![HƏRBÇİMİZ YOL QƏZASI TÖRƏDİB HƏRBÇİMİZ YOL QƏZASI TÖRƏDİB](https://diaaz.space/uploads/posts/2013-03/thumbs/1364284705_0001.jpg)
Azərbaycanda hərbiçi ağır yol qəzası törədib.
Ağcabədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Mingəçevir-Bəhrəmtəpə yolunda qeydə alınıb. Gizir, 1992-ci il təvəllüdlü İsmət Qabilov idarə etdiyi “Mercedes” markalı avtomobillə yanacaqdoldurma məntəqəsində yerləşən avtomobillərin yuyulma sahəsində işləyən 1976-cı il təvəllüdlü Muradov Füzuli Məmməd oğlunu və 1980-ci il təvəllüdlü Şərifov Ruslan Əli oğlunu vurub. Hər iki şəxs hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.