PARTİYALARIN MƏŞHUR HƏBSƏ REAKSİYASI
Tarix: 14-02-2013, 12:07 | Çap et
MÜSAVAT VƏ ADP ƏLEYHİNƏ ÇIXDISabiq millət vəkili Gülər Əhmədovanın həbsi ilə bağlı siyasi partiyaların mövqeyi gecikməyib. Modern.az bir neçə aparıcı partiyadan bununla bağlı münasibət öyrənib.
Müsavat Partiyası başqan müavini Gülağa Aslanlının cavabı belə olub: “Bu iş xeyli müddətdir açıq idi. Mən Azərbaycan xanımının həbs olunmasının əleyhinəyəm. Bu cinayət işi təkcə Gülər Əhmədovaya aid olmalı deyil. Burda adı hallanan Ramiz Mehdiyev başda olmaqla, digərləri də öz cəzasını almalıdır. Eyni zamanda bu həbslə əlaqədar olaraq, Mərkəzi Seçki Komissiyasının 2005 və 2010-cu il seçki nəticələrinin yekunları haqqında verdiyi rəyin qeyri-legitimliyi haqqında da məsələ qaldırılmalıdır”.
AXCP sədrinin müavini Razi Nurullayev bildirdi ki, həqiqəti üzə çıxarılmasının tərəfdarıdırlar. “Kimliyindən asılı olmayaraq, cinayət törədən şəxs, adı qanunsuz əməllərdə hallandırılan adam haqqında istintaq orqanları hüquqi ölçü götürməlidir. Bu məsələdə də həqiqətin üzə çıxarılmasının tərəfdarıyıq. Biz hər hansı şəxsə, fərdə qarşı mübarizə aparmırıq. AXCP-nin mübarizəsi sistemlədir. Bunun daxilində Gülər Əhmədova və adı çəkilən şəxslərlə ədavətimiz yoxdur. Hüquq-mühafizə orqanları videomateriallardakına uyğun olaraq həqiqəti üzə çıxarmalıdır və ictimaiyyətə çatdırmalıdır. AXCP ölkədə hüquqi dövlətin qurulmasının tərəfdarıdır. Bunun üçün də belə məsələlər aşkara çıxarılmalıdır”.
Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bunu hüquqi balansın bərpa olunması kimi dəyərləndirdi. “Bu elə bir hadisədir ki, məntiqi sonluğu belə olmalıdır. Çünki ölkədə hüququn standartlarının bir nəfərə tətbiq olunub digərlərinə aid edilməməsi baxışı yaranırdı. Ona görə də bu hüquq-mühafizə orqanları bu addımla özlərini ittiham altından çıxardılar. Bu istiqamətdə tədbir görülməsi, ölkədə hüququn işlədiyinin göstəricisidir. Bunu yubatmaq, başqalarını həbsə almaq, əsas işdə adı keçən şəxslərin kənarda saxlanması heç bir ədalət prinsipi ilə uyğun deyildi. Bütün hallarda gedişatı təqib edəcəyik. Həm də Azərbaycanda korrupsiya ilə bağlı proseslərin müəyyən dərəcədə prinsipial münasibətlə qarşılaşacağına işarədir. Əgər bu davamlı olarsa, ölkədə korrupsiyanın səviyyəsi azalar”.
ADP sədri Sərdar Cəlaloğlu bu həbsi Gülər Əhmədovanın əməli ilə əlaqələndirmir. “Gülər Əhmədova ilə bağlı məsələ çoxdandır ki, işıqlandırılır. Hüquqi tədbir ən azından cinayətdə iştirakından sonra görülməliydi. Digər tərəfdən onunla bağlı dəfələrlə videomaterial dərc olunub. Deputat olmuş qadın haqda həbs qəti imkan tədbiri seçilməsi hüquqa ziddir, siyasi konyukturadır. Çünki onun ölkəni tərk etmək imkanı yox idi. Azərbaycan hüququnda milli adət-ənənə mütləq əks olunmalıdır. Cinayət işi davam etməliydi, bu sübut olunandan sonra, məhkəmənin qərarı ilə hansı cəza növü seçiləcəkdisə, o icra olunmalıydı. Vaxtilə Azərbaycanda həbs qəti imkan tədbirlərinin tətbiqi ilə bağlı Ali Məhkəmənin və Avropa Məhkəməsinin qərarı var. Parlamentdə həbs qəti imkan tədbirinin pul cəriməsi ilə əvəz olunması təşəbbüsü də irəli sürülüb. Bu da onu göstərir ki, hökumətin həbs qəti imkan tədbiri ilə əlaqədar məsələlərə başqa cür baxırlar. Bir sözlə bu həbs Gülər Əhmədovanın əməli ilə bağlı deyil. Belə olsaydı, dərhal həbs olunardı. Indiki məqamda həbsi konyukturadır”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Son 15 ildə SOCAR-da 31,5 min nəfər ixtisara düşüb - TƏFƏRRÜAT
Bu gün, 13:03 |
|
|
|
• İrəvandan Ağrı dağı ilə bağlı açıqlama
Bu gün, 13:00 |
|
|
|
• Valideynlər direktora qarşı: DAVA AÇILDI... - QALMAQAL
Bu gün, 12:58 |
|
|
|
• Yağışlı hava davam edəcək... - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Nazirliyin tabeliyindəki qurumun 8,7 milyon manatlıq tenderinin qalibi - MƏLUM OLDU
Bu gün, 12:50 |
|
|
|
• “Qarabağda yaşayan ermənilər potensial təhlükədir” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:44 |
|
|
|
• “Vüsal 300” məhkəmə zalına BELƏ gətirildi - VİDEO
Bu gün, 12:41 |
|
|
|
• Çarəsizlikdən doğan ironiya – erməni və rus mediası Azərbaycana qarşı sarkazm savaşı aparır
Bu gün, 12:33 |
|
|
|
• Qobuda SİRLİ TORPAQ... - BU NƏDİ BELƏ?
Bu gün, 12:29 |
|
|
|
• “Problemin kökündə Elm və Təhsil Nazirliyi durur, aşağı saatlar bazara çıxarılmamalıdır” - ŞƏRH
Bu gün, 12:19 |
|
|
|
• Britaniya və Azərbaycanın strateji tərəfdaşlığı təsdiqləndi: bu, ölkələrə nə verəcək? - AKTUAL
Bu gün, 12:16 |
|
|
|
• "Azərbaycanda dövlət qurumlarının adı var, işi yoxdur” - ETİRAZ
Bu gün, 12:14 |
|
|
|
• “Bu maaşa onu almaq olur ki?” - məktəb bazarlığının bahalığından şikayətləndi
Bu gün, 12:12 |
|
|
|
• “Onsuz da xalq Ceyhun Əsgərovun vəziyyətini əvvəldən bilirdi, paylaşımlar bir növ reklamımız oldu” - Reabilistasiya mərkəzinin rəhbəri
Bu gün, 12:09 |
|
|
|
• Məhəmməd Mirzəliyə hökm oxundu - TƏFƏRRÜAT
Bu gün, 12:05 |
|
|
|
• Məni “satqın” adlandırsalar da, bunu deməliyəm... - Paşinyan
Bu gün, 12:01 |
|
|
|
• “Qala Sığorta” səhmdarını gizlədir - İcazə verin, şübhələnək...
Bu gün, 11:59 |
|
|
|
• Azərbaycan benzini hansı ölkələrdən və neçəyə alır? - SİYAHI
Bu gün, 11:55 |
|
|
|
• Təkliflər şərtlər uyğun gəlmədi: TENDER LƏĞV EDİLDİ - DETALLAR
Bu gün, 11:54 |
|
|
|
• Avtomobillər üçün vergi güzəşti – Dövlət Proqramında nə yazılıb?
Bu gün, 11:51 |
|
|
|
• “Zəlimxan Yaqub mənə dedi ki, nahaq səfir olmusan”
Bu gün, 11:48 |
|
|
|
• Putindən Kadırova QADAĞA
Bu gün, 11:45 |
|
|
|
• Fərid Qayıbov yola salınır: Görün yerinə kim gəlir - FOTO
Bu gün, 11:43 |
|
|
|
• Xankəndidə terror törətməyə cəhd edən Karen Avanesyanın yeni görüntüləri yayıldı: "boyevik" imiş - “Yatmış agent” versiyası
Bu gün, 11:38 |
|
|
|
• Perinatal mərkəzdəki yanğınla bağlı məhkəmədə: - Otağa girəndə küvəzdən alov qalxdığını gördüm
Bu gün, 11:34 |
|
|
|
• Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa variantı olmayıb - Paşinyan
Bu gün, 11:31 |
|
|
|
• Pomidor oğurlamağa getdilər - Diqqət çəkməmək üçün “166 yükdaşıma”dan istifadə etdilər
Bu gün, 11:11 |
|
|
|
• AZAL turizm gününə özəl endirim kampaniyası elan edir - DİQQƏT...
Bu gün, 11:07 |
|
|
|
• Ölkə rəhbərliyinə ŞOK məktub: Leyla Əliyeva abadlaşdırdı, “Smartdom” MMC məhv etdi - Sakinlər dövlət qurumlarından və Leyla xanımdan kömək gözləyir...
Bu gün, 11:02 |
|
|
|
• “Zəng edəndə heç biriniz telefonuma cavab vermədiniz...” - Ceyhun Əsgərov
Bu gün, 10:54 |
|
|
|
• Azərbaycanda 9 ildir fəaliyyət göstərən məşhur layihə satılır - QİYMƏT
Bu gün, 10:52 |
|
|
|
• "Buna ər dayanar?"
Bu gün, 10:46 |
|
|
|
• O, Naxçıvanda sifarişli işləri müdafiə edən vəkil kimi tanınır... - BURASI NAXÇIVANDIR...
Bu gün, 10:38 |
|
|
|
• Bakının dörd, Ankaranın iki tələbi yerinə yetirilir - GƏLİŞMƏ
Bu gün, 10:28 |
|
|
|
• Xankəndidə təxribat törədən erməni bir il öncə nə demişdi? - Video
Bu gün, 10:24 |
|
|
|
• Türkiyənin də nüvə silahı olacaq - Poqosyan
Bu gün, 10:18 |
|
|
|
• Rusiyada azərbaycanlı şəhər dumasının deputatı seçilib
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə iş adamına 1 milyon manat “atan” biznesmenlə bağlı qərarı LƏĞV ETDİ
Bu gün, 10:05 |
|
|
|
• Məhkəmə 204 minlik dələduzluq edən “hüquq müdafiəçisi” ilə bağlı qərar çıxardı - DETALLAR
Bu gün, 10:04 |
|
|
|
• İranın özbəöz türk Prezidenti... - TƏFƏRRÜAT
Bu gün, 10:01 |
|
|
|
• “Allah kəssin, belə yaxşılığınızı…” - ETİRAZ
Bu gün, 09:58 |
|
|
|
• Qalmaqallı qohumları yenidən həbs edildi - İSA ƏZİZOV BU DƏFƏ "SEE BREEZE"DƏ DAVA SALIB
Bu gün, 09:51 |
|
|
|
• Naxçıvan MR Xəstəxanasının tibbi təchizatının yenilənməsinə 1,87 milyon ayrılıb
Bu gün, 09:43 |
|
|
|
• İsveçrə şirkətinin Azərbaycandakı filialı bağlanır
Bu gün, 09:36 |
|
|
|
• "Starlink"in işində dünya üzrə fasilələr qeydə alınıb - "DowDetector"
Bu gün, 09:29 |
|
|
|
• `Siyəzənneft`in ərazisində KEÇİLMƏZ YOLLAR... - MÜRACİƏT...
Bu gün, 09:28 |
|
|
|
• Rusiyaya pomidor ixracı 3,4 dəfə artıb, amma qiymət ucuzlaşıb
Bu gün, 09:19 |
|
|
|
• Bank deyil... əməlli-başlı möcüzədir... - GİLEY
Bu gün, 07:01 |
|
|
|
• Azərbaycanda pensiya sistemi dəyişir: vətəndaşları nə gözləyir? - GƏLİŞMƏ
Bu gün, 06:52 |
|
|
|
• Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!
Bu gün, 06:33 |
|
|
|
|