həyat yoldaşım da ailənin övlad sevincinə şərik olmaq üçün orada idik... Körpəni təzəcə yerbəyer edib bir-birimizə gözaydınlığı vermişdik ki, birdən həmişə mənə “əmi” deyən Bayram “Aydın, bir dəqiqə olarmı?” deyib məni kənara çəkmək istədi. Mən həmin gün dostlarımla bilet alıb Tehrana uçmalı idim. Ona görə də onun bu cür müraciətindən çox pis oldum. Bu zaman Bayramın anası mənim qızıma, yəni gəlninə olduca təhqiramiz ifadələr işlədərək müraciət etdi... Həmin söhbətin bu hissəsini təkrar etmək istəmirəm. Amma yol üstündə olduğumdan yaranmış bu gözlənilməz vəziyyəti nizamlamaq üçün Bayrama bildirdim ki, oğlum, mən 2-3 günə qayıdıram, gələnə kimi problem yaratmasın, nə baş verir, onu birgə aydınlaşdırarıq... Bir neçə gündən sonra İrandan qayıtdım və vəziyyəti dəqiqliklə araşdırdım. Bakıya gələndə gördüm ki, qızımı və körpəni vaxtilə bu ailəyə 80-90 min manat vəsait xərcləyərək təmir etdirdiyim mənzildən çıxararaq bizə göndəriblər və bütün qızıl əşyalarını əlindən alıblar... Təsəvvür edin ki, 1992-ci ildə mənfur düşmənimiz ermənilərin əlindən Azərbaycanın digər bölgələrində məskunlaşdıq, qoruyub-saxladığımız əmlakı indi dövləti vəzifə tutan birisi soyub-talamaq istəyir, heç nəyə görəsə bir ailəni dağıdır... Hansı ki, vaxtilə qohumluq ərəfəsində mən ona bütün maddi imkanlarımdan istifadə edərək problemlərini həll etmişəm. Özü də yaxşı bilir ki, o, vaxtilə adi avtomobil yuma məntəqəsində çalışırdı. Xalasının əri Cavanşir İsgəndərov bir vaxtlar Xətai ƏSMM-də rəis təyinatı almışdı və mənə məxsus mənzildə kirayə qalırdı, sonra mənimlə kirvə oldu... Bu vaxtlar həmin bu Bayram Mikayılov İsgəndərin uşaqlarını məktəbə aparıb-gətirirdi, “moyka”da işləyirdi.
- Bəs necə oldu ki, o, bu qədər yaxşılıqların və mehribançılığın qarışılığında birdən-birə dəyişdi?
- Onu da qeyd edim ki, xalasının əri olan Cavanşir İsgəndərov onu Sabirabadda ƏSMM-də müqavilə əsasında mütəxəssis kimi işə götürtdü... Bundan sonra dayısı Əli Məmmədov həmin vaxt Sabirabad ƏSMM-də işləyirdi, bütün yeyinti yollarını o öyrədirdi. Günlərin birində Əli Məmmədovu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi həbs etdi, 10 il iş aldı. O, bir müddət orada işləyəndən sonra bacısının əri İlqar Rzayev həmin vaxt kəndin icra nümayəndəsi idi. O, kənddən bəzi adamlara arayış verirdi ki, guya adına mal-mülk yoxdur, Bayram da bundan sosial yardım verilməsi üçün bəhrələnirdi. Bir müddətdən sonra Bayramdan və dayısından nazirliyə şikayət məktubları axmağa başladı. Həmin şikayət məktubları isə nazirlikdə it-bata salınırdı, çünki nazirlikdə onların yaxın adamı olan Elgün Mirzəyev tərəfindən ört-basdır edilirdi... Sonradan söz-söhbətin kəsilməsi üçün Bayramı Saatlıya göndərdilər. Bir müddət orada ƏSMM-də mütəxəssis kimi çalışdı, sonra nazirlikdəki struktur dəyişikliyi ilə bağlı həmin Elgün Mirzəyevin sayəsində o, bu yaxınlarda Saatlı Məşğulluq Mərkəzinin direktoru təyin edildi... Bunları deməkdə məqsədim odur ki, Bayram Mikayılov dövləti vəzifə tutur və o, dövlətin qanunlarına və qaydalarına üyğun hərəkət etməlidir. Amma o, bütün insani qaydaları da tapdayıb birdən-birə gənc ailənin göz yaşları üzərində özünə yeni dövran qurmaq eşqinə düşdü... Sonradan məlum oldu ki, o, vaxtilə mənim şəxsi vəsaitlərim hesabına varlandıqca, cızığından çıxıb. Bir gün isə onun adını hələki demək istəmədiyim xanıma yazdığı mesajlar ortaya çıxdı... Bircə onu deyim ki, bu məsələ artıq məhkəmə müstəvisinə çıxıb, onun məhkəməyə hörmətsizliyi nəzərə alınaraq polis şöbəsində barəsində inzibati cəza müəyyən olunub, təhqiqat aparılır... Təbii ki, mən bir valideyn olaraq gənc ailənin dağılmasının tərəfdarı deyiləm, amma bu ailənin dağılmasını istəyənlər məsuliyyətini dərk edərək düşünsələr yaxşıdır...

Saatlı Məşğulluq Mərkəzinin direktoru xuliqanlıq edib?

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Nüşabə Ağayeva ötən gün “Təzadlar”a Azərbaycan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova, Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova ünvanlı müraciətinin surətini və digər rəsmi sənədləri təqdim etdi. Həmin sənədləri araşdırarkən dəhşətli faktla qarşılaşdıq... Qısa olaraq deyək ki, Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru olan Bayram Mikayılov dövlət məmuru olaraq Xətai rayon Məhkəməsində aparılan məhkəmə prosesində mülki şikayətçiyə qarşı aqressiv olmuş və xuliqanlıq edərək onu təhqir etmiş, digər qanunsuz hərəkətlərə yol vermişdir. “Təzadlar” aşağıda Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun xuliqanlıq hərəkəti ilə bağlı vəkil Nüşabə Ağayevə tərəfindən redaksiyaya təqdim edilmiş müraciəti təqdim edir:
Respublika əmək və əhalinin sosial müdafiəsi naziri cənab Səlim Müslümova!
Saatlı rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarova!
MÜRACİƏT
Bildirirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Saatlı rayon Məşğulluq Mərkəzinin rəisi Bayram Mikayılovla bağlı Bakı şəhər Xətai rayon Məhkəməsində mülki mübahisənin məhkəmə baxışı həyata keçirilir. Bu günlərdə baş tutan növbəti məhkəmə prosesində adı çəkilən Bayram Mikayılov məhkəmə iclasına hazırlıq ərəfəsində hüquqlarını müdafiə etdiyim şəxsə qarşı olduqca aqressiv olmuş, onu söyüb təhqir edərək məhkəmə binasında xuliqanlıq hərəkəti törədərək məhkəmə prosesini qəsdən pozmağa yönələn hərəkət etmişdir. Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru olan Bayram Mikayılovun bu xuliqanlıq hərəkəti ilə bağlı müvafiq dövlət orqanları tərəfindən sənədləşmə aparılmış, onun bu hərəkətinin Azərbaycan qanunvericiliyi ilə sanksiyalaşdırılması üçün müvafiq hüquqi addımlar atılmışdır...
***
Əməkdaşımız aydınlaşdırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai RPİ-nin 34-cü Polis Bölməsində vəkil Nüşabə xanım Ağayevanın 462 saylı, 21.12.2016-cı il tarixli məktubuna əsasən vət. Mikayılov Bayram Təvəkkül oğlunun barəsində toplanmış materiallar aidiyyəti dövlət orqanlarına göndərilmiş, onun barəsvində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən protokol tərtib olunmuş, o, inzibati məsuliyyətə cəlb edilərək 50 manat cərimə edilmişdir.
Vəkil nazir Səlim Müslümova və Saatlı RİH-nin başçısı Siraqəddin Ağayevə ünvanlı müraciətində də diqqətə çatdırmışdır ki, dövlət məmuru olan Saatlı rayon Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılov “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanununda və “Dövlət qulluqçusunun Etik Davranışı” haqqında Əsasnamənin tələblərini kobud surətdə pozaraq Xətai rayon Məhkəməsinin inzibati binasında xuliqanlıq hərəkəti etməklə ciddi qanun pozuntusuna yol vermiş, dövlət məmuru adına ağır zərbə vurmaqla hörmətsizlik etmişdir. Sonda vəkil xahiş edir ki, bütün bunları nəzərə alaraq Bayram Mikayılovun barəsində qanuna müvafiq qaydada tədbir görülsün...
***
Xatırladırıq ki, bu gün şikayətçi Aydın Cəbrayılovun Bayram Mikayılova qarşı iddiası əsasında Xətai rayon Məhkəməsində növbəti məhkəmə prosesi keçirilmişdir... Əməkdaşımız məhkəmə prosesində iştirak etmişdir və məhkəmədə qarşı tərəfin ona təqdim etdiyi məlumat və sənədlərdən məlum olmuşdur ki, Bayram Mikayılovun yetərincə əmlakları olmuşdur. Həmin siyahını təqdim edirik:
- 90-ZC-088 markalı, qara rəngli “Leksus” CİP;
- 90-NU-088 markalı, qara rəngli “Mersedes”-E-Klass”;
- “Xunday” markalı, 909-UK-088 markalı avtomobil;
- Bakının M.Hadi küçəsi-41, mənzil-79 ünvandakı 3 otaqlı mənzil;
- Vunq-Tau küçəsi-12, mənzil-23-də 4 otaqlı mənzil;
- “Qum adası”nda həyət evi;
- 90-MN-880 dövlət nömrə nişanlı “Mersedes”;
- “Bakı” kino-teatrının yanındakı 9 mərtəbəli binada, Şirvani küçəsində 3 otaqlı mənzil;
- Şamaxıda istirahət evi və sair...
Redaksiyadan: Barəsində şikayət daxil olmuş Saatlı Məşğulluq Mərkəzinin direktoru Bayram Mikayılovun da mövqeyini dərc etməyə hazırıq...

“Təzadlar”ın Araşdırma Qrupu










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
"Əhd eləmişəm Zəngəzur dəhlizi çəkilsə İrəvana gedəcəm" - Zərdüşt Əlizadə
Bu gün, 19:02
“Elmanado” MMC ölkədən pul çıxarmaqda ittiham edilir - DETALLAR
Bu gün, 19:00
Prezidentdən Zəngəzur mesajı - “Bu bəyanatın arxasında güc dayanır"
Bu gün, 18:58
“Beer Muxtar”da alkoqollu içkilərə də HARAM QATIRLAR...
Bu gün, 18:09
Bu şirkət Zəngilanda yaşayış məntəqəsini yenidən quracaq - 19 MİLYON QAZANACAQ
Bu gün, 18:05
"“Əmrahbank”la məhkəməmiz davam edir..." - QALMAQAL
Bu gün, 18:01
Azərbaycan və Türkiyənin maraqları Suriyada da üst-üstə düşür - ŞƏRH
Bu gün, 17:58
Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə... - SORĞU
Bu gün, 17:57
Müğənni Samir Bağırov cinsiyyətini DƏYİŞİB? - özündən AÇIQLAMA
Bu gün, 17:52
Nazir 16 ildir rəis işləyən polkovniki işdən çıxardı - ƏMR
Bu gün, 17:47
Dollar satışı niyə artıb? - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 17:44
Almatıdan Antalyaya uçan təyyarə Aktauda təcili eniş edib
Bu gün, 17:42
Vəzifəli şəxsi maşın vurub öldürdü - FOTO
Bu gün, 17:40
Azərbaycanda hərbi xidmət müddəti 6 ay olur? - AÇIQLANDI
Bu gün, 17:39
Vardanyanı hansı cəza gözləyir? - AÇIQLAMA
Bu gün, 17:35
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağının tarixi dəyişdi - YENİ TARİX
Bu gün, 17:30
Müşfiq Həşimov həbsdə ÖLDÜ
Bu gün, 17:22
Raqif Abbasovun məhkəməsi başladı - DETALLAR
Bu gün, 17:17
“Həyatı boyu pul yemərəm, mən ancaq pulu saymışam” - MƏHKƏMƏ
Bu gün, 17:16
Hacı İbrahim Nehrəmlinin şirkəti MƏHKƏMƏ QARŞISINDA
Bu gün, 17:09
Partiyalar bələdiyyə seçkilərinə neçə namizədlə qatılacaq? – SORĞU
Bu gün, 17:06
Adil Əliyev də KÖHNƏ YOLU GEDİR... - İTTİHAM VAR...
Bu gün, 17:03
Mirzoyan Qarabağdan köçən ermənilərin geri qayıdacağına İNANMIR
Bu gün, 16:56
Mirzoyan Hakan Fidanla telefon danışığının təfərrüatlarını açıqlayıb - “news.am”
Bu gün, 16:53
AZƏRİQAZ ÇİLƏSİ: `Soyuğa görə məcbur olub Bakıya qayıtdıq...` - NARAZILIQ VAR...
Bu gün, 16:51
Avropa Azərbaycandan hidrogen almağa hazırdırmı? – Rusiyalı ekspertin fikri
Bu gün, 16:48
Tarif Şurası əsasnaməsinə zidd hərəkətlərə yol verir - AXI NİYƏ?..
Bu gün, 16:46
Gəncə Dövlət Filarmoniyasının binası çökür: Xəbərdarlıq edildi - FOTOLAR
Bu gün, 16:43
MN-in 9 milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
Bu gün, 16:40
Ramazan ayında Qədr gecələrinin vaxtları məlum olub - DİQQƏT!
Bu gün, 16:39
Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib? - İDDİA
Bu gün, 16:36
Vladimir Karasevin sərsəmləmələrinə rusiyalı politoloqdan SƏRT CAVAB
Bu gün, 16:27
Makron özünü "yeni Napoleon" zənn edir - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 16:24
Bakıdan Tehrana açıq mesajlar və tələb: İndi “top” İran tərəfdədir - BUNDAN SONRA...
Bu gün, 16:19
Hüseyn Əsgərov vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 16:16
"Instagram"da tanış olduğu həmyaşıdını öldürənə 19 İL HƏBS TƏLƏBİ - VİDEO
Bu gün, 16:14
“RRM TƏMİR-TİKİNTİ” MMC-yə bir ay arzinə milyonlarla manat dəyəri olan dörd müqavilə bağlamağa şəraiti kimlər yaradıb - İLGİNC FAKTLAR...
Bu gün, 16:10
Ermənistan yenidən müharibə istəyir - Azərbaycan hazırlıq görməlidir
Bu gün, 16:08
Dünyanın məşhur jurnalı “Forbes” Veysəloğlu Şirkətlər Qrupundan yazdı
Bu gün, 16:05
Xəstə uşaqların 1 milyon qanpulu hansı “böyük adam”ın cibindədir? - DETALLAR
Bu gün, 15:32
"Caspian Marine Services B.V.” gəmilərinin saxlanılmasına dair açıqlama yayıb - MƏTN
Bu gün, 15:26
Provkasiyon fotosessiya onları bir araya gətirdi - FOTO
Bu gün, 15:20
Amiliyə Qırğızıstandan da ETİRAZ GƏLDİ - "Onun fikri nədir?"
Bu gün, 15:17
Bakı 107 illik sənədi masaya gətirə bilər – Tramp da təkzib etmir…
Bu gün, 15:01
Qeyri-rəsmi yaşadığı qadına karxana bağışlayan başçı kimdir? - İLGİNC
Bu gün, 14:57
Binanı sökən şirkət intihara cəhd edən qadınla RAZILAŞDI - TƏFƏRRÜAT
Bu gün, 14:55
Aİ missiyası Azərbaycanla sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək - Ermənistan XİN
Bu gün, 14:51
Xalq artisti Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışıb - FOTO
Bu gün, 14:50
Azərbaycanda hemofiliyalı xəstə müalicədən imtina etdi - Rəsmi açıqlamada nə deyilir
Bu gün, 14:10
Azərbaycan əleyhinə konsensus bitəcəkmi? - Bahəddin Həzi yazır...
Bu gün, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru