Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi .....                     Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub .....                     Əmrullayevin əmrindəki təhsilimiz... .....                     Zəfərin mübarək, Azərbaycan .....                     Həmin təyyarə ikinci əl imiş... .....                     "Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" .....                     Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu .....                     “Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub .....                     “Pilot bu səbəbdən siqnal ötürə bilməyib” .....                     “İndi meydanı veriblər Manafa” .....                     Nizami Rəmzinin qızına iş kəsildi .....                     Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır .....                     “Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” .....                     Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı .....                     “UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb .....                     Rusiya qəribə hesabat yaydı: .....                     Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB .....                     Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb .....                     "Vəsait ayrılmasa, etiraz edəcəyik" .....                     Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib .....                     “Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” .....                     Texniki nasazlıq, yoxsa... .....                     Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu .....                     Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu .....                     "Əməliyyatdan sonra qorxulu görünürdüm" .....                     Kürdəmirə yeni icra başçısı təyin edilib .....                     Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI .....                     Göygölün keçmiş başçısı Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib .....                     Gədəbəyin icra başçısı Göyçay rayonuna təyin edilib .....                     Göygölün icra başçısı vəzifəsindən azad edilib .....                     Göyçayın icra başçısı Balakənə GÖNDƏRİLDİ .....                     Elxan İbrahimov Kürdəmirdən Nəsimiyə başçı gətirildi .....                     “Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir” .....                     Kənd təsərrüfatımız Fəda Abbasova FƏDA OLSUN... .....                     Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib .....                     Paşinyan Qarabağ danışıqlarına dair sənədləri dərc etmək qərarının səbəbini açıqlayıb .....                     Ermənistan Moskvanı kənara itələyir .....                     Bu icra başçısı vəzifəsindən azad edildi .....                 

“MƏNİ POLİS MƏMURLARI QARŞISINDA VURURDULAR”
Tarix: 8-12-2011, 15:44 | Çap et
“MƏNİ POLİS MƏMURLARI QARŞISINDA VURURDULAR”

“HƏMİN MƏMURLAR MƏNİ DÖYƏNLƏRƏ DEYİRDİLƏR KI, ELƏ VUR İZİ QALMASIN”

Dekabrın 7-də Vilnüsdən Bakıya dönərkən İstanbulun Atatürk hava limanında zorakılıqla üzləşmiş Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyev Bakıya dönəndən sonra, dekabrın 8-də “Media forum” saytının suallarını cavablandırıb.

- Hadisə ilə bağlı son vəziyyət nə yerdədir?

- Olayla bağlı vəziyyəti araşdıran türkiyəli vəkillərdən birinə vəkalət verəcəm. Bu hadisənin araşdırılmasını davam etdirmək fikrindəyəm. Bu, bir ləyaqət məsələsidir, həm də ictimai hadisədir. Türkiyənin böyük aeroportunda, minlərlə insanın gözü qabağında belə bir hadisə olur, amma buna həmin an heç bir reaksiya verilmirsə, elə türkiyəli vəkillərdən birinin dediyi kimi, bu, Türkiyə vətəndaşının özü üçün də çox təhlükəlidir. Bu işin araşdırılmasında təkidliyəm. Eyni zamanda bu iki gündə verdikləri dəstəyə görə həmkarlarıma, Azərbaycan jurnalistlərinə təşəkkürümü bildirirəm.

- Sizə deportasiya olunmaqla bağlı nə deyildi? Ortada rəsmi sənəd varmı və bunu öz üzərinizdən götürtmək fikriniz varmı?
- Deportasiya ilə bağlı mənə heç bir sənəd verilmədi. Sadəcə dedilər ki, deportasiya olunursan və mən buna etiraz elədim. Mənə dedilər ki, siz deportasiya olunma haqda qərarla razı deyilsinizsə, bir neçə gün Türkiyədə qalmalısınız, məsələ araşdırılmalı, məsələyə əcnəbilərlə iş üzrə qurumda baxılmalıdır.

Mən bu vəziyyətdə orada qalmağa və məsələnin araşdırılmasına razı olduğumu, amma deportasiya edilməyə razılaşmadığımı dedim. Onlara bildirdim ki, əlaqədar səlahiyyətli şəxslərə mənim etirazımı çatdırın. Onlar danışdılar, mənə elə gəldi ki, iş böyüdüyünə görə məndən can qurtarmaq qərarına gəldilər. Ona görə də dedilər ki, mütləq deportasiya olunmalısız. Amma sənəd təqdim etmədilər. Məni döyən adam bildirdi ki, sən 6 ay müddətinə deportasiya olundun, amma elə eləmə ki, bu, ömürlük olsun. Sonra məni döyən adamlar əllərindəki sənədi təyyarəyə minik zamanı qeydiyyat aparan Azərbaycanın xidməti işçisinə təqdim etdilər və dedilər ki, bu sənəd Azərbaycan polisinə təqdim olunmalıdır. Lakin qeydiyyat aparan azərbaycanlı sənədi qəbul etmədi və dedi ki, onu poçt vasitəsilə yollayın.
Bu hadisənin ciddiliyi mənim Türkiyəyə gedib-gəlməyimdə yaratdığı məhdudiyyətdə deyil. Məsələnin əsas tərəfi ondadır ki, mən – Azərbaycan vətəndaşı, Azərbaycan hüquqçusu Türkiyədə böyük haqsızlıqla qarşılaşmışam və deportasiya da bu haqsızlığın bir hissəsidir. Tutulmağım, saxlanmağım, tutulma zamanı hüquqlarımın pozulması, mənim vəkillərlə görüşümə imkan verilməməsi, mənə qarşı zorakılıq edilməsi, döyülməyimlə bağlı halların hamısının sonuna qədər gedəcəm. Bunları qaldıracam.

Ona mat qaldım ki, mən vəkil olduğumu deyirəmsə, buna məhəl qoyan yoxdursa, gör indi başqa vətəndaşların başına nə gəlir? Onların özlərinə də dedim ki, belə hərəkətlərlə öz ölkənizi hara aparırsınız?
- Bu hadisənin baş verməsində sizin azərbaycanlı olmağınızın, daha dəqiqi, türkiyəli polislərin sizin azərbaycanlı olduğunuzu bilməyin təsiri varmı? Yoxsa bu hadisə İstanbul aeroportunda ingilisin, fransızın, amerikalının da başına gələ bilərdi?

- Düşünmürəm ki, ingilisə, fransıza, amerikalıya belə münasibət göstərsinlər. Ən azından onların arxasında öz hökumətləri dayanar, Türkiyədə bunu yaxşı bilirlər. Ona görə də bu hadisənin baş verməsində azərbaycanlılara yuxarıdan aşağı baxılması amilinin iştirakını istisna eləmirəm. Burda müxtəlif amillər ola bilər. Amma ən azından bir nəfər özbaşınalıq edirsə, ətrafdakılar yaxınlaşmırsa, bu o deməkdir ki, ətrafdakılar, sistem həmin özbaşına olana dəstək verir.
- Türkiyəli vəkil Xəlil Koçabaş “Azadlıq” radiosuna açıqlamasında qeyd edib ki, olay baş verəndə Türkiyə dövləti yardımçı olmadı: “Dövlət idarələri tərsinə hərəkət edib hüquqi prosedurları əngəllədi, hadisənin böyüməsinə səbəb oldu...”

- Bəli, ən qəribəsi də odur ki, hadisə ilə bağlı Türkiyə hökumətinə müraciət edilir, ATƏT-dən, “Freedom House” təşkilatından müraciətlər daxil olur, amma bundan sonra da mənim qollarımı yenə qandallayıb aeroportda minlərlə insanın arasından aparırlar və bir otağa salıb döyürlər. Eyni zamanda vəkillərin, müdafiəçilərin qabağına elə bir sistem çıxartmışdılar ki, mənimlə görüşə icazə verilmirdi. Hesab edirəm ki, mənim döyülməyim tək bir polisin işi deyil. Bu, bir dövlətin qonşu ölkənin vətəndaşına münasibəti idi. Amma bunun arxasında nə dayanır? Bunu anlamıram. Çünki yerli prokurorluq, baş prokurorluq bilirdi, beynəlxalq təşkilatlar onlara artıq məlumat vermişdilər. Bütün bunların müqabilində iki nəfər mülki geyimli şəxs hamının gözü qabağında məni qandallayır, döyür, ora-bura dartırdı və heç kim reaksiya vermirdi. Mən də hər dəfə onlara deyirdim ki, mən vəkiləm, advokatam. Bunu həm də ona görə edirdim ki, hər şey oradakı kameralara düşsün.
Bu olayla bağlı mənim müdafiəmə qalxan vəkil Cem bəylə əlaqə saxladım. O dedi ki, burda bütün kanalları işə salıblar. Cem bəy deyir ki, həmin ərazi üzrə vali ilə də görüşüblər. Vali deyib ki, əgər bu deyilənlərin 10 faizi düzgün olsa, bundan böyük nəticələr çıxarılacaq.

- Bədəninizdə döyülmə əlamətləri, xəsarət izləri varmı?

- Məni polis məmurları qarşısında vururdular. Həmin məmurlar məni döyənlərə deyirdilər ki, elə vur izi qalmasın. Bu sözləri daim deyirdilər. Məni çox möhkəm döymüşdülər. Yerə yıxılmışdım, vururdular. Qarnımdan, böyrəyimdən, bədənimin hər yerindən zərbələr endirirdilər. Həmin anda mənə elə gəlirdi ki, üzüm, sifətim tamam dağılıb. Amma sonradan öz-özümə baxanda heyrətləndim. Həmin zərbələrin qarşılığında izlərin qalmaması özümə də çox təəccüblü gəldi. Həmkarım Anar Qasımlı ilə Bakıda polisdə olduq. Polis əməkdaşı da təsdiq etdi ki, onlar adamı haradan və necə vurmağı yaxşı bilirlər. Döyməyin xüsusi texnologiyası var. Belə başa düşdüm ki, məni döyən adamlar özlərini o cür aparırdılarsa, heç nə veclərinə deyildisə, deməli, çox peşəkar idilər.

- Həkim müayinəsindən geçdinizmi?

- Bakıya dönən kimi həkim müayinəsinə də getdim. Vəkillərin iştirakı ilə zədələr müayinə olundu, lakin heç bir sənəd verilmədi. Qeyd olundu ki, bununla bağlı polisə rəsmi qaydada ərizə ilə müraciət etmək lazımdır. Ola bilər ki, sonra o sənədi aldıq.

Aynur İMANOVA










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şahin Məmmədov Dövlət Xidmətində yeni vəzifəyə təyin edildi - BUNDAN SONRA...
Bu gün, 16:17
Məşhur iş adamının bahalı avtomobillərinə həbs qoyulub - FOTO
Bu gün, 16:15
Əmrullayevin əmrindəki təhsilimiz... - Burda işlər əyridir...
Bu gün, 16:10
Zəfərin mübarək, Azərbaycan - MƏQALƏ
Bu gün, 16:06
Həmin təyyarə ikinci əl imiş... - YENİ DETALLAR
Bu gün, 15:56
"Ərimdən boşanmağa məcburam, ona təzyiqlər edilir" - Səidə Haqverdiyeva
Bu gün, 15:54
Mehdiyev işində mühüm detal ortaya çıxdı: Yeni şübhəlilər var - TƏFƏRRÜAT
Bu gün, 15:48
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Bu gün, 15:44
“Bakı Kristal Zalı”na yeni rəhbər təyin olundu - BUNDAN SONRA...
Bu gün, 15:39
“Music Gallery”nin meneceri şirkətin məhsullarını qumarda uduzub – MƏHKƏMƏ İŞİ
Bu gün, 15:28
“Pilot bu səbəbdən siqnal ötürə bilməyib” - Məşhur polkovnikin qəza ilə bağlı VERSİYALARI
Bu gün, 15:22
“İndi meydanı veriblər Manafa” - Xalq artisti
Bu gün, 15:21
Nizami Rəmzinin qızına iş kəsildi - “Kaş atam o qadınla ailə həyatı qurmazdı”
Bu gün, 15:10
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
Bu gün, 15:08
“Fuad Nəcəfli Naxçıvanı “dədə malı” kimi idarə edirdi” – Siyasi şərhçidən Ceyhun Cəlilovla bağlı PROQNOZ
Bu gün, 14:50
Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı - Paşinyan təkzib etdi
Bu gün, 14:47
“UĞUR 777 estetik mərkəz”də yol verilən qanunsuzluqlarla bağlı cinayət işi başlanıb - Mediada yayılan məlumatlar əsasında
Bu gün, 14:34
Rusiya qəribə hesabat yaydı: - "İrəvanın öpüşü"
Bu gün, 14:28
Məktəblərdə “bıçağı sümüyə dirəyən” SƏBƏB - Kişi müəllim QITLIĞI, YOXSA?
Bu gün, 14:27
Türkiyənin Gürcüstanda qəzaya uğrayan təyyarəsinin qara qutusu tapılıb - NTV
Bu gün, 14:24
"Vəsait ayrılmasa, etiraz edəcəyik" - Rasim Balayev
Bu gün, 14:22
Nazirlik dövlət tədbirlərinə dəvət olunan müğənnilərə ödənişin edilib-edilməməsinə aydınlıq gətirib
Bu gün, 14:17
“Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
Bu gün, 14:09
Texniki nasazlıq, yoxsa... – Hərbi təyyarə qazası ətrafında şübhələr
Bu gün, 14:05
Kağızı pula çevirəcəyini vəd edən sehrbaza hökm oxundu
Bu gün, 14:02
Naxçıvan aeroportunda 14 yaşlı qıza hücum etdi: Həbs olundu - TƏFƏRRÜAT
Bu gün, 13:54
"Əməliyyatdan sonra qorxulu görünürdüm"
Bu gün, 13:52
Kürdəmirə yeni icra başçısı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:47
Vüqar Novruzov Naftalanın başçısı postundan ALINDI - SƏRƏNCAM
Bu gün, 13:43
Göygölün keçmiş başçısı Qax Rayon İcra Hakimiyyətinə başçı təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:42
Gədəbəyin icra başçısı Göyçay rayonuna təyin edilib - SƏRƏNCAM
Bu gün, 13:41
Göygölün icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 13:39
Göyçayın icra başçısı Balakənə GÖNDƏRİLDİ - SƏRƏNCAM
Bu gün, 13:35
Elxan İbrahimov Kürdəmirdən Nəsimiyə başçı gətirildi - SƏRƏNCAM
Bu gün, 13:31
“Saxta diplomlu həkimlər sistemli fırıldağın içindədir” - VİDEO
Bu gün, 13:27
Kənd təsərrüfatımız Fəda Abbasova FƏDA OLSUN... - İLGİNC İDDİALAR
Bu gün, 13:19
Lənkəran Mərkəzi Xəstəxanası bir ildə 114 min manatlıq qaz istifadə edib
Bu gün, 13:11
Paşinyan Qarabağ danışıqlarına dair sənədləri dərc etmək qərarının səbəbini açıqlayıb
Bu gün, 13:10
Ermənistan Moskvanı kənara itələyir - Kiyevdən bahalı taxıl alır, fərqi Brüssel ödəsin deyir
Bu gün, 13:06
Bu icra başçısı vəzifəsindən azad edildi - DEYİLƏNƏ GÖRƏ...
Bu gün, 13:04
Naxçıvanın rəhbərliyində DƏYİŞİKLİK: Fuad Nəcəfli vəzifədən alındı - ÖZÜNÜ DOĞRULTMADI
Bu gün, 12:54
"BELƏ DƏ BİABIRÇILIQ OLAR?.." - NARAZILIQ VAR...
Bu gün, 12:49
DSMF 4 ədəd pikap tipli avtomobil alır – 227 min manat ödəniləcək
Bu gün, 12:44
Ermənistan Rusiya taxılından imtina etmək niyyətində deyil - Paşinyan CAVAB VERDİ
Bu gün, 12:42
Vəkil: Çəkişmələrin uzanması "Şərurlu İsfəndiyar"ın xaricdə müalicəsinə mane olur - MƏHKƏMƏ
Bu gün, 12:39
Quzu əti 32 manata qalxdı: SƏBƏB NƏDİR? - BU NƏDİ BELƏ?
Bu gün, 12:36
Günel Bəhramqızı şöbə rəisi təyin edildi - ÖZÜ AÇIQLADI
Bu gün, 12:35
Ermənistan Rusiya taxılından imtina edərək Ukrayna taxılına üstünlük vermək istəyir - SVR
Bu gün, 12:33
“Dedi ki, sakinlər məni öldürür, pulu ver” – Eyni mənzil çoxlarına belə satılırmış
Bu gün, 12:31
Xalq artistimizdən təqdirəlayiq JEST: - "Orada 20 hərbiçimiz şəhid olub"
Bu gün, 12:27
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru