![TİCARƏT MƏRKƏZİNİN TİKİNTİSİNDƏ OĞURLUQ TİCARƏT MƏRKƏZİNİN TİKİNTİSİNDƏ OĞURLUQ](/uploads/posts/2013-03/1364284868_0001.jpg)
7 MİN MANATLIQ MAL APARILDI
Bakıda ticarət mərkəzinin tikintisindən oğurluq edən şəxslər saxlanılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, martın 24-də S.Vurğun küçəsində yerləşən "Yasmin" ticarət mərkəzinin tikintisindən 7 min manat dəyərində elektrik avadanlığı oğurlanıb.
Nərimanov RPİ 16-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Zöhrab Nəbiyev və Tovuz rayon sakini Ədalət Nağıyev martın 25-də yaxalanıblar.